Heydər Əliyev Fondu mayın 22-də müqəddəs Ramazan ayında Şamaxı rayonunda iftar süfrəsi açıb.
Azərtac xəbər verir ki, Şamaxı Cümə məscidində açılan iftar süfrəsində 300-ə yaxın rayon sakini iştirak edib.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunacaq.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və əldə olunan məlumatlara əsasən düşmənin törədə biləcək təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/aTYk7JwJEHc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyevin birbaşa göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə icra olunmaqdadır.
Dövlətimizin başçısı və birinci xanım buradan paytaxtın mənzərəsini seyr etdilər.
Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb, burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb.
Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.
Dövlətimizin başçısına Hüseyn Cavid parkı-Nərimanov prospekti ilə bağlantı yolu və Cavanşir yol ötürücüsünün yerində inşa olunacaq yeni eyni səviyyəli yol qovşağının tikintisi layihəsi barədə də məlumat verildi.
Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. Bu istirahət məkanında insanların rahat hərəkətini təmin etmək məqsədilə yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa olunub. Ərazidə bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası salınıb.
Görülən işlər çərçivəsində Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. Həmçinin Füzuli meydanı ətrafındakı ərazi yenidən qurulub, burada əhalinin təhlükəsiz hərəkəti üçün piyada keçidinə yeni giriş yaradılıb. Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.
Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib. Parkın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasında ilin bütün fəsilləri nəzərə alınıb. Parkda yaşıllıqları suvarmaq üçün müasir sistemlərə uyğun olaraq 6,5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xətlər də çəkilib. Ümumilikdə Mərkəzi Parkın inşası ilə Füzuli meydanının ətraf ərazilərində Bakının “ağciyəri” hesab olunan yeni yaşıllıq zolağı salınmaqla Prezident İlham Əliyevin “Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 4 avqust tarixli, “Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 5 avqust tarixli sərəncamlarının icrası olaraq, “Təzəpir məscidi kompleksini ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi tam yekunlaşdırılıb, vətəndaşlarımızın istirahəti və dincəlməsi üçün istifadəyə verilib.
Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar şəhərin müxtəlif məhəllələrində tikilən və yerli sakinlər arasında “Qüllə” kimi tanınan su qüllələri və quyuları aşkarlanaraq bərpa edilib. Həmin su quyularından bu istirahət məkanında aparılan suvarma işlərində istifadə olunur.
Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilib.
Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi ilə müşayiət olunur. Bütün bunlar Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar. Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması bu məsələdə mühüm rola malikdir. Yeni salınan bu park da Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət etdilər.
Dövlətimizin başçısı və xanımı vətəndaşların problemləri ilə tanış oldular. Bildirildi ki, sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq.
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı bağın və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak edib.
"Qafqazinfo" Prezidentlə birinci xanımın Füzuli abidəsinin önündə sakinlərlə görüşündən fotoları təqdim edir:
RAİ Azərbaycan Respublikasının vətəndaşı Fuad Malik oğlu Abbasovla bağlı bəyənat yayıb.
Bəyanatın mətni belədir:
“Azərbaycan Respublikasının vətəndaşı Fuad Abbasovun Rusiyanın hüquq – mühafizə orqanları tərəfindən saxlanılması faktı ilk saatlardan Rusiya Azərbaycanlıları İttifaqının diqqət mərkəzindədir. Adıçəkilən vətəndaşın hüquqları pozulduğu təqdirdə, onun müdafiəsi üçün yardıma hazır olduğumuzu bildirmiş, ona vəkillik edən Elman Paşayevlə müntəzəm əlaqə saxlamışıq. Fuad Abbasov sosial şəbəkədə diaspor təşkilatlarının fəaliyyətinə qarşı fərq qoymadan qərəzli mövqe sərgiləsə də, təşkilat olaraq onun soydaşımız olması amilini vacib sayıb, hər bir azərbaycanlıya olan münasibəti Fuad Abbasova da sərgiləməyə hazır olduğumuzu bildiririk. Qeyd edək ki, Fuad Abbasov Azərbaycan Respublikasının vətəndaşıdır və onun hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı Səfirliyinin vəzifə borcudur. Ümid edirik ki, adıçəkilən müvafiq qurum soydaşımızın problemini diqqət mərkəzində saxlayır və onun həllində yaxından iştirak edir.
adrlardan göründüyü kimi Fuad Abbasovun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən qatı cinayətkar kimi saxlanması mənzərəsi də suallar yaratmış, etiraza səbəb olmuşdur. Ancaq soydaşımızın tutulma səbəbləri ilə bağlı Rusiya huquq mühafizə orqanlarının açıqlaması olmadan qərəzli və çərçivəli fikirləri səsləndirməkdən hər birinizi daşınmağa səsləyirik. Yaranmış vəziyyətdə problemin kökünü bilmədən səsləndirilən və bölüşülən məsuliyyətsiz fikirlər iğtişaş törətmək, habelə qanuna zidd toplaşma meylləri münaqişəyə zəmin yaratmış olar. Deməliyik ki, bu qalmaqallı hadisə ətrafında xarici qüvvələrin sui istifadə halları da çoxalıb. Belə ki, Rusiya hüdudlarında Azərbaycan icmalarının birləşmə meyllərini istəməyən qruplar bu qalmaqalla bağlı şaiyələr yayır, diasporun nüfuzlu və vətənpərvər üzvlərinə, liderlərinə qarşı təxribat xarakterli fikirləri bölüşürlər. Bir daha hər birinizə təmkinli olmağı, fakt və fikir arasında fərqi görməyı bacarmağı məsləhət bilirik. Fuad Abbasovun ziddiyyətli fəaliyyətinə varmadan haqlarının pozulduğu təqdirdə onun yardıma ehtiyacı olduğu dəqiqələrdə yanında olmağı vacib sayır, soydaşımızın ailəsinə qovuşması üçün köməyə hazır olduğumuzu bildiririk. Arzu edirik ki, dünyanın istənilən nöqtəsində hər bir azərbaycanlının hüquqları pozulduğu təqdirdə milli həmrəylik nümayiş etdirib, problemin hüquq müstəvisində, yaşadığımız ölkələrin qanunları çərçivəsində həllinə nail olaq.
Hörmətlə, Rusiya Azərbaycanlıları İttifaqının Mətbuat Xidməti”
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Sənədə əsasən, “Kollegiyanın sədri” bölməsindən “Bayramov Ceyhun Əziz oğlu” sözləri çıxarılıb.
Bundan başqa, “Kollegiyanın üzvləri” bölməsi Azərbaycan Respublikası Təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri və Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini redaksiyasında verilib.
Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə 4 il həbsdə yatan Qəzənfər Novruzov kimdir?
2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri – Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığa buraxılıb. Qəzənfər Novruzovun həbs müddəti başa çatdığı üçün azad edildiyi bildirilir.
Q.Novruzov həbsdəki son günlərini Penitensiar Xidmətin müalicə müəssisəsində keçirib. O, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun niyə müalicə olunduğu barədə səhih bilgi yoxdur. Amma məhkəmə proseslərinin birində Qəzənfər Novruzovun səhhətində problem yarandığı, hətta komaya düşdüyü barədə xəbərlər yayılmışdı.
Musavat.com xəbər verir ki, Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.
Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub. Qəzənfər Novruzovun daha bir qardaşı general-mayor Səbuhi Novruzov isə neçə illərdir Naxçıvan MR daxili işlər nazirinin müavinidir. Qəzənfər Novruzovun qardaşı Vaqif Novruzov uzun illər Bakı Şəhər Yaşıllaşdırma Birliyinin rəisi işləyib. Bu günlərdə BŞİH başçısı Eldar Əzizovun sərəncamı ilə işdən çıxarılıb. V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi.
Qəzənfər Novruzov
Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı.
Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
2017-ci il yanvar ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Novruzov 4 il, U.Bəşirov 5 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qəzənfər Novruzov məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.