Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib.
Deputat biznesin bütün seqmentlərində islahatların davam etməsinin vacibliyini qeyd edib:
"Fikrimcə, biznes, ictimaiyyət və dövlət arasında əlaqələndirici rolu oynayan struktur qismində İctimai şuranın yaradılması həm biznesdə şəffaflığın təmin olunması baxımından, həm də dayanıqlı biznes mühitinin formalaşması üçün doğru qərardır".
O qeyd edib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzdində İctimai şuranın qarşısında dayanan məqsəd və tapşırıqların reallaşdırılması sahibkarlıq sahəsində müsbət nəticələr verəcək:
"Bu fakt uğurlu dövlət siyasətinin, eləcə də biznes sahəsində köklü islahatların göstəricilərindən biridir".