Bu ilin ilk 3 ayında Azərbaycana 19 571 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal olunan avtomobillərin ümumi dəyəri 361 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gətirilən avtomobillərin sayı azalsa da, qiyməti artıb.

Belə ki, 2023-cü ilin yanvar-mart aylarında 315 milyon dollar dəyərində 20 799 ədəd avtomobil Azərbaycana gətirilib. Ölkəyə gətirilən avtomobillərin 17 610 ədədi əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub. Azərbaycana idxal olunan avtomobillərin bir ədədinin orta qiyməti 18 min dollara yaxın olub. 2023-cü ilin ilk 3 ayında isə bu rəqəm 14.4 min dollar idi.

Bəs görəsən idxal olunan avtomobillərin qiymətlərində olan artımın səbəbi nədir?

Axar.az xəbər verir ki, iqtisadçı-ekspert Elmir Səfərli Yenisabah.az-a açıqlamasında bahalaşmaya ölkəyə idxal edilən avtomobillərin yaşına görə tətbiq olunan məhdudiyyətin səbəb olduğunu bildirib:

“Məlum olduğu kimi, keçən illə müqayisədə bu il Azərbaycana daxil olan avtomobillərin idxalında azalma baş vermişdi. Eyni zamanda kəskin sürətdə qiymət artımı müşahidə olundu. Bunun bir çox səbəbləri var. Birinci növbədə dövlətin qoyduğu müəyyən tənzimləyici qanunvericilik mövcuddur və bu qanunvericiliyə əsasən, buraxılış tarixi 10 ildən köhnə olan avtomobillərin ölkəyə girişi artıq qadağan olunub. Yəni 2015-ci ildən öncə istehsal olunan avtomobillərin ölkəyə gətirilməsi mümkün deyil. Bundan əlavə artıq yeni, ucuz və elektrik mühərrikli maşınların Azərbaycana gətirilməsi daha aktualdır, çünki bu növ avtomobillər gömrük rüsumundan azad edilib. Bu özlüyündə əsas yaradır ki, insanların tələbatı elektromobillərə olsun”.

Ekspert elektromobillərlə bağlı tətbiq ediləcək yeni qaydaların qiymətlərə müsbət təsir edəcəyini qeyd edib:

“Buna görə artıq elektrik mühərrikli maşınların ölkəyə daxil olması, qiymətlər və tələbat baxımından daha baha başa gəlir. Ölkə başçısının keçən ay verdiyi müvafiq qərara əsasən, bir neçə il ərzində artıq elektromobillərin şarj stansiyalarının açılması və bununla bağlı ölkə daxilində tənzimləyici sistemlərin qurulması təmin edildikdən sonra, elektromobillər daha çox arzuolunan olacaq. Qlobal proseslər də məhz bu istiqamətdə davam etdiyi üçün istehsal da kütləviləşəcək və qiymətlər də ucuzlaşacaq”.

01 May 2024 1 milyonu mənimsəyən Bayramova həbs edildi
01 May 2024 “Bank of Baku”dan bütün market, YDM və restoranlarda - 5% KEŞBEK
01 May 2024 “XalqKart”ı pulsuz əldə edin!
01 May 2024 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır
01 May 2024 “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın
01 May 2024 Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?
30 Aprel 2024 “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir
30 Aprel 2024 “Azeri Light” bu gün neçəyə satılır?
26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var