Kəlbəcərin işğalından 26 il ötür















Ərazicə ən böyük strateji rayonumuzun əldən getməsi Azərbaycana baha başa gəldi

Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 26 il keçir. 1936 kvadratkilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi.

Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprelin 2-də oranı işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Ovaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. Hazırda Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın 44 rayon və şəhərində, o cümlədən Bakıda, Sumqayıtda və Gəncədə məskunlaşıblar.

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alırdı ki, artıq 26 ildir ermənilər bu təbii sərvətləri talan edirlər.

Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Artıq 26 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar. 1993-cü ilin aprelin 30-da BMT Təhlükəsizlik Şurası Kəlbəcər rayonunun qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul edib. Lakin bu günədək Ermənistan həmin qətnamələri yerinə yetirməyib. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmir. İşğalçı Ermənistan isə bundan istifadə edərək daha bir məkrli niyyətini – Kəlbəcərdə erməni əhalinin məskunlaşdırılmasını həyata keçirir. Ermənistan həm öz vətəndaşlarını, həm də Suriyadan köç edən erməniləri Kəlbəcər rayonunda məskunlaşdırır. Eyni zamanda son vaxtlar yayılan xəbərlərə görə, Ermənistan Rusiyanın bəzi şirkətlərini Kəlbəcərin dünyaca məşhur olan təbii sərvətlərini – müalicəvi əhəmiyyətli istisuyu, civə və qızıl yatağını işləməyə cəlb edib. Kəlbəcərin təbii sərvətləri bu şəkildə talan edilir.
02 May 2024 Bazar günü imtahan olacaq
02 May 2024 Kamal Kılıçdaroğlu həbs oluna bilər
02 May 2024 DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video
02 May 2024 Balıqçı mağazasına kəsici-deşici alətlər satılırmış - Video
01 May 2024 İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı
01 May 2024 Keçmiş gömrük əməkdaşının cəzası elan olundu
01 May 2024 Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi
01 May 2024 Şura telekanallarla bağlı bu statistikanı açıqladı
01 May 2024 Bas Bakıda elan etdi: Kainatı yenidən ixtira edək!
01 May 2024 Sərhədimizi pozan 26 nəfər saxlanıldı - DSX
01 May 2024 Rasim Tağıyevin oğlu həbs edildi
01 May 2024 Şimşək çaxacaq, dolu düşəcək
01 May 2024 “Bu gün həmin imkanlar artıq gerçəkdir” - Video
01 May 2024 Azərbaycanda yeni telekanal açıldı
30 Aprel 2024 Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparılacaq
30 Aprel 2024 Və XTQ yarandı... - Video
30 Aprel 2024 Yardımlı və Masallıya qazın verilişi bərpa olundu
30 Aprel 2024 May ayının havası: 35 dərəcə isti...
30 Aprel 2024 Ölkəmizdə gün ərzində bu qədər adam koronaya yoluxur
30 Aprel 2024 9 maşının əzildiyi qəza anı - Video
30 Aprel 2024 O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video
29 Aprel 2024 "Azərsu"nun Zəng Mərkəzinin işində fasilə yarandı
29 Aprel 2024 Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29 Aprel 2024 Timsahlar üçün qonma yeri problemi
29 Aprel 2024 “Temperatur iqlim normasından yüksəkdir”
29 Aprel 2024 Bazarda yoxlama: bu məhsulların satışı dayandırıldı
29 Aprel 2024 Aprelin son günü 32° isti olacaq
29 Aprel 2024 Bazar günü imtahan olacaq