Növbəti qurban Masallı məktəblərindən ola bilər özüdə daha səs küylü,daha acınacaqlı...-VİDEO














Təhsil millətin keyfiyyəti deməkdir. Təhsil keyfiyyətsiz olanda mədəniyyət də, ədəbiyyat da, musiqi də, elm də, eyni zamanda insanlar arasında normal ünsiyyət də olmur. Təhsil varsa, bunlar ucadır, yoxdursa, alçaqdır. Görün nə zamandır, bacı bacının başını kəsir, qardaş qardaşı güllələyir, oğul anasını boğur, ata körpələrini boğur, o birisi də bomba atıb bütün nəsli qırır. Başqa birisi də avtobusu yolun əks istiqamətinə çıxararaq insanları ağuşuna alır. Daha nələr, nələr... Bəs bunlar cahillik deyilsə, nədir?!... Bu gün Azərbaycanda baş verən yol qəzaları, intihar halları, cinayət faktları - millətin təhsili yuxarı olsaydı, ən azı 50 faiz aşağı olardı. Bu cür halların baş verməsi birbaşa təhsillə bağlıdır...Və son dəhşətli olay Bakının 162 saylı məktəbində bir qızcığazın intiharı...Onu məktəb öldürdü...Bəli məhz bu günümüzün təhsil sistemi və ona rəhbərlik ,himayədarlıq edənlər öldürdü...
Gəlin açıq danışaq bu gün təhsil sistemimizdə ,o qədər təhsilə ləkə olan insanlar varki,rəhbər postlarda oturublar.
Təhsildən neqativ yazan kimi Mətbuat şürası az qalır həmin həmin təhsil şöbə müdiri ,məktəb direktoruna görə jurnalistə cinayətkar adı versin.Baxıram ki,162 saylı məktəbin direktoruna himayədarlıqda İcra hakimiyyəti və təhsil nazirliyinin məsul işçisi Kənan Quliyevin adı hallanır.Həmən Kənan Quliyev Masallının əxlaqsız təhsil şöbə müdirinə himayədarlıq etməkdədə adı hallanırdı,bu haqda yazmışdım mətbuat şurası iclas edib dedi ki,nə danışırsınız siz belə şeylər yazmayın ,təkzib verin ki,onlar aydan arı sudan durudurlar! Təbii ki,mən bunu etmədim,etməyəcəmdə!
Bunu bir daha yazmağı özümə borc bildim.Masallıda Elinanın ölümündəndə beş betər hadisələr baş verəcək.Çünki təhsil şöbə müdiri direktorları qorxu içində saxlayır,direktorlar şagirdləri...Ən dəhşətlisi odur ki,Masallı təhsil şöbə müdiri dövlət qulluğunda ola ola dövlətə qarşı çıxır.Beləki,Tariyel Ələkbərov talış kənd məktəblərinə daha çox qayğı göstərir nəinki azərbaycanlılar yaşayan kəndlərdəki məktəblərə...Bu separatçılıq deyil bəs nədir?İcra hakimiyyətinin və Təhsil nazirliyinin məsul işçisi Kənan Quliyevin himayədarlıq etdiyi Tariyel Əkbərovun özünə məxsus kef məclisləri qurulur.Tez tez Bakıda "Çinar" və "Xarı bülbül " otelini ziyarət edən"müəllim" məclisinə ancaq 16-17 yaşlı qızları gətizdirir.İçkidən başı ayılmayan ,azyaşlı qızlara meyilli olan bu cür təhsil şöbəsinə təhsil və məktəbi necə etibar etmək olar?Elinanın bir məktəb direktoru və ona himayədarlıq edənlər öldürdü... Nə qədər yazsaqda biz körpəni geri qaytara bilmərik.İndi gərək Masallıdada kimsə intihar etsin məsələni araşdırsınlar?Kor olmaq lazımdır ki,Masallının təhsil şefinin əməllərinə göz yumasan.
Dərc etdiyimiz yazılarada biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu gün ölkənin təhsil sistemi rüşvətxorluq və korrupsiyanın daha çox müşahidə olunduğu sahələrin siyahısında hələ də ilk yerlərdən birini saxlamaqdadır. Təhsil sisteminin fəaliyyətini təmin edən və ya bu fəaliyyətə hər hansı formada nəzarəti həyata keçirən bir çox struktur bölmələrinin başında bu gün hələ də rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlar durmaqda davam edirlər. Bu dayanıqlı idarəçilik piramidasının əsaslarında radikal dəyişikliklər həyata keçirilmədikcə isə, heç bir islahatlar proqramı gözlənilən nəticələri verməyəcək. Elə Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti də bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza hər gün Masallıdan daxil olan məlumatlarda xəbər verilir.
Onsuzda il ildən təhsilin keyfiyyəti aşağı düşür ,fikir verin, nə qədər məktəb tikilib, nə qədər məktəbin içi abadlaşdırılıb. Bunlar təhsilə xidmətdir. Mənaca isə daha da pisləşib. Sübut: Əgər 10 il qabaq ali məktəblərə ən aşağı qəbul balı 300 idisə, indi 150-dir. Bu dəhşətdir və prezidenti, milləti aldatmaqdır. Çünki nazirdən başlamış tələbəyə qədər hamı bilir ki, 150 balla daxil olan tələbə ən azı texniki yönümlü fakültələrdə ali təhsil proqramını mənimsəyə bilməz. O fakültələrdəki ali riyaziyyat kursu birinci kursdan keçirilir. Deməli, nazirdən müəllimə qədər bütün sistem saxtakarlıqla məşğuldur. 
Vallah bilmirəm ki,təhsillə bağlı hardan başlayım harda bitirim...Bir onu bilirəm ki,təhsili öldürənlərdən biridə "iki eşşəyin arpasını bölə bilməyən" sərxoşluqdan başı ayılmayan Tariyel Əkbərovdur...Yalandan yoxlama aparıb 5-3 manat pulu cibinə qoyub geri qayıtmaq lazım deyil.Əgər vicdanla yoxlanib qiymət verilsə,özünü mələk kimi göstərən, əslində isə mələk donuna girmiş iblis xarakterli , savadı , əxlaqı və şəxsi keyfiyyətləri ilə nəinki böyük bir rayonun Təhsil Şöbəsinə, hec ucqar kənd məktəbinin sinif rəhbərliyinə belə mənəvi haqqı olmayan Əkbərov Tariyelin əsl siması yalnız o zaman Sizə aydın olar.
Ciddi ciddi yoxlayın,yenədə deyirəm vallah orada hər şey açıq bazardır,Tariel Əkbərovda bazarkom...Bunu görməmək mümkün deyil.Sonra deməyin ki,demədi növbəti qurban Masallı məktəblərindən ola bilər özüdə daha səs küylü,daha acınacaqlı...

Şəfəq Ağacan<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/RsC8jhgxgt4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu, 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı














162 saylı orta məktəbib direktoru Sevinc Abbasovanın daha bir qanunsuz əməli barədə məlumat yayılıb.

Minval.info xəbər verir ki, övladları həmin məktəbdə təhsil alan valideynlərin AFN-ə verdiyi xəbərə görə, S.Abbasova məktəbdə qanunsuz məktəbəqədər hazırlıq təşkil edibmiş:

“Ötən il yeni tədris ili başlamamışdan əvvəl bizə deyildi ki, məktəbdə hazırlıq təşkil ediləcək, bunun üçün iki sinif və iki müəllimə ayrılacaq. Biz də rəhbərliyə müraciət edib uşaqlarımızı yazdırdıq, hər uşaq üçün ayda 5-10 manat “otaq pulu” alırdılar.

İndi Sevinc Abbasova məlum hadisələrlə əlaqədar işdən çıxarılandan sonra onu əvəz edən şəxs hazırlıq qruplarının fəaliyyətini dayandırdı.

Bunu uşaqlarımıza qarşı haqsızlıq hesab edirik. Qanunsuz da olsa, dərs ilinin bitməsinə az qalmış müddətdə belə bir addımın atılması körpələrdə məktəbə, təhsilə qarşı mənfi fikir formalaşdıra bilər.

Direktor əvəzi bizə deyir ki, onsuz da hazırlıq lazımsız bir şeydir. Lazımsızdırsa dövlətin vəsaiti niyə havaya sovrulur?”

Bakı Şəhər Baş Təhsil İdarəsi bildirilib ki, 2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb.

Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil.

Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub.

Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb

Qeyd edək ki, 2018-2019-cu illərdə Bakı şəhəri üzrə hazırlıq qruplarının təşkil ediləcəyi orta məktəblərin siyahısında 162 saylı məktəbin adı olmayıb.

Bakı Şəhər Baş Təhsil İdarəsi 162 saylı məktəbdə qanunsuz məktəbəqədər hazırlıq qruplarının fəaliyyət göstərməsi ilə bağlı AFN-in yazısına mövqe bildirib.

Saytımızın sorğusuna cavab olaraq idarədən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb:

“Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Elektron qeydiyyatdan keçərkən valideynin qeyd etdiyi mobil nömrəyə SMS gəlir. Bundan sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər müvafiq sənədləri məktəbə təqdim edirlər.

Məktəbəhazırlıq qrupları müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb.

Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil.

Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub.

Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb”.
Elinanın anasından yazıçı Anara İSMARIC















162 saylı məktəbin intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hüseynova Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı Anarın fikirlərinə münasibət bildirib.

S.Hüseynova News24.az-a açıqlamasında bunları deyib: “Günahı olan onsuz da cəzasını çəkəcək. Mən ümumiyyətlə, Azərbaycanda Anar adlı yazıçının olduğunu bilmirdim. Düşünmürəm ki, Anarın hər hansı çıxışı kiməsə, əsasən də istintaqın işinə təsir edər. Çünki bununla vəkillər məşğuldur. Kimsə günahkardısa, cəzasını alacaq. Çox adam söz deyə bilər, sözlərlə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ birbaşa cənab prezidentin diqqətindədir. Mən prezidentimə inanıram, əgər o bu məsələyə qarışıbsa, əməlləri gizlətməyə cəhd edənlər də cəzalandırılacaq. Kim günahkardısa, layiqli cəzasını alacaq. Deyilənlər isə boş sözlərdən başqa bir şey deyil”.

Qeyd edək ki, AYB sədri Elina haqqında yazıb. 14 yaşlı qızın intiharından təəssüfləndiyini bildirən Anarın ölümlə nəticələnmiş olayda adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı müdafiə etməsi diqqətdən yayınmayıb. Yazıçının bu mövqeyi sosial şəbəkədə narazılığa səbəb olub.
Keçmiş deputat anasının işdən çıxarılması xəbərindən danışdı















S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb.

Criminal.az xəbər verir ki, direktorla bağlı qərar bu gün açıqlanıb.

Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldığını elan edib.

Məsələ ilə bağlı keçmiş deputat Ceyhun Osmanlı açıqlama verib. C. Osmanlı yayılan məlumatların doğru olmadığını, anasının səhhəti ilə əlaqədar bir neçə günlük bülletenə çıxdığını deyib: “Yəni işdən azad edilməsi doğru deyil. Onun səhhəti ilə bağlı bülletenə çıxması ötən il də baş vermişdi. Daha sonra yenə işinin başına qayıdıb”.

Gimnaziya bildirilib ki, direktor bu gün işə çıxmayıb və gün ərzində də olmayacaq.

Təhsil Nazirliyi isə xəbəri təsdiqləməyib və bildirilib ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru vəzifədən uzaqlaşdırılmayıb. (“Qafqazinfo”)
Gömrük Komitəsindən ittihamlara fotolu cavab















Dövlət Gömrük Komitəsi ötən gün bir sıra kütləvi informasiya vasitələrində qurumun və onun rəhbərliyinin fəaliyyətinə qarşı ittihamların yer aldığı məlumatlara münasibət bildirib.

Komitədən Minval.info-ya daxil olan məlumatda ittihamların əsassız olduğu vurğulanır:

“Məlumatda əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olduğu bildirilən “Salehoğlu LTD” MMC şirkətinə məxsus hazır məhsulun ixrac gömrük proseduru ilə rəsmiləşdirilməsi üçün bəyan edildiyi, ancaq gömrük orqanları tərəfindən guya qanunsuz olaraq hazır məhsulun xammal şəkildə rəsmiləşdirilməsinin tələb olunduğu, bununla da şirkətin əlavə ödəmələrə məruz qaldığı iddia edilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ixrac edilən mis və sink əsasında ərintilər (latun) 5 sentyabr 2021-ci il tarixinədək gömrük dəyərinin 10 faizi və hər min kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla gömrük rüsumuna cəlb edilir.

Lakin bəzi iş adamları qanunvericiliyin tələblərinə əməl etməyərək yuxarıda qeyd olunan malların ixracı zamanı gömrük rüsumundan yayınmağa cəhd edirlər. Belə ki, Komitənin müvafiq qurumlarının apardığı araşdırma nəticəsində həmin işadamları tərəfindən latun ərintilərin kustar üsulla emal olunduqdan sonra standartlara cavab verməyən yarımfabrikatlar halına salınmaqla (çubuqlar, digər yivli məmulatlar və s.) gömrük orqanlarına yanlış bəyan olunduğu, bununla da gömrük ödənişlərindən yayınmağa cəhd etdikləri müəyyən edilib. “Salehoğlu LTD” MMC şirkətinə məxsus olduğu iddia edilən məhsullar da bu qəbildəndir.

Məlumat üçün bildiririk ki, mis və sink əsasında ərintilər (latun) yuxarıda qeyd olunduğu kimi gömrük dəyərinin 10 faizi və hər 1000 kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla ixrac rüsumuna cəlb edildiyi halda, texnoloji standartlara uyğun şəkildə emal edilən və müvafiq standartlara cavab verən yarımfabrikatlar (çubuqlar, digər yivli məmulatlar və s.) hər 1000 kiloqrama görə 15 ABŞ dolları məbləğində ixrac rüsumuna cəlb olunur.

Ölkənin strateji dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən “hazır məhsul”un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə aşağıdakı fotolara baxaraq qiymət vermək olar”.Gömrük Komitəsindən ittihamlara fotolu cavab
Nazir direktoru işdən çıxardı – Şikayətlərə görə













Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktorunu işdən çıxarıb.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, nazirin əmri ilə məktəb-liseyin direktoru Yeganə Əliyeva tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsi
Baş həkimin başı oğlunun qumarda uduzduğu bir milyon manatı bağlamağa qarışıb... - İTTİHAM














Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da, fəaliyyətində müşahidə olunan müxtəlif qanun pozuntularına dair açıqlamalarla medianın gündəmindən düşmür. Etdiyi ağlasığmaz qanunsuzluqlar, həyata keçirdiyi maxinasiya və mənimsəmə əməliyyatları haqqında nələr yazılmayıb?! Onun yaxşı və ya müsbət yöndən olan hansısa fəaliyyətindən danışan media orqanı tapmaq da çətindir. Barəsində yalnız bu cür yazılara şahidlik etsək də, Cəlil Nəzərov toxunulmaz bir bəlaya çevrilib. Baş həkimi qoruyan, arxasında duran hansısa "qüvvə" onun əl-qolunun daha geniş açılmasına böyük imkanlar və münbit şərait yaradır. 
Sözügedən bu böyük səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar, rəhbərinin qanunsuz əməlləri barəsində araz.az saytında da silsilə yazılar dərc etmişik. Redaksiyamıza daxil olan şikayət xarakterli saysız-hesabsız müraciətlərdə göstərilənlər və jurnalist araşdırmalarımız bir daha təsdiq edib ki, bu xoşagəlməzliklərin əsas günahkarı Cəlil Nəzərovdur!..
...Redaksiyamıza ünvanlanan son şikayət məktublarının da əsas məğzi ondan ibarətdir ki, Azərbaycan səhiyyəsində aparılan son önəmli islahatlar da, buradakı durumu düzəldənə oxşamır! Bu səhiyyə müəssisəsinin əsaslı təmirdən çıxan inzibati və xidməti binaları olmasına baxmayaraq, buradakı çatışmazlıqlar həllini tapmır ki, tapmır -- hara baxsan, insan sağlamlığının əksi olan mühit, problem və nöqsan görürsən.
Buranı bazara çevirənlər, sözün əsl mənasında, imkansızları azara salıblar. Müxtəlif mənbələr tərəfindən redaksiyamıza təqdim olunan məlumatlar isə, fərqli xarakterli olsa da, mahiyyət etibarı ilə, onların əksəriyyəti rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya hallarına dəlalət edir. Verilən məlumatlarda xüsusi vurğulanır ki, Masallının səhiyyə sistemi olduqca bərbad vəziyyətdədir. Belə acınacaqlı durumun yaranmasını isə, şikayətçilər, birbaşa, bu vəzifə sahibinin yarıtmaz fəaliyyəti ilə bağlayırlar. Bir şikayətçinin ərizəsində göstərdiyi kimi, bu cənub bölgəsində sağlamlıq düşməninə çevrilən bu kreslo sahibi və ətrafındakılar pasiyentlərə “qan ağladırlar”: "Çoxdandır ki, buraya üz tutan xəstənin, məcburən bir neçə tibb müəssisəsinə göndərilməsi, hər bir xəstəxanada tibbi müayinədən keçdikdə, ona ayrı-ayrı diaqnozlar qoyulması adi hal alıb. Bu, əhali sağlamlığına vurulan ciddi zərbədir. Xüsusən, bölgələrdən paytaxta üz tutan xəstələrə daha çox səhv diaqnozların qoyulması, bu zərbəni daha da şiddətləndirir. Qoyulan səhv diaqnozlar ucbatından, xəstə hansı tibb ocağına inanacağını da bilmir.
Xəstəxana rəhbərlərinin, eləcə də tibbi heyətin pasiyentlərlə kobud davranış hallarının çoxalması, insanların sağlam yaşamalarına qarant duran ağ xalatlıların seçdikləri peşəyə sayğı göstərməmələri, şəxsi maraqlarını bu şərəfli peşənin məsuliyyətindən öndə tutmaları əhalinin səhiyyədən narazılığını birə beş qat artırır. Hazırda rayon səhiyyəsində bu cür fəaliyyət göstərənlər çoxdur və onlar cəmiyyətimiz üçün təhlükəyə çevrilmək üzrədir. Masallı kimi önəmli bir cənub bölgəsinin səhiyyə sisteminin neqativ hallar məngənəsində çabalamasının daha pis sonluğu olacaq. 

Təbii ki, rayon səhiyyəsini bəlaya sürükləyib, sakinləri azara salanların bu cür işləməsinə rəvac verən də, elə, onun rəhbəri Cəlil Nəzərovdur. Etdiyi qanunsuz əməlləri barədə ölkə mətbuatında da, müxtəlif səpgili saysız-hesabsız geniş yazılar dərc olunub. Cəlil Nəzərov adına sosial mediada rast gəlməyən tapılmaz. 
Rayon camaatının dediyi kimi, bu şəxs, bölgə üçün daha önəmli olan bu vəzifələri ələ keçirəndən, məqsədi yalnız rayon səhiyyəsini iflic etməyə, əhali sağlamlığına zərbəyə yönəlib".
Digər bir şikayətçinin redaksiyamız qarışıq, ölkə rəhbərliyinə və digər əlaqədar dövlət qurumlarına ünvanlandığı məktubunda isə göstərilir ki, Cəlil Nəzərov baş həkimi olduğu rayon Mərkəzi Xəstəxanası ilə bərabər, onun nəzdində fəaliyyət göstərən Ağciyər Xəstlikləri Xəstəxanasını, Boradigah və Kalinovka yaşayış məntəqələrindəki 2 kənd sahə xəstəxanasını, 30 kənd həkim və 28 tibb məntəqəsini... bazara çevirməsinə baxmayaraq, hələ də cəzasız qalmaqdadır. Şikayətçi bu xəstəxanada üzləşdiyi qanunsuzluqları xüsusi qeyd edib: "Ölkə əlillərinin xidmətində olan Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK-lərin) müəyyən əsas səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən alınıb, Səhiyyə Nazirliyinə verildikdən sonra, faktiki olaraq, rayon səhiyyəsinə də rəhbərlik edən Cəlil Nəzərov hegemonluğu Masallıda getdikcə artmağa başlayıb. Öz başıma gətirilənlər, deyilənlərin bariz nümunəsidir! 
Doğrudan da, min nəfərə yaxın tibbi heyətlə rayon əhalisinə xidmət əsas vəzifəsi olan bu tibb ocağının hazırki iş prinsipi və buradakı mövcud durum heç kəsin ürəyincə deyil. Baş həkimdən tutmuş, həkimlərin, eləcə də orta və kiçik tibb işçilərinin, bu xəstəxanaya pulsuz üz tutan xəstələrlə davranışda kobudluğa yol vermələri qanqaraldıcıdır: Belələrinin hər addımda acılanması, artıq, pasiyentlərin “canlarını boğazlarına yığıb”. Xəstələr, həm də, ona görə narazıdırlar ki, dövlətin Masallı səhiyyəsinə ayırdığı bütün vəsaitləri təyinatı üzrə xərcləməyən baş həkim, bunun əvəzini, faktiki olaraq, işçilərinin əliylə onlardan çıxır. Onun tələbinə uyğun hərəkət edən həkimlər, xəstələri açıq-aşkar soymasalar, heç işə başlamırlar da. 
Xəstəxana, keyfiyyətli tibbi xidmət göstərilməsi üçün, bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verir. Lakin 10 korpusdan ibarət bu tibb ocağındakı uşaq və yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat və mətbəx korpuslarında, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallı rayon şöbəsinin və Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpuslarında yüksək xidmətə qəsdən imkan verilmir. Bir sözlə, xəstəxanada, hələ də sonu işıqlı müayinə və müalicədən əsər-əlamət yoxdur. Uzun və üzücü təmirdən sonra, təmtəraqlı açılışı olan bu tibb ocağında xəstə əlindən tərpənmək mümkün olmasa da, tibbi personalın göstərdiyi xidmət heç bir işə yaramır. Edilən yararsız müayinə və müalicələr səbəbindən, bura böyük ümidlərlə üz tutan xəstələrə ümidli sağlamlıq sevinci bəxş edilmir. Ümidsizlərin etdikləri şikayətlər isə, əvvəllər olduğu kimi, yenə cavabsız qalır". 
Şikayətçilərin dediklərinə görə, Cəlil Nəzərov aldığı rüşvətlərlə, etdiyi korrupsiya əməlləri ilə, o qədər varlanıb ki, artıq heç kəsi saymır, gerçəyi belə görmək istəmir. Elə, bu səbəbdən, bu kreslo sahibinin özbaşınalığından cana doyanların sayı durmadan artır. 
Əvvəllər olduğu kimi, Mərkəzi Xəstəxana nəzdindəki qəsəbə və kənd sahə xəstəxanaları, ilkin tibbi yardım məntəqələri,.. baş həkimin ağlasığmaz haqq tələbi ucbatından, hələ də özlərinə gələ bilmirlər: "Əslində, daha çox uçuq-sökük daxmaya bənzəyən bu tibb məntəqələrinin özlərinə yardım lazımdır. Di gəl ki, bu yararsız kənd sahə xəstəxanalarının və tibb məntəqələrinin hesabına, Cəlil Nəzərovun hər il yüz minlərlə manat dövlət vəsaitini saxta yollarla hesabdan silərək, mənimsədiyi üzə çıxır. 
“Nə qazanırıq, nə verək?!” - deyə, bu qanunsuzluqlara etiraz edən həkim və tibb işçiləri isə, sonda baş həkimin qəzəbinə tuş gəlir, işdən çıxarılacaqları ilə hədələnirlər. Cəlil Nəzərov, hətta onun iş prinsipinə etiraz edənlərə qarşı, təhqiramiz ifadələr işlətməkdən də çəkinmir. Onsuz da, baş həkimin sərtrəftar insan olduğunu hamı bilir. Acıladığı həkim və tibb işçiləri, işlərini itirmək qorxusundan, onun xoşagəlməz hərəkətlərinə göz yummağa məcburdurlar. Yaxşı bilirlər ki, onun arxasında duran var. Belə olmasaydı, ona haqqı başa salmaq bu qədər çətin olmazdı. 
Masallı rayon Mərkəzi Xəstəxanası qarışıq, onun tabeçiliyindəki obyektlərə tez-tez baş çəkən müvafiq dövlət qurumlarının və Səhiyyə Nazirliyinin məsul işçiləri, buralardakı olduqca acınacaqlı vəziyyətin şahidi olduqdan sonra, heç olmasa, yaxşılığa doğru hansısa bir qərar qəbul edərdilər: Amma, nə faydası, sanki qorxudan ürəkbulandıran hər şeyin yanından gözüyumulu keçiblər. Hətta, onlar, Cəlil Nəzərovun fəaliyyəti ilə bağlı edilən şikayət xarakterli vətəndaş müraciətlərinin, məktub və ərizələrin Səhiyyə Nazirliyinin qapısından içəri keçməsinə imkan verməyiblər. Bir sözlə, indiyədək Cəlil Nəzərovu əyri yolda dayandıran tapılmayıb".
Rüşvətin hökmran olduğu kritik durumlu bu tibbi məkanda baş verən qanunsuzluqlar barədə yazanlar onu da bildirirlər ki, əvvəllər olduğu kimi, indinin özündə də, 240 çarpayılıq bu xəstəxananın cərrahiyyə, terapiya, doğum, mama-ginekoloji, uşaq, yoluxucu xəstəliklər... şöbələrində çalışan heç bir həkim və tibb işçisindən razı kimsə tapılmaz. Adi tibb bacısı, tibbi işçisi, feldşer, laborant və rentgen-laborantlardan da, pasiyentlər razılıq etmirlər. Bu səbəbdən ki, onlar da xəstələrdən nəsə qoparmaq, şöbə rəhbərlərinə “kömək əli uzatmaq” istəyirlər. Çünki baş həkim hər gün bütün şöbələrdən ağlasığmaz haqlar tələb edir. 
İnanılmış mənbələrimizin verdikləri məlumatlardakı konkret faktlar da, şikayətçi məktublarında göstərilənlərin təsdiqidir. Onlar da göstərirlər ki, xəstəxananın bütün şöbələrindəki mövcud durum, əvvəllər olduğu kimi, yenə də, olduqca acınacaqlıdır: "Rüşvətin məkan saldığı və hökmranlıq etdiyi bu böyük tibb müəssisəsindəki şəraitin hərtərəfli pis olması və ağır haqq tələbləri pasiyentləri həmişə narahat edib. Bu biabırçılıqdan bezənlərin, sonda yuxarı orqanlara etdikləri çoxsaylı şikayətli müraciətlərinin də bir faydası olmur. Çoxu cavabsız qalır. Bir-ikisinə başdansovdu cavablar verilir. 
Cəlil Nəzərov isə, haqqında yuxarılara yazılanlar çoxaldıqca, sanki daha çox pul qoparmaq üçün, "coşub, çağlayır". Belə davam etdikcə, yerli sakinlər paytaxta, ətraf rayonlara üz tutur, ikiqat əziyyət çəkməli olurlar. Onlara rahatlıq verən, bir o olur ki, Cəlil Nəzərovun 10 günlük müalicə üçün tələb etdiyi rüşvətlə, başqa xəstəxanada onlar 6 ay müalicə ala bilirlər. 
Bir sözlə, Cəlil Nəzərovun qəti tələbi, xəstəxananın bütün şöbələrini yalnız pul qoparmağa kökləyib. Məsələn, doğum şöbəsindəki yüksək pul tələbi insanda, sözün həqiqi mənasında, baş ağrısı yaradır. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində isə, həkimlər pul qazanıb, baş həkimin qəzəbindən birtəhər qurtara bilirlər. Onlar bunu etməyə məcburdurlar. Sözsüz ki, müəyyən edilmiş pulu ala bilməyən həkim, baş həkimin gözündən düşür -- yığılan haram pulların çox hissəsi onun cibinə getdiyindən. 
Qeyd etdiyimiz kimi, baş həkim, doğum şöbəsində doğuş üçün də, konkret qiymətlər müəyyənləşdirib. Ana olmaq istəyən pasiyentin yaxınlarından həmin pul alınmasa, ağrı içində olan xanım içəri buraxılmır. Heç bir problemi olmayan anaları, baş həkimin tələbi ilə, burada qeysəriyyə əməliyyatı edirlər. Bir sözlə, Cəlil Nəzərov təbii doğuşdan olduqca bahalı qeysəriyyə əməliyyatından daha çox pul qazanıb, daha da varlanmaq istəyir. Etiraz edənə birbaşa və çəkinmədən: "Pulun yoxdur, doğma!" - deyir. Dəhşət ondadır ki, uşağı dünyaya gələnlər, bu şəxsin tələblərini özlərinə ağır dərd edirlər. Hər doğuşa görə tələb olunan rüşvət, dünyaya gəlmiş uşaqlarının yerinə, valideynlərin hıçqırıqla göz yaşı tökməsinə səbəb olur. Halbuki, ata və ana olanlar, dünyaya gələn övlad sevincini daha çox yaşamalıdırlar. Lakin, Cəlil Nəzərovun vicdan çərçivəsinə sığmayan istəkləri, onları bu sevincdən məhrum edir. 
Masallıda bu şərtlərin ağırlığı insanları xəstəxanaya üz tutmaqdan yayındırır, onları keçmiş qaydalara əl atmağa məcbur edir. Bu da, illərdir ki, uşaqların sağlam dünyaya gəlməsində, anaların sağlamlığı qarşısında çözülməz bir problemə çevrilir. 
Onu da qeyd etməyi vacib bilirik ki, baş həkim daha çox pul yığmaq üçün, diş həkimlərindən və diş texniklərindən həmişə ağlagəlməz tələblər edib. Onlar da, baş həkimə yüksək məbləğdə haqq verməyə məcbur və məhkumdurlar. 
Yazının əvvəlindəki bir epizoda haşiyə olaraq, onu da bildiririk ki, ünsiyyətdə olduğumuz pasiyentlərin ürəkağrısı ilə dediklərinə görə, Masallıdakı TSEK-in əsas səlahiyyətlərinin rayon Mərkəzi Xəstəxanasına verilməsi, əsl əlil olan sakinlərin “günlərini göy əskiyə büküb”. Sənəd dalınca xəstəxanaya üz tutan əlillərin başlarına, sözün əsil mənasında, oyun açılır. Dövlət, hökümət tərəfindən müəyyən olunmuş təqaüd və yardımları almağa haqqı çatanlar, baş həkimin əlaltıları tərəfindən get-gələ salınırlar. Get-gəldən bezib, “canları boğazlarına yığılanlar”, sonda rüşvət verməyə məcbur olurlar. 
Ümumiyyətlə, haqqı çatmadan qanunsuz təqaüd və yardım alanların sayı, bu bölgədə çoxluq təşkil edir; Cavanı qocaltmaq, sağlama xəstə, əlil “donu geydirmək” üçün, əlin cibə girməsi kifayətdir. Ta ki, baş həkimin stolu üstünə 2000-dən 5000 manatadək “şirinlik” qoya biləsən. 
Masallı rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayışların Cəlil Nəzərovdan icazəsiz almaq mümkün olmadığını öncədən bildirmişdik. Doğrudan da, baş həkim arayışa görə 30 manat rüşvət alır və tələb etdiyi pulu verməyənlər sağlamlıq arayışından məhrum edilir. Masallı xəstəxanasını özünün şəxsi mülkü sayan Cəlil Nəzərov, 1-ci qrup əlillərə belə, tələb etdiyi rüşvəti almadan, sağlamlıq haqqında arayış vermir. Baş həkimin istəklərini yerinə yetirməyənlər, yuxarılara şikayət edəcəkləri barədə xəbərdarlıq edəndə, qəti cavabla üzləşirlər: "Ístəyirsən, get, prezidentə şikayət elə, mən toxunulmazam”. Yeri gəlmişkən, onu da qeyd edək ki, qaydalara görə, sağlamlıq haqqında arayışı Mərkəzi Xəstəxananın tabeçiliyində olan poliklinika verməlidir. Lakin, Masallıda bu qaydalar dəyişib və baş həkimin haqqı çatmadan, poliklinika heç bir arayış verə bilməz. Bununla yanaşı, poliklinikada xəstələrin müayinəsi üçün, göndərişlər də, baş həkimin nəzarəti və tələbləri ilə həyata keçirilir. Bu tələblərə görə, xəstə Cəlil Nəzərova 20 manat rüşvət verəndən sonra, göndəriş ala bilər. Digər arayışlar, eləcə də, tibbi formalar baş həkimin təyin etdiyi rüşvət cədvəlinə uyğun olaraq verilir. Pulu olmayan xəstə isə, "Nəzərovun qaydaları"nı pozduğu üçün, sənədsiz və müalicəsiz qalır. 
Təəssüf doğuran faktlardan biri də, odur ki, baş həkim Masallının sağlam gənclərini də "dəli” və "xəstə" edir -- yüzlərlə sağlam gəncdən aldığı böyük rüşvət hesabına, qurama və saxta sənədlərlə onları həqiqi hərbi xidmətdən yayındırır. Rayon gənclərinin daha çox bu yola əl atmalarının əsas səbəbkarı kimi, hamı Cəlil Nəzərovun adını çəkir, onu günahlandırırlar. Deyirlər ki, baş həkim onlardan daha çox pul qoparmaq üçün, vətəndaşlıq çərçivəsinə sığmayan səviyyəsiz söhbətlər etməkdən belə çəkinmir. Belə qanunsuz əməllərin rayonda, daha da intensivləşməsi isə, yuxarılarda heç kimi narahat etmir. 
Onu da qeyd etmək vacibdir ki, təkcə hərbi xidmətə yaşı çatmış gənclər kreslo sahibinin "analoqsuz xidmətindən yararlanmırlar". Hazırda bir çox rayon sakini, baş həkimin "səyi” nəticəsində, "1-ci və 2-ci qrup əlillərə" çevriliblər. Dövlətə bu yolla külli miqdarda ziyan vuraraq, havayı pullar qazanan baş həkimin özü isə, gerçəkdən, bir möcüzəyə çevrilib: Rayon səhiyyəsinin rəhbəri və baş həkim vəzifələrində etmədiyi qanunsuzluq qalmasa da, xətrinə dəyən olmayıb - bu, möcüzə deyil, bəs, nədir?!". Rayon sakinlərinə sevinc və ümid dolu yaxşı nəsə vəd etməyən bu şəbəkəyə neçə ki, Cəlil Nəzərov kimi bir insan rəhbərlik edəcək, buradakı xoşagəlməz durum düzələn deyil. Bu, camaatın həyacan və təəssüf dolu dedikləri sözlərdir". 
Cəlil Nəzərovun dərman və ərzaq spekulyasiyaları yerli sakinlərdən və etibarlı mənbələrdən aldığımız şikayət məktublarında və məlumatlarda xüsusi qeyd edilir. Bildirilir ki, rayon səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri kimi, ilk növbədə, tibb müəssisələrinə dərmanların alınması zamanı yol verilən maxinasiyaları göstərmək lazımdır: "Məhz bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara daha çox yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları, xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri iki-üç, bəzən üç-dörd dəfə artıq göstərilir. Bütün bunlar azmış kimi, rayonun tibb müəssisələrində, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da, kobud şəkildə pozulur. Xəstəxana rəhbərliyi, hətta, qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə də qadağalar qoyur, onların digər tibbi yardımlarına göz dikir. O, hətta satışı qadağan dərmanları xəstəxananın iki addımlığında tikdirdiyi şəxsi aptekində satdırmaqdan belə çəkinmir.
Onu da qeyd edək ki, bir vaxtlar Cəlilabad və Lənkəranda müalicə alan 50 nəfərdən çox masallılı dialezli xəstənin başlarına oyun açmağa da, Cəlil Nəzərovun vicdanı yol verib. Belə xəstələr, məcburiyyətdən, həmin dərmanları pulla alırlar. Burada vaksin, kontraseptiv və antibiotiklərin qıtlığı da müşahidə olunur. Malyariya kimi epidemiyalar sürətlə yayılır, hətta elə olur ki, bölgə sanitar fəlakətə sürüklənir. Dərman, ərzaq və digər təhcizatların alınması üçün, rayon səhiyyə şəbəkəsinin pul vəsaitinin tükəndiyi də tez-tez üzə çıxır. Vərəmdən, digər yoluxucu xəstəliklərdən əziyyət çəkən əsl xəstələr isə, qalıblar bir kənarda. Bir sözlə, dərman və ərzaqla bağlı buradakı yeyinti halları haqqında danışmaq ürək ağrıdır. Cəlil Nəzərov isə, qanunsuz yollarla topladığı pullarla, -- yerli camaatın dediyinə görə, -- oğlunun bu yaxınlarda qumarda uduzduğu bir milyonu bağlamaq üçün çalışır". 
Etibarlı mənbələrin və şikayətçilərin iddialarına görə, "daşdan yun qırxmaqla" böyük pullar qazanmağı bacaran baş həkimin "biznesi" getdikcə daha da "çiçəklənir". Masallı rayon səhiyyə şəbəkəsindəki tibb ocaqlarında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə, pasiyentlərdən yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar qazanılan böyük məbləğlərin əsas mənbəyidir: "Cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar burada daim müşahidə olunub. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə, burada, ümumiyyətlə, tam fəaliyyətsizliyə şahidlik edilib. Çünki bu istiqamətdə ayırılan pullar da, tamamilə baş həkim tərəfindən mənimsənilib. O, etdiyi bütün maxinasiya və mənimsəmələrdən doymayaraq, xəstəxanada çalışan bütün tibbi və texniki personaldan da aylıq haqq alır. Və hamı bilir ki, bu ödənişdən imtina edənlər nəinki Masallı rayon Mərkəzi Xəstəxanasında, heç rayonun səhiyyə sistemində belə çalışa bilməzlər. 
Cəlil Nəzərovun rayon səhiyyə sisteminə, tələb olunandan xeyli artıq sayda sanitar-xadimələr "işə" götürdüyü də iddia olunur. Söylənilir kı, onların hər birinə 150 -- 200 manat məbləğində “aylıq maaş” yazılır. Bu pulların yarısı, qarşılıqlı razılıq əsasında, baş həkim tərəfindən mənimsənilir. Digər tərəfdən, Mərkəzi Xəstəxanada, xeyli sayda “ölü canların” saxlanıldığı deyilir; Yəni, saxta “xəstəlik tarixləri” açılır, "ölü canlar" üçün ayırılmış ərzaq və dərmanların pulları da mənimsənilir. Bir sözlə, Masallıda "Mərkəzi Xəstəxana" adlı bazar açan bu şəxsin özbaşınalığından cana doyanların sayı-hesabı da yoxdur. Baş hakimin saxtakarlıqlar nəticəsində əldə etdiyi külli miqdarda bu pulları yaratdığı çoxşaxəli biznes şəbəkəsinin inkişafına yönəltməsi də heç kəsə sirr deyil. 
Hazırda Cəlil Nəzərovun çoxşaxəli biznes şəbəkəsi özünün çiçəklənmə dövrünü yaşayır, getdikcə şaxələnərək, günü-gündən böyüyür. Bu şəbəkəyə əkin-biçin sahələri, bağ-baxça, ferma... qarışıq, restoran, kafe, öz kəndində fəaliyyət göstərən “Qamo” istirahət mərkəzi, aptek, özəl klinika... daxildir. Cəlil Nəzərovun tikintisi yenicə başa çatan özəl klinikası, rayon Mərkəzi Xəstəxanasının iki addımlığında yerləşdiyindən, o, bir çox əməkdaşlara deyib ki, onları orada müxtəlif işlərə cəlb edəcək. Bu yolla onların əməklərini istismar etməyi də planlaşdırıb. Buna etiraz edənlər isə, "vay halları" ilə hədələnir...".
Mənbəmiz onu da bildirir ki, Masallı camaatı belə bir arzuolunmaz vəzifəlinin Mübariz Mənsimov kimi xeyirxah bir insanın adını hallandırmasını heç cür qəbul etmək istəmirlər. Bu, onların narahatçılıq doğuran fikirlərindən də aydın sezilir. Və bu mövzuda söhbətlər zamanı, onlar, onu da deyirlər ki, baş həkim, onun iyrənc iş prinsiplərinə etiraz edənləri, özünün sərt cavabları ilə çaşdırır: "Mətbuatda bu şəxsi toxunulmaz edən bir fakta daha çox önəm verilir. Çoxları, baş həkimin yuxarılara Mübariz Mənsimov tərəfindən tapşırıldığını iddia edir. Cəlil Nəzərovun özü də, ölkədə xeyirxah işləri ilə hörmət qazanmış “Palmalı” Şirkətlər Qrupunun rəhbəri Mubariz Mənsimov kimi insanın adından sui-istifadəni çoxdan əlində silah kimi tutub. Onun adına ləkə gətirməkdən, bu adla hamını hədələməkdən belə çəkinmir. 
Əlbəttə, bu milyarderin ölkəmiz və insanlarımız üçün etdiyi yaxşılıqlar danılmaz faktdır, haqqında ancaq xoş sözlər demək olar. Mübariz Mənsimovun ölkəmizdə, ələlxüsus cənub bölgəsində böyük nüfuza və hörmətə sahib olduğunu hamı bidiyindən, Cəlil Nəzərovun bu xeyirxah insanın adını, öz qanunsuz əməlləri ilə yanaşı hallandırması qəbulolunmazdır. Rayon səhiyyəsində xoşagəlməz fəaliyyəti ilə hamını narazı salan belə bir insanın: "Mənim arxamda prezidentdən də güclü adam dayanır! Mübariz Mənsimov mənim ən yaxın dostumdur!” - deməsi isə, yolverilməzdir. Ölçüb-biçmədən işlətdiyi belə çaşdırıcı ifadələri, haqlı olaraq, narazılıqlar formalaşdırır. Baş həkim isə, öz çirkin niyyətindən əl çəkmir ki, çəkmir. Hətta bəzi media orqanlarında Mübariz Mənsimovun yaxını kimi çıxışlar edərək, iş adamının müdafiəçisi cildinə girir. Məntiqə sığmayan bu hərəkətlərlə böyük biznes sahibinin yanında özünə nüfuz qazanmağa çalışan Cəlil Nəzərov, əslində, mehriban düşmən rolu oynayır. Ümid edirik ki, Mübariz Mənsimov bu şəxsin xoş olmayan niyyətini tezliklə başa düşüb, onun çirkin oyununa son qoyacaq. 
Cənub bölgəsində Mübariz Mənsimov hörmətinə xələl gətirən bu şəxs, bağışlanmaz əməlləriylə, müqəddəs qanunlarımız qarışıq, milli dəyərlərimizə qarşı da qatı düşmənçilik etdiyini bir daha ortaya qoyur. Onun qanundan, milli dəyərlər ölçüsündən qorxmaması, daha ciddi problemlərin yaranmasına şərait yaradır..." 
...Şikayətçilər demişkən, Cəlil Nəzərov, Masallı səhiyyə sistemi “pərdəsinə bürünərək”, etmədiyi qanunsuzluq qoymayıb. Milyoner baş həkimin dövlətin pullarını necə mənimsədiyi göz qabağındadır. Mənimsədiyi vəsaitlər və yığdığı rüşvət hesabına varlanan bu şəxsin adının, cənub bölgəsinin imkanlı şəxsləri sırasında öndə olması, yuxarılarda belə hamıya məlumdur. Onlar, onu da yaxşı bilirlər ki, qazandıqları Cəlil Nəzərovun ğözünü elə örtüb ki, qanunlarımızı ayaq altına alıb, tapdalamaqdan çəkinmir -- ağlına gələn saxtakarlığa belə əl qoyur.
Onun qanunsuz əməllərinə ölkə mediasında geniş yer verilməsinə, bu yazılarda onun mənimsəmələrinin danılmaz faktlar olaraq ortaya qoyulmasına yuxarı orqanların biganə münasibətləri heç cür başa düşülən deyil. Axı, günahkarın cəzalandırılmaması artıq növbəti qanunsuzluq kimi yaddaşlara həkk olunub, onu bölgədə vəzifə sahibinə çevirənlər isə, insanların nifrətini qazanmaqla yanaşı, əsl cəzasızlıq mühiti formalaşdırıblar! (araz.az)
Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB - DGK sədri ən mühüm və gəlirli postları həmyerlilərinə həvalə edib















Bugünlərdə, daha dəqiq desək, aprelin 23-də Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunmasının bir ili tamam olur. Artıq çoxlarına bəllidir ki, Səfər Mehdiyev DGK sədri postuna əyləşdikdən bir qədər sonra Dövlət Gömrük Komitəsində ciddi islahatların həyata keçiriləcəyini, bu sahədə mövcud olan neqativ halların aradan qaldırılacağını bəyan edib. Məsələn, ötən ilin dekabr ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı o, Azərbaycanda inhisarçılığın olmadığını bildirmişdi. Lakin əldə etdiyimiz məlumatlar, eləcə də mətbuatda gedən informasiyalar bunun əksini deməyə əsas verir.

Belə ki, Səfər Mehdiyevin vədlərinə rəğmən, hələ də xaricdən Azərbaycana avtomobil gətirən şəxslər süni maneələrə, bürokratik əngəllərə, əlavə ödənişlərə məruz qalır. Bu barədə verilən məlumatlarda deyilir ki, vətəndaşlar idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları tutarlı səbəb göstərmədən, hər hansı qanuna istinad etmədən kalkulyatorda göstərildiyindən artıq pul tələb edirlər. Məhz buna görə də vətəndaşlar ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına rəsmiləşdirməyə çalışarkən, o cümlədən xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurarkən ciddi problemlərlə üzləşirlər. Qeyd edək ki, ekspertlərin fikrincə, gömrük sistemində insan faktoru, gömrük əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır. Mütəxəssislər hesab edirlər ki, bütün bu problemlərin ortaya çıxmasının başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata keçirilməməsidir. Əgər belə olmasaydı, o zaman yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlməzdi.

"Gömrük və vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq"

Onu da nəzərinizə çatdıraq ki, sözügedən mövzu ilə bağlı yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin qənaətincə, avtomobil gömrük rüsumları ilə bağlı Azərbaycanda ciddi bir məntiqsizlik var. Onun sözlərinə görə, gömrük rüsumlarının, aksiz vergilərinin yüksək olduğu yerlər adətən çox böyük avtomobil istehsalçısı olan ölkələr olur: "Yəni öz daxili bazarlarını qorumaq, daxili istehsalçılarına dəstək olmaq üçün həmin ölkələr bəlli çərçivədə özlərinə xaricdən avtomobillərin gətirilməsini qarşısını almaq məqsədilə böyük gömrük rüsumları, vergi, aksiz dərəcələri müəyyən edirlər. Azərbaycanda isə belə bir ehtiyac yoxdur. Ölkəmizdə yerli avtomobil istehsalı da mövcud deyil. Neftçaladakı olan zavod isə istehsal deyil, yığımdır. Orda çox az miqdarda – təqribən il ərzində 800-1000 arası avtomobil yığılır. Bu da dövlət ehtiyacları üçündür, demək olar ki, bazara çıxmır. Həmin avtomomobillər dövlət idarələri tərəfindən alınır və bu layihənin rentabelliyi sual altındadır. Ona görə də ümumilikdə Azərbaycana gətirilən avtomobillərlə bağlı yüksək gömrük rüsumlarının, aksiz dərəcələrinin tətbiqi məntiqsizdir". Ekspert hesab edir ki, əgər hökumət bunu ekoloji məsələlərlə bağlamaq istəyirsə, məhz buna görə belə addımlar atdığını söyləyirsə, yenə də anlaşılmazdır: "Məsələn, dünya ölkələrində belə taktika var ki, hibrid, elektrik avtomobillərə sıfır rüsum, sıfır vergi, sıfır aksiz dərəcəsi tətbiq olunur. Bizdə isə burda da ayrım yoxdur. Hibridlə bağlı ümumiyyətlə heç bir dəyişiklik mövcud deyil. Elektriklə işləyən avtomobillərdə isə, 15 faizlik vergi tətbiq olunur. Azərbaycan hökuməti ekoloji məsələni önə çəkib bu addımı atırsa, heç olmasa ölkədə avtomobil bazarında , parkında yenilənməyə nail olmalıdır. Hibridlə, elektriklə işləyən avtomobillərə üstünlük verilməlidir, onlara təşviq siyasəti həyata keçirilməlidir ki, ekoloji problemlər aradan qalxsın, insanların bu cür avtomobillərə marağı yaransın. Bu zaman ümumiyyətlə gömrüklə əlaqəli problem olmayacaq – sıfır vergi dərəcəsi, gömrük rüsumu tətbiq ediləcəksə. İnsanlar sadəcə həmin növ avtomobilləri xaricdən alıb Azərbaycana gətirib rəsmiləşdirməyə pul ödəyəcəklər. Yəni nömrənin alınması, texniki sənədlərin rəsmiləşdirilməsi – bu da çox cüzi bir məbləğdir". Natiq Cəfərli qeyd edib ki, məsələni kökündən həll etmək üçün bu yanaşmaya ehtiyac var: "Əgər gömrük keçid məntəqələrində avtomobillərlə bağlı yenidən rüşvət faktorları da baş verirsə – çünki bir ara bu məsələlər doğrudan da yığışdırılmışdı – bu, problemin daha da dərin olduğunu göstərir. Mütləq bu məsələlər ciddi araşdırılmalı və problemlər aradan qaldırılmalıdır. Çünki gömrük və vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq".

Hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir

Təbii ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədri kimi Səfər Mehdiyevin bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. Ümumiyyətlə, bu barədə əldə etdiyimiz məlumatlar da hazırda gömrük sistemində arzuolunan mənzərənin yaşanmadığını ortaya qoyur. Belə ki, mövzu ilə əlaqədar redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsindəki ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edib. Məsələn, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsində çalışan Əsgər Həsən oğlu Abdullayev, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Eynalı oğlu Rəsulov, eyni zamanda digər bir sıra vəzifə sahibləri əslən Babək rayonunun Nehrəm kəndindəndirlər. Səfər Mehdiyevin hələ DGK sədrinin müavini olduğu vaxtlardan Dövlət Gömrük Komitəsində əslən Nehrəm kəndindən olan şəxsləri yerləşdirdiyini vurğulayan mənbə iddia edir ki, həmin vaxt onun verdiyi qeyri-rəsmi qərara görə, komitənin mühafizə xidmətinə işə qəbul zamanı kardların fiziki hazırlığı ilə yanaşı, Nehrəm kəndindən olmaları da əsas şərt kimi irəli sürülürdü: "Beləcə, Səfər Mehdiyev hələ komitə sədrinin müavini olarkən həmyerlilərini ən önəmli postlara yerləşdirilib. Deyilənlərə görə, Səfər Mehdiyev elə bu səbəbdən də, yəni formalaşdırdığı "Nehrəm klanı"nın gücünə güvəndiyi üçün keçmiş sədr Aydın Əliyevlə hesablaşmırdı, onun göstərişlərinə məhəl qoymurdu. Bu gün isə Səfər Mehdiyev artıq Dövlət Gömrük Komitəsinin sədridir və bir il öncəkindən daha çox imkana, səlahiyyətə sahibdir. Deyilənlərə görə, onun sədr postuna gəlməsində "Nehrəm klanı"nın əvəzsiz xidmətləri olub".

DGK sədri yuxarıların gözündə yaxşı görünmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkir

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin sədrinin yuxarıların gözündə yaxşı görünmək, mövqeyini daha da möhkəmləndirmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkdiyini deyən mənbə buna misal olaraq Həsən Eyyubovun yeni yaradılan quruma rəsi təyin olunmasını göstərib. Belə ki, ötən ilin avqust ayında Səfər Mehdiyevin qərarına əsasən Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinin birləşdirildiyini bildirən məlumatlı şəxs yeni yaradılan quruma - Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə rəis postuna Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubovun təyin olunduğunu bildirib: "Buna qədər isə Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub. Deyilənlərə görə, Səfər Mehdiyev məhz bu addımı ilə Dövlət Gömrük Komitəsində mövqeyini daha da möhkəmləndirməyi, toxunulmazlıq əldə etməyi planlaşdırıb. Elə buna görədir ki, Dövlət Gömrük Komitəsində mövcud olan neqativ hallara, ciddi islahatların həyata keçirilməməsinə, xaricdən avtomobil gətirən şəxslərin üzləşdikləri süni maneələrə, əlavə ödənişlərə və vətəndaşları narahat edən digər problemlərə görə Səfər Mehdiyevə "gözün üstə qaşın var" deyən yoxdur".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

"Hürriyyət"in Araşdırma Qrupu
Eks-deputatın məşhur restoranı sökülür – Fotolar














Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yerləşən əksər restoranlar, ticarət və ictimai-iaşə obyektləri sökülüb.

Unikal.org xəbər verir ki, adıçəkilən ərazidə sabiq millət vəkili Fərhad Qəribovun “Billur” restoranının söküntüsünə başlanılıb.

Qeyd edək ki, F. Qəribov, həm də “Şəki” restoranının sahibidir.
Eks-deputatın məşhur restoranı sökülür – Fotolar


Eks-deputatın məşhur restoranı sökülür – Fotolar


Eks-deputatın məşhur restoranı sökülür – Fotolar


Eks-deputatın məşhur restoranı sökülür – Fotolar