Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin daxilində çaxnaşma yaşanır.

Publika.az xəbər verir ki, 2020-ci ildə separatçı rejim “prezident və parlament seçkilərini” eyni vaxtda keçirəcək.

Rejimin “rəhbəri” Bako Saakyan postundan imtina etmək niyyətində deyil, lakin Ermənistan rəhbərliyi “Qarabağ klanı” ilə mübarizə kontekstində ona təzyiqlər edir.

İrəvanın təzyiqi ilə Saakyan bir tərəfdən Paşinyana qarşı çıxan “kadr”ları təmizləyir, digər tərəfdən revanş addımları da atır. İyunun 26-da separatçı “lider” “təhlükəsizlik şurasının katibi” postuna Arşavir Qaramyanı gətirdi. İyunun 11-də isə keçmiş “müdafiə naziri” olmuş “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Bu dəyişikliklər Paşinyana qarşıdır.

Erməni siyasi texnoloq Vigen Akopyan hesab edir ki, Qarabağda mümkün müharibəyə hazırlıq gedir.

“Bu dəyişikliklər də Azərbaycanla müharibəyə hazırlığın bir hissəsidir”, - deyə Akopyan iddia edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara söykənən xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir.

Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə münasibət bildirən millət vəkili Elman Nəsirov qeyd edib. O bildirib ki, milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir:

“Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin - Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu sırf zaman məsələsidir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq”.

Zakir Qaralov Əli Nağıyevin yerinə təyinat etdi













Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Oxu.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə Fuad Rəsulov təyinat alıb. O, bundan əvvəl İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi işləyib. 

Qeyd edək ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb. Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Bakı şəhərini daha da gözəlləşdirmək, buranı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə – bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Bununla əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq bu işlər sinaq kimi Nərimanov rayonunda başlanıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

İyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Quraşdırılan konteynerlər 2 rəngdə – yaşıl və narıncı rəngdə olacaq. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.

Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Bakı Şəhər İcra Hakimiyyəti bununla əlaqədar olaraq Nərimanov rayon sakinlərini layihəyə dəstək verməyə və bu işdə fəal iştirak etməyə çağırır.

Sakinlərə prossesləri izah edilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayıb, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, mənzillərə broşyuralar paylanılır.

Məlumata görə, gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq.

Heydər Əliyev hərbi xidmətini başa vurdu — FOTOAzərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.
Hərbi hissədə hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib. 

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.Heydər Əliyev hərbi xidmətini başa vurdu — FOTOHeydər Əliyev hərbi xidmətini başa vurdu — FOTO
Birinci vitse-prezident DTX-nin TƏDBÄ°RÄ°NDƏ — FOTOLARİyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.Birinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLARBirinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLARBirinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLARBirinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLARBirinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLARBirinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLARBirinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLARBirinci vitse-prezident DTX-nin TƏDBİRİNDƏ — FOTOLAR

Polis akademiyasında buraxılış mərasimi keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyevin, həmçinin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daxili İşlər naziri V.Eyvazov təntənəli mərasimdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb.

Nazir deyib ki, Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır.

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədris ilinin növbəti buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək dövlət başçısının ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, daxili sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının, dövlətçiliyin qorunmasında, ictimai qaydanın və təhlükəsizliyin təminində daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirdiyini, onun daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün hər zaman konkret addımlar atıldığını diqqətə çatdırıb.

Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 5 məzuna diplomları təqdim edib.

Prezidentdən YENİ TƏYİNATLAR













Prezident İlham Əliyev iki təyinat edib.

Dövlət başçısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Adil oğlu Quliyevin qurumun sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatovun isə sədr müavini vəzifələrinə təyin edilməsi barədə sərəncamlar imzalayıb.

Bu barədə Komitə məlumat yayıb.

“Bu tablonun mənim üçün həmişə xüsusi mənası olub. İndi tablo layiq olduğu yerdədir”.

Bu sözləri İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Mustafa Kamal Atatürkün tablosunu yenidən kabinetində asdığını göstərən fotonu sosial şəbəkələrdə paylaşaraq qeyd edib.

Xatırladaq ki, 31 mart seçkilərində İstanbul meri seçilən İmamoğlu Beylikdüzündə bələdiyyə sədri olduğu zaman kabinetində asılı olan Atatürkün fotosunu İstanbul bələdiyyə sədrinin kabinetində asmışdı. Ancaq seçkilərin ləğv edilməsindən sonra İstanbul merinin səlahiyyətlərini icra edən vali Əli Yerliqaya Atatürkün fotosunu kabinetdən çıxarmışdı.

Əkrəm İmamoğlunun 23 iyun qələbəsində sonda sosial şəbəkədə minlərlə insan “O foto yenidən asılacaq” paylaşımı etmişdi.

 

Li Litsenbergerin “sanksiya məsələsində Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq” bəyanatının diplomatik tərcüməsi nədir?

“ABŞ Azərbaycan dövləti ilə strateji əməkdaşlığı və tərəfdaşlığı çox yüksək dəyərləndirir. O cümlədən sanksiya məsələsində də Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger “Amerikanın Səsi”nin Vaşinqtonun Rusiya və İrana qarşı sanksiyaları şəraitində Azərbaycanın bu ölkələrlə əməkdaşlığı haqqında sualına cavabda bildirib.

Məlumdur ki, Azərbaycan Qərbin nə Rusiyaya, nə də İrana qarşı sanksiyalarına qoşulmayıb. Bunu səfirin də bildiyi şübhəsizdir. O zaman ABŞ səfirinin bu cür açıqlaması diplomatik dildə nə deməkdir? ABŞ Azərbaycanın sanksiyalar məsələsində tutduğu mövqedən əslində razıdır, yoxsa?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Azərbaycan əlaqələri regional baxımdan Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ABŞ üçün əhəmiyyəti get-gedə daha da artır. Çünki ölkəmiz ABŞ-ın problemlər yaşadığı Rusiya və İranla həmsərhəddir. ABŞ səfirinin sanksiyalar məsələsində Azərbaycanla əməkdaşlıqdan razılıq etməsi daha çox bununla bağlıdır: “Əslində Vaşinqtonun iki qonşu ölkəyə qarşı iqtisadi sanksiyalarına ölkəmiz rəsmən qoşulmayıb və ABŞ da qonşuluq əlaqələrinə görə bunu Azərbaycandan istəməyib, qarşımızda qəti tələb qoyulmayıb. Xüsusilə İranla əməkdaşlıq məsələsinə gəldikdə, bu bir qədər fərqlidir. Azərbaycanın İranla yüksək səviyyədə iqtisadi əməkdaşlığı yoxdur. Ortada böyük maliyyə əməliyyatları həyata keçirilmir. Amma iki ölkə arasında  iqtisadi və nəqliyyat layihələrinin birgə fəaliyyətindən xoşhal olmayan ABŞ, hər halda, diplomatik çərçivədə Azərbaycanla danışıqlar aparıb. Azərbaycanı qeyd olunan əməkdaşlıq məsələsində bir qədər məsafə saxlamaq məqsədi güdülüb. İran isə çalışır ki, qonşu ölkələrlə ticari əlaqələrdə milli valyutadan istifadə etsin. Bu istiqamətdə İran xarici işlər nazirinin ölkəmizə də səfəri gözlənilir”.

Politoloq hesab edir ki, ABŞ səfirinin açıqlaması birbaşa ölkəmizə mesajıdır və İranla bu məsələlərdə məsafə saxlamağa çağırışdır: “ABŞ-ın sanksiyalar məsələsində Azərbaycandan gözləntisini səfir Litsenberger diplomatik dildə ortaya qoyub. Vaşinqton bilir ki, Azərbaycanın İranla Şimal-Cənub Nəqliyyat dəhlizi və birgə istehsal edilən dərman, avtomobil zavodları inşası üçün müqavilələri var. Artıq rəsmi Bakı İranla bu sahələrdə əməkdaşlıqda müəyyən məsafə saxlayır. Çünki İranın da maliyyə imkanları ölkəmizlə bu müqavilələrin həyata keçirilməsinə imkan vermir. Vaşinqton tərəfindən İrana qarşı maliyyə sanksiyaları getdikcə sərtləşir. ABŞ narahatdır ki, qonşu ölkələr vasitəsilə İran maliyyə maxinasiyaları həyata keçirə bilər, sanksiyaların təsiri azalar. Ona görə də əvvəlki illərdən fərqli olaraq ABŞ səfirliklərinə həmin ölkələrdə İranın bu imkanlarına, əlaqələrinə nəzarət etmək tapşırılıb. Məhz səfirin açıqlaması həm də İranın mümkün maliyyə əməliyyatlarının həyata keçirilməsinin qarşısını almaqdır. Azərbaycan da, hər halda, ABŞ-la siyasi və iqtisadi əlaqələri yüksək səviyyədə saxlamaq üçün İranla bir sıra iqtisadi məsələlərdə məsafə saxlamağa çalışır. Bu da başa düşüləndir. Ona görə də ABŞ səfirinin məlum açıqlaması ilə həm də ikitərəfli əlaqələrə önəm verildiyini, atılan bəzi addımlardan razı qaldıqlarını nümayiş etdirmək üçündür”.

Onu da qeyd edək ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Azərbaycan son bir neçə ildə İrana qarşı sanksiyalar məsələsində ehtiyatlı mövqe nümayiş etdirib. Hətta bir neçə il əvvəl Amerikanın İrana hərbi müdaxiləsi məsələsi gündəmə gələndə Azərbaycan birmənalı şəkildə bəyan etmişdi ki, öz ərazisindən başqa ölkəyə qarşı istifadə olunmasına yol verməyəcək. Daha sonra İrana qarşı BMT sanksiyaları tətbiq olunması məsələsi gündəmə gələndə də Azərbaycan hökuməti ehtiyatlı mövqe sərgiləmişdi.