Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

2013-cü ilin bu günlərində mətbuatda həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan Yunis Abbasovun 2 milyon dollarlıq malikanəsi müzakirə mövzusu idi. Bir neçə gün əvvəl mövzu yenidən gündəmə gəlib. Məlum olur ki, ötən müddət ərizində Abbasovların Londondakı mülklərinin sayı da, qiyməti də artıb. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır.

6 il əvvəl Azərbaycan mətbuatında “Azərbaycanlı nazir oğlunun Londonda 2 milyonluq mülkü aşkarlandı” başlıqlı yazı dərc olundu. Xəbər Britaniyadakı səhih qaynaqlara əsaslanır və müvafiq fotoşəkillərlə müşayiət olunurdu. Məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli iki mərtəbədən ibarət böyük və lüks bir malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq (2 milyon dollar) ödəyib, indi isə onun dəyəri daha yüksəkdir.

"Qafqazinfo" "Yeni-Müsavat"a istinadən xəbər verir ki, Abbasovların mal-mülkü haqda son məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. 

Ä°lgili resim

- 2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı? Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.

1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu il noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı “19 Edinburgh Drive, Staines-Upon-Thames, England” olaraq göstərilir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Ismet abbasov ve oglu.jpg (7 KB)

Keçmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda “Aston House Cornwall Avenue”də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.

KAY INVESTMENTS LIMİTED ile ilgili görsel sonucu

KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Yunis Abbasov 2013-cü ildə Londonda 2 milyonluq mənzili üzə çıxanda mətbuatdan qaçmamışdı. Demişdi ki, həmin mənzili 2006-cı ildə alıblar. Əlavə etmişdi ki, ailəsinin hələ 1991-ci ildən Londonda evi olub. Yunis Abbasov həmin mənzilin alınmasında bacısının sağlamlıq problemlərinin rol aldığını açıqlamışdı. Demişdi ki, Londonda ev almalarını bacısının xəstəliyi və əməliyyatına görə ailəsinin tez-tez Böyük Britaniyaya getməsi ilə əlaqəlidir: “O zaman Azərbaycanda bacımın müalicəsi mümkün deyildi və bacım Londonda həkimlərin nəzarətində saxlanılırdı. Atam həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olmuşdu və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı”.

Yunis Abbasov mənzilin alınmasının Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirildiyini də demişdi. Sitat: “2006-cı ildə alınan mənzilin puluna gəlincə, o 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 ildə toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı”.

Maraqlıdır ki, Yunis Abbasov bu dəfə əmlak siyahısı yayılandan sonra susmağa üstünlük verib...

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!