Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atıb. Belə ki, ölkə prezidentinin bu gün imzaladığı 17 sərəncamla minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artım edilib.

Musavat.com xəbər verir ki, sərəncama əsasən sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata qaldırılıb. Xatırladaq ki, minimum əmək haqqı bu il martın 1-dən 130 manatdan 180 manata qaldırılmışdı. Həmin zaman artım birbaşa olaraq 600 minədək insanı əhatə edib. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olub. Minimum əməkhaqqının 180 manata çatdırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcəkdi. Bu dəfəki artım daha yüksək məbləği – 70 manatı ehtiva edir. Bu isə 600 minədək insanın əmək haqqının əvvəlkindən daha çox artmasına gətirib çıxaracaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük social paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, minimium pensiya məbləğləri, əlillərə verilən təqaüdlər ciddi şəkildə artırılıb. Eyni zamanda prezidentin fərmanı ilə 2015-ci il devalvasiyalarından əziyyət çəkən vətəndaşlara dəstək üçün dövlət büdcəsindən xarici valyutada kredit götürən 600 min nəfərdən yuxarı şəxsə kompensasiya ödənilib. Ümumilikdə bu ilin əvvəlində elan olunmuş sosial paket 3 milyon nəfərə yaxın insanı əhatə edib. İndiyədək atılan addımların icrası üçün büdcədən 2 milyard manatdan yuxarı vəsait ayrılıb.

Prezidentin bu gün imzaladığı sərəncamlarla Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondunda çalışan rəhbər və digər işçilərin, həmçinin dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Digər sərəncamlarla isə dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı sentyabrın 1-dən 20 faiz artırılacaq.

Prezidentin bu gün imzaladığı sərəncamlara əsasən sentyabrın 1-dən Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşları, həmçinin Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılır.

Nazirlər Kabinetinə Maliyyə Nazirliyinin təklifləri əsasında bu qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində Prezidentə təqdim etmək tapşırılır.

Prezidentin daha bir sərəncamına əsasən Mərkəzi Seçki Komissiyası sədrinin maaşı 3060 manata, sədrin müavininin maaşı 2845 manata, katibin maaşı 2110 manata, sıravi üzvlərin maaşı isə 1920 manata çatdırılır.

Prezident hələ mart ayında social paketin tərkib hissəsi olan bir sıra fərman sərəncamlardan sonra bəyan etmişdi ki, bu addımlar davamlı olacaq. Ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət büdcəsinə böyük miqdarda əlavə vəsaitlərin daxil olduğunu bildirən İlham Əliyev bu artımların bütünlüklə əhalinin social rifah halının yaxşılaşdırılmasına yönəldiləcəyini elan etmişdi. Prezident xüsusilə minimum əmək haqqı və pensiyanın artırılması imkanlarının onun tapşırığı ilə araşdırıldığını və bu istiqamətdə artımların davamlı olacağını qeyd etdmişdi. Göründüyü kimi, üstündən 3 ay keçmiş ölkə prezidenti minimum əmək haqqının əvvəlkindən daha böyük həcmdə artırılmasına dair sərəncam imzalayıb.

Bu gün imzalanan sərəncamlar bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə cavab verdiyini göstərir.

Fuad Abbasov həbsdə olmasının səbəblərini açıqladı – sensasion səs yazısı (AUDÄ°O)“Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar”

Hazırda Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov ictimaiyyətə audio səs yollayıb. Həmin səs yazısında jurnalist həbsdə olmasının səbəbi və bunun arxasında dayanan qüvvələr barədə danışıb.

F.Abbasov sözügedən səs yazısında günlərdir qanunsuz olaraq azadlıqdan məhrum olunduğunu deyərək detalları səsləndirib: “Vacib deyil ki, bu günlər ərzində məni hansı xəyal qırıqlıqları, kədər məni müşayiət edir. Mən şikayət etmirəm və əsəbə, kədərə də məğlub olmuram. Mən 25 ildir ki, əsirlikdə olan Qarabağ əhalisindən, insanlarından heç nə ilə üstün deyiləm. Onların acınacaqlı, faciəli taleyi mənimki də ola bilərdi. Mən Allaha ona görə minnətdaram ki, bu günlər ərzində insanları daha çox tanıdım, nəinki azadlıqda olduğum müddətdə. Son baş verən hadisələrlə bağlı bütün diqqət Rusiyadakı Azərbaycan diasporasının üzərindədir. Bir çox diaspora nümayəndələri bu haqda özləri bildirdilər. Onları bu məsələdə qonşu ölkələrin iclmaları da dəstəkləyiblər. Guya Fuad Abbasov azadlıqdan məhrum olunub, deportasiya olunub. Ona görə ki, onu Azərbaycan diasporasının nümayəndələri şikayət ediblər. Əslindəsə bunun reallıqla heç bir əlaqəsi yoxdur. Mən indi satqınlardan danışmaq istəmirəm. Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar. Amma mən indi burdayamsa, bu, diaspora tərəfindən ittihamlara və diaspora daxilindəki problemlərə görə deyil. Əsas səbəb azərbaycanlıların Rusiyada hüquqlarının pozulmaslıdır. Əslində bu, belədir. Mənimlə baş verənlərin əsas səbəbi Rusiyada yaşayan azərbaycanlıların problemlərinin səsləndirilməsidir. Xüsusən də federal kanallarda, ictimai rəyin formalaşdığı media məkanlarında çıxışlarımdır. Rusiya və Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasındakı münasibətləri pozmağa cəhddir”.

F.Abbasov eyni zamanda bildirib ki, efirdəki hər tənqidi çıxışından sonra onunla hüquq-mühafizə orqanları maraqlanırdılar: “Bu efirlər də diaspora ilə bağlı idi. Nəyə görə 15 mart 2019-cu ildəki, 15 may 2019-cu ildəki efirdən sonra hüquq-mühafizə orqanları mənimlə maraqlandı? Bu efirlər Azərbaycan diasporası ilə bağlı idi. Bunu diaspora daxili problem kimi qələmə vermək istəsələr də, bu, onunla bağlı deyil. Mənim saxlanmağımın əsas səbəbini jurnlast Maksim Şevçenko səsləndirib. Ona cəsarətinə görə təşəkkür edirəm. Burda məqsəd Rusiyadakı yeganə azərbaycanlının, eyni zamanda Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir. Kiməsə bu çox da xoş gəlmir. Kimsə istəyir ki, sözün hərfi mənasında azərbaycanlıların və türk qardaşların səsini Rusiya efirindən, internet məkanlarından silsinlər. Bu, müxtəlif ölkələrin illərlə davam edən planlarına ziddir. Ona görə də onlar yalan xəbərlə, sifarişli addımlar atırlar. Sifarişçi və icraçılar bununla dayanmayacaqlar. Onlar müxtəlif ittihamlar uyduracaqlar ki, mənim səsimi azadlıqdan məhrum etdikləri divarlar arasında kəssinlər. Amma son günlər bu olaydan öz siyasi məqsədləri üçün istifadə edənlər də var. İndi mən sifarişçi və icraçılar, eləcə də bundan istifadə edənlər barədə danışmaq istəmirəm. Bəlkə də bəzi analitiklər bu haqda artıq yazıblar. Amma mənim bu dörd divar arasında olmağım Rusiyada Azərbaycan və Türkiyənin səsini çatdırmağımla və ictimai fəaliyyətimlə bağlıdır. Mən düşünmürəm ki, yaxın zamanda kimsə mənim bu təcrübəmi təkrarlamaq istəsin. Çünki bu, göz qorxutmaq üçün hesablanıb. Məqsəd odur ki, heç kim Fuad Abbasov kimi hərəkət etməsin. Bəlkə də onlar öz məqsədlərinə nail olacaqlar. Ya da mənim yolumu davam edəcək soydaşlarımız tapılacaq. Amma nə olursa olsun, mən demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Özünüzü heç nə ilə məhdudlaşdırmayın. Əgər sizin deməyə nəsə sözünüz varsa! Öz hüquqlarınızı müdafiə etmək və Rusiyada öz sözünüzü demək istəyirsizsə, bunu edin. Qorxudulma aktlarına, opponentlərinizə rəğmən, bunu edin. Ümid edirəm ki, yaxın zamanlarda azadlığa çıxa biləcəm, sizinlə normal ünsiyyət quracam. Mən azadlıqdan məhrum olmuşam indi. Bəlkə də gələcəkdə bunu deməyə imkanım olmayacaq”.

F.Abbasov sonda onu müdafiə edən hər kəsə, xüsusilə də Rusiyadakı Azərbaycan səfirliyinə təşəkkür etdi: “Ümid edirəm ki, Rusiya hüquq mühafizə orqanları bütün hallarda həqiqətin yanında olacaq və indiki situasiyada ən düzgün qərarı verəcək”.

Musavat.com

<embed src="https://bax.tv/player/66132.html" width="560" height="315" frameborder="0" allowfullscreen></embed>

Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var.

Report-un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.

Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib.

Nazir qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur:

“Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançaları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir”.

Tikintidən boğulan Bakı – Yoxlamalardan kim narahatdır?













Ötən gün Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 26 oktyabr tarixli Fərmana dəyişiklik edib. Dəyişikliyə əsasən, yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

Tikinti sahəsindəki yoxlamalarla bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Samir İsmayıl bildirib ki, bu yoxlamaların kim tərəfindən və necə aparılması vacibdir:

“Tikinti şirkətlərində yoxlama deyəndə baxır nə nəzərdə tutulur. Ümumiyyətlə, bu sahənin tam başsız qoyulmasının tərəfdarı deyiləm. Bizdə tikinti sahəsi təxminən 2000-ci ildən başlayıb, sonra devalsiya dövründə səngiyib, daha sonra yenidən başlayıb. Bununla belə görürük ki, bu sektorda kifayət qədər ciddi problemlərimiz var. Yüzlərlə binanın təhvil verilməməsi də, yəni qanuni şəkildə istismara verilə bilməməsi bunu göstərir.

İstismarın asanlaşdırılması ilə bağlı prezidentin fərmanı oldu. Bu faktın özü də göstərir ki, ciddi problemlər var və bunu hökumət də etiraf edir. Bugünki gündə hər hansı tikintinin istismara qəbul edilməsi üçün 40-dan çox təşkilatın razılığı, sənədlərə imza atması lazımdır. Bizim ortada keyfiyyətli parametr və yaxşı nəticəmiz yoxdur.

Baxmayaraq ki, bu qədər nəzarətedici qurumlar var, bunu tənzimləməlidirlər, bununla belə burada böyük problemlər var. Yalnız keyfiyyət deyil, eyni zamanda hüquqi problemlər yaranır. Evin bir neçə adama satılması, tikintinin başa çatdırılmadığı üçün insanların verdiyi sərmayələrin itirilməsi və s. Hesab edirəm ki, tikinti olacaqsa, söhbət çoxmərtəbəli binaların tikintisindən gedir, birincisi, Bakı şəhərinin baş planına uyğun olmalıdır, hələ ki, baş plan təsdiq olunmayıb.

Tikintidən boğulan Bakı – Yoxlamalardan kim narahatdır?










İkincisi, binaya ən son nöqtəsinə kimi hansısa dövlət qurumu deyil, bu sahədə təcrübəsi olan, beynəlxalq və ya yerli şirkətlər sertifikat verməlidir. Onun təhlükəsizliyi, keyfiyyəti , bütün parametrlərinə, özülündən tutmuş sona kimi sertifikatı olan peşəkar şirkətlər gəlib audit yoxlaması keçirməli və qiymətləndirməlidir. Bu tikintinin müasir standartlara uyğun olub olmadığını araşdırıb rəy verməlidir. Bundan sonra dövlət qurumları istismara götürməlidir.

Əgər orada hər hansı dövlət qurumunun sualı, iddiası varsa, o da Azərbaycan Respublikasının tikinti normalarına uyğun olaraq tələb qoymalıdır. Bakı şəhəri bu gün yaxşı mənada tikintidən boğulur. Çünki tikinti elə belə şey deyil. Çoxlu iş yerləri verir, şəhər yenilənir. Eyni zamanda bu, nəzarətsiz və olduqca neqativ hallarla müşahidə olunur”.

Ekspertin sözlərinə görə, əgər yoxlamalar dövlət qurumları tərəfindən aparılsa, effektli olmayacaq:

“Məsələn, mən evi 2004-cü ildə almışam. Hələ də evin rəsmi sənədini ala bilməmişəm. Bu bina qanuni şəkildə istismara verilib. 2008, sonra 2013-cü ildə bununla bağlı qanunlara görə, təhvil verilməmiş binalarda əhalinin yaşaması qanunsuzdur. Demək, minlərlə insan burada qanunsuz yaşayır.

Bu yoxlamaları yalnız dövlət qurumları aparacaqsa, bunun effekti az olacaq. İstəyirəm ki, bu sektoru peşəkar , təhlükəsizlik şirkətləri audit eləsinlər. Binanın bünövrəsindən ən sonuna kimi, tikinti prosesində yoxlama aparsınlar. Tutaq ki, 16 mərtəbəli bina tikilib və onun özülündə problem var. Bu yoxlama nə verəcək? Mənə bu maraqlıdır. Artıq qatar gedib. Ona görə bu canlı olmalı, yəni hər bir proses, mərtəbədə bu yoxlama aparılmalı, layihə təsdiq olunmalı və necə icra olunması tam nəzarət altında olmalıdır”.

İqtisadçı yoxlamaların tikinti şirkətlərinə hansı risklər yaradacağından da danışıb:

“Yoxlamaların tikinti şirkətlərinə hər hansı təhlükə yaradacağını indidən deyə bilmərəm. İndiyə kimi nə qədər yoxlamalar olub, problemlər ortaya çıxıb, həlli ilə bağlı addımlar atılıb. Demirəm heç nəyə nail olunmayıb. Olunub, amma problemin kökü qalıb. Mənə maraqlıdır ki, Bakı şəhərində 21-ci əsrdə tikilən binalar bu əsrin tələblərinə uyğun olsun. Həm gözəl olsun, həm isti və soyuğa davamlı, yolları daraltmasın, parkinqi olsun. Bu da Bakı şəhəri baş planından və hər bir küçə üzrə planlaşdırılan onun layihəsi təsdiq olunandan sonra binanın bünövrəsindən başlayır”.

Qeyd edək ki, qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.
Mehriban Əliyeva Elçibəyin xanımının yas xərclərini üzərinə götürdü














Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.
Yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub. 
Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.
Çingiz Mustafayevin ölümündən 27 il ötdü — Milli Qəhrəmanın həyatı














Çingiz Fuad oğlu Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad və Naxış Mustafayevlərin ailəsində anadan olmuşdur. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayır. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alır. Lakin sonradan hərbi məktəbi tərk edib, orta məktəbə daxil olmuşdur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.
İslahatçı-novator olan Çingiz Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. O, Azərbaycanın ilk DJ-i kimi tanınır. 1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən - "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir.Təhsilini başa vuran Çingiz Mustafayev təyinatla Dəvəçi rayonunda (indiki Şabran) üç il həkim işləmişdir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilir.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnısını səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır. Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. 1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt" verilişinin və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur. 1988-ci ildə rejissor Vaqif Mustafayevin "Yaramaz" bədii filmində çəkilib. 1990-cı il 20 yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabrından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Amma Çingiz Mustafayev Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətlərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Dövlət televiziyasında mövcud olan senzura və ciddi qadağalar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz, əlahiddə olaraq, "215 KL" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olur. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, tamaşaçılar "215 KL" studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər. 

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Çingiz Mustafayev cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı.
Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olur. Belə ki, minaatandan açılan atəş zamanı Çingiz Mustafayev ağır yaralanır, onun sağ ayağının bud sümüyündən arterial damar zədələnir və o, sürətli qanaxmadan döyüş meydanında şəhid olur. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edir... 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. 
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1993-ci il tarixli 294 saylı fərmanı ilə Çingiz Fuad oğlu Mustafayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Çingiz Mustafayevin Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlanda yerləşən uşaqlar üçün yay düşərgəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" Şirkətlər Qrupuna məxsus tanker onun adını daşıyır. 1996-cı ildə "Dəyirman" qrupunun sayca ikinci olan "Qurd" albomundan olan "Ya Qarabağ, ya ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
2010-cu il avqustun 28-də ABŞ-ın CNN telekanalı Çingiz Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. 2011-ci ilin 31 avqustunda Almaniyada 3 min nüsxə ilə Çingiz Mustafayevin təsviri olan poçt markası buraxılıb. Şahdağda 4062 metr hündürlükdə yerləşən və 2000-ci ildə fəth olunan zirvəyə "Çingiz zirvəsi" adı verilib. Zirvədə onun adının həkk olunduğu lövhə var.

1999-cu ildən Çingiz Mustafayev adına fond fəaliyyət göstərir. Atası Fuad Mustafayev fondun prezidenti olub. Fond “İlin adamı” mükafatı təsis edirb. Fondun təşəbbüsü ilə Şəkidə “Çingiz Mustafayev adına Klub” yaradılıb.
Zakir Həsənovdan vəzifəli şəxslərə tapşırıq













İyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, ötən ay ərzində görülən işləri, xüsusilə Bakı və Naxçıvanda keçirilən təlimlərin nəticələrini təhlil edərək bildirib ki, ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyəti və təminatı yüksək səviyyədədir və bu istiqamətdə planlaşdırılan bütün tədbirlər tam həcmdə yerinə yetirilib.

General-polkovnik Z.Həsənov snayperlərin fəaliyyəti, müdafiənin dayanıqlılığı, maskalanmanın effektiv təşkili, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının ehtimal olunduğu istiqamətlərdə onun qarşısının xüsusi qurğu və vasitələrin tətbiqi ilə dərhal və adekvat tədbirlər görməklə alınması ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Havanın hərarətinin yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasını da komandir və rəis heyətinə çatdırıb.
Keçmiş nazir mülk davasına başladı – Şirkəti məhkəməyə verdi














Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin ona məxsus olduğunu iddia edərək, həmin ərazinin boşaldılmasını tələb edir. Sabiq nazir bundan ötrü məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, F.Ələkbərov “Məlahət” MMC-yə qarşı iddia qaldırıb. Cavabdeh qismində həm də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini qoyub.

Sabiq nazir iddia edir ki, hazırda “Məlahət” MMC-nin istifadəsində olan mülkiyyət əslində ona məxsusdur. O, həmin əmlakın boşaldılmasını, bu günədək həmin mülkiyyətdən istifadə edə bilmədiyinə görə ona dəymiş ziyanın ödənilməsini tələb edir.

Qarşı tərəf isə sabiq nazirin iddiasını əsassız sayır. Bildirir ki, həmin əmlak “Məlahət” MMC-yə məxsusdur, bunu təsdiqləyən sübutlar da var.

Bu işə Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırova baxır. Məhkəmədə F.Ələkbərovun nümayəndəsi vəsatət qaldırıb ki, bu işə baxılıb yekun qərar çıxarılana qədər mübahisəli mülkiyyətlə bağlı hər hansı hüquqi addımın atılması (satılması, girov qoyulması), istifadəsi qadağan edilsin. Hakim də bu vəsatəti təmin edib.

Cavabdeh tərəf bu qərardan apellyasiya şikayəti verib. İyunun 18-də Bakı Apellyasiya Məhkəməsində həmin şikayətə baxılacaq.

İyunun 4-də Bakıda Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısı keçirilib. Tədbirdə ittifaqın sədri Rüstəm İbrahimbəyov bir sıra vədlər verib, kinonun və aktyorların maddi problemlərinin həlli yollarından danışıb.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Yeni Müsavat”a bildirdi ki, iclas 11-ci qurultaya hazırlıqla bağlı olub:

““İclasdakı müzakirələr göstərdi ki, sənədli, bədii və animasiya filmi sahələrində problemlər var. Bu problemlər qurultayın gündəliyinə çıxarılmalıdır, əməli təkliflər verilməlidir. Eyni zamanda ssenarilər seçimi ideal, effektiv mexanizm üzərində deyil, maliyyələşmə şəffaflıq prinsipi ilə xərclənməyib, bütün bunlar düzəlməlidir. Əsas təsbitlərdən biri də bu oldu ki, kino tamaşaçısı səviyyəsi problemi var. Söhbət dövlətin kinoya ayırdığı vəsaitlərdən gedir. Təkcə şəffaflıq deyil, effektivlik məsələsi də var.  Bilirsiniz ki, son 2 ildə Maliyyə Nazirliyi kinoya ayrılan vəsaiti azaldıb. Amma bununla yanaşı, respublika prezidenti film istehsalına 5 milyon ayırıb. Onun verilmə şərti yeni kino konsepsiyasının qəbul edilməsidir. Sadəcə, idarəçilik effektiv mexanizmə əsaslanmalıdır. Mədəniyyət Nazirliyinin şöbəsi statusunda struktur özünü doğrultmur.

Daha səlahiyyətli, dövlət və özəl studiyaların bərabərhüquqlu işini təmin edən struktura ehtiyac var. Dövlətimiz kino qarşısında alnıaçıq, üzüğadır. Lakin vəsaiti idarə edənlər etimadı hələ doğrultmayıblar”.

Əli İsa Cabbarov ile ilgili görsel sonucu

Əli İsa Cabbarov: “Bizə dəstəyə görə hökumətimizə minnətdarıq”

Ə.İ.Cabbarov bildirdi ki, İbrahimbəyovun tapşırıqlarından biri də Kino Evinin açılması, Kino Məktəbinin fəaliyyətinin bərpası, 2 avqust Kino Gününə və noyabrda keçiriləcək 11-ci qurultaya hazırlıq olub.

Ə.İ.Cabbarov ittifaqa yeni üzvlərin qəbulu və xalq artisti Rasim Balayevin qoşulub-qoşulmayacağı barədə də danışdı: “Rasim müəllim ittifaqımızın üzvüdür və İdarə Heyətinin iclasında aktiv iştirak etdi.

Əməkdar artistlər Füzuli Hüseynov, Aydın Əliyev, Əfqan Soltanov, kinorejissor Kamran Şahmərdan və Rodion İsmayılov yeni üzvlər sırasındadır. Ümumilikdə 20-yə yaxın üzv qəbul olundu”.

İttifaqın katibi İbrahimbəyovun kino ittifaqının xalq artisti Şəfiqə Məmmədovanın rəhbəri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən qəbul edilməməsi barədə bunları dedi: “Hamı özünü necəsə hiss edə və hesab edə bilər. Biz peşəkarları təşkilat prinsipinə görə bölmürük, peşəyə və istedadına sadiqliyinə görə ayırırıq. Təşkilatımızı dağıtmaq, rəhbərliyimizin yaradıcı şəxs olaraq nüfuzuna ləkə atmaq istəyənlərin kim olduğunu adbaad dəqiq bilirik.

Məqsədimiz sabahımızı qurmaqdır, kinomuzun inkişafı yolunda fəaliyyət göstərəndə biz sağa-sola baxmırıq, ancaq qabağa baxırıq. Fürsətdən istifadə edib 2019-cu il ərzində fəaliyyətimizin aktivləşməsinə gətirən dəstəyə görə hökumətimizə, rəsmi strukturlara minnətdarlığımızı bildiririk”.

Rasim Balayev: ile ilgili görsel sonucu

Rasim Balayev: “Bu gün səriştəsiz adamlar meydandadır, pul da nazirlikdədir”

Xalq artisti Rasim Balayev isə “Yeni Müsavat”a kinonun düşdüyü vəziyyətdən çıxarılması üçün yığışdıqlarını vurğuladı. Onun sözlərinə görə, bu şəkildə davam edə bilməz: “Belə olmaz da. Kinomuz bərbad vəziyyətdədir. Bu ittifaq da səlahiyyətli təşkilat deyil, yalnız öz tezislərini, təkliflərini verə bilər. Ümidvaram ki, bir irəliləyiş olmalıdır. Elə biz də o niyyətlə yığışmışdıq. Bu gün səriştəsiz, kinodan xəbəri olmayan adamlar meydandadır. Gərək sənəti qavrayan adamlar kurs təşkil etsinlər, master-klass hazırlasınlar”.

R.Balayev prezidentin ayırdığı vəsaitlə yaxşı filmlər çəkilib-çəkilməyəcəyinə də toxundu: “Maliyyə Mədəniyyət Nazirliyindədir.

Kinematoqrafçılar İttifaqı müəyyən məsləhət verə bilər. Deyə bilər ki, filmi filankəsə ver, o daha peşəkardır, qoy həmin rejissor çəksin. Ancaq onlar kino çəkməyi istədikləri adamlara verirlər. Bununla belə, qıraqdan seyr etmək də olmaz. Kinonun vəziyyəti gündən-günə pisləşir. Mən adamlarla görüşürəm, söhbətlərdən görürəm ki, insanlar narazıdır.

Məktəb görmədən Aşıq Ələsgər, Əliağa Vahid olmaq mümkündür, Allah vergisidir. Amma kino işi, rejissorluq məktəb tələb edir. Rüstəm İbrahimbəyov da gəldi, iştirak elədi, sağlıq olsun, görək necə olur.

Amma ağlıma sığışdıra bilmirəm iki kino təşkilatı necə ola bilər? Bu, mümkün deyil. Yəni mən də bilmirəm necə olacaq, qaranlıq qalıb”.

Ayaz Salayev: ile ilgili görsel sonucu

Ayaz Salayev: “Mənim üçün o təşkilat mövcud deyil, əgər birləşsələr, istefa verəcəyəm”

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev qəzetimizə dedi ki, İbrahimbəyovun təşkilatı onun üçün mövcud deyil:  “Mən belə kino ittifaqı tanımıram. Bəzən fikirlər səslənir ki, təşkilatlar birləşsin, amma ”Qafqaz trio”sunu çəkən biri ilə birləşə bilmərəm. O, həmkar kimi mənim üçün yoxdur. Məhz o filmə görə o təşkilatla birgə fəaliyyətin əleyhinəyəm. O filmə baxıb heç nəyi görməyənlər mənəvi kor adamlardır. Birləşsələr, oradan istefa verəcəyəm. Üstəlik, İbrahiməyov ittifaqı şəxsi ofisinə çevirmişdi, katiblikdə rejissor qalmamışdı”.

Xatırladaq ki, R.İbrahimbəyov 2013-cü ildən sonra bir neçə il idi Azərbaycana gəlmirdi. O, yalnız 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində Bakıya gəlmiş və tez də getmişdi.

2019-cu ilin əvvəllərindən o, yenidən Azərbaycana gəlməyə başlayıb. Bu ilin fevralında Rüstəm İbrahimbəyov bildirmişdi: “Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu.

Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir”.

İbrahimbəyov müraciətində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir: “İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir?…Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?”

Xatırladaq ki, İbrahimbəyov Milli Şuranın qurucusu olub, 2013-də  müxalifətin prezidentliyə vahid namizədi olaraq irəli sürülüb.

Lakin Bakıya həbs təhlükəsi olduğunu deyərək gəlməyib və  Cəmil Həsənlinin namizədliyi dəstəklənib. Bu yaxınlarda verdiyi müsahibəsində isə bildirib ki, onu müxalifət namizədliyə təhrik edib.

İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib













Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.