Son xəbərlər

 

Müğənni Elariz Məmmədoğlunun Kult.az-a müsahibəsi:

 

- Elariz bəy, necəsiniz? Artıq neçə ildir ki, Amerikadasınız. Yəqin, darıxırsınız...

- Allaha şükür olsun ki, yaxşıyam. Bir balaca səhhətimdə narahatlıq var idi, onu da Amerikanın həkimləri yoluna qoydular. Düz beş il üç aydır ki, Amerikadayam. Əlbəttə ki, darıxıram. Dünyanın harasında yaşasam da, Azərbaycan mənim vətənimdir. Azərbaycanla bağlı yaxşı nə eşidirəmsə, çox sevinirəm.

- Çətin olmadımı? Azərbaycanda sevilirdiniz, toylara gedirdiniz, birdən-birə də hər şeyi qoyub getdiniz.

- Azərbaycanda hər şey qaydasında idi. Sadəcə, mən “Yaşıl kart” (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim? Belə qərara gəldim ki, Amerikaya “Yaşıl kart” qazanmaq şansı həyatda bir dəfə olur. Yalnız vətən üçün darıxmaq məni incidir. Mən rus dilini bildiyim üçün burada çalışmaq bir o qədər də çətin olmadı. Bruklin şəhərinin 90%-i rusdillidir. Burada biz demək olar ki, gün ərzində ingilis dilini eşitmirik. Tanınmış adam olduğuma görə də bəzi işlərim rahat getdi. Məsələn, biləndə ki, gəlmişəm, özləri məni işə dəvət etdilər. Eyni zamanda konsertlərimi təşkil etdilər, toylara dəvət etdilər.

- Adətən, insan öz vətənindən kənarda gedəndə uzun müddət əziyyət çəkir. Yeni dostlar tapmaq, iş qurmaq - bunlar sizinçün rahat oldumu?

- Dost tapmaq mənim üçün heç zaman çətin olmayıb. Burada yeni dostlar, yeni çevrəm var. İş qurmaq, əslində, çətin deyildi, amma koronavirus olmasaydı.

- Maraqlıdır, orada nə işlə məşğul olursunuz? Media restoran biznesi ilə məşğul olduğunuzu yazır. Doğrudurmu?

- Mənim xoşbəxtliyim ondadır ki, Bakıda məşğul olduğum işlə elə Amerikada da məşğulam: axşamlar ya toy, ya banket, arabir də konsertlər, səsyazma studiyası… Restoranda isə oxuyuram. Vaxtım yalnız öz sevimli işimə gedir.

- Elariz bəy, Amerikada azərbaycanlıların toylarına gedirsinizmi?

- Mən yeni gələndə Amerikada yaşayan azərbaycanlılar mediadan mənim burada olduğumu bildilər, xeyirli işlərə dəvət etdilər. Nyu York, Nyu Cersi, Texas, Minnesota, Şimali Karolina, İndiana, Kolorado ştatlarında, Boston şəhərində, eyni zamanda Kanada dövlətinin Toronto şəhərində toylara dəfələrlə dəvət almışam. Unutduğum şəhərlərdə yaşayanlar lütfən məndən inciməsinlər.

- Elariz bəy, ixtisasınız da rejissorluqdur. Nə əcəb bu sahə üzrə çalışmadınız?

- İncəsənət aləmində mənim üç əsas ixtisasım var. Musiqi təhsilim vokal, rejissorluq və aktyorluq. Bunlar mənim professional səviyyədə ixtisaslarımdır. Digər istedadlarımı həvəskar səviyyə sayıram, məsələn, şeir yazmaq, musiqi bəstələmək, mahnı mətni yazmaq, ssenari yazmaq, rəqs etmək. Universtitet illərində düşünürdüm, hansı işlə məşğul olum? Təhsilim mənə aktyor, rejissor və müğənni olmaq imkanı verirdi. Mən müğənniliyi seçdim və şükür Allaha ki, uğurlarım oldu. Amma bir neçə klipimdə aktyor kimi, bəzilərində də rejissor olmuşam. Bir neçə serialda, filmdə aktyor kimi də çalışmışam. “Kişiləri qoruyun” filmində iki obrazda çəkilmişəm.

- Amerikada film çəkmək istəyərsinizmi?

- Mənim rejissorluq istəyim böyükdür. Azərbaycanın xeyrinə Amerikada bədii film çəkə bilərəm, sadəcə, çəkiliş üçün böyük vəsait lazımdır. Olsa, çox maraqlı ola bilərdi.

- 2000-ci ildə daha çox “Devuşka v pesoçnom sarafane" hitiylə məşhurlaşdınız, sonra da “tvist” üslubunda "Tup-tup" mahnısına klip çəkildi, 2001-ci ildə də rok-n-roll üslubunda "Dans-dans" mahnısı və klipiniz məşhurlaşıb. Bəs siz özünüz hansını ən yaxşı mahnınız hesab edirsiniz?

- Mənim repertuarımda sevdiyim mahnı var, əfsuslar olsun ki, Azərbaycan radioları onu kifayət qədər işıqlandırmadılar. Yəqin, mən Amerikaya gəldim, ona görə də mahnı unuduldu. Sözügedən mahnı “Hədiyyə” adlanır. Mahnının musiqisini Parisdə yazmışam, sözlərini isə Bakıda.

- Amerikadan baxanda Azərbaycan musiqisi sizinçün necə görünür?

- Azərbaycan musiqi mədəniyyəti hər vaxt yüksəkdə olub. Düşmənlərimiz bizim mahnıları və rəqsləri öz adlarına çıxardanda mənə pis təsir edir. Bizim musiqiçilərimiz çox inkişaf edib. Xüsusən, fortopiano, qarmon və nağara sənəti inkişafdadır. Fortepianoda Emil Əfrasiyab, Şahin Növrəsli, Nizami Əliyev, qarmonda Ənvər Sadıxov, Orxan Mirnatiqoğlu, nağarada Natiq Şirinov daima inkişafdadırlar. Əfsuslar olsun ki, Azərbaycan musiqisində bas gitaraçılar azdır. Bu hissə zəif görünür. Mən Azərbaycanda toylara gedəndə hər vaxt özümlə zərb və bas gitara aparmışam. Zərbi Azərbaycan toylarında dəbə sala bildim, amma bas gitaranı bacarmadım. Həmişə mənə irad tutub deyirdilər, sən niyə toylara bas gitara aparıb əlavə pul verirsən? Mən isə belə adamlara ürəyimdə gülüb düşünürdüm ki, bu adam nə bilir bas gitara musiqinin fundamentlərindən biridir? Bu barədə Azərbaycan xalq artisti, gözəl sənətkar Yalçın Rzazadə ilə maraqlı söhbətimiz olub. Uzun sözün qısası, bu gün musiqimizdə bas qitaraya böyük ehtiyac var.

- Hazırda yeni albomunuz varmı?

- Mən hər vaxt yeni albom, yeni mahnılar üzərində çalışıram. Sosial şəbəkədə izləsəniz, yeni işlərimi də görə bilərsiniz.

- Birdəfəlik qayıtmaq necə, belə bir fikriniz varmı?

- Əslində, mən vətənim Azərbaycandan getməmişəm, Amerikaya müvəqqəti gəldim. Həmvətənlərimiz Rusiyaya gedir, orada beş-altı il çalışır və sonra qayıdır Azərbaycana. Hər kəs bilir ki, Vətənimiz Azərbaycandır. Mən Rusiyaya deyil, Amerikaya getmişəm. Azərbaycan canımız, Bakı ürəyimizdir!

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü
14 May 2021 Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu - Musa Yaqubun nağıl kimi həyatı