Yol polisindən sürücü və piyadalara Formula 1 ilə bağlı müraciət














“Formula 1” Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub:

“Alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bunun nəticəsidir ki, şəhərin mərkəzi küçələrində əksər saatlarda hərəkətin sıxlığı müşahidə edilmir, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin olunur.

Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan zaman onların təhlükəsizliyini təmin etmək məqsədi ilə yol patrul xidməti əməkdaşlarının göstəriş və tövsiyyələrinə riayət etmələri xahiş olunur”.
Pensiyaları az hesablanmış şəxslərin diqqətinə















Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əvvəlki illərdə qanunvercilikdə nəzərdə tutulandan aşağı pensiya təyin olunmuş şəxsləri müəyyənləşdirərək, onların pensiyalarının artırılmasına başlayıb.

Minval.info nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qurum yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ötən dövrdə pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması həyata keçirilir.

Araşdırma nəticəsində əvvəlki illərdə bir çox hallarda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkar edilir. İndiyədək İdarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyən edilib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib. O cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb.

Rəsmi məlumatda bildirilir ki, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb: “Beləliklə, vətəndaşların əvvəlki illərdə pozulmuş pensiya hüquqları və onlara qarşı ədalətli yanaşma bərpa olunmaqla, onların pensiyalarında əhəmiyyətli artımlar edilib. Bundan məmnun qalan pensiyaçılar nazirliyə ünvanladıqları müraciətlərdə pensiya hüquqlarının bərpasına və onlarla bağlı ədalətli addımın atılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər. Hazırda müvafiq araşdırmalar davam etdirilir”.
Bulvara giriş bağlanır – Diqqətli olun














Bu gündən dənizkənarı bulvara giriş bağlanır.

“Qafqazinfo” xəbər verir ki, sabahdan etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola bilər və yarışla bağlı əyləncə proqramlarını izləyə biləcəklər.

Bulvara giriş aprelin 29-dan açılacaq.
Bu şəxslərə 500 manat birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM















Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncama uyğun olaraq, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırığı verilib.
Bağça rəhbərlərinə ciddi xəbərdarlıq edildi














Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib.
BŞİH-in Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilə, xüsusi ilə də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat verilmiş, məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilib. Bildirilib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilib və artıq yay aylarında bir sıra bağçalarda təmir işləri görüləcək. 

Müşavirədə paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması müzakirə olunub. 
Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib, bildirilib ki, qəbul məsələlərində nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək. Bu istiqamətdə işlər davam edir.
Sürücülük vəsiqələrini dəyişdirmək istəyənlərə — YENİ XƏBƏR















Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.
Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillər üçün dövlət qeydiyyat nişanlarının alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. növ xidmətlər müqabilində nəzərdə tutulan dövlət rüsumlarını “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün ərizələrin qəbul olunması, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsinə görə və başqa xidmətlər üzrə Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə ödəyə bilərlər.
“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən artıq xidmət üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl… FOTOLAR















Alimpaşa Məmmədovun “Azərforel” fermasına görə kəndlər Dəryaçayın xəstəlik saçan çirkli suyunu içməyə məhkum olub; icra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib və…

Şəmkirdə olarkən apardığımız araşdırmalar zamanı artıq o yerə gəlib çıxdıq ki, şəhərdə “zibilin içində” olan təkcə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş “JEK” rəisi Teymur Hacıyev deyilmiş.

Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev “toya getməli” imiş.

Həmsöhbət olduğumuz sakinlər bizə elə faktlar açıqladılar ki, Şəmkirin bu günə düşməsinin səbəbi, “cümlə xəyanətlərə bais” şəxsin kimliyi aydın oldu – icra başçısı…

“Yeni Müsavat”a danışan sakinlərin sözlərinə görə, icra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir.

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur.

Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olur. Elə biz də bu məqsədlə Seyfəliyə yollanıb A.Məmmədovun balıq biznesini araşdırmağa qərar verdik.

Kənddə olarkən öyrəndik ki, Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının “Azərforel” ferması haqda məlumatlıdır. Kimdən soruşursan, deyir ki, “hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir.

“Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır.

Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da Alimpaşa Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur: “Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”

Kənd camaatı danışır ki, yolu bağlayıb etiraz etmək, problemi prezidentə çatdırmaq istəyirlər. Onlar sabiq başçı Nazim Veyisova şükür edirlər. Onun dövründə belə özbaşınalıqlar olmayıb, əhalinin dərd-səri dinlənilib. A.Məmmədov isə sakinləri yaxına buraxmır.

“Alimpaşa müəllimi kabinetində, icra hakimiyyətində tapmaq qəliz məsələdir. Onu ya Seyfəli kəndinin kənarındakı Dəryaçayda özünün ”Azərforel” adlandırdığı balıqçılıq təsərrüfatında görərsən, orada da olmursa, Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasında taparsan. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer…”, – deyə sakinlərdən biri şikayətlənir.

Onun sözlərinə görə, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: “Bunu Şəmkirdə bilməyən yoxdur. Alimpaşa Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.

Sakinlər onu da bildirirlər ki, Şəmkir şefi təkcə qızıl balıq biznesi ilə qane olmur. Deyildiyi kimi, Qaraboyluda maral ferması da var. Bu təsərrüfat, deyilənə görə, 5 ilə əvvəl yaradılıb, artıq 70 maral saxlayır. 

İddialara görə, maral fermasının saxlanılmasına idarə və təşkilatlardan, bələdiyyələrdən xərac toplanıb. Bu vəsaitlər hesabına Şəmkir paşasının maralları yemdən yeyib kökəlir, balalayır, artır. Beləcə maral sürüsü əmələ gəlir.

Sakinlər deyirlər ki, dərd bir deyil, beş deyil, hansını söyləyəsən… Belə ki, Şəmkir kimi heyvandarlıq imkanları olan bir bölgədə örüş sahələri yoxa çıxıb. Camaat danışır ki, sovet dövründə Şəmkirin Ceyrançöl ərazisində geniş örüş sahələri olub. İndi örüş sahələri qalmayıb. Çünki icra başçısı bu torpaqlara da əl qoyub.

Sakinlər iddia edirlər ki, A.Məmmədov forel və maral fermaları ilə məhdudlaşmayıb, Ceyrançöldəki örüş sahələrini özəlləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, taxıl əkdirir. Hərçənd ki, yararsız torpaq olan bu ərazilər örüş üçün nəzərdə tutulub, ona görə taxıl heç düz-əməlli yetişmir.

İntəhası, A.Məmmədov dövlətin pulunu subsidiya şəklində alaraq taxıl biznesində batırır. Əvəzində isə əsl əkin-biçin sahələri su üzünə həsrət qalıb. Sakinlər şikayətlənirlər ki, örüş sahələri fermerlərə qaytarılmalıdır.

“Ceyrançöldə mal-heyvan otarmağa yer tapmırıq. Paşamız imkan vermir ki, heyvanları gətirək. Axı bu torpaqlar taxıl əkmək üçün deyil. Bunu izah edən yoxdur, bizim sözümüzü də eşitmirlər”, – deyə fermerlər gileylənirlər.

Fermerlərin örüş sahəsi, Seyfəli kəndinin içməli su problemi kimi Şəmkirin mərkəzinin də təmizlik dərdi bitmək bilmir. Ötən reportajda şəhərin başdan-başa zibillik içində “üzdüyünü” yazmışdıq. Həmçinin mərkəzi küçələrin bu günə düşməsinin əsl səbəbinə toxunmuşduq.

Məlum olmuşdu ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Teymur Hacıyevin fəhlələrin maaş kartını mənimsəməsi, “ölü can”lar saxlaması ucbatından küçələrdə antisanitariyadır.

Prokurorluğun, keçirdiyi əməliyyat zamanı saxlanıb, sonra azad edilən T.Hacıyev işdən çıxarılıb.

Əldə etdiyimiz xəbərə görə, keçmiş “JEK” müdiri ötən reportajımızı oxuyub və çevrəsində qeyri-rəsmi şəkildə bildirib ki, onu heç kəs həbs edə bilməz: “Bunun üçün gərək icra başçısını da tutsunlar. Mən bilirəm kimin yanında nə demək lazımdır…”

A.Məmmədovun isə onun yerinə təzə təyin etdiyi rəis Pərviz İbrahimovdur. Sakinlər deyirlər ki, P.İbrahimovun bu sahədən anlayışı yoxdur və hələ də küçələr zibillik içindədir…
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl… FOTOLAR
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl… FOTOLAR
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl… FOTOLAR
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl… FOTOLAR
Azərbaycanın əhalisi azalacaq – BMT açıqladı














BMT-nin iqtisadi və sosial sorğular departamenti hesab edir ki, 2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyonu keçəcək (11 milyon 39 min). Amma sonrakı 50 ildə 9 milyon 558 min nəfərə qədər azalacağıq.

Bizimyol xəbər verir ki, BMT 2020-ci, 2030-cu, 2050-ci və 2100-cü illər üçün proqnozunu açıqlayıb. Proqnoza görə, gələn ilə qədər ölkə əhalisi daha 99, 11 il ərzində isə 680 min nəfər artacaq.

Hesabat başqa Qafqaz ölkələri barədə bədbin düşüncəyə əsas verir. Ermənistan əhalisi 2100-cü ilə qədər az qala iki dəfə azalacaq. İndi qonşu-düşmən ölkədə təxminən 3 milyon 66 min nəfər yaşayır. Bundan sonra ermənilərin sayı yalnız azalan xətt üzrə gedəcək. Əsrin sonunda Ermənistanda cəmi 1,793 milyon adam qalacaq.

Gürcüstanda da xeyli azalma olacaq. Rəsmi rəqəmlər 3 milyon 717 min nəfərdən danışır. 2100-cü ildə bu ölkədə 2 milyon 438 min adamın yaşayacağı proqnozlaşdırılır.

Dünya əhalisinin 7,7 milyarda çatdığını bilirsiniz. Əsrin sonunda say 11 milyardı aşacaq. İndi ikinci olan hindistanlılar birinci pilləni ələ keçirəcək. Hindistanda əhali 1,516 milyarda çatacaq. Çində xeyli azalma gözlənilir. İndi Asiya dövlətində yaşayanların sayının 1,4 milyardı ötdüyü hesab olunur. BMT 2100-cü ildə orada 1 milyard 20 min insanın qalacağını proqnozlaşdırır.

Kəskin azalma və artma gözlənilən ölkələr var. Məsələn, Yaponiyada əhali 1,5 dəfə azalaraq, 84 milyona düşəcək. Rusiyada 124 milyon insan yaşayacaq. Almaniya təxminən 10, İtaliya 8 milyon nəfər itirəcək. BMT Ukrayna ilə bağlı lap bədbindir. Təşkilat hesab edir ki, 2100-cü ildə bu ölkədə uzağı 28 milyon nəfər məskunlaşacaq.

Ən çox artım Afrika ölkələrində gözlənilir. Məsələn, Nigeriyada 80 il ərzində əhali 4 dəfədən çox artacaq. Bu ölkənin 793 milyon nəfərlə üçüncü pilləyə yüksələcəyini ehtimal edirlər. Uqandada əhali artımı az qala kosmik sürət alacaq. Beş dəfə artım gözlənilir. Uqandada 213 milyon nəfərin olacağı bildirilir.

ABŞ dördüncü yerdə qalacaq (447 milyon). Konqo Demokratik Respublikası böyük sıçrayışla beşinci pilləyə yüksələcək (378 milyon). Pakistan yenə liderlər qrupunda olacaq (351 milyon).
Azərbaycanda əxlaq polisi yaradılmalıdırmı? – AÇIQLAMA














Son günlər əxlaqsızlığı əks etdirən videoların yayılmasından sonra Azərbaycanda əxlaq polisinin yaradılması məsələsi gündəmə gəlib.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, hüquq-mühafizə orqanları belə mövzulara həssas yanaşsalar, əxlaq polisinin yaradılmasına ehtiyac qalmaz:

“Hansı ölkədə əxlaq polisi varsa, orada əxlaqsızlıq daha çox inkişaf etməyə başlayır. Əxlaq polisini yaratmaq isə olduqca mürəkkəb bir məsələdir. Yeni struktur, yeni ştatlar lazımdır və məncə, buna gərək yoxdur. Polis istər narkomaniyaya, istər əxlaqsızlığa qarşı öz işini doğru yerinə yetirsə, zənnimcə, problem qalmaz. Hər kəs bilir ki, harda nə baş verir. Belə hadisələrin qarşısını almaq iradəsi olmayanda əxlaq polisi olsa da, bunu ortadan qaldırmaq mümkün deyil. Ona görə də biz daha çox müvafiq qurumların bu kimi təzahürlərə qarşı daha sərt mübarizə aparmasını, məsələyə vicdanla yanaşmasını əsas götürməliyik”.

Hüquqşünas Fərhad Mehdiyev isə bildirib ki, liberal ölkələrdə əxlaq polisinin yaradılması demokratiyaya ziddir:

“Əxlaq polisi ancaq din dövlətlərində olur. Liberal-demokratik dövlətin əxlaq polisi olmamalıdır. Demokratik dövlətlərdə ümumi əxlaq pozuntusu ictimai qaydanı poza biləcək mahiyyətdədirsə, onda dövlət orqanları bunu məhdudlaşdırmaq baxımından müəyyən tədbirlər görə bilər. Amma təbii ki, bu, əxlaq polisi formasında olmayacaq.

Əxlaq polisi yaradılanda qanunvericilik dəyişdirilir, müəyyən hərəkətlər qadağan edilir. Həmin sahəyə baxan hüquq-mühafizə orqanları, yəni əxlaq polisləri kompüterin qarşısında oturaraq, gələn şikayətləri araşdırmaqla məşğul ola və ya özləri də sosial şəbəkələrdə və s. araşdırma apara bilərlər. İslam dininin geniş yayıldığı ölkələrdə əxlaq polisi geyimə də nəzarət edir. Ancaq liberal ölkələrdə belə bir şey yoxdur”.
“Diqlas”dakı sahibkarlardan bəziləri dövlət yardımını ala bilmir: Səbəblər... - VİDEO















“Diqlas”da baş verən yanğında zərər çəkən bir qrup sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, narazılıqlarını bildiriblər.

10 nəfərə yaxın sahibkar ölkə başçısının ayırdığı müvafiq dövlət yardımını almadıqları üçün narazılıqlarını ifadə ediblər. Yanğın zamanı zərər çəkən sahibkarlar ilkin mərhələdə müvafiq olaraq, 2 min və 10 min manat məbləğində dövlət yardımının verilməsini tələb ediblər.

Zərərçəkənlər musavat.com-a bildiriblər ki, bu işlə bağlı tapşırıq və göstərişlər verilsə də aidiyyatı qurumlar hələ də icra etməyiblər.

Digər bir narazılıq isə ticarət mərkəzinin icraçı direktoru Rasim Məmmədovun sahibkarların malına dəyən zərəri düzgün hesablamamasıdır. Sahibkarlar bildiriblər ki, ticarət mərkəzində zərərçəkənlərin qəbulu üçün xüsusi yer yaradılsa da, düzgün rəylər verilmir.

Onların sözlərinə görə, R.Məmmədov yanan malların siyahısını düzgün təsdiq etmir. Daha çox ticarət mərkəzi rəhbərliyinin xeyrinə aktlar bağlanır. Bu da narazalıqlara səbəb olur.

Sonda onu da edək ki, 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 146 min manatın ödənilməsi qərara alınıb.

Aprelin 10-da 70 zərərçəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərərçəkmiş sahibkara 1 milyon 142 min manat məbləğində maddi yardım ödənilib.

Məsələ ilə bağlı hadisə yerində olan “Diqlas” ticarət mərkəzinin icraçı direktoru Rasim Məmmədovun da mövqeyini öyrənməyə çalışsaq da, o, suallarımızı cavablandırmaqdan imtina edib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.“Diqlas”dakı sahibkarlardan bəziləri dövlət yardımını ala bilmir: Səbəblər... - VİDEO















“Diqlas”da baş verən yanğında zərər çəkən bir qrup sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, narazılıqlarını bildiriblər.

10 nəfərə yaxın sahibkar ölkə başçısının ayırdığı müvafiq dövlət yardımını almadıqları üçün narazılıqlarını ifadə ediblər. Yanğın zamanı zərər çəkən sahibkarlar ilkin mərhələdə müvafiq olaraq, 2 min və 10 min manat məbləğində dövlət yardımının verilməsini tələb ediblər.

Zərərçəkənlər musavat.com-a bildiriblər ki, bu işlə bağlı tapşırıq və göstərişlər verilsə də aidiyyatı qurumlar hələ də icra etməyiblər.

Digər bir narazılıq isə ticarət mərkəzinin icraçı direktoru Rasim Məmmədovun sahibkarların malına dəyən zərəri düzgün hesablamamasıdır. Sahibkarlar bildiriblər ki, ticarət mərkəzində zərərçəkənlərin qəbulu üçün xüsusi yer yaradılsa da, düzgün rəylər verilmir.

Onların sözlərinə görə, R.Məmmədov yanan malların siyahısını düzgün təsdiq etmir. Daha çox ticarət mərkəzi rəhbərliyinin xeyrinə aktlar bağlanır. Bu da narazalıqlara səbəb olur.

Sonda onu da edək ki, 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 146 min manatın ödənilməsi qərara alınıb.

Aprelin 10-da 70 zərərçəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərərçəkmiş sahibkara 1 milyon 142 min manat məbləğində maddi yardım ödənilib.

Məsələ ilə bağlı hadisə yerində olan “Diqlas” ticarət mərkəzinin icraçı direktoru Rasim Məmmədovun da mövqeyini öyrənməyə çalışsaq da, o, suallarımızı cavablandırmaqdan imtina edib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.<iframe width="790" height="444" src="https://www.youtube.com/embed/l5GgEUq0_XY" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>