Sosial sığorta ilə bağlı qaydalara — DƏYİŞİKLİK














Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ölən şəxsin adı, atasının adı və soyadı, doğulduğu il, ay, gün və yer, cinsi, daimi qeydiyyatda olduğu yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı barədə məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, həmin məlumatlar bir ay ərzində həm də Vergilər Nazirliyinə göndərəcək.
Prezidentdən "Azəriqaz"a — XƏBƏRDARLIQ















"“Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır:
"Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır".

İlham Əliyev bildirib ki, bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır.
Bakıda bu yollar bağlanır – Avtobusların istiqaməti dəyişir














Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutların hərəkətində dəyişiklik edilərək:

– 2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutlar “Ekologiya” postunun yaxınlığından geriyə dönməklə, “Beynəlxalq Avtovağzal Kompleksi”nə təşkil ediləcəkdir.

– 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.

– 130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .

– 67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcəklər.

– 91 nömrəli marşrut Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək
Köhnə qaz limitləri SİLİNDİ — sabahdan necə hesablanacaq? – İZAHI















Sabahdan ölkəmizdə qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubm​etr qazdan 2200 kubmetr qaza qədər artırılır.

Qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.

Redaktor.az bildirir ki, sabahdan bu il üçün istifadə olunan bütün limitlər sıfırlanacaq. İstehlakçılara 2019-cu il may ayının birindən növbəti ilin may ayına qədər 2200 kubmetr qaz limiti veriləcək.
Qeyd edək ki, 2200 kubmetr qaz limiti 220 azn dəyərindədir.
Bu gündən avtomobillərdə jalüzlərdən istifadəyə icazə verilir















Bu gündən, mayın 1-dən respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəyə icazə verilir.
“Report” xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Məktəblərdə dini biliklər necə veriləcək? – Komitə sədri detalları AÇIQLADI













“Qafqaz Müsəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək:

“Tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edlilib. İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar. Bütün məsələlər nəzərə alınır ki, şagirdlərə hər hansı bir fikir yanlış çatdırılmasın”.

Komitə sədrinin bu fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə açılan müzakirələrin iştirakçıları orta məktəblərdə ayrıca dini dərslərin keçirilməsi ilə molla təfəkkürlü insanların yetişdirilməsinin baş verəcəyini bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı modern.az-a açıqlamasında deyib ki, orta məktəblərdə dini dərslərin keçirilməsinə normal yanaşmaq lazımdır:

“Görünür, bəzi insanlar düzgün anlamayıb. Orta məktəbdə oxuyan şagird din haqqında biliyi hardan almalıdır?! Xristianlığın, bütpərəstliyin, İslamın nə olduğunu hardan bilməlidir?! Sovet dövründə “İctimaiyyət” fənni vardı. Azərbaycanda isə məktəblilərə dini məlumatlar “Həyat bilgisi” dərsliyində keçilir. Sadəcə bu proqram bir qədər genişlənəcək”.

Mübariz Qurbanlı bildirib ki, bəziləri din xadiminin hazırlanması ilə din haqqında bilgi verilməsini eyniləşdirirlər:

“Halbuki, din xadimi hazırlamaq ayrı şeydir, din haqqında bilgi vermək tamam ayrı məsələdir. Yəhudiliyin, xristianlığın nə zaman meydana gəldiyini necə öyrənməliyik?! Təbii ki, orta məktəbdə dini tədris etməklə bunları öyrədəcəyik. Uşaqlar müqəddəs kitablar olan İncil, Tövrat, Quranın nə olduğunu biləcək. Kilsə ilə sinaqoqu fərqləndirməyi bacaracaq. Bunları öyrətmirik deyə, insanlarımızın dini məlumatı olmur. “Din haqqında bilgi verəcəyik” deyəndə bəziləri elə başa düşür ki, insanlara molla məktəbində keçilənləri öyrədəcəyik”.
"Sky Express"dən müştəriyə hədə dolu zəng: - "Sənin nəslini-kökünü..."














Mən, vətəndaş Gülnarə Cəfərova! Azərbaycan mediasının diqqətini ilk baxışda olduqca sadə görünən, lakin əslində böyük problemləri özündə birləşdirən, böyük bəlalara yol aça bilən bir məsələyə yönəltmək istəyirəm.

Ötən ilin yayında Sumqayıt şəhərində yerləşən "Sulh Electronics" mağazasından kreditlə notbuk götürmüşəm. Bu vaxtacan kredit ödəməsində heç bir problemim olmayıb. Hətta bu mağazanın daimi müştərisi olduğum üçün və ödəmələrimdə gecikmə olmadığı üçün mağaza yeni məhsul almağımı özü təklif etmişdi. Bu ilin aprel ayında bir sıra işlərimin və şəxsi məsələlərimin sıxlığı səbəbi ilə kreditin ödənişini gecikdirmişəm.

"Sulh Electronics" mağazası ilə aramda heç bir problem olmayıb. O mağazadan da, əməkdaşlarından da razıyam. Lakin kredit gecikməsinə görə Bakıda yerləşən "Sky Ekspress"in baş ofisindən mənə zəng edən bir xanımın müştəri ilə danışıq tərzi, işlətdiyi ifadələr məni bir insan kimi səbrimin hüdudlarına çatdırıb.

Zəng edən xanım eyni danışıq tərzi ilə yaşlı anama da zəng edib, etikadan kənar davranışı ilə ailəmə də əsəb problemləri yaşadıb. Bu xanımın müştəri ilə danışıq mədəniyyətinin olmaması barədə şirkətin baş ofisinə zəng edib şikayətimi bildirdim. Şikayətimə baxan başqa bir xanım ondan da betər danışıq tərzi ilə məni tamam təəccübə saldı.

Mənimlə ilk əlaqə saxlayan xanımın işlətdiyi ifadələrin bəzilərini bura olduğu kimi yazıram: "Əlini qulağının dibinə qoyub gözləyirsən, keyfin nə vaxt istəyir, onda ödəyəcəksən?", "Ödənişi etməmək sənin başın üçün deyil!", "Mən sənin nəslini-kökünü yığım, sənin də ağlın başına gəlsin!"

Bu cür ifadələr işlədən, nitq mədəniyyəti, müştəri ilə ünsiyyət qabiliyyəti olmayan bir adamın bu şirkətdə niyə çalışması ilə bağlı şikayət edəndə mənim şikayətimə baxıb mənə zəng edən ikinci xanımın işlətdiyi ifadələrdən də bəzilərini yazıram: "Bizim müdiriyyətimiz deyib ki, söyüş-təhqir olmadan səs tonunuzu qaldıra bilərsiniz, bizim sizinlə bu tonda danışmağa ixtiyarımız var. Siz hara istəyirsiz, şikayət edin, amma sizin üçün yaxşı olmayacaq!" 

Bir kredit şəbəkəsinin əməkdaşları bir vətəndaşla bu cür danışmaq ixtiyarını haradan və necə alırlar? Bu xanımlar bir vətəndaşı belə rahatlıqla hədələmək cürətinə necə sahib olurlar? Onların arxasında kim dayanır?

Hamımıza məlumdur ki, kreditlə bağlı problemi olan çoxsaylı insan intihar edib. Baş verən bu hadisədən sonra intiharların səbəbinin təkcə maddi çətinlik olduğunu düşünmürəm. Hesab edirəm ki, onların intiharının bir səbəbi də krediti verən şirkət əməkdaşlarının bu cür təhqirləri, şərəf və ləyaqəti alçaltmaları, insanların qürurunu sındırmaqları və onları açıq-aşkar hədələmələridir. Ona görə də belə adamların tərbiyədən, mədəniyyətdən, etikadan kənar davranışları, müştərinin şərəfini, ləyaqətini təhqir etmələri, müştəriyə hədə-qorxu gəlmələri qanuni səviyyədə cəzalandırılmalıdır.

Nəzərinizə onu da çatdırım ki, mənə birinci zəng edən xanımın mədəniyyətsiz danışığından sonra onlara bildirdim ki, "Mənə zəng edən kimi bu tonda danışmağa ixtiyarınız yoxdur, hər şeyin hüquqi bir yolu var. Ödənişi gecikdirmişəm, cəriməsi ilə birlikdə ödəyəcəyəm. Siz hansı hüquqi tədbir görsəniz, mən ona riayət edərəm. Amma hüquqdan, qanundan, qaydadan kənar olan bu davranışa görə sizdən üzr gözləyirəm. İşlətdiyiniz ifadələrə görə və danışıq tonunuza görə üzr istəməyincə, heç bir ödəniş etməyəcəyəm."

Digər təhqir və hədə-qorxular mənim bu tələbimdən sonra başladı. İndi də media vasitəsi ilə bütün ictimaiyyətə bildirirəm ki, mənə zəng edən bu xanımlar məndən üzr istəməyincə və çalışdıqları müəssisə tərəfindən cəzalandırılmayınca, heç bir ödəniş etməyəcək, hətta şirkəti məhkəməyə verəcəyəm.

Azərbaycan mediasını bu məsələni gündəmdə saxlamağa çağırıram. Bank, kredit təşkilatı, kredit şəbəkələri tərəfindən əməkdaşların sərt rəftarına, təhqirinə, hədə-qorxusuna tuş gələn bütün vətəndaşları mənimlə bir olmağa, bu adamların hökmranlığına, qanundan kənar davranışına, dərəbəyliyinə qanuni yolla son qoymağa səsləyirəm.

Qeyd: Telefonumda bütün danışıqları qeydə alan proqram olduğu üçün, telefon danışıqlarının hamısının səsyazması məndə var. Zəng edən nömrələri də qeyd edib, saxlamışam.

Redaksiyadan əlavə:

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı “Sky Express” adından Gülnarə Cəfərovaya zəng gələn telefon nömrəsi ilə əlaqə saxlayıb. Zəngə cavab verən, lakin adını açıqlamayan bir xanım baş verənləri təkzib edib və belə bir hadisənin yaşanmadığını söyləyərək, telefonu söndürüb. 

Maraqlıdır, belə olan halda müştəri hüquqlarının müdafiəsi üçün hansı addımları atmalıdır? Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu suala cavab verib.

O bildirib ki, kredit təşkilatının zəng edərək ödənişi tələb etmək hüququ var: "Lakin onların gecikməyə görə kimisə təhqir etmək hüququ yoxdur. Müştərinin sübutu varsa, o təhqirə görə vurulan mənəvi ziyanı tələb etmək üçün məhkəməyə də şikayət edə bilər".

Mütəxəssisin sözlərinə görə, "Sky Express" kredit təşkilatıdırsa, o zaman müştəri Maliyyə Bazarlarına Nəzarət Palatasına da bununla bağlı şikayət ünvanlaya bilər: “Bu şirkət kredit təşkilatı deyilsə, o zaman müştəri İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilər. Belə olan halda isə mənəvi zərər borcun bir hissəsi ilə əvəzlənəcək”.
Bu gün bu ərazilərdə işıq olmayacaq














Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.
Sabahdan məktəblərdə dərslər dayandırılır















Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün müəyyən etdiyi qrafikə əsasən ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.
Nazirlikdən verilən məlumata görə, 1-5 may tarixlərində 5 günlük əlavə yaz tətili olacaq. Həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq. 

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr-26 yanvar; ikinci yarımil - 1 fevral-14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
Ramazan ayının başlaması ilə bağlı fətva verildi















Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı verdiyi fətvada bildirilib.

Fətvaya əsasən, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. QMİ-nin . Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.
Ramazan bayramı isə iyunun 5-6-a təsadüf edir.