Son xəbərlər

 
Deputat və vəzifəli şəxslərin üz tutduğu “Cindar Hüseyn” – Cinlərə qonaqlıq verir, minlərlə dolları… (TƏFƏRRÜAT)














Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarında yazılır ki, Lalə İbrahimovanın bir övladı var. O, həyat yoldaşının vəfat etdiyini deyib.

İttiham aktını almadığını deyən L.İbrahimova bunun səbəbini belə izah edib: “Mən etiraz olaraq götürmədim. Çünki iş birtərəfli aparılıb. Mən obyektivliyə inanmıram. Bizə qarşı təzyiqlər, haqsızlıqlar olub. Mən məhkəmənin də ədalətli olacağına inanmıram. Heç vəkilimiz də yoxdur. Belə olan halda məhkəmə neçə gedə bilər?”

Hakim təqsirləndirilən şəxsə izah edib ki, onun hakimə sual vermək ixtiyarı yoxdur. Hakim izah edib ki, iş məhkəməyə göndərilib və onlara dövlət hesabına vəkil də təqdim ediləcək.

Lalə İbrahimova dövlət hesabına təyin edilmiş vəkildən imtina etdiyini, özünün başqa vəkillə müqavilə bağlayacağını deyib. Hakim bildirib ki, yeni vəkillə müqavilə bağlanacağı təqdirdə növbəti mərhələdə işə buraxılacaq.

Prosesdə elan edilib ki, zərərçəkmişlərin bəziləri məhkəməyə mülki iddia təqdim etməyib. Məhkəmənin gedişində zərərçəkmişlərlə Lalə Ibrahimova arasında mübahisə yaranıb. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndiriblər. Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib.

Məhkəmə iclası aprelin 22-də davam etdiriləcək. Minval.info xəbər verir ki, ittihama görə, “Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Hüseyn Əlizadə anası ilə birlikdə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilir.

Zərərçəkmişlərdən biri olan Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib. Rübabə Ağayeva bildirib ki, “Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul – 57 min dolları, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, “Cindar Hüseyn”in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.
15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır