Bu yollar bağlıdır – Diqqətli olun!














Bakıda növbəti “Formula 1 Azərbaycan Qran Prisi”nin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı bu gündən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, bu gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə – “Azneft” meydanı istiqamətində – Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində – Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyad Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.
Slavyan Universitetinə qarşı diplomu “yoxa çıxan” tələbəsindən ciddi ittiham – FOTOFAKT – YENİLƏNDİ














Aynur adlı xanım iddia edir ki, onun yeni düzəlmək istədiyi iş yeri bitirdiyi Bakı Slavyan Universitetilə əlaqə saxlayıb ki, onun həqiqətən də həmin universiteti bitirməsinə dair təsdiqləmə ala bilsin. Minval.İnfo xəbər verir ki, universitetin cavabı Aynur xanımı təəccübləndirib. Belə ki, ali təhsil ocağının cavabı birmənalı olub: “Sizə dair məlumat yoxdur”.

İşə düzəlmək istəyən xanım qeyd edir ki, sözügedən universiteti 2013-də bitirib və necə olur ki, 5 il ərzində bazadan informasiya yox olur?: “Diplomumun şəklini göndərmişəm ki, girin araşdırın, belə cavab verərək kiminsə karyerasına zərər gətirirsiz.”

Sabiq tələbə sonda bildirib ki, bu biyabırçılıqdır.

Qeyd edək ki, ABŞ-da yaşayan video-blogger Aynur Hüseyn (Sosial şəbəkələrdə “Aka The One” və ya “lunainoor” kimi də tanınır) 68 min insanın müraciət etdiyi vakansiya üçün dünyanın ən nəhəng aviaşirkəti “American Airlines”da bütün intervyulardan keçərək, işə dəvət edilib.
Slavyan Universitetinə qarşı diplomu “yoxa çıxan” tələbəsindən ciddi ittiham – FOTOFAKT – YENİLƏNDİ
Slavyan Universitetinə qarşı diplomu “yoxa çıxan” tələbəsindən ciddi ittiham – FOTOFAKT – YENİLƏNDİ
Təhsil naziri Ceyhun Bayramov Elina Hacıyevanın ölümü barədə danışdı















Təhsil naziri Ceyhun Bayramov 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündən kədərləndiyini bildirib.

Azvision.az xəbər verir ki, nazir bu barədə “ASAN Radio”nun “QəbuldASAN” proqramında danışıb.

“162 nömrəli məktəbdə baş vermiş hadisə, 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı oldu”, – deyə nazir vurğulayıb.

C.Bayramov, həmçinin qeyd edib ki, məktəb psixoloqu, sinif rəhbərləri, fənn müəllimləri şagirdlərin psixoloji durumundan xəbərdar olmalıdır. Onun sözlərinə görə, valideyn daim müəllim, sinif rəhbəri ilə əlaqə saxlamalıdır.

Qeyd edək ki, aprelin 4-də 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.
Azərbaycanda hər il 20 min uşaq abort etdirilir – RƏSMİ














“Azərbaycanda hər il azı 20 min abort etdirilir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada hər gün 8 min qız uşağı ölür: “Eyni zamanda, dünyada hər il 700 milyon yetkinlik yaşına çatmayan qızlar nikaha cəlb edilir. Biz problemlərdən danışmağa qorxmamalıyıq. Uşaq hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsidir. Biz bu problemlərdən danışan kibercinayətlərdən də danışmalıyıq. Bu gün sosial şəbəkələrdə feyk səhifələr yaradılaraq uşaqlarla münasibətlərin qurulması həyata keçirilir. Bu, böyük problemlərdəndir”.

//Azxeber.com
Səhər yeməyindən imtina edənləri ölümcül təhlükə gözləyir














San-Paulu Dövlət Universitetinin alimləri səhər yeməyindən imtinanın ölümcül təhlükə daşıdığını aşkarlayıb. Səhər yeməyindən imtina edib, gecələr, yatmazdan əvvəl qida qəbul edən insanlarda isə erkən ölüm riski daha da yüksək olur. Söhbət başlıca olaraq ürək tutması ilə əlaqədar ölüm riskindən gedir.

Araşdırmanın nəticələri “MedicalXpres” nəşrində dərc olunub.

Tədqiqatda əvvəllər miokard infarkt keçirmiş orta yaşı 60 olan 113 pasiyent iştirak edib.

Tədqiqat çərçivəsində aparılan sorğuda məlum olub ki, könüllülərin 58 faizi səhər yeməyi yeməyib, onlardan 51 faizi gecə saatlarında qida qəbul edib, sorğu iştirakçılarının 41 faizi isə hər iki zərərli vərdişə malik olub.

Səhər yeməyi yeməyən, ancaq yatmazdan əvvəl qida qəbul etməyi sevən könüllülər təkrar infarktdan əziyyət çəkib, stenokardiyaları isə 4-5 dəfə daha müntəzəm olub.

Alimlər düzgün qidalanmanın ürək-damar xəstəlikləri profilaktikası baxımından olduqca zəruri olduğunu qeyd edir.(oxu.az)
AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı














Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.

Oxu.Az xəbər verir ki, bunu Milli Konservatoriyasının rektoru, Xalq artisti, AzTV nəzdində yaradılan Bədii Şuranın üzvü Siyavuş Kərimi deyib.

“Sözsüz ki, biz bütün televiziyalara təsir edə bilmərik, lakin onlar üçün bir nümunəyə çevrilə bilərik. Bu işdə bizə siz tamaşaçıların köməyi və dəstəyi vacibdir”, – deyən Xalq artisti Bədii Şura üzvlərinin ölkənin ikinci böyük şəhəri Gəncəyə və bölgələrə səfərlərinin də məhz bu məqsədi daşıdığını bildirib.

“Məqsədimiz Azərbaycan televiziya məkanındakı mövcud vəziyyəti tamaşaçılarla müzakirə etmək, onların fikirlərini öyrənmək, təkliflərini dinləməkdir”, – deyə S.Kərimi əlavə edib.

Qeyd edək ki, bir müddətdir yerli televiziyaların efirində gedən nalayiq ifadələr, bayağı verilişlər tənqid olunur. Televiziya kanalları bu səbəbdən lağ obyektinə çevrilir, cəmiyyətin aqressiyası ilə üzləşir.
Azərbaycanda daha bir orta məktəbdəki biabırçılıqla bağlı rəsmi AÇIQLAMA















Samux Rayon Təhsil Şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır.

Bu barədə Report-a Təhsil Şöbəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi haqqında ictimiayyətə məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda İnstitut qəsəbə məktəbinin şagidrlərinin qeyri-etik hərəkətləri yer alan görüntülər yayılıb.
“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” — Prezident















“Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz”
Bunu prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanda maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq: “Müvafiq göstərişlər verildi. İndi hökumətdə iş aparılır. Bizim indi maliyyə imkanlarımız artır. Ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük bir rəqəm büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların, pensiyaların artırılmasına istiqamətləndirilməlidir. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik. Aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırılıb. 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minumum əməkhaqqı, minumum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
Prezident həmçinin söhbətində problemli kreditlər ilə bağlı qəbul olunan fərmandan da danışıb. O, qeyd edib ki, Azərbaycanda bu məsələ elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur: “Bilirsiniz ki, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərləri çalışırdılar ki, bu problemi həll etsinlər. 

Bəzi hallarda qərarlar qəbul edildi, ancaq icra edilmədi. Bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik. Bu qərar maksimum vətəndaşların maraqlarını nəzərə alan qərar oldu. 800 minə yaxın insan bu fərmandan yararlanacaq”.
Yeniyetmələr gecə klublarına niyə buraxılır…? – Keçmiş polis zabitindən münasibət















Elina adlı məktəbli qızın səs-küyə səbəb olan intiharından sonra azyaşlılarla bağlı bir neçə məqam da gündəmə gəldi. Gecə klubunda çəkilən və Elinaya aid olduğu iddia edilən fotoların yayılması ilə məktəblilərin klublara getməsi ciddi müzakirələr yaratdı. Qeyd edək ki, faciəvi şəkildə ölən məktəblinin anası Sevil Hacıyeva şəkillərdə və videoda yer alan qızlardan heç birinin onun övladı olmadığını bildirdi. Belə görüntülərin yayılması kəskin tənqidlə qarşılandı və Elinanın ölüm işininin istintaqına mənfi təsir edəcəyi bildirildi.

Bunun ardınca sonra sosial şəbəkələrdə gecə klublarının bağlanması haqqında təkliflər də irəli sürdülər.

Bu təkliflər barədə Modern.az-a danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev gecə klublarının bağlanmasının əleyhinədir. Onun fikrincə, belə addım heç bir müsbət nəticə verməyəcək:

“Cinayət qanunvericiliyində “səbəbli əlaqə” deyilən anlayış var. Hadisələrin baş verməsi ilə əlaqədar məqamları gələcəkdə aradan qaldırmaq mütləqdir. Düzdür, gecə klublarına azyaşlıların daxil olması məqbul hadisə deyil. Bu, yeniyetmələrin həyat tərzinə, psixologiyasına, xarakterinə pis təsir edir. Amma məsələyə qanuni tərəfdən baxanda, Azərbaycan hüquqi-demokratik dövlətdir. Həmin klublar qanunla fəaliyyət göstərirlər. Onlar müəyyən razılaşdırılmış lisenziya alırlar, buna uyğun fəaliyyətini qurmalıdırlar. Qeyri-qanuni fəaliyyət göstərən gecə klubları da var. Həmin klublar hüquq-mühafizə orqaları tərəfindən ifşa olunur, zaman-zaman müəyyən tədbirlər görülür. Bəziləri təklif edir ki, gecə klublarını ümumiyyətlə ləğv etmək, bağlamaq lazımdır. Bu, qanunazidd hərəkətdir. Əgər qanun fəaliyyətinə icazə verirsə, klublar öz fəaliyyətlərini qanunla tənzimləyirlərsə, niyə bağlanmalıdır? Hər hansı cinayətin, qanunsuzluğun qarşısını almaq üçün cəzaları sərtləşdirməyin o qədər də effekti olmur. Başqa sivil tədbirlər görmək lazımdır”.Yeniyetmələr gecə klublarına niyə buraxılır…? – Keçmiş polis zabitindən münasibət










Kriminalist Mahmud Hacıyev

M.Hacıyevin fikrincə, gecə klublarının fəaliyyətinə, yeniyetmələrin orada vaxt keçirməsinə ciddi nəzarət etməklə, məktəblərdə təlim-tərbiyə azaltmaqla belə hadisələri azaltmaq olar:

“Qeyri-qanuni fəaliyyət göstərənləri bağlayın, cinayət işi qaldırın, bu öz yerində. Nəzarət etmək, kompleks tədbirlərlə yeniyetmələrin klublara getməsinin qarşısını almaq lazımdır. Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, icra hakimiyyətləri birlikdə tədbirlər həyata keçirməlidir. Nazirlik maarifləndirmə aparmalı, məktəblərdə nəzarəti təmin etməli, profilaktik tədbirlər görməlidir. İcra hakimiyyəti isə nəzarət işlərini tək polisin üzərinə yıxmamalıdır. Bir bina tikilən kimi icra nümayəndələri ora tökülürlər. Halbuki, azyaşlılar kütləvi şəkildə gecə klublarına, internet-kafelərə gedəndə, səhərə qədər o məkanlarda vaxt keçirəndə heç kim qarışmır.

Bir də görürsən deputatlar müzakirə edirlər. 3-5 deputat birbaşa deyəcək ki, gecə klublarını bağlayın. Halbuki, bunu iddia edən adamların qanunvericilikdən xəbəri olsa, belə təklif etməz. İnanın, gecə klublarını bağlasalar, yeniyetmələrin inzibati xətaları, cinayət işləri azalmayacaq, əksinə artacaq. Oğurluqlar, narkotika, dələduzluqlar çoxlacaq. İnternet klubları misal çəkdim. İcra hakimiyyətləri niyə nəzarət etmir ki, gecə saat 3-də 12-13 yaşlı gənc internet-klubda neynir? Nə vacibdir ki, kompüter otaqları gecə 2-3-ə qədər açıq olsun. Saat 10-da bağlamaq olar”.
Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən yeniliklər















Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat qovşağına rayonlara işləyən avtobuslar da yerləşdirilib.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

P.Məmmədova deyib ki, respublikanın rayon və şəhərlərinə işləyən avtobuslar artıq müvəqqəti dayanacaqlardan yeni Nəqliyyat qovşağına köçürülüb: “Yəni minik avtomobilləri, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilib”.

BBAK rəsmisinin sözlərinə görə, aprelin 15-də istifadəyə verilən yeni qovşaqda sakinlərin rahatlığı məqsədilə fərdi avtomobillər üçün parkinq yerləri də ayrılıb ki, bölgələrdən və xaricdən gələn qonaqları rahat qarşılaya bilsinlər.

P.Məmmədova onu da qeyd edib ki, hazırda sözügedən əraziyə giriş ödənişsizdir: “Bildiyiniz kimi, avtomobillərin “Xoş gəlmisiniz” yazılan əsas girişdən avtovağzala daxil olması ödənişlidir. Yeni qovşaq tərəfdən avtovağzala daxil olmaq isə hələlik ödənişsizdir. Ancaq gələcəkdə bu istiqamətdən də giriş ödənişli ola bilər. Tariflər isə hələlik dəqiqləşdirilməyib”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, BBAK-ın yaxın zamanlarda yeni saytı və mobil əlavə istifadəyə veriləcək: “Yeni sayt daha təkmil və funksional olacaq. Android və iOS qurğuları üçün istifadəyə veriləcək mobil əlavə vasitəsilə sərnişinlər bütün əməliyyatları yerinə yetirə biləcəklər”.