Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.Oxu.Az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.Hələlik onun yerinə təyinat yoxdur.