Körpələr arasında nevroloji xəstəliklər artır – Həkimdən ciddi xəbərdarlıq















Sağlam orqanizm hələ insan dünya gəlməmişdən öncə, ana bətnindən başlayır. Belə ki, uşağın hansısa xəstəliklə dünyaya gəlməsi sonradan müxtəlif problemlərə yol açır və hətta bəzi xəstəliklərin müalicəsi üçün uzun zaman tələb olunur. Uşaqlarda müşahidə olunan xəstəliklərin yaranma səbəbinin aşkarlanması ilə yanaşı, onun müalicəsi də mühüm əhəmiyyət kəsb edir.

Son zamanlarda yeni doğulan uşaqlarda nevroloji xəstəliklər geniş hal alıb.

Baş pediatr Nəsib Quliyev Modern.az-a açıqlamasında bildirib ki, uşağın bu xəstəliyi yaşamaması üçün ona düzgün qulluq lazımdır.

“Nevroloji xəstəliklərin yaranmasında bir sıra faktorlar var ki, onlar da uşaq doğulduqdan sonra qısa müddət ərzində aşkara çıxır. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda bu xəstəliklər daha çox müşahidə olunur. Nevroloji xəstəliyin yaranmaması üçün ən yaxşı üsullardan biri uşaqların təbiət qoynunda vaxt keçirməsinə şərait yaratmaqdır. Təbii olan istənilən məfhum uşağa müsbət təsir edir”.

Pediatr Vaqif Qarayev isə bildirir ki, nevroz daha çox konfliktli ailələrdə rast gəlinir:

“Uşaq valideyndən psixoloji və ya emosional şiddət görürsə, bu mütləq şəkildə onun əsəb sistemində iz qoyur. Müəyyən yaşdan sonra bu psixoloji zədə uşağın davranışlarında özünü göstərir. Belə ki, uşaq ya çox aqressiv olur ya da özünə qapanıq olub kollektivlə ünsiyyətdə çətinlik çəkir. Hamiləlik dövründə qadın çox stress yaşayırsa bu heç şübhəsiz ki, dölün inkişafına təsir edir. Pediatrlar uşağın ana bətnində yarandığı andan etibarən hamiləliyin gedişatı haqqında məlumat toplayırlar. Nevroza səbəb bəzi hallarda ananın hamiləlik prosesində stress yaşaması, evdə ailə üzvləri ilə olan anlaşılmaz münasibətdir. Əgər uşağın mərkəzi sinir sistemində orqanik bir problem yoxdursa, yəni tibbi müdaxilə tələb edən bir səbəb mövcud deyilsə, o zaman problemin səbəbini uşağın ətraf mühitində axtarmaq lazımdır. Psixoloji, emosional təsir varsa, bunlar aradan qaldırılmalıdır”.
Pensiyalarla bağlı yeni xəbər














Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.

Bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.

Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.
Əlaçı tələbələrə “Bələdiyyə təqaüdü” veriləcək – Sumqayıtda














Sumqayıt Dövlət Universitetində əla qiymətlərlə təhsil alan tələbələrə “Bələdiyyə təqaüdü” veriləcək.

ONA-nın yerli bürosunun məlumatına görə, bu barədə Sumqayıt Dövlət Universitetində “Sumqayıtın bu günü və sabahı” mövzusunda keçirilən elmi-praktik konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.

Z. Fərəcov məzun tələbələrə isə şəhərdə fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmaları üçün köməklik ediləcəyini də vurğulayıb.
Bakıda bu şadlıq sarayları cərimə oluna bilər – SİYAHI














“Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb”.

ONA-nın xəbərinə görə, bunu ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.

O qeyd edib ki, bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan təkrar monitorinqlərə başlanılıb: “Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.

ETSN rəsmisinin sözlərinə görə, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir: “Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.
Başçı müavini ondan tikintiyə görə 15 min dollar rüşvət istəyib... - İDDİA













"O vaxt prezident Ağcabədiyə səfər etməliydi. Köçkünlərin binalarının açılışında iştirakı nəzərdə tutulurdu. Mən də Moskvadan təzə gəlmişdim. Başçı dedi ki, prezident gəlir, o əraziləri abadlaşdır. Fikirləşdim ki, ölkə rəhbəri gəlir, icra başçısı tapşırıb, nə olar, edərəm. Orada ağaclar əkdirdim, səliqə-sahmana saldım. 20 min pulum çıxdı”. Bu sözləri Ağcabədidən sahibkar Etibar Quliyev bildirib. İş adamı bakupress.az-a başına gətirilən oyundan danışıb. 

Onun sözlərinə görə, icra başçısı Şahin Məmmədovun tələbinə uyğun olaraq xərc çəkib, abadlıq işləri həyata keçirib. 
Amma ay keçib, il ötüb, E.Quliyev 2012-ci ildə qanuni sənədlə aldığı 35 sot torpağında tikinti işlərinə başlamaq istəyib. Amma əvvəlcə baş memar Səfər Səfərov gəlib, tikintiyə icazə üçün rüşvət tələb edib. Onun əmrinə boyun əyməyən sahibkara bu dəfə icra başçısının müavini, Ağcabədidə iş adamlarına "divan tutması” ilə tanınan Rövşən Əhmədov təzyiq göstərib. Başçı müavini ondan tikintiyə görə 15 min dollar rüşvət istəyib. 

"Biz burda zülm çəkirik. Rövşən Əhmədov Ağcabədini boğaza yığıb. Mən ətraf əraziləri abadlaşırdım, park saldım, 20 min xərcim çıxdı. Ancaq prezident rayona gələndə Şahin Məmmədovun gördüyü iş kimi təqdim edildi. 

İndisə öz torpağımda, sənədlə sahib olduğum ərazidə istirahət mərkəzi tikməyə hazırlaşıram. Ancaq məndən Rövşən Əhmədov 15 min dollar tələb edir. Biz sahibkarlara şərait yaradılmalıdır, iş görürük, iş yeri açırıq, işsizliyi aradan qaldırırıq. Ancaq bunlar imkan vermir. Niyə zəhmətimlə qazanıb əldə etdiyim torpağımda, öz doğma rayonumda öz pulumla tikinti aparmaq üçün icra başçısına və müavininə rüşvət verməliyəm? 

Bunun bir əsası varsa, izah eləsinlər. Ümumiyyətlə, Ağcabədidə sahibkarlar onların əlindən bezar olub”, – deyə Etibar Quliyev qeyd edib. Deyilənə görə, Rövşən Əhmədov Ağcabədi icra başçısının "Qəmlo”su hesab edilir. Rayonda insanları incidir, sahibkarlardan xərac yığır, əhalini narazı salır. Ona bu səlahiyyəti verən, meydan sulamağa şərait yaradan icra başçısı Şahin Məmmədovdur.

İddialara görə, R.Əhmədov Ağcabədidə ciddi narazılıq yaratmaqdadır. Onun hərbi xidmətdə olmadığı da söylənir. Buna baxmayaraq, Ş.Məmmədov onu qabağa verib sahibkarlara qarşı "ön cəbhədə” savaşır. Prezident bölgələrə gedir, vətəndaşlarla görüşür, şikayətləri dinləyir, sahibkarlara dəstək verir. Son sosial siyasət, ölkə başçısının xalqla təmasları xüsusi deyilməlidir. Ancaq yerlərdə məmurlar insanları incidirlər. Belə məmurların isə çox çəkmir ki, başı gedir, cəzalandırılırlar. Rövşən Əhmədovla Şahin Məmmədovun Ağcabədidəki zülmü də belə deməyə əsas verir ki, prezident tezliklə onları vəzifəsindən uzaqlaşdıracaq. 

Çünki artıq prezidentin son siyasətinə, verdiyi qərarlara tam zidd fəaliyyət göstərən məmurlar, icra başçıları sistemdən uzaqlaşdırılır. Rövşən Əhmədovla Şahin Məmmədov cütlüyü isə rayonda bu illər ərzində çox haqsızlıqlar ediblər. O haqsızlıqla üzləşənlərdən biri – E.Quliyev deyib ki, hər şeydən bezib: "Mən doğulub- böyüdüyüm torpaqda pulumla aldığım ərazidə nəsə tikməliyimsə, Rövşən Əhmədovarüşvət verməliyəm?

Ağcəbədidə hansı sahibkarı dindirsəniz Rövşənin Əhmədovun əlindən bezara gəlib. Əlimdə əsas var, Rövşən Əhmədovun psixi problemləri olduğu üçün heç hərbi xidmətdə olmayıb. 

Bu vəziyyətdə olan adam necə icra hakimiyyətində müavin işləyə bilər?Kimə deyək,hara deyək dərdimizi bilmirik. Xahiş edirəm bizim səsimizi prezidentə çatdırın”.

R.Əhmədovun daş karxanaları var. Qarqarçayın sərvətləri də onun "karyer”lərinə daşınır. Karyer Türkiyəyə bağlı "Polat” şirkəti ilə tərəf müqabili kimi fəaliyyət göstərir. Məlumata görə, icra başçısı Şahin Məmmədov da bu işdə əsas pay sahibidir. Onlar şirkətlə sövdələşərək yol çəkilişi üçün çınqıl daşlarını ona məxsus karyerdən daşıtdırır.

Karyer də onun öz adına deyil, 1 – ci müavini olan Rövşən Əhmədovun qardaşı Əliş Əhmədovun adına sənədləşdirilib. Həmin karyerdən "Polat” şirkətinə daşınan xammal emal olunmadan, yol üçün yararlı olub – olmaması yoxlanılmadan qəbul edilir. Qeyd olunur ki, karxanada əmək qanunvericiliyinin tələbləri pozulur, əməyin təhlükəsizliyi təmin edilmir, işçilərlə əmək müqaviləsi bağlanılmır. Daşınan mallar üçün qaimə, faktura yazılmır ki, bu da vergidən yayınmağa şərait yaradır.

Şahin Məmmədov karyeri Qarqar ərazisinə ona görə salıb ki, özü də yaxınlıqdakı Bayat kəndindən olduğu üçün başçı postundan üzaqlaşdırıldığı təqdirdə karxana biznesinin rəsmən sükanı arxasına keçsin və işləri demək olar ki, evindən – ata yurdundan idarə etsin.R.Əhmədovun diplomu hazırda sənədləri etibarsız hesab edilən Azərbaycan Beynəlxalq Universitetindəndir. 

Üstəlik o, hərbi xidmətdə olmayıb. Bu barədə bir müddət əvvəl mətbuatda da yazılmışdı. Qarşı tərəfin vəkili açıqlama verib guya təkzib elədi, amma sadəcə söz dedi, heç bir sənəd-sübut ortayaqoyulmadı. 

Ağcabədinin icra başçısı Şahin Məmmədov belə bir vəzifəyə uyğun gəlməyən adamın təqdimatını necə verib anlaşılan deyil. O, diplomu ABU hələ San Marino adını daşıyan vaxt alıb.

Bildirilir ki, Rövşən Əhmədovun hərbi xidmətdə olmaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib və təsdiqlənib. Bu barədə sahibkar Teyyub Eminov media nümayəndələrinə bu haqda bir sənəd təqdim edib və həmin sənəd əsasında mediada yazı dərc edilib.

"Dövlət qulluğu haqqında” qanuna görə isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər. Mediadakı yazılarda ehtimal edilir ki, R.Əhmədov dövlət qurumlarına təqdim etdiyi sənədlərində saxtakarlıq etməklə istəyinə çata bilib. Bakupress.az-ın əməkdaşı həm başçıya, həm müavininə zəng açıb, amma telefonlara cavab verməyiblər. Qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Daha 1160 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək















Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bununla bağlı fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.
Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Sürücülərin NƏZƏRİNƏ — Bu küçələrdə ehtiyatlı olun!















Azərbaycan paytaxtının əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək.
“Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud olanlardakı çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. Layihəyə uyğun olaraq artıq M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq digər kəsişmələrdə də müvafiq işlər aparılmaqdadır”, - deyə məlumatda bildirilir.

İlkin hesablamalara əsasən, 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu isə öz növbəsində hərəkət iştirakçılarının xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.
Azərbaycanda porno şirkət yaradılır? – Foto













Azərbaycanda porno şirkət yaradılır.

Milli.Az bildirir ki, bu barədə məlumatı videoqraf Ceyhun Məmmədov sosial şəbəkədə yayıb.

Onun iddiasına görə, hətta, yaxın günlərdə kastinq də keçiriləcək. Kastinq anı isə Youtube-da canlı yayımlanacaq.

Seçim mərhələsində 14 qız, 10 oğlan iştirak edəcək.Azərbaycanda porno şirkət yaradılır? – Foto
Məktəbdə bullinq: Uşağı aqressiv təqibdən necə qorumalı? – PSİXOLOQ ŞƏRHİ













“Məktəbin təhsil sahəsində bullinqin olması ailədə toplanmış mənfi enerjini çölə atmaq istəyi ilə izah edilir, müəllimlərin bu problemlə mübarizə aparmaq isməməsi isə məktəb daxilində aqressiv təqibin yayılmasına və inkişafına kömək edən əlavə faktordur”.

Bunu “Report”a Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Gülnarə Həsənovadeyib.

Onun sözlərinə görə, məktəbdə təqiblə çox sayda uşaq rastlaşır: “Elmi ədəbiyyatda bir şəxsə qarşı yönələn belə mənfi psixoloji təzyiq bullinq (ingiliscə “bullying” sözündən olub, kollektivin üzvlərindən birinə qarşı aqressiv təqib, təhqiredici hərəkət, psixoloji terror mənası verir – red.) adı alıb”.

Psixoloq qeyd edib ki, müasir dünyada təhsil sistemində uşaqların təqib edilməsi problemi həm pedaqoqlar, həm də psixoloqlar üçün çox aktualdır.

Ümumiyyətlə, məktəbdə təqib haqqında ilk qeyd uzun müddət əvvəl, 1905-ci ildə olub. Lakin bu məsələ ilə bağlı məlumatların sistemləşdirilməsinə XX əsrin 90-cı illərində başlanılıb.

“Uşaqlarda və yeniyetmələrdə bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxaran halların sayı xüsusi narahatlıq doğurur. Şəxsiyyətin gələcəkdə formalaşması və inkişafı belə problemlərin həllindən asılıdır. Bəzi hallarda isə yaranmış vəziyyətin “səliqəli” həlli onun yoluna qoyulması ilə nəticələnir. Demək olar ki, bütün uşaqlar məktəbdə təqibə məruz qalır. Bu məsələni təhlil edərkən ailə problemlərinin uşağın ümumi emosional fonuna təsirini nəzərə almamaq olmaz. Çünki bu, sinif yoldaşları ilə qarşılıqlı münasibətə, müəllimlərlə ünsiyyətə və s. təsir göstərir. Ailədə etimad ab-havası, səmimi maraq, uşaqla daim ünsiyyətdə olmaq – bütün bunlar valideynlərə uşağın psixoloji inkişafının hər yaş dövründə ortaya çıxan çətin ziddiyyətləri tez və ağrısız şəkildə həllinə kömək edəcək”, – deyə psixoloq bildirib.

Eyni zamanda onun sözlərinə görə, məktəb təqibi həm fiziki, həm də emosional olaraq özünü göstərə bilər ki, bu da həm şagirdlərə, həm də şagirdlər tərəfindən müəllimlərə qarşı münasibətdə ortaya çıxa bilər: “Məktəbin təhsil sahəsində bullinqin olması ailədə toplanmış mənfi enerjini çölə atmaq istəyi ilə izah edilir, müəllimlərin bu problemlə mübarizə aparmaq isməməsi isə məktəb daxilində aqressiv təqibin yayılmasına və inkişafına kömək edən əlavə faktordur. Qeyd etmək lazımdır ki, bu gün bullinq ayrıca sosial hal kimi nəzərdən keçirilə bilər. Belə ki, onun sayəsində ətrafa yönəlmiş nifrət, aqressiya vasitəsilə fərdin formalaşmamasının köçürülməsi və gizlədilməsi baş verir”.

Nə böyüklərin uşağın məktəbdə çətinlik çəkdiyini düşünməsi üçün siqnal ola bilər?

“Təbii ki, qançır və ya cızıq izləri ilə müqayisədə psixoloji travmaları aşkar eləmək çətindir. Valideynlər aşağıdakı simptomlara diqqət yetirməlidirlər: uşaq gecələr kabus görür, iştahsızlıq, konsentrasiya ola bilmir, aqressiya, qorxu, günah hissi, ara-sıra qəzəblənmə, tez yorgunluq və s. Özünütəsdiq, lider olmaq arzusu, başqalarından daha yaxşı olduğunu göstərmək, özünü hədindən artıq qiymətləndirmək həm müəllimlər, həm də sinif yoldaşları tərəfindən heç də adekvat qarşılanmır. Psixoloji təqib xüsusilə uşağın şəxsiyyətinin formalaşmasında keçid mərhələ olan yetkinlik dövründə baş verə bilər”, – psixoloq bildirib.

Bullinq qurbanına nə məsləhət görmək olar, çətin həyat vəziyyətindən necə çıxmaq olar?

– İnciklikdə “ilişib qalmayın”. Sənə nə qədər pis olursa, səni incik salana bir o qədər xoş olur!

– Özünəinam üzərində işləmək, özünütəsdiq üçün meydan yaratmaq;

– Emosiyalarınızı nəzarət altında saxlamağı öyrənmək;

– Vəziyyətə digər tərəfdən baxın. Sizi incik salanda aqressiyanın, qəddarlığın olması onun özündə problemlərin olduğunu göstərir.

– Müsbət düşünmə. Müsbət keyfiyyətlərinizi qiymətləndirin, bacarıqlarınızdan xəbərdar olun və özünüzə əmin olun.

Qeyd olunan problem çərçivəsində G.Həsənova təhsil sistemində psixoloji təqibin qarşısının alınması və dayandırılmasında məktəb psixoloqunun rolunu vurğulayıb.

“Bu qrup şagirdlərlə sistemli işlər aparmaq, bu məsələnin işıqlandırılmasına həsr olunan treninq və seminarların təşkil edilməsi, profilaktik bullinq proqramlarının təcrübədə hazırlanıb işlənməsi və təbiq edilməsi, təqibin konkret epizodları ilə işləmək, işə zorakılıq qurbanının və təcavüzkarın cəlb olunması, tolerantlıq və özünütənzimləmə bacarıqlarının artırılması, təqibə məruz qalan şagirdlərin mədəniyyət və bacarıqlarının artırılması – bu, məktəbdə görülməli olan işlərin tam olmayan siyahısıdır”, – deyə psixoloq fikrini tamamlayıb.
On iki siyasi partiyadan 6-nın sədri vəfat edib – MSK














12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib”.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Mikayıl Rəhimov komissiyanın deyib.

O bildirib ki, həmin partiyaların 6-nın sədri dünyası dəyişib: “Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”.

M.Rəhimov deyib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.