Heydər Əliyevin müdrik fikirləri















Bu gün Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasından 96 il ötür.
Bu gün münasibətilə Heydər Əliyev haqqında silsilə yazılarına davam edir. Bu dəfə isə oxucularımıza Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirlərini çatdırırıq.

Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük.

* * *
Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.

* * *
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir.

* * *
Mən bu gün bir azərbaycanlı kimi, özündə həm millimənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik.

* * *
Bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün də kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik.

* * *
Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur.

* * *
Biz müstəqillik əldə edəndən sonra İslam dinimizi özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa olundu.

* * *
Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik.

* * *
Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq.

* * *
Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.

* * *
Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik.
* * *
Başqa dinlərdə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda, Qafqazda da öz əksini tapıbdır.

* * *
Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk.

* * *
Biz Azərbaycanın milli-mənəvi dəyərlərini ümumbəşəri dəyərlərlə zənginləşdirən və onların vəhdətindən doğan elm, ədəbiyyat, incəsənət əsərlərini, onları yaradanları həmişə yüksək qiymətləndirmişik.

* * *
Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir.

* * *
Novruz təbiətin oyanması, ürəklərdə saf niyyətlərin, xoş arzuların yaşadığı bir gündür.

* * *
İndi Azərbaycan müstəqil dövlətdir, öz taleyini özü həll edir. Bundan sonra biz heç vaxt imkan verməyəcəyik ki, yadellilər, dinimizə, imanımıza, mənəviyyatımıza zidd olan hansısa qüvvələr gəlib bizə hakim olsunlar və mənəvi dəyərlərimizə yenidən xəsarət gətirsinlər.

* * *
Bulaq, su həmişə insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətiribdir. Su verən, bulaq yaradan, çay açan hər bir insane həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır.

* * *
Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir.

* * *
Ölkəmiz keçmişdəki kimi, xüsusən də bu gün bəşəri dəyərləri xüsusilə bərqərar edərək, onları öz milli ənənələri ilə, milli-mənəvi dəyərləri ilə birləşdirir.

* * *
Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var.

* * *
Vicdan azadlığı toxunulmazdır.

* * *
Bizim Azərbaycanda kişi sözü çox tutumlu sözdür... Sözün əsl mənasında “kişi” o deməkdir ki, bu adam sözü bütöv adamdır, sözünün sahibidir, kişilərə xas hər cür ləyaqətə, keyfiyyətlərə malikdir, sözü ilə əməli birdir.

* * *
Tikmək, yaratmaq, qurmaq, abadlaşdırmaq həmişə cəmiyyətdə, xalqda böyük minnətdarlıq hissi doğurmuşdur.

* * *
Həyatın mənası - mənəviyyatdır.

* * *
Yaşayış nə qədər çətin olsa da, gərək insan mənəviyyatı yüksək olsun. Mənəviyyatın yüksəkliyi də insanın millət kimi mənliyindədir, məziyyətindədir, vətənpərvərliyindədir. Ona görə də gərək insan öz tarixini, millətinin kökünü, öz millətinin keçmişdə yaratdığı abidələri bilsin. Ona görə bilsin ki, öz milləti, xalqı ilə daim fəxr etsin, vətənpərvər olsun, xalqına, millətinə, torpağına, dövlətinə sədaqətli olsun.

* * *
Mənəviyyat insana xas olan xüsusiyyətlərin hamısından yüksəkdir. Nə qədər böyük alim olursansa-ol, nə qədər böyük mütəxəssis olursansa-ol, nə qədər böyük dövlət xadimi olursansa-ol, əgər mənəviyyatca şikəstsənsə, sənin heç bir qiymətin yoxdur.

* * *
Mənəviyyatsızlıq cəmiyyətə zərbələr vurur, insanları pozur. Amma mənəviyyat insanları yüksəldir. Mənəviyyatlı çalışır ki, mənəviyyatsızlıq olmasın. Ancaq bu, çətindir, ağırdır. Eyni zamanda hər bir şəxs düşünməli, dərk etməlidir ki, onun üçün bu dünya daimi deyil.

* * *
İnsan üçün dünyada mənəvi haqqı daimi saxlamaq böyük bir şeydir. Əgər sənin mənəvi haqqın varsa, sən başqasına deyə bilərsən ki, yolundan çıxmısan. Əgər sənin mənəvi haqqın varsa, sən tabeliyində olan adama desən ki, düz yola get, əyrilik, rüşvətxorluq etmə, dövlətin malını dağıtma, əxlaqsızlıq etmə. Bunun üçün mənəvi haqqın olmalıdır.

* * *
Bizim gələcəyimiz milli-mənəvi dəyərlərimizin bəşəri dəyərlərlə, Avropa dəyərləri ilə sintezi vasitəsilə inkişaf edə bilər.

* * *
Novruz bütün bayramlardan ona görə seçilir ki, o, xalqın içindən gələn bayramdır. Hər bir insanın qəlbindən gələn, hər bir azərbaycanlının qəlbini sevindirən bayramdır.

* * *
Biz nə qədər çox yaşayırıqsa, Novruz bayramının Azərbaycan xalqı üçün, hər bir azərbaycanlı üçün nə qədər gərəkli və nə qədər sevimli olduğunu bir o qədər də hiss edirik.

* * *
Hər bir vicdanlı Azərbaycan vətəndaşının, azərbaycanlının borcu, vəzifəsi ondan ibarətdir ki, bizim gələcək nəslimiz daha da bilikli olsun, daha da sağlam olsun, dünya təcrübəsini daha da mənimsəmiş olsun.

* * *
Bir kimsəsiz uşağı, yaxud atılmış uşağı götürmək, bağrına basmaq, saxlamaq, böyütmək həddən ziyadə qiymətli bir isdir.

* * *
Bizim məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.

* * *
Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus, qeyrət həmişə ən yüksək keyfiyyət hesab olunubdur.

* * *
Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

* * *
Azərbaycan milli-mənəvi dəyərlərinə qarsı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımi ölçülər götürüləcəkdir. Bu sözləri deyərək mən bir daha Azərbaycan xalqına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin.

* * *
Millətə, dövlətə, dövlətçiliyə sədaqət çox geniş məfhumdur. Bəziləri bunun əksini ancaq dövlətə, sadəcə, birbaşa xəyanət kimi anlayırlar. Təbiidir ki, xəyanət ən təhlükəlidir. Ancaq eyni zamanda vətəninə, millətinə sədaqət hər bir şəxsin yüksək mənəviyyata malik olmasındadır.

* * *
İnsan həyatda gərək elə yaşasın ki, o, həmişə öz mənəviyyatı ilə fəxr etsin. Hər bir şeyi itirmək olar. Amma uşaq da, böyük də, hər bir insan gərək mənəviyyatını, iradəsini itirməsin, bütün çətinliklərin qarşısını alsın, onların qarşısında əyilməsin, sınmasın. Öz iradəsi ilə yaşasın, böyüsün, cəmiyyətə fayda versin.

* * *
Həyatın mənası təkcə insanın bu həyatda yaşaması deyildir. Həyatın mənası ondan ibarətdir ki, dünyaya gələn, böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, fayda versin.

* * *
İnsanı hörmətə qaldıran onun zəhmətkeşliyidir, mənəvi təmizliyidir, millətə, dövlətə, xalqa sədaqətidir, onun xeyirxahlığıdır. Amma bunlarla hərabər, mütləq onun təvazökarlığıdır. Gərək heç vaxt təvazökarlığı unutmayasan.

* * *
Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz. Vətənə sədaqət andına xəyanət etmək olmaz. Xalqa sədaqət andına xəyanət etmək olmaz.

* * *
Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyünüz kimi, indi də yaşamaqdadır.

* * *
Hər bir Azərbaycan gənci... birinci növbədə, gərək öz dilini, ana dilini bilsin, çünki bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin. Dil hər bir millətin milliliyinin əsasıdır...
Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin.

* * *
Xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamış, zənginləşdirmiş və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir.

* * *
Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq.
Prezident və xanımı ağac əkdi














Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi


Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.
Dünya siyasətçiləri Heydər Əliyev haqqında nələr deyib?


Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasından 96 il ötür. Tarixin gedişatını dəyişən Ulu Öndər Heydər Əliyev dünya siyasətində öz çəkisinə və yerinə sahibdir.
Bu səbəbdən də “Ölkə.Az” oxucularına dünyanın nüfuzlu siyasətçilərinin Heydər Əliyev haqqında fikirlərini çatdırırıq.

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.

Corc BUŞ
Amerika Birləşmiş Ştatlarının Prezidenti

Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.

Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.

Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

Jak ŞİRAK
Fransa Respublikasının Prezidenti

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Toni BLEYER
Böyük Britaniyanın Baş naziri

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.

Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

Xu SZİNTAO
Çin Xalq Respublikasının Sədri

Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.

Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.

Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.

Əhməd Necdət SEZƏR
Türkiyə Respublikasının Prezidenti

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Respublikasının Baş naziri

Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.

Kraliça II ELİZABET

Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur.

Seyid Məhəmməd XATƏMİ
İran İslam Respublikasının Prezidenti

Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır.

Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.

Georgi PIRVANOV
Bolqarıstan Respublikasının Prezidenti

Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.

İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti

Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.

Vladimir VORONİN
Moldova Respublikasının Prezidenti
Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

Gerhard ŞRÖDER
Almaniya Federativ Respublikasının Federal kansleri

Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır.

Emoməli RƏHMONOV
Tacikistan Respublikasının Prezidenti

Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar.

Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.

Əsgər AKAYEV
Qırğızıstan Respublikasının Prezidenti

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.

II İohan Pavel
Roma papası

Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.

Abdullah GÜL
Türkiyə Respublikasının xarici işlər naziri və Baş nazirin müavini

Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.

Vyaçeslav TRUBNİKOV
Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini

Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar və onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun illərdən bəri mövcuddur. Onun adı xatirimizdə həmişəlik qalacaqdır.

Məhəmmədəli MƏHƏMMƏDOV
Dağıstan Respublikası Dövlət Şurasının Sədri

Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər.

Mintimer ŞAYMİYEV
Tatarıstan Respublikasının Prezidenti

Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

Murtaza RƏHİMOV
Başqırdıstan Respublikasının Prezidenti

Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı xatirələri qəlbimdə həmişəlik saxlayacağam.

Kirsan İLYUMJİNOV
Kalmıkiya Respublikasının Prezidenti,
FİDE-nin Prezidenti

Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.

Bülənd ECEVİT
Demokratik Sol Partiyasının Sədri

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.

Çingiz Aytmatov,
Qırğızıstan Xalq yazıçısı

Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.

Butros-Butros Qali
BMT-nin sabiq Baş katibi

Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə edibdir. O, həqiqətən yeni Azərbaycan dövlətinin qurucusudur.

Timm Eqqar
Böyük Britaniyanın energetika naziri

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

Nikolay Baybakov
keçmiş SSRİ Dövlət Plan Komitəsinin Sədri
“10 minədək vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq” – Prezident














“Bu il 10 minədək vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində deyib:

“Sosial sahədə bir önəmli təşəbbüs də Özünüməşğulluq Proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var”.
Pensiya və əmək haqqları barədə əhaliyə SEVİNDİRİCİ XƏBƏR













Minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar – 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı – yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır”.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür


Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada bu ölkənin Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.

MM-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, O.Əsədov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.

Milli Məclisin sədri İtaliya Respublikası Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

O.Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələr arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmlilərindən biri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamədir: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. TANAP, TAP, “Cənub Qaz Dəhlizi” layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək italyan şirkəti fəaliyyət göstərir, bu şirkətlərin sayı getdikcə çoxalacaq”.

O qeyd edib ki, ölkələr arasında mədəni, humanitar əlaqələr də inkişaf edir: “Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr yaxşı səviyyədədir, dostluq qruplarının işini yüksək qiymətləndirirəm”.

Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb.

O bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. MM sədri İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.

Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Senatın sədri Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini xüsusi vurğulayıb.

Maria Elisabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.

Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.

Səfər zamanı Oqtay Əsədov İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

İkitərəfli münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini deyən Oqtay Əsədov, İtaliya və Azərbaycanın siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıq əlaqələrindən danışıb. O bildirib ki, İki ölkə arasında əməkdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində daha da möhkəmlənib.

O.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2005, 2008 və 2014-cü illərdə İtaliyaya rəsmi və 2011 və 2015-ci illərdə işgüzar səfərlərini xüsusilə xatırladıb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk rəsmi səfərinə diqqət çəkən Oqtay Əsədov diqqətə çatdırıb ki, bu səfər dövlətlərarası münasibətlərimizin tarixində mühüm əhəmiyyət kəsb edib.

İtaliya və Azərbaycanın mədəni əlaqələrindən söz açan Oqtay Əsədov vurğulayıb ki, Heydər Əliyev Fondu siyasi və mədəni əlaqələrin möhkəmlənməsində əvəzedilməz işlər görməkdədir: ”Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirildiyi layihələr iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfə verir”.

O vurğulayıb ki, Mehriban Əliyeva keçən il İtaliyaya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombaların açılış mərasimində iştirak edib: “Ölkələr arasında əlaqələrin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Azərbaycan Milli Məclisi ilə İtaliya parlamentinin hər iki palatsı arasında sıx əməkdaşlı yaranıb. Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsində yaxından maraqlıdır. Azərbaycan Avropa institutları ilə yaxından əməkdaşlıq edir”.

İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko bildirib ki, ölkələr arasında olan münasibətlər yüksək səviyyədədir, parlamentlər arası əlaqələr də inkişaf edir yaxşı səviyyədədir. Bu da iki ölkə arasında olan münasibətlər öz töhfəsini verir.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Qeyd edilib ki, münaqişəyə dair İtaliya Senatının qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətlə bağlı” Qətnamə çox mühüm və tarixi əhəmiyyətə malikdir. Bu qətnamədə İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prisipinə böyük önəm verdiyi öz əksini tapıb.

Oqtay Əsədov İtaliya Parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Dostluq Qrupu və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə də görüşüb.

Görüşdə ölkələr arasında olan münasibətlər yüksək səviyyədə olduğu, parlamentlərarası əlaqələrin də yaxşı səviyyədə olduğu qeyd edilib.

Onun sözlərinə görə, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır: “İndiyədək İtalyanın Azərbaycanda ticarət, sənaye, tikinti, xidmət, bank və sığorta sahələrində 100 şirkəti qeydiyyata alınıb. 2018-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın xarici ticarətinin 20,11 faizinə bərabərdir. Cari ilin yanvar-mart ayları ərzində isə iki ölkə arasında 1.48 milyarda ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirilib. Bu gün hər iki ölkənin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər yüksək olsun. Vurğulanıb ki, ölkələrimiz arasında mütəmadi olaraq qarşılıqlı biznes forumları işgüzar görüşlər keçirilir”.

Görüşdə enerji sahəsindəki əməkdaşlıqdan da danışılıb. Qeyd olunub ki, son illərdə Azərbaycan-İtaliya əlaqələri ikitərəfli münasibətlər müstəvisindən kənara çıxaraq bütövlükdə Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fəzasına qədəm qoyub.

“Bizim Şahdəniz, Abşeron, Ümid və digər yataqlarımızda təsdiq olunmuş 2.5 trilyon kubmetr qaz ehtiyatları vardır ki, bu da gələcək 100 il ərzində bizə və tərəfadaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP qaz boru kəmərləri bu yataqlardan hasil olunan təbii qazı Avropa bazarına çıxaracaq. Bu layihələr, ümumilikdə Avropanın, o cümlədən İtaliyanın da enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla da Avropa və İtaliya özünün enerji təminatında şaxələndirməni təmin etmiş olacaqdır. Bu layihələrin (Şahdəniz-2, TANAP, TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

İtaliya Parlamentində Azerbaycanla Parlamentlerarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi vurğulayıb ki, ölkələr arasında olan münasibətlər yüksək səviyyədədir, parlamentlər arası əlaqələr də inkişaf edir. Bu da iki ölkə arasında olan münasibətlər öz töhfəsini verir.

Görüşdə həm iqtisadi, həm də siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan parlamentnin nümayəndə heyəti mayın 8-də Bakıya dönəcək.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Azərbaycanla Türkiyənin bu addımı Ermənistanı SİLKƏLƏDİ: hucum etməsək... - SENSASİON ÇAĞIRIŞ














Ermənistan cəbhədə Azərbaycan Ordusunun fəallaşdığını, irihəcmli mühəndislik işlərinin aparıldığını iddia edir.

Publika.az-ın məlumatına görə, son günlər işğalçı erməni hərbi birləşmələrinin itkilər verməsi, yaralanma hadisələrinin artması, o cümlədən, əsgərlərin müəmmalı şəkildə yoxa çıxmasına görə İrəvan Azərbaycanı günahlandırır. Halbuki, erməni hərbi birləşmələri təmas xəttində gərginliyin artırılması məqsədilə cəbhəboyu kəndlərdə mülki əhalini intensiv atəşə tutur.

Müşahidələr göstərir ki, hazırda cəbhədə vəziyyət müharibə həddinə çatıb və işğalçı tərəf Düşənbə razılığına əməl etmək niyyətində deyil.

Erməni politoloq Robert Qevondyan bildirib ki, Azərbaycan Düşənbə razılaşmasına əməl edilmədiyini və atəşkəsin zaman-zaman pozulduğunu görəndən sonra aktivləşdi.

“Bakı gözləyirdi ki, Ermənistanda siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da dəyişikliyə səbəb olacaq, lakin İrəvan hərbi ritorikanı dayandırmadı və daha sərt mövqe sərgilədi. Buna görə də təmas xəttində aktivləşmə başlandı. Ermənistan cəmiyyətində Azərbaycana sərt hərbi cavab verilməsi gözləntisi var, buna görə də yeni hakimiyyət bəyanatlarında bu xətti seçdi. Bu, cəbhədə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.

Politoloq Levon Şirinyan isə Azərbaycan-Türkiyə hərbi təlimlərinə diqqət çəkib və qeyd edib ki, baş verənlər regionda Ermənistanın gələcəyi üçün ciddi təhlükədir.

Şirinyan Ermənistan ordusunu Azərbaycana hücum etməyə çağırıb və qorxu ilə bildirib ki, “hücum geciksə, rəqib bizi qabaqlayacaq və o zaman heç nəyi xilas etmək mümkün olmayacaq”.
Prezident daha bir məşhura mənzil hədiyyə etdi













Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.

Dergi.az xəbər verir ki, bu barədə aktyor özünün video-müraciətində deyib. 

O, dövlət başçısına minnətdarlığını bildiririb: “Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.

Prezident daha bir məşhura mənzil hədiyyə etdiQeyd edək ki, Q.İsmayılov bundan öncə “Kristal Abşeron”da kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.