Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin daxilində çaxnaşma yaşanır.
Publika.az xəbər verir ki, 2020-ci ildə separatçı rejim “prezident və parlament seçkilərini” eyni vaxtda keçirəcək.
Rejimin “rəhbəri” Bako Saakyan postundan imtina etmək niyyətində deyil, lakin Ermənistan rəhbərliyi “Qarabağ klanı” ilə mübarizə kontekstində ona təzyiqlər edir.
İrəvanın təzyiqi ilə Saakyan bir tərəfdən Paşinyana qarşı çıxan “kadr”ları təmizləyir, digər tərəfdən revanş addımları da atır. İyunun 26-da separatçı “lider” “təhlükəsizlik şurasının katibi” postuna Arşavir Qaramyanı gətirdi. İyunun 11-də isə keçmiş “müdafiə naziri” olmuş “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Bu dəyişikliklər Paşinyana qarşıdır.
Erməni siyasi texnoloq Vigen Akopyan hesab edir ki, Qarabağda mümkün müharibəyə hazırlıq gedir.
“Bu dəyişikliklər də Azərbaycanla müharibəyə hazırlığın bir hissəsidir”, - deyə Akopyan iddia edib.