“Kristal Abşeron” MTK sakinləri aldadıb – Onlarla mənzil sahibi etiraza qalxdı – FOTO, VİDEO















Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kristal Abşeron” MTK tərəfindən inşa olunan binalarda yaşayan sakinlər kommunal xidmət haqlarının artırılmasından şikayətçidirlər.

“Kristal Abşeron” MTK-nın Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində yerləşən binalarda kommunal xidmətlərlə bağlı qiymətlərdə dəyişiklik edilib və xidmət haqları qaldırılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, bu da həmin binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, əvvəllər mənzilin hər 1 kv/m-ə görə 20 qəpik ödəyirdilərsə, indi bu qiymət 30 qəpiyə qaldırılıb. Yaşayış kompleksində mənzilləri olanlar “Kristal Abşeron” MTK-nın qiymət artımına etiraz ediblər. Onlar bu dəyişikliyin büdcələrinə ciddi təsir göstərdiyini və əlavə problemlər yaratdığını bildiriblər.

“Kristal Abşeron” MTK sakinləri aldadıb – Onlarla mənzil sahibi etiraza qalxdı – FOTO, VİDEO


Mənzil sahibləri problemlərinin bununla da bitmədiyini, qiymət artımının qarajlara da tətbiq olunduğunu vurğulayıblar. Əvvəllər qaraja görə 30 manat ödəyirdilərsə, bu aydan qiymətin 50 manata qaldırıldığını deyirlər.

“Kristal Abşeron” MTK-nın 6-cı mikrorayon ərazisində olan binalarının komendantı Anar Ələsgərov açıqlamasında bildirib ki, əvvəllər sözügedən binalarda kommunal xidmət haqqı otaq sayına görə hesablanıb: “Məsələn 1 otağa görə 10 manat, 2 otağa görə 15 manat, 3 otağa görə 20 manat verirdilər. Bu aydan isə sakinlər hər 1 kv/m-ə görə kommunal xidmət haqqı ödəməli olacaqlar. Qaraja gəldikdə isə, əvvəlcədən müqavilə əsasında 30 manat razılaşdırılıb və qiymət dəyişikliyi edilməyib. Bu kompleksdə 400 mənzil var və hər birinə şirkət tərəfindən yüksək xidmət göstərilir. Onların ödədiyi xidmət haqqına zibilin daşınması, blokların işıqlandırılması, təmizlik işlərinin aparılması, liftdən istifadə daxildir. Biz bu barədə sakinlərlə dəfələrlə söhbət etmişik və razılıq əldə etməyə çalışırıq”.

“Kristal Abşeron” MTK sakinləri aldadıb – Onlarla mənzil sahibi etiraza qalxdı – FOTO, VİDEO


Şirkətin əməkdaşı sakinlərin göstərilən xidmət üçün ödəniş etməkdən imtina etdiklərini də vurğulayıb: “Şirkət rəhbərliyi təklif edir ki, əgər bizim xidmətlərdən imtina edirlərsə, kommunal xidmətlərin idarəçiliyi mənzil sahiblərinə verilə bilər”.

<iframe width="425" height="325" src="https://www.youtube.com/embed/2xqCognzJ4U" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
 Dilqəmlə Şahbaz Azərbaycana təhvil verilir – Şərtlər açıqlandı














“Paşinyanla İlham Əliyevin görüşündə əsir və girovların dəyişdirilməsi barədə fikir mübadiləsi olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında erməni əsirliyində olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycana qaytarılması ehtimalını şərh edərkən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, İlham Əliyevlə Paşinyanın görüşündə əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib:

“Azərbaycan tərəfi hamının-hamıya dəyişdirilməsi prinsipini irəli sürür. Erməni tərəfi isə bir nəfərin bir nəfərə dəyişdirilməsi üzrə hərəkət edir. Əgər humanitar razılaşmadan söhbət gedirsə, onlarda olan əsirlər hamısı geriyə qaytarılmalıdır, Azərbaycanda olan əsirlər də ermənilərə təhvil verilməlidir. Əldə etdiyimiz məlumata görə, Ermənistanda 5500 azərbaycanlı əsir var. Azərbaycanda isə bunlar barmaqla sayılacaq qədərdir. Azərbaycanda olan erməni əsirlərin hamısı hərbi əsirlərdir. Azərbaycanlı əsirlərin demək olar ki, hamısı mülki əsirlərdir. Müharibə şəraitində əsir düşüblər”.

Qabil Hüseynli Dilqəmlə Şahbaza görə 2 erməni kəşfiyyatçının qaytarılacağını vurğulayıb:

“Əldə edilmiş razılığa uyğun olaraq, Dilqəmlə Şahbazın qaytarılması üçün ermənilərin 2 hərbi kəşfiyyatçısını qaytarmağa razı olmuşuq. Onlardan biri Ağdarə rayonunda əsir düşmüş kəşfiyyat dəstəsinin komandiridir, rütbəsi kapitandır, digəri isə Tovuz istiqamətində əsir düşmüş kəşfiyyatçıdır. Bu məsələ demək olar ki, prinsipcə razılaşdırılıb. Beynəlxalq təşkilatlar dəyişdirilməyə və onları müşayiət etməyə razılıq veriblər”.

Politoloq qeyd edib ki, dəyişdirilmə yaxın günlərdə baş tutacaq.
Bu şəxslər icbari tibbi sığorta haqqından azaddırlar














Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar. Onlar üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı – 120 manat dövlət büdcəsi hesabına ödəniləcək.

AzərTAc xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

“İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanların 27 faizini uşaqlar təşkil edir. Onlar icbari tibbi sığortanın baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. Pilot layihə müddətində agentlik Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşağın əməliyyat olunmasını təmin edib”, – deyə Z.Əliyev diqqətə çatdırıb.
Bu çimərliklər Xəzəri çirkləndirir — SİYAHI















“Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının Xəzər dənizini çirkləndirdiyi bir daha təsdiqlənib.”
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.
O, Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin də adlarını sadalayıb: “Şimal bölgəsində “Qafqaz” konserv zavodunda, “Sunset”, “Məkan”, “Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında “Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə “Beluqa”, “Xəzər palace”, “Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur. Bəzilərində isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular, ümumiyyətlə mövcud deyil. Yaxşı olardı ki, belə müəssisələr müasir tələblərə cavab verən təmizləyici qurğular quraşdıraraq Xəzər dənizinin çirklənməsinin qarşısını alsınlar və həm də təmizlənmiş suyu texniki məqsədlər üçün təkrar istifadəyə yönəldərək suya qənaət edilməsində nümunə göstərsinlər. Monitorinqlərin nəticələrinə əsasən ekoloji normalara cavab verməyən və Xəzər dənizini çirkləndirməkdə davam edən müəssisələrə qarşı müvafiq tədbirlər görüləcək”.
Deputatın gözqamaşdıran oteli və başqa mülkləri – Fotolar














Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin və mülklərinin fotolarını paylaşıb.
O bildirib ki, deputata məxsus 18 mərtəbəli “MARİNE PLAZA” oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.

“Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır”, – deyə jurnalist yazıb. Onun sözlərinə görə, Ə.Qasımovun biznes və mülkləri isə bununla bitmir: “”Karat Holdinq” (tərkibinə “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC; “Azinvest” tikinti şirkəti; “Everest-M” daxildir), Hökməlidə makaron və kisə fabriki;

“ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);

“Gəncə Fatoğlu” (un dəyirmanı);

Bakının Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;

Səməd Vurğun küçəsində “Ağ saray” binası;

Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;

İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;

Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina;

Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” də deputata məxsusdur”.


Deputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputat yayılan məlumatla bağlı heç bir açıqlama verməyib. (editor.az)
66825 abituriyent ərizəsini təsdiqləyib














Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq. Aprelin 8-i saat 09.15-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 66825 abituriyent öz ərizəsini təsdiq edib. 

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür. 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər). 
Ali təhsil müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz. Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz. 

Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış olmaq mümkündür.
"Övladımsız dözə bilmirəm" — Ailəsini Ayselin dağıtdığını deyən qadın














13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova hələ də övladına qavuşa bilməməkdən gileylənib.
Axşam.az verdiyi məlumatına görə, "Səni axtarıram" proqramında yer alan Turanə keçmiş həyat yoldaşı Elçin Nəcəfovun hələ də onu aldatdığını bildirib:

"Övladımdır, onsuz yaşaya bilmərəm. Mənə kömək edin, yalvarıram. Artıq övladımsız dözə bilmirəm. Uşağımı alın, mənə verin".

Aparıcı Xoşqədəm Hidayətqızı isə "Yetim" ləqəbli Elçinin onları aldatdığını açıqlayıb:
"Hamı mənə yazır ki, Turanə heç ağlamır. İnsanlar fərqlidir, hisslərini fərqli göstərir. Kiməsə deyə bilməzsən ki, ağla, özünü öldür. Yazırlar ki, Turanədə problem var, uşaq istəyənə oxşamır. Ağlıyana da deyirsiz, öyrədilir. Bu insan abrına qısılır, sakit durur. Səbirlidir, nə etsin? 

Elçin, sən necə kişisən? Səndən avtomobil alanlar, sənə necə inanır? Elçinlə Turanəni görüşdürdüm, ordan qayıdanda qayıtdı ki, ona inanmayın Xoşqədəm xanım. Mən qışqırdım ki, o, kişidir, söz verib. Amma gördüm. Həyat yoldaşım və atamdan başqa heç bir kişiyə daha inanmayacam. Elçinlə görüşdüm, sülh sazişi imzalandı, amma etmədi. Ən ağır zərbələri onlardan aldım. Bu qadın dedi, aldadır, məhkəmədə vaxt udmaq istəyir. Mən kişiyə inandım ki, qarşımdakı kişidir".

Qeyd edək ki, Turanə əri ilə Aysel Əlizadənin eşq yaşadığını idda edib. O, bildirib ki, ifaçının idarə etdiyi "Porsche" markalı avtomobili də ona əri alıb hədiyyə edib. Turanə iki qızı olduğunu, ərinin övladlarından birini götürüb, ona vermədiyini açıqlayıb.
Yeni sürücülük vəsiqələri belə olacaq — FOTO














Azərbaycanda “Sürücülük vəsiqəsinin təsviri”, “Sürücülük vəsiqəsinin spesifikasiyası”, “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilib.
Bununla bağlı sənədləri Baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün sürücülük vəsiqəsi (bundan sonra - vəsiqə) 85,60 mm x 53,98 mm ölçüdə olmalıdır. 

Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılır. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur.

Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunur. Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

Vəsiqənin arxa tərəfinin:

1. sol tərəfində - 1. Soyadı/Surname, 2. Adı və atasının adı/Name and patronymic, 3. Doğulduğu tarix və yer/Date and place of birth, 4a. Vəsiqənin verildiyi tarix/Date of issue, 4b. Etibarlıdır/Date of expiry, 4c. Vəsiqəni vermiş qurumun adı/İssuing authority name, 4d. Fərdi identifikasiya nömrəsi/Personal identification number, 5. Vəsiqənin nömrəsi/Licence number, 6. Fotoşəkil/Photo, 7. Vəsiqə sahibinin imzası/Signature of the holder, 8. Yaşayış yeri/Place of residence, 9. Kateqoriyalar (altkateqoriyalar)/Categories (subcategories), 10. Verildiyi tarix/Date of issue, 11. Etibarlılıq müddəti/Date of expiry, 12. Əlavə məlumat və ya məhdudiy-yətlər/Additional information or limitations, 14. Digər qeydlər/Other information sözləri yazılır.

2. Sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur, 9 nömrəli sütunda kateqoriyalara (altkateqoriyalara) və hər bir kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin növlərini bildirən piktoqramlar göstərilir. Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulub.

Vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Vəsiqədə Azərbaycan Respublikasının Dövlət bayrağı və xəritəsi, fon şəkli olaraq Azərbaycan Respublikasının Dövlət gerbi, tarixi abidələri və milli naxışları təsvir olunur.

Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün yeni sürücülük vəsiqəsi kartları aşağıdakı minimal xüsusiyyətlərə malikdir:
1. “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir,

2. sürücülük vəsiqəsi kartının ölçüləri - İD-1 formatlı 85,60 mm x 53,98 mm ölçülü, laminasiya olunmamış halda kartın qalınlığı - 0,76 mm, dəyirmi künclərin radiusu bütün künclər üzrə bərabər olmaqla - 3,18 mm intervalındadır,

3. vəsiqənin elektron daşıyıcısı (çipi) məlumatların yazılmasını və oxunmasını təmin edir. Elektron daşıyıcı (çip) 64 kilobaytdır və uzunmüddətli hökumət sənədləri üçün modul texnologiyasında induktiv qoşulmanın xüsusi versiyasına uyğun gəlir,

4. “İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” beynəlxalq standartların tələblərinə cavab verir (“A” tipli və ya “B” tipli təmassız kart),

5. NFC (Near Field Communication - Yaxın Sahədə Kommunikasiya) təhlükəsiz kommunikasiya texnologiyasını tam dəstəkləyir,

6. “FİPS 140-2” kriptoqrafik modullar üzrə kompüter təhlükəsizliyi standartını ən azı “Səviyyə 2” həddində dəstəkləyir,

7. təhlükəsizlik alqoritmləri və parametrləri üzrə “ETSİ SR 002 176” standartlarını dəstəkləyir və RSA üçün ən azı 1024 bit, AES üçün ən azı 128 bit, DSA elliptik əyrilər üçün ən azı 160 bit açar uzunluğunu dəstəkləyir,

8. ən azı “Secure Hash Algorithm SHA - 2” biristiqamətli təhlükəsiz heş alqoritmini dəstəkləyir,

9. sürücülük vəsiqəsi kartının materialı uzunömürlülük və dözümlülük baxımından yüksəkkeyfiyyətli xüsusi təyinatlı materialdan hazırlanır, xüsusi qoruyucu təbəqə çəkilməklə yazılar etibarlı şəkildə mühafizə olunur,

10. ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.Yeni sürücülük vəsiqələri belə olacaq — FOTO
Dəmiryol vağzalının qarşısı yenidən “qara bazar”a çevrildi – Video, Fotolar















İstər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində bu haqda yüzlərlə yazılar, yüzlərlə faktlar var. Lakin real bir nəticə gözə görünmür.
Söhbət “28 may” metrostansiyasının arxasında, Azərbaycan Dəmiryol Vağzalının qarşısında toplaşan şəxslərdən, yaxud “qara bazar” nümayəndələrindən gedir. Xeyli müddət əvvəl orada bir nəfərin saxlanılması ilə bağlı məlumat yayılsa da, artıq əraziyə baxış keçirilmir, dəqiq desək, nəzarət edilmir.

Yolumuzu oradan saldıq, artıq o işlə məşğul olan insanlar o qədər sərbəstləşiblər ki, əllərində qalın pul dəstəsi “Dollar-manat” qışqıra-qışqıra gəzirlər. Hətta polislərin gözləri qarşısında.

Adamlardan birinə yaxınlaşdıq, deyir ki, 1 dolları 1.7 AZN-ə, 1.6 AZN-i 1 dollara dəyişirlər. Hətta deyir ki, ərazidə ondan münasib qiymətə dəyişən olsa adını da dəyişər.

Dəmiryol vağzalının qarşısı yenidən “qara bazar”a çevrildi – Video, Fotolar











Soruşduq ki, maksimum neçə dollar dəyişə bilərsiniz?

Adam çəkinmədən deyir ki, üstümdə olan qədər dəyişərəm, bəs eləməsə yarım saata nə qədər desən, dəyişərəm.

Ərazidə “Dollar-dollar” deyə gəzişən daha biri ilə həmsöhbət olduq. Eynən əvvəl danışdığımızın dediyi kimi oldu, bu daha bahaçıl idi. Deyir ki, ancaq böyük məbləğdə pullar dəyişir. Yəni öz dilində desək, xırda-xuruş alverlə işi yoxdur. Ancaq 5 mindən yuxarı olan işləri götürür. 1 dolları 1.65 manata, 1.7 manatı 1 dollara dəyişir. Böyük rəqəmlərlə işlədiyi üçün adamın əlində hesablama cihazı da var. Söhbətləşə-söhbətləşə metroya tərəf gəldik. Metronun qarşısında da əlində pul dəstəsi gəzişənlər var. Xatırladaq ki, fərdi şəkildə vətəndaşın dolları manata, yaxud da manatı dollara dəyişməsi qanunsuz bank fəaliyyəti sayılır ki, bu da qanunla qadağandır.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/-HPZwlALdpg" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı — FOTO















Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov Heydər Əliyev Fondunun dəstəyi ilə İstanbul şəhərindəki “Liv Hospital”da gözlərindən iki dəfə əməliyyat olunub.
Report xəbərinə görə, o, bu gün səhər saatlarında Bakıya qayıtdığını bildirib: 

“Ağır əməliyyat keçdi, amma şükürlər olsun ki, hər şey yaxşı oldu. Görmə qabiliyyətim əvvəlkinə nisbətən yaxşılaşdı. Müalicəm Bakıda davam etdiriləcək. Gözlərimi əməliyyat edən həkimlər Bakıda məni müalicə edən həkimlərlə mütəmadi olaraq əlaqə saxlayacaqlar”.

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Murad Zamanov göz təzyiqi xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub.

Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini deyib: 

“Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.