Son xəbərlər

 

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının yeni görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, onun məzarının üzərinə Azərbaycan bayrağı çəkilib, baş daşını əvəz edən lövhədə Allahverdi Bağırovun fotosu yenilənib və adı və soyadı latın qrafikasında yenidən yazılıb.

Qeyd edək ki, A.Bağırov 12 iyun 1992-ci ildə şəhid olub və Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.