Ağ Ev İrəvana “dirsək” göstərdi, İsrail isə... - GƏLİŞMƏ













Ermənistanın yeni hakimiyyətinin xarici siyasətlə bağlı “iki stul” taktikası tam fiasko sayıla bilər. Reallıq belədir ki, özünü bir ildir həm “qərbyönlü”, həm də “rusiyayönlü” göstərməyə çalışan Nikol Paşinyana indi nə Qərb, nə də Rusiya simpatiya bəsləyir. Hər iki qlobal güc mərkəzi ona etibar eləmir, şübhəli nəzərlə baxır, onu “özününkü” saya bilmir.

İşğalçı ölkənin təzə rəhbəri isə çox istəyirdi ki, onun bir əlindən Putin, o birindən isə “Sem dayı” tutsun. Biri Ermənistana ucuz silah-sursat, təbii qaz versin, digəri böyük maliyyə-siyasi dəstək. Alınmadı. Ənənəvi erməni hiyləgərliyi keçmədi. Çünki artıq zaman başqadır. Ən əsası, taleyinə “peşka” rolu yazılanlar iri “fiqurlar”la bərabər şərtlərlə oynaya bilməz. 

*****

Rəsmi İrəvanın “iki stul” siyasətinin iflası bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın uğursuz ABŞ səfəri zamanı özünü qabarıq büruzə verib. Halbuki Qriqoryan “qərbçi”lərdən, “Soros uşaqları”ndan biridir və anti-Rusiya mövqeyi ilə tanınır. Onun təyinatı vaxtilə hətta Kremldə açıq qıcıq yaratmışdı. Bununla belə, Paşinyanın adamını ABŞ-da olduqca soyuq qarşılayıb, soyuq da yola salıblar.

Əsas səbəb qaranlıq deyil. Səbəb ilk növbədə Armen Qriqoryanın təmsil olunduğu komandanın - “qərbyönlü” Paşinyan hökumətinin ABŞ-ın gözləntilərinə və Paşinyanın verdiyi vədlərə rəğmən, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağa hər hansı səy göstərməməsi, əksinə, Rusiyanı xarici siyasətin əsas prioriteti elan eləməsi və Kremlə daha da yaxınlaşma kursu götürməsi, o sırada hətta Moskvanın istəyi ilə Suriyaya humanitar-hərbi missiya göndərməsidir.

Yada salaq ki, sonuncu addımla bağlı ABŞ Dövlət Departamenti sərt bəyanatla çıxış eləmiş, İrəvanı “qaniçən və zalım Əsəd rejiminə dəstək verməkdə ittiham eləmişdi”...

***** 

“Armen Qriqoryanın ABŞ səfəri olduqca uğursuz olub”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə İrəvanda nəşr olunan “Qraparak” qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, Ermənistan XİN-in və ABŞ-dakı səfirliyin cəhdlərinə baxmayaraq , səfər çərçivəsində ciddi hər hansı görüşlün keçirilməsinə nail olunmayıb. Bu azmış kimi, Qriqoryanı heç ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da qəbul eləməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi yalnız Boltonun ofisinin nümayəndəsi ilə görüşməklə kifayətlənməli olub. Nəşr xatırladır ki, Bolton ötən ilin oktyabrında İrəvanda olarkən də Qriqoryanla tet-a-tet görüşməkdən imtina edib.

Yeri gəlmişkən, Cin Bolton İrəvan səfərində açıq tonda bəyan eləmişdi ki, Ermənistan Rusiya ilə ənənəvi bağları zəiflətmək, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırıb Rusiyadan asılılığı azaltmaq üçün tezliklə Qarabağ məsələsində real addımlar atmalıdır. Bunların heç biri baş vermədi. Odur ki, Paşinyanın adamının qapı dalında qoyulması tam məntiqlidir. Bununla Vaşinqton bir daha Ermənistan rəhbərliyinə öz narazılığını çatdırmış olub, ondan maliyyə uman İrəvana “dirsək” göstərib.

*****

İrəvan üçün başqa bir bəd xəbər İsraildən gəlib. “Yeni Müsavat”ın MİGnews-a istinadən verdiyi xəbərə görə, seçkilərdən sonra uzun sürən mübahisələrdən sonra baş nazir Benyamin Netanyahu Azərbaycanın böyük lobbistlərindən olan Avidqor Libermanın müdafiə naziri postuna qayıtması təklifini bəyənib. Bu barədə Netanyahu ilə Liberman arasında mayın 22-də baş tutmuş görüş zamanı prinsipial razılıq əldə olunduğu bildirilir.

İsrailin, xüsusən də Avidqor Libermanın Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması və modern silahlarla təchiz olunmasında rolu danılmazdır. Son olaraq 2016-cı ilin 4 günlük aprel döyüşləri zamanı ordumuzun arsenalındakı İsrail istehsallı silahlar öz sözünü demiş, düşmən tərəfdə böyük canlı itkilərə və vahiməyə səbəb olmuşdu. Bu mənada ötən ilin payızında müdafiə naziri qismində Bakıda çoxgünlük səfərdə olan Libermanın öz postuna qayıdışı sözsüz ki, Azərbaycan-İsrail hərbi və hərbi-texniki əməkdaşlığına yeni bir stimul vermiş olacaq. Azərbaycanı güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməsinə daha da yaxınlaşdıracaq.

Söz yox ki, belə perspektiv İrəvanda təlaş yaradır. Təsadüfi deyil ki, az öncə İsraildə səfərdə olan erməni xarici işlər naziri Zoqrab Mnatsakanyan rəsmi Təl-Əvivdən Azərbaycana silah satışını dayandırmağı israrla xahiş eləmişdi. Təbi ki, bu xahiş qəbul olunmadı. Çünki Azərbaycanla İsraili təkcə hərbi sferada əməkdaşlıq birləşdirmir... 

*****

Bu arada başqa bir ilginc xəbər işğal altındakı torpaqlarımızdan gəlib. Məlum olub ki, baş nazir Nikol Paşinyan öz oğlu Aşotun hərbi xidmət yerini dəyişdirib və onu Qarabağdan Ermənistana gətizdirib (axar.az). Bu haqda məlumat sosial şəbəkələrdəki erməni səhifələrində yayılıb. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.

Məsələyə Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan facebook səhifəsində yaydığı açıqlamada Azərbaycanı ittiham edərək, dolayısıyla həm Bakını yayılan xəbərlərin arxasında dayanmaqda ittiham edib, həm də özü də bilmədən yayılan şayiələri təsdiqləyib: “Mən Azərbaycan stilindəki məqalə başlıqlarını şərh etməyəcəyəm. Ermənistan silahlı qüvvələrinin istənilən hərbçisi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif toplanış, imtahan və hərbi təlimlərdə iştirak edə bilər”.

Ancaq bəllidir ki, Paşinyanla Qarabağ klanı arasında münasibətlər eks-prezident Robert Köçəryan azadlığa çıxandan sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə və torpaqları Azərbaycana satmaqda ittiham edib. Ardınca Paşinyanın öz oğlunu Qarabağdan Ermənistana apartdırması diqqət çəkir.

Görünür, erməni baş nazir bir yandan oğlunun Qarabağ klanına bağlı dairələrin, qatı rəqiblərin əlində girova çevriləcəyindən, digər yandan isə son vaxtlar daha da təkmilləşən Azərbaycan ordusunun hər an başlada biləcəyi antiterror əməliyyatından ehtiyatlanır. Haqlı təlaşdır...
“Yeni Müsavat”
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!