Li Litsenbergerin “sanksiya məsələsində Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq” bəyanatının diplomatik tərcüməsi nədir?

“ABŞ Azərbaycan dövləti ilə strateji əməkdaşlığı və tərəfdaşlığı çox yüksək dəyərləndirir. O cümlədən sanksiya məsələsində də Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger “Amerikanın Səsi”nin Vaşinqtonun Rusiya və İrana qarşı sanksiyaları şəraitində Azərbaycanın bu ölkələrlə əməkdaşlığı haqqında sualına cavabda bildirib.

Məlumdur ki, Azərbaycan Qərbin nə Rusiyaya, nə də İrana qarşı sanksiyalarına qoşulmayıb. Bunu səfirin də bildiyi şübhəsizdir. O zaman ABŞ səfirinin bu cür açıqlaması diplomatik dildə nə deməkdir? ABŞ Azərbaycanın sanksiyalar məsələsində tutduğu mövqedən əslində razıdır, yoxsa?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Azərbaycan əlaqələri regional baxımdan Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ABŞ üçün əhəmiyyəti get-gedə daha da artır. Çünki ölkəmiz ABŞ-ın problemlər yaşadığı Rusiya və İranla həmsərhəddir. ABŞ səfirinin sanksiyalar məsələsində Azərbaycanla əməkdaşlıqdan razılıq etməsi daha çox bununla bağlıdır: “Əslində Vaşinqtonun iki qonşu ölkəyə qarşı iqtisadi sanksiyalarına ölkəmiz rəsmən qoşulmayıb və ABŞ da qonşuluq əlaqələrinə görə bunu Azərbaycandan istəməyib, qarşımızda qəti tələb qoyulmayıb. Xüsusilə İranla əməkdaşlıq məsələsinə gəldikdə, bu bir qədər fərqlidir. Azərbaycanın İranla yüksək səviyyədə iqtisadi əməkdaşlığı yoxdur. Ortada böyük maliyyə əməliyyatları həyata keçirilmir. Amma iki ölkə arasında  iqtisadi və nəqliyyat layihələrinin birgə fəaliyyətindən xoşhal olmayan ABŞ, hər halda, diplomatik çərçivədə Azərbaycanla danışıqlar aparıb. Azərbaycanı qeyd olunan əməkdaşlıq məsələsində bir qədər məsafə saxlamaq məqsədi güdülüb. İran isə çalışır ki, qonşu ölkələrlə ticari əlaqələrdə milli valyutadan istifadə etsin. Bu istiqamətdə İran xarici işlər nazirinin ölkəmizə də səfəri gözlənilir”.

Politoloq hesab edir ki, ABŞ səfirinin açıqlaması birbaşa ölkəmizə mesajıdır və İranla bu məsələlərdə məsafə saxlamağa çağırışdır: “ABŞ-ın sanksiyalar məsələsində Azərbaycandan gözləntisini səfir Litsenberger diplomatik dildə ortaya qoyub. Vaşinqton bilir ki, Azərbaycanın İranla Şimal-Cənub Nəqliyyat dəhlizi və birgə istehsal edilən dərman, avtomobil zavodları inşası üçün müqavilələri var. Artıq rəsmi Bakı İranla bu sahələrdə əməkdaşlıqda müəyyən məsafə saxlayır. Çünki İranın da maliyyə imkanları ölkəmizlə bu müqavilələrin həyata keçirilməsinə imkan vermir. Vaşinqton tərəfindən İrana qarşı maliyyə sanksiyaları getdikcə sərtləşir. ABŞ narahatdır ki, qonşu ölkələr vasitəsilə İran maliyyə maxinasiyaları həyata keçirə bilər, sanksiyaların təsiri azalar. Ona görə də əvvəlki illərdən fərqli olaraq ABŞ səfirliklərinə həmin ölkələrdə İranın bu imkanlarına, əlaqələrinə nəzarət etmək tapşırılıb. Məhz səfirin açıqlaması həm də İranın mümkün maliyyə əməliyyatlarının həyata keçirilməsinin qarşısını almaqdır. Azərbaycan da, hər halda, ABŞ-la siyasi və iqtisadi əlaqələri yüksək səviyyədə saxlamaq üçün İranla bir sıra iqtisadi məsələlərdə məsafə saxlamağa çalışır. Bu da başa düşüləndir. Ona görə də ABŞ səfirinin məlum açıqlaması ilə həm də ikitərəfli əlaqələrə önəm verildiyini, atılan bəzi addımlardan razı qaldıqlarını nümayiş etdirmək üçündür”.

Onu da qeyd edək ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Azərbaycan son bir neçə ildə İrana qarşı sanksiyalar məsələsində ehtiyatlı mövqe nümayiş etdirib. Hətta bir neçə il əvvəl Amerikanın İrana hərbi müdaxiləsi məsələsi gündəmə gələndə Azərbaycan birmənalı şəkildə bəyan etmişdi ki, öz ərazisindən başqa ölkəyə qarşı istifadə olunmasına yol verməyəcək. Daha sonra İrana qarşı BMT sanksiyaları tətbiq olunması məsələsi gündəmə gələndə də Azərbaycan hökuməti ehtiyatlı mövqe sərgiləmişdi.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!