Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır — SİYAHI















Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib.
Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
Kəlbəcər təhsil şefi hara baxır? - 108 saylı məktəbdə şagirdlər “aylıq”a çıxıb...















Paytaxtın Suraxanı rayonunda yerləşən Kəlbəcərin 108 saylı orta məktəbi çoxdan “bağlanıb”, tədris yekunlaşıb. 

Cahan.info-ya verilən məlumatda iddia edilir ki, məktəbin direktoru Bəsti Hüseynova əsasən yuxarı siniflərin şagirdlərini “aylığa” buraxıb. 

Bu özbaşına mühitin nəticəsidir ki, məktəbdə tədrisin səviyyəsi və keyfiyyəti aşağı, davamiyyət sıfıra yaxın, müəllim-şagird münasibətləri alver çərçivəsində qurulub. 

Kəlbəcər təhsil şöbəsi Elmira Şükürova maraqlanmır ki, B.Hüseynova 108 saylı məktəbi necə idarə edir. Belə çıxır ki, dərsə gəlməmək üçün “aylıq” verən şagirdlərin pulundan məktəb direktoru təhsil şöbəsi müdirinə pay çatdırır. 

Amma son günlər ən çox müzakirə olunan Elinanın intiharı bir örnək olmalıdır ki, şagirdlər nəzarətsiz saxlanmamalıdır, tədris, davamiyyət yüksək səviyyədə olmalıdır. 

Sabah 108 saylı məktəbdə hansısa bıçaqlanma, yaxud intihar olarsa, dərs vaxtı bir şagirdin başına xoşagəlməz hadisə gələrsə bunun məsuliyyətini kim daşıyacaq? 

Məktəb direktoru, müavinlər, sinif rəhbəri və müəllimlər dərs vaxtı həmin şagirdin harda olduğuna nə cavab verəcəklər? 162 saylı məktəbdəki intihar bir dərs olmalıdır ki, tədris saatlarında şagirdlər nəzarətdə saxlanmalıdır. 

Amma 108 saylı məktəb direktoru B.Hüseynovanın heç nə vecinə olmadığı, şagirdləri “aylıq”a buraxdığı deyilir. 

Kəlbəcərin təhsil şöbəsi E.Şükürova görünür, aldığı paydan oğlunun qumarda uduzduğu borcları qaytarmaqla məşğuldur. 

Ağdamın keçmiş təhsil şöbəsi rəhbəri olmuş E.Şükürova bu rayona icra başısı getmək istəyirdi. Hətta Kəlbəcərin deputatı Cavid Qurbanova pul verdiyi iddia edilirdi. Ancaq proseslər onun əleyhinə işlədi.

E.Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur. Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub. 

1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb. 

E.Şükürovanın oğlu isə qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı. 

Mətbuat yazmışdı ki, Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur. 
Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil.

Ağdam təhsilinə rəhbərlik etdiyi uzun illər ərzində Elmira Şükürovanın adı bir sıra qalmaqallı maliyyə maxinasiyalarında hallanıb.

Görünür, Elmira xanım indi həmin “ənənələri”ni Kəlbəcərdə də bərqərar etmək istəyir. Bu yöndə onun atdığı ilk addım isə yeni təyinat alarkən məktəb direktorlarının hər birindən ilkin olaraq 500 manat yığaraq onlara 3 ay vaxt verməsi olub. 

Bundan sonra isə “aylıq haqq” ənənəyə çevrilib və məktəb direktorları hər ay həmin məbləği ödəmək zorunda qalıb. 

114 məktəbi olan Kəlbəcər rayon Təhsil Şöbəsi heç də Ağdam Təhsil Şöbəsindən geri qalmır. Adı çəkilən rayon məktəbləri isə ölkənin müxtəlif yerlərində fəaliyyət göstərirlər. 

Həmin məktəblərdə tədrisin hansı vəziyyətdə olduğu və hər il dövlətin külli miqdarda vəsaitlərinin hansı şəkildə mənimsənilməsi E.Şükürovaya “çox tanışdır”. 

Məktəb direktorunun və təhsil şöbəsi müdirinin mövqeyini dərc etməyə hazırıq.
“OVQAT” Kolbasasında xərçəng,ölü ət,milçək,Çin benzonatı... AZƏRBAYCAN XALQINA NƏ YEDİRİLİR?















Bir müddət əvvəl "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxmışdı.

Şirkətin rəhbəri Anar Rzayev isə bu işin məqsədli şəkildə təşkil olunduğunu bildirmişdi. Hətta müəssisənin qapılarının mediaya açıq olduğunu söyləmişdi. 

Br qədər sonra "Ovqat” şirkəti barədə yeni iddialar meydana çıxdı. Saytlar yazırdı ki, «Ovqat»ın məhsulları bir sıra onkoloji xəstəliklərə yol açır. 

"Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir. 

Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. 

Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür. 

Bu da azmış kimi, mətbuatda növbəti ittihamlar yer aldı. Belə ki, halala haram qatan, daha doğrusu, haramı "halal” kimi təqdim edən sexlərdən biri də "Ovqat” əmtəə nişanı ilə fəaliyyət göstərdiyi iddia olunur. 

Məlumatda bildirilir ki, bu müəssisədə işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Onların maaşından gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar tutulmur. 

İstehsal avadanlıqları köhnəldiyindən, onların istifadəsi əməyin təhlükəsizliyini təmin etməyə imkan vermir. İstehsalatda bədbəxt hadisə baş verəcəyi təqdirdə xəsarət alacaq işçilərin müavinət almaq imkanları yoxdur.

Növbəti iddialarda ölmüş heyvanların ətindən istifadə edildiyi bildirilirdi. A.Rzayev və şirkətin mətbuat xidməti yenə susdu. 

Bu məlumatlar mətbuat tirajlandıqca cəmiyyətin "Ovqat”a olan inamı sarsıldı. Bu gün də alıcılar bu firmanın kolbasa məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır. 

Şirkət rəhbərliyi isə mətbuata öz qapılarını açmaqla reportaj hazırlamağa şərait yaratmalıdır, bu iddialara dair əks-sübutları ortaya qoymalıdır ki, hər birimiz arxayınlıqla bu məhsulları ala biləcəyimizə arxayınlaşaq. 

Amma şirkət susur, danışmır, alıcıların inamı ölür, internetdə axtarış verdikdə bu firma haqda ən qorxunc xəbərlər qarşımıza çıxır. Hər birimiz ailəmizə təmiz, keyfiyyətli, tərkibi sağlam məhsul yedirtmək istəyirik. Belədirsə, bütün yeyinti istehsalçıları cəmiyyətə açıq olmalıdır.

Əslində, saytımız təkcə "Ovqat” yox, digər kolbasa firmaları barəsində də araşdırmalara başlayır və silsilə şəkildə yazılar təqdim edəcəyik. 

Burada hər hansı qərəz yoxdur, məqsəd ölkədə xalqa hansı kolbasa-sosiska məhsulları yedirildiyini aydınlaşdırmaqdır. İnanmaq istəyirik ki, internet resurslarında "Ovqat” haqda yer alan iddialar da həqiqətdən uzaqdır. Qarşı tərəfi dinləməyə hazırıq.
İstinad:Xalqxeber.az
Elinanın atasından məktəb direktorunun ev dustaqlığı ilə bağlı qərarına AÇIQLAMA














“Ev dustaqlığı ilə bağlı qərarı oxudum. Mən Azərbaycan qanunverciliyi çərçivəsində o xanımın layiqincə cəzalandırılacağına tam inanıram. Mən qızımı itirmişəm, əlim-qolum bağlanıb…”

Bu sözləri News24.az-a açıqlamasında özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev məktəbin sabiq direktoru Sevinc Abbasovanın dünən verilən qərarla ev dustaqlığına məhkum olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: “Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq”.
Azərbaycanda ən yaşlı tələbə bu qədər təqaüd alır














Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, Filologiya fakültəsinin ikinci kurs tələbəsi – 50 yaşlı Əfsəl Qazıyevdir.

Azxeber.com xəbər verir ki, bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır:

* 130 manat – Əlaçı təqaüdü
* 200 manat – Rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü
* 100 manat – 6 fəndən 100 bal aldığına görə.
Kommunal xidmət limiti ilə bağlı — YENİ QƏRAR















Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri 3 ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
ONA verdiyi məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nda əksini tapıb.

Qərara əsasən kommunal xidmət göstərən müəssisələr 2 ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra 2 ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.
Bu qərarla təsdiq edilmiş Qaydaya uyğun olaraq büdcə təşkilatları və kommunal xidmət göstərən müəssisələr tərəfindən tərtib edilmiş ümumiləşdirilmiş hesabatlardakı məlumatlar arasında fərq olduqda, həmin məlumatların “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixliqərarı ilə yaradılmış Komissiyanın Katibliyində həmin şəxslərin nümayəndələrinin iştirakı ilə araşdırılması təmin edilməlidir. Dövlət Statistika Komitəsinə tapşırılıb ki, büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etsin.

Yeni Qaydanın qəbulu ilə əlaqədar Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” 1998-ci il 13 aprel tarixli qərarı ləğv olunub.
Taksilərdə siqaret qadağası qanuniləşdi: proses necə tənzimlənəcək?















Sürücülər qanundan xəbərdardırlar, amma sual edirlər: “Onda gərək hər taksinin dalına bir polis maşını düşə?”
Prezident İlham Əliyev aprelin 15-də “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə 2017-ci il fevralın 23-də imzaladığı fərmana dəyişiklik edib. Söhbət “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə sənədə dəyişiklikdən gedir. Fərman taksidə siqaret çəkənləri hansı dövlət qurumunun cərimələyəcəyini müəyyən edir.

Sənədə əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək. Bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.

Bəs məsələ ilə bağlı taksi sürücüləri nə deyirlər?

“Yeni Müsavat”ın əməkdaşı Bakıda fəaliyyət göstərən taksi sürücüləri ilə söhbət edib, onların qanuna münasibətini öyrənib.

Sürücülərin fikirlərinə keçməzdən öncə yada salaq ki, Milli Məclisdə ötən il siqaretlə bağlı qadağalar müzakirə edilmişdi. Belə ki, Milli Məclis 2018-ci il oktyabrın 1-də İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər etmişdi. Deputatlar həmin məcəllənin 212 və 322-ci maddələrinə dəyişiklik layihəsini müzakirəyə çıxarmışdılar. Konkret desək, məcəllənin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması” adlanan 322-ci maddəsinə siqaretlə bağlı dəyişiklik olunmuşdu.

Dəyişikliyə görə, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində, taksilərdə siqaret çəkənlər 40-50 manat cərimə olunmalıdırlar. Azərbaycanda siqaretlə bağlı qanunvericilik 2017-ci ildə də sərtləşdirilib. Parlament həmin ilin dekabrında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edib.

Həmin qanun səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonlarında siqaret çəkilməsinə icazə vermir. Habelə, bura idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olunmaqla hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobus dayanacaq məntəqələrində də siqaret çəkilməsinə icazə verilmir.

Qanun iş yerlərində siqaret çəkilməsinə yerin ayrılmasını işəgötürənin ixtiyarına buraxır. Bu qaydaları pozanlar isə mülki, inzibati qaydada məsuliyyət daşıyırlar.

Ancaq bu gün görürük ki, qəbul edilən qanuna heç də əməl olunmur. Yenə də kafelərdə, yuxarıda qadağan olunmuşlar siyahısında adıçəkilən yerlərdə siqaret çəkənlərə rast gəlinir. Bəs siqareti taksidə qadağan etmək mümkün olacaqmı?

Taksi sürücüləri ilə söhbətimizdə onlar bildirdilər ki, hazırda cavan sürücülərin çoxu maşında siqaret çəkilməsinə razılıq vermir. Bu barədə “Yeni Müsavat”a danışan sürücü Fərman Abdulov aşağıdakıları söylədi: “Taksidə istifadə edilən avtomobillərin ili ilə bağlı qadağa qoyulandan sonra bütün taksi fəaliyyəti göstərən maşınlar yeniləndi. İndi əksər maşınların istehsal ili 2007-dən sonraya aiddir. Cavan sürücülərin çoxu şirkətlərdə işləyirlər. Taksi şirkətləri də tələb qoyurlar ki, sürücülər sərnişinlə nəzakətli davransın, avtomobili təmiz saxlasın və sairə. Sürücü razı qalmayanda şirkətə şikayət edə bilir. Ona görə də əksər sürücülər taksidə siqareti çoxdan qadağan ediblər. Ancaq sovet maşınlarında, kəndlərə işləyən taksilərdə siqaret çəkənlərə rast gəlinir”.

Hər gün 8-ci kilometr bazarının yanından Kürdəxanıya 1 manatdan sərnişin daşıyan sürücü Əhməd bildirdi ki, maşınında sərnişinlər çox vaxt siqaret çəkirlər: “Yeni qərardan xəbərimiz var. Taksidə qadın olmayanda, mən də, sərnişin də siqaret çəkirik. İndi yəqin ki, qaydalara uyğun olaraq çəkməyəcəyik. Ancaq inanmıram ki, bu qanun da işləyə. Məsələn, Kürdəxanı yolunda elə küçələr var ki, orada heç vaxt polis olmur. Onda gərək hər taksinin dalına bir polis maşını düşə, içərini izləyə. Çətin məsələdir, görək axırı necə olur”.

Taksi sürücüləri söylədilər ki, hələ ki onlara məsələ ilə bağlı yol polisi tərəfindən xəbərdarlıq edən olmayıb.

Bəs bu qanun necə işləyəcək?

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Məmmədov söylədi ki, əslində digər qonşu ölkələrdə oxşar qanun uzun müddətdir ki, tətbiq olunur: “Türkiyə Cümhuriyyətində bu qanun çox mütəşəkkil şəkildə tətbiq olundu və faydasını da hər kəs görür. Orada vətəndaşlar artıq ictimai nəqliyyatda siqaret qadağasını qəbul ediblər və riayət də edirlər. Burada cərimələrin tətbiqi məsələsi də var. Artıq sürücülərin özləri bilavasitə sərnişinləri təşviq edəcəklər ki, siqaret çəkməsinlər. Azərbaycanda bir zamanlar 90 faiz sürücülər təhlükəsizlik kəmərindən istifadə etmirdilər. Ancaq son tətbiq edilən cərimə və qadağaların sərtləşdirilməsi lazımi effektin alınmasına səbəb oldu. Buna mənada hesab edirəm ki, taksidə siqaret qadağasına da sərnişinlər öyrəşəcəklər. Bu, doğru qərardır. Təəssüf ki, kafe və restoranlarda da qadağanın olmasına baxmayaraq, buna tam olaraq əməl edilmir. Orada da cərimələr mütəşəkkil olarsa, sözsüz ki, bu, öz praktik həllini tapmış olar. Fərdi nəqliyyat vasitələrində insanlar siqaretdən istifadə edirlərsə, artıq salonda olan insanların hamısı tüstünü qəbul edirlər. Siqaretin passiv iştirakçıları isə tibbi baxımdan daha çox zərər görürlər. Kompleks formada yanaşanda qəbul edilən qərar olduqca əhəmiyyətlidir”.

Ekspert bildirib ki, yol-hərəkəti qaydalarını pozan sürücülərin bir çoxu siqaret çəkdikləri an bunu edirlər: “Siqaretin qeyd etdiyimiz ziyanları ilə yanaşı, başqa bir zərəri də var. Belə ki, siqaret çəkən sürücü avtomobil qəzalarına, yol-hərəkəti qaydalarının pozulmasına da səbəb olur. Siqareti yandırma anında sürücünün diqqəti yayınır və qəza qaçılmaz olur. Təcrübədə bir neçə belə hal da olub ki, avtomobildə siqaret çəkilməsi nəticəsində nəqliyyat vasitəsi alışıb. Biz burada siqaretə yalnız ətraf mühitə, insanların sağlamlığına zərər verən bir faktor kimi yanaşmırıq. Eyni zamanda məsələyə nəqliyyat hadisələrinin və yol-hərəkəti qaydalarının pozulması kontekstindən də yanaşmaq lazımdır”.
Deputat və vəzifəli şəxslərin üz tutduğu “Cindar Hüseyn” – Cinlərə qonaqlıq verir, minlərlə dolları… (TƏFƏRRÜAT)














Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarında yazılır ki, Lalə İbrahimovanın bir övladı var. O, həyat yoldaşının vəfat etdiyini deyib.

İttiham aktını almadığını deyən L.İbrahimova bunun səbəbini belə izah edib: “Mən etiraz olaraq götürmədim. Çünki iş birtərəfli aparılıb. Mən obyektivliyə inanmıram. Bizə qarşı təzyiqlər, haqsızlıqlar olub. Mən məhkəmənin də ədalətli olacağına inanmıram. Heç vəkilimiz də yoxdur. Belə olan halda məhkəmə neçə gedə bilər?”

Hakim təqsirləndirilən şəxsə izah edib ki, onun hakimə sual vermək ixtiyarı yoxdur. Hakim izah edib ki, iş məhkəməyə göndərilib və onlara dövlət hesabına vəkil də təqdim ediləcək.

Lalə İbrahimova dövlət hesabına təyin edilmiş vəkildən imtina etdiyini, özünün başqa vəkillə müqavilə bağlayacağını deyib. Hakim bildirib ki, yeni vəkillə müqavilə bağlanacağı təqdirdə növbəti mərhələdə işə buraxılacaq.

Prosesdə elan edilib ki, zərərçəkmişlərin bəziləri məhkəməyə mülki iddia təqdim etməyib. Məhkəmənin gedişində zərərçəkmişlərlə Lalə Ibrahimova arasında mübahisə yaranıb. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndiriblər. Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib.

Məhkəmə iclası aprelin 22-də davam etdiriləcək. Minval.info xəbər verir ki, ittihama görə, “Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Hüseyn Əlizadə anası ilə birlikdə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilir.

Zərərçəkmişlərdən biri olan Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib. Rübabə Ağayeva bildirib ki, “Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul – 57 min dolları, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, “Cindar Hüseyn”in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.
Prorektorların işdən çıxarılması xəbərinə BDU-dan MÜNASİBƏT















Bakı Dövlət Universitetinin (BDU) Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevin və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının vəzifələrindən azad edlməsi ilə bağlı bəzi KİV-lərdə yer alan məlumatlar yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun mətbuat xidmətinin rəhbər Pərvanə İbrahimova bildirib.

“Adları çəkilən prorektorların vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir və onlar iş başındadırlar”, – deyə o, bildirib.

Bəzi KİV-lərdə Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başladığı və sözügedən rektorları vəzifələrindən azad etdiyi haqda məlumat yayılmışdı.
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb














Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olub.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, fərmana əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, belə müdaxiləyə görə məsuliyyətin artırılması, eyni zamanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında “qaynar xətt”in yaradılması məsələsi qoyulub.

Həmin məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və ilkin olaraq (012) 310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlayıb. “Qaynar xətt” əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün olacaq.

“Qaynar xətt” əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.