Prezident İstiqlaliyyət küçəsindəki abidəni ziyarət etdi


Mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Efirdə Qarabağla bağlı nadir kadrları yayımlayıb – Video



“Real” televiziyasında Qarabağ müharibəsini əks etdirən kadrlar yayımlanıb.

“Mir Şahinin vaxtı”nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan nadir videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Buzovna qəsəbəsində – məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, Ağdərə və Kəlbəcər rayonlarında çəkildiyi məlum olub.

Kadrlarda mərmi düşməsi nəticəsində yaralanan əsgərlər, qana bulaşmış silahları yığan operator, əl-ayağını yara basmış şəxsi heyət, təcrübəsizlikdən şikayətlənən zabitlər əks olunub.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/_8xbSkvL5Fc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Xalidə Bayramova bu vəzifəsindən azad edildi


Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. BakuPost.az xəbər verir ki, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavini Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.

Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.

Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.
Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib


Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib.

ONA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Fuad Abbasovun yeni vəkili Teyub Şərifov bildirib.

T. Şərifov deyib ki, mayın 23-dən rəsmi olaraq Fuad Abbasovun müdafiəsinə qoşulub.

Vəkil Fuad Abbasova qarşı Rusiya açılan inzibati iş materialları və yekun qərarla tanış olduğunu söyləyib: “İşdə kobud prosessual pozuntulara yol verilib. Ona görə də müdafiəyə qoşulduğum gün mənim tərəfimdən Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin qərarından dərhal yuxarı instansiya olan Moskva vilayət Məhkəməsinə şikayət verdik. Mayın 23-nə kimi Fuad Abbasovun ölkədən çıxarılması haqqında məhkəmə qərarı heç kəs tərəfindən öyrənilməyib və şikayət edilməmişdi”.

Teyub Şərifov Fuad Abbasovun mayın 28-də deportasiya olunacağı barədə yayılan məlumatların əslində heç bir əsasının olmadığını da söyləyib. Vəkil Fuad Abbasovun müdafiəsini müstəqil həyata keçirdiyini və Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinə daxil olmadığını, eləcə də fəaliyyətinin koordinasiyası üçün digər məsləkdaşlara və hüquqşünaslara ehtiyacının olmadığını da vurğulayıb.

"Amnesty İnternational" kimi Azərbaycanın imicinə müxtəlif formalarda ləkə yaxmağa çalışan qüvvələr bir nüansı - XXI əsrdə yaşadığımızı, ən son yenilik və xəbərləri, istədiyin məlumatı internet vasitəsi ilə bir dəqiqənin içində əldə edilməsini nəzərə almayıblar.

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Pərvin Kərimzadə deyib.

Millət vəkilinin sözlərinə görə, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq miqyaslı yarışlar, konfranslar, festivallar, qlobal forumlar, bir sözlə, nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir:

"Təkcə 2018-ci ildə respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif yarışlar, tədbirlər təşkil olunub. Bu il də Azərbaycan beynəlxalq yarışlar və irimiqyaslı tədbirlərə ev sahibliyi edərək, idman ölkəsi statusunu qoruyub saxlayıb. Dünyanın diqqətini ölkəmizə yönəldən ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran Prisi uğurla başa çatıb. Yarışlarla bağlı gələn idmançılar, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar.

Artıq dünyanın diqqəti yenidən ölkəmizə, mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununa yönəlib. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür".

P.Kərimzadə qeyd edib ki, Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi heç də təsadüfi deyil: "Ölkəmizdə həyata keçirilən uğurlu siyasət, imkişaf, tərəqqi, ən əsası sabitlik və təhlükəsizlik kimi amillər dövlətimiz üçün müəyyən dividendlər gətirib. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi artdıqca, ölkəmizin inkişafını, tərəqqisini gözü götürməyən qüvvələr fəallaşmağa başlayırlar. Erməni lobbisi və onların havadarlarının əlində alətə çevrilən qərəzli dairələr fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Belə qərəzli təşkilatlardan olan "Amnesty International" UEFA Avropa Liqasının final qarşılaşması ərəfəsində Azərbaycan əleyhinə bir sıra əsassız fikirlər səsləndirib. Təşkilatın məlumatında ölkəmizdə insan haqlarının vəziyyətinin guya qənaətbəxş olmaması ilə bağlı fikirlərə yer verilib".

Deputat əlavə edib ki, "Amnesty International" təşkilatının qərəzli mövqeyi illər əvvəl ölkəmizlə bağlı yaydığı hesabatdan da aydın idi: "Anti-Azərbaycan dairələrin əlində alət olan "Amnesty İnternational" təşkilatının gülünc, absurd fikirlər səsləndirməsi də növbəti qarayaxma kampaniyanın davamıdır. "Amnesty İnternational" unudur ki, biz informasiya əsrində yaşayırıq. Dünya ictimaiyyətinin, o cümlədən UEFA Avropa Liqasının final qarşılaşmasını izləmək istəyən idmansevərlərin Azərbaycanın gündən-günə yüksələn imici, sabitlik adasına çevrilməsi ilə bağlı məlumat toplamaları an məsələsidir. "Demokratiya", "insan hüquq və azadlıqları" adı altında korrupsiyalaşmış "Amnesty İnternational" təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur".

Akif Çovdarov azadlığa gedən yolun astanasında














“MTN işi” üzrə tutulan 22 nəfərdən həbsdə 10 nəfər qalıb; “Rabitə işi”ndə tutulan 11 nəfər vəzifəli isə azad olunub

2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrin əksər əməkdaşları istintaqa cəlb olunublar.

Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, ümumilikdə 22 əməkdaşı həbsə alınmışdı.

Bu əməliyyatdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər həyata keçirildi. 10-a yaxın vəzifəli şəxs həbs edildi. Məlum oldu ki, 2 nazirliyin vəzifəliləri qarşılıqlı maraq zəminində təmir-tikinti, əməliyyat tədbirləri adı altında milyonlarla büdcə vəsaitinin mənimsəyiblər. Adamların qanunsuz dinlənməsi və izlənməsi, hədələnib pullarının, əmlaklarının əllərindən alınması, rüşvət və başqa əməllərə əl atıblar. Mətbuatda “MTN işi” “Rabitə işi” kimi keçən işlər üzrə artıq məhkəmələrin hökmləri də var, həmin hökmlər üzrə suçlanan vəzifəlilərə 4 ildən 14 ilə qədər həbs cəzası verilib.

Akif Çovdarov ile ilgili görsel sonucu

Bu gün hər iki iş üzrə müttəhimlər kürsüsünə çıxarılmış vəzifə daşıyıcılarının bir çoxu artıq azadlıqdadır. Yaxın aylarda MTN generalı Akif Çovdarovun işçisi olmuş, onunla birgə həbs olunaraq məhkum edilmiş Akif Əliyev də azadlığa çıxacaq. “MTN işi”ni izləyənlərin bir çoxunda belə fikir formalaşıb ki, yaxın zamanlarda Akif Çovdarovun özü də azadlıqda ola bilər. Bunun üçün müvafiq zəmin yaranıb. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Akif Əliyev kasasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib. 2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir. Akif Əliyev MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə məhkum olunmuşdu. Elə həmin məhkəmədə Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesin son mərhələsində Akif Çovdarovun vəkili Sadiq Rəsulov generalın günahsız olduğunu, ittihamları qəbul etmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum olunub. Bu gün “MTN işi” üzrə həbs olunanlardan 10 nəfəri həbsdədir. Qalanları isə məhkəmələrdə cəzaları azaldılaraq azad olunublar. “Rabitə işi”ndə isə tutulan 11 vəzifə daşıyıcısına 13 ilə qədər həbs cəzası verilmişdi. Bu gün həmin şəxslərdən heç biri həbsdə deyil.

Akif Çovdarov ile ilgili görsel sonucu

Qeyd edək ki, “MTN işi” çərçivəsində həbs olunanlardan nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev 2 ay sonra saxlandığı istintaq təcridxanasında asılı vəziyyətdə aşkar olunmuşdu. Akif Çovdarov vəkili vasitəsilə İlqar Əliyevin döyülərək asılmasını açıqlamışdı.

“Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər” – deyə Akif Çovdarovun vəkili onun sözlərini ictimiyyətə çatıdırmışdı. Bu gün azadlıqda olanlar sırasında MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Mirəziz Əsgərov da var. Onun cəzası öncə 3 ilə endirilib, daha sonra o, azadlığa buraxılıb.

Generallardan Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya elə birinci instansiya məhkəməsi şərti cəza verib. O, istintaq və məhkəmə dövründə də həbsdə saxlanmayıb. General xanımın rəhbərlik etdiyi idarənin əməkdaşları Fərhad Atayev və Elşad Əzizova da məhkəmə şərti cəza verərək, onları azadlığa buraxıb. MTN-in digər əməkdaşlarından Anar Şirəliyev və Eşqin Əliyevin hər birinə verilən 3 il həbs cəzası isə başa çatdığına görə onlar da xeyli vaxtdır azadlıqdadır. Məhkəmənin hökmü ilə general rütbəsi alınanlardan A.Çovdarovla yanaşı, Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev, işçiləri Natiq Alıyev və Zaur Məmmədov həbsdədir.

“Rabitə işi”ndə məhkum olunan vəzifə daşıyıcılarının bir çoxu Ali Məhkəmənin qərarına əsasən azadlığa çıxıblar. “MTN işi” üzrə həbsdə olan şəxslərin, o cümlədən Akif Çovdarovun işinə hələlik Ali Məhkəmə baxmayıb.

Belə ehtimallar var ki, ilin sonuna qədər “MTN işi” üzrə həbsdə qalan olmayacaq.
Ağ Ev İrəvana “dirsək” göstərdi, İsrail isə... - GƏLİŞMƏ













Ermənistanın yeni hakimiyyətinin xarici siyasətlə bağlı “iki stul” taktikası tam fiasko sayıla bilər. Reallıq belədir ki, özünü bir ildir həm “qərbyönlü”, həm də “rusiyayönlü” göstərməyə çalışan Nikol Paşinyana indi nə Qərb, nə də Rusiya simpatiya bəsləyir. Hər iki qlobal güc mərkəzi ona etibar eləmir, şübhəli nəzərlə baxır, onu “özününkü” saya bilmir.

İşğalçı ölkənin təzə rəhbəri isə çox istəyirdi ki, onun bir əlindən Putin, o birindən isə “Sem dayı” tutsun. Biri Ermənistana ucuz silah-sursat, təbii qaz versin, digəri böyük maliyyə-siyasi dəstək. Alınmadı. Ənənəvi erməni hiyləgərliyi keçmədi. Çünki artıq zaman başqadır. Ən əsası, taleyinə “peşka” rolu yazılanlar iri “fiqurlar”la bərabər şərtlərlə oynaya bilməz. 

*****

Rəsmi İrəvanın “iki stul” siyasətinin iflası bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın uğursuz ABŞ səfəri zamanı özünü qabarıq büruzə verib. Halbuki Qriqoryan “qərbçi”lərdən, “Soros uşaqları”ndan biridir və anti-Rusiya mövqeyi ilə tanınır. Onun təyinatı vaxtilə hətta Kremldə açıq qıcıq yaratmışdı. Bununla belə, Paşinyanın adamını ABŞ-da olduqca soyuq qarşılayıb, soyuq da yola salıblar.

Əsas səbəb qaranlıq deyil. Səbəb ilk növbədə Armen Qriqoryanın təmsil olunduğu komandanın - “qərbyönlü” Paşinyan hökumətinin ABŞ-ın gözləntilərinə və Paşinyanın verdiyi vədlərə rəğmən, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağa hər hansı səy göstərməməsi, əksinə, Rusiyanı xarici siyasətin əsas prioriteti elan eləməsi və Kremlə daha da yaxınlaşma kursu götürməsi, o sırada hətta Moskvanın istəyi ilə Suriyaya humanitar-hərbi missiya göndərməsidir.

Yada salaq ki, sonuncu addımla bağlı ABŞ Dövlət Departamenti sərt bəyanatla çıxış eləmiş, İrəvanı “qaniçən və zalım Əsəd rejiminə dəstək verməkdə ittiham eləmişdi”...

***** 

“Armen Qriqoryanın ABŞ səfəri olduqca uğursuz olub”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə İrəvanda nəşr olunan “Qraparak” qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, Ermənistan XİN-in və ABŞ-dakı səfirliyin cəhdlərinə baxmayaraq , səfər çərçivəsində ciddi hər hansı görüşlün keçirilməsinə nail olunmayıb. Bu azmış kimi, Qriqoryanı heç ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da qəbul eləməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi yalnız Boltonun ofisinin nümayəndəsi ilə görüşməklə kifayətlənməli olub. Nəşr xatırladır ki, Bolton ötən ilin oktyabrında İrəvanda olarkən də Qriqoryanla tet-a-tet görüşməkdən imtina edib.

Yeri gəlmişkən, Cin Bolton İrəvan səfərində açıq tonda bəyan eləmişdi ki, Ermənistan Rusiya ilə ənənəvi bağları zəiflətmək, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırıb Rusiyadan asılılığı azaltmaq üçün tezliklə Qarabağ məsələsində real addımlar atmalıdır. Bunların heç biri baş vermədi. Odur ki, Paşinyanın adamının qapı dalında qoyulması tam məntiqlidir. Bununla Vaşinqton bir daha Ermənistan rəhbərliyinə öz narazılığını çatdırmış olub, ondan maliyyə uman İrəvana “dirsək” göstərib.

*****

İrəvan üçün başqa bir bəd xəbər İsraildən gəlib. “Yeni Müsavat”ın MİGnews-a istinadən verdiyi xəbərə görə, seçkilərdən sonra uzun sürən mübahisələrdən sonra baş nazir Benyamin Netanyahu Azərbaycanın böyük lobbistlərindən olan Avidqor Libermanın müdafiə naziri postuna qayıtması təklifini bəyənib. Bu barədə Netanyahu ilə Liberman arasında mayın 22-də baş tutmuş görüş zamanı prinsipial razılıq əldə olunduğu bildirilir.

İsrailin, xüsusən də Avidqor Libermanın Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması və modern silahlarla təchiz olunmasında rolu danılmazdır. Son olaraq 2016-cı ilin 4 günlük aprel döyüşləri zamanı ordumuzun arsenalındakı İsrail istehsallı silahlar öz sözünü demiş, düşmən tərəfdə böyük canlı itkilərə və vahiməyə səbəb olmuşdu. Bu mənada ötən ilin payızında müdafiə naziri qismində Bakıda çoxgünlük səfərdə olan Libermanın öz postuna qayıdışı sözsüz ki, Azərbaycan-İsrail hərbi və hərbi-texniki əməkdaşlığına yeni bir stimul vermiş olacaq. Azərbaycanı güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməsinə daha da yaxınlaşdıracaq.

Söz yox ki, belə perspektiv İrəvanda təlaş yaradır. Təsadüfi deyil ki, az öncə İsraildə səfərdə olan erməni xarici işlər naziri Zoqrab Mnatsakanyan rəsmi Təl-Əvivdən Azərbaycana silah satışını dayandırmağı israrla xahiş eləmişdi. Təbi ki, bu xahiş qəbul olunmadı. Çünki Azərbaycanla İsraili təkcə hərbi sferada əməkdaşlıq birləşdirmir... 

*****

Bu arada başqa bir ilginc xəbər işğal altındakı torpaqlarımızdan gəlib. Məlum olub ki, baş nazir Nikol Paşinyan öz oğlu Aşotun hərbi xidmət yerini dəyişdirib və onu Qarabağdan Ermənistana gətizdirib (axar.az). Bu haqda məlumat sosial şəbəkələrdəki erməni səhifələrində yayılıb. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.

Məsələyə Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan facebook səhifəsində yaydığı açıqlamada Azərbaycanı ittiham edərək, dolayısıyla həm Bakını yayılan xəbərlərin arxasında dayanmaqda ittiham edib, həm də özü də bilmədən yayılan şayiələri təsdiqləyib: “Mən Azərbaycan stilindəki məqalə başlıqlarını şərh etməyəcəyəm. Ermənistan silahlı qüvvələrinin istənilən hərbçisi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif toplanış, imtahan və hərbi təlimlərdə iştirak edə bilər”.

Ancaq bəllidir ki, Paşinyanla Qarabağ klanı arasında münasibətlər eks-prezident Robert Köçəryan azadlığa çıxandan sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə və torpaqları Azərbaycana satmaqda ittiham edib. Ardınca Paşinyanın öz oğlunu Qarabağdan Ermənistana apartdırması diqqət çəkir.

Görünür, erməni baş nazir bir yandan oğlunun Qarabağ klanına bağlı dairələrin, qatı rəqiblərin əlində girova çevriləcəyindən, digər yandan isə son vaxtlar daha da təkmilləşən Azərbaycan ordusunun hər an başlada biləcəyi antiterror əməliyyatından ehtiyatlanır. Haqlı təlaşdır...
“Yeni Müsavat”
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması demokratik və hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın böyük nailiyyətlər əldə etməsinin əsas qarantıdır. Azərbaycan bu gün bütün sferalar üzrə inkişaf edərək qüdrətli dövlət kimi beynəlxalq arenada öz sözünü deyir. Məhz bu çoxsaylı uğur və nailiyyətlər, həmişə olduğu kimi bu dəfə də daha bir beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində Azərbaycanı istəməyən qaragüruh şəbəkəni qıcıqlandırıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.

Deputat bildirib ki, Azərbaycanın indiyədək qlobal önəm daşıyan çoxsaylı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu artırmaqla yanaşı, mühüm əməkdaşlıqlara yol açır, yeni dostluqlara vəsilə olur: "Ancaq əlbəttə ki, uğurlarımız dostlarımızı sevindirdiyi kimi, ikili standartlara "söykənərək" ölkəmizə düşmən mövqe sərgiləyənləri də çox narahat edir. "Erməni havasına oynayan" anti-Azərbaycan qüvvələr UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə yenə öz əsl üzlərini ortaya qoydular. "Amnesty İnternational" kimi qərəzli mövqe nümayiş etdirən bir qurum idmanı öz ermənipərəst siyasətinə alət edərək çirkin niyyətini bir daha göstərdi".

H.Mirələmovun sözlərinə görə, Azərbaycana qarşı aparılan bu "qara piar" kampaniyasının arxasında, təbii ki, erməni lobbisi dayanır: "Onlar heç bir fakta əsaslanmadan, arqumentləri olmadan, sadəcə, Azərbaycan əleyhinə danışmaq xətrinə "danışırlar". Ancaq belə neqativ kampaniyalar və təzyiq metodları ilə heç nə əldə etməyəcəklərini yaxşı bilirlər. Bu cür təşkilatların insan hüquqları barəsində danışmağa üzü olmamalıdır. Bu qurumlar yaxşı olar ki, Ermənistanın işğal və terroru nəticəsində zərər çəkmiş bir milyon məcburi köçkünün hüququnu da yada salsınlar".

Millət vəkili əlavə edib ki, "Amnesty İnternational" kimi qərəzli təşkilatların çirkin kampaniyasının növbəti ifşası fonunda qüdrətli Azərbaycan UEFA Avropa Liqasının final matçını da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə həyata keçirəcək və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək.

"UEFA Avropa Liqasının Azərbaycanda növbəti həftə keçiriləcək final oyunu "Amnesty International" təşkilatı tərəfindən müzakirə edilməsəydi, yəqin ki, təəccüb doğurardı. Çünki bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda, mötəbər tədbirlər ərəfəsində absurd fikirləri ilə gündəmə gəlməyə çalışıb. Təcrübə onu göstərir ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi bir sıra dairələr tərəfindən təhlil olunur və "Amnesty International" bu qərəzli mövqelilər arasında öncüllük daşıyır. Lakin bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir".

Milli.Az xəbər veroir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib: "Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında və yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib".

Deputatın sözlərinə görə, Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlərboyu mövcud olan multikultural və tolerant dəyərləri bütün dünyaya nümayiş etdirir: "Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara və qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm yerli, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda, xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi Azərbaycan xalqının və dövlətinin multikulturalizmə ən böyük töhfəsidir. Müxtəlif qərəzli bəyanatların və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Bu gün biz, faktiki olaraq, dünya ölkələrinin əksəriyyətində islamofobiyanın, dini dözümsüzlüyün şahidi oluruq. Lakin Azərbaycanda münasibət tam əksinədir və bu, dəfələrlə sübut olunub. Beynəlxalq idman yarışının siyasiləşdirilməsi, onun başqa məcralara yönəldilməsi yalnız anti-Azərbaycan qüvvələrin qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm də istirahət məqsədilə gələn qonaqlar xoş təəssüratlarla qayıdırlar. Onlar həm qonaqpərvərlikdən, həm də təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildirirlər. Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, ermənipərəst dairələrin qərəzli fikirlərinin heç bir əsası yoxdur. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassız iddialar səsləndirir və şəxsi mənafeləri naminə addımlar atırlar. Nəzərə alsaq ki, Henrix Mxitaryan son vaxtlar heç bir maraqlı və peşəkar oyun nümayiş etdirmir, onun bu cür yanaşmanı öz xeyrinə yönəltməsini açıq-aydın görmüş olarıq. Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir".

S.Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu gündən-günə artırır: "Dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar təsir edə bilməyəcək. Bu cür manipulyasiyalar həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur. Bütün dünya Bakıda növbəti həftə baş tutacaq yüksəksəviyyəli idman bayramının şahidi olacaq".

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil. Ermənilərin 200 il ərzində Azərbaycan ərazilərinə iddiası olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.

Z.Əsgərov bildirib ki, ermənilər Qafazın aborigen xalqı deyil, sonradan bu ərazilərə gəlmədirlər.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına müraciət etdi və Azərbaycanı həmin liqada tanıdılar: "Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?".

Z.Əsgərov bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələr qəbul ediblər:

"Çox təəssüf ki, bu günə qədər bu qərarlar yerinə yetirilməyib, çünki Azərbaycana qarşı münasibətdə ikili standartlar var. BMT-nin qətnamələrində göstərilir ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılmalıdır. Lakin 30 ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Məgər Ermənistan elə güclü dövlətdir ki, BMT-nin qərarlarını yerinə yetirmir? Bu onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar var. Bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var beynəlxalq hüquq onun tərəfindədir. Hələki beynəlxalq hüquq işləmir, gələcəkdə necə olacaq bilinmir".

Birinci vitse-spiker ATƏT-in Minsk qrupu haqqında da danışıb: "1992-ci ildən Minsk qrupu fəaliyyət göstərir. İndi 2019-cu ildir. Bəs niyə münaqişə həll olunmur? Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ATƏT deyir ki, "bizim münaqişəni həll etmək üçün mexanizmimiz yoxdur". Necə olur ki, BMT-nin mexanizmi var, sizin yoxdur? 30 ilə yaxındır münaqişə həll olunmur, beynəlxalq hüquq nəzərə alınmır. Deyirlər ki, status kvo dəyişməlidir, bəs 30 il status kvo olar?"

Z.Əsgərov bildirib ki, nə qədər ki, Azərbaycan güclənir, inkişaf edir, Dağlıq Qarabağ münaqişəsinin həlli də yaxınlaşır: "Çünki haqq güclünün tərəfindədir. Ermənilərin heç bir arqumenti yoxdur, ancaq güclü havadarları var. Ermənistanda heç vaxt sakitlik olmayacaq. Çünki Ermənistanın heç bir sərvəti yoxdur, iqtisadiyyatı bərbad vəziyyətdədir. Biz status kvonun dəyişməsinin vacibliyin dəfələrlə Minsk qrupuna demişik, ancaq heç bir nəticə yoxdur. Deyirsiniz ki, münaqişəni sülh yolu ilə həll edin, necə edək? Siz niyə Ermənistana işğalçı demirsiniz? Bu qədər ikili standartlar olmaz. Azərbaycanın ərazi bütövlüyü birmənalıdır. Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın əzəli torpaqlarıdır".\