Son xəbərlər

 

İran Qafqazda getdikcə tək qalır. Buna görə də Türkiyə və Azərbaycanın sülh, sabitlik və əmin-amanlıq üçün irəli sürdüyü təkliflərə, çağırışlara, hətta “3+3” platformasına müsbət cavab verməkdən yayınır, Ermənistanı özündən asılı vəziyyətə salmaq istəyir.

Hazırda İran mövcud vəziyyətə başqa bir siyasətlə yanaşır. Buna görə də Rusiya ilə qarşı-qarşıya gəlir.

Axar.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan general Yücel Karauz deyib.

O əlavə edib ki, hazırda İranın apardığı siyasət ikiüzlülükdən başqa bir şey deyil:

“Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyü üçün təhlükə deyil. Zəngəzur dəhlizi ilə bağlı üçüncü bir ölkə deyə bilməz ki, bura bizim qırmızı xəttimizdir. Heç kim kiminsə ərazi bütövlüyünü, sərhədlərini dəyişdirmək niyyətində deyil. Əgər İran sərhədlər üçün bu qədər narahat olurdusa, niyə 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına susdu? Məsələ burasındadır ki, Zəngəzur dəhlizi İrana zərər verəcək bir layihə deyil. Sadəcə İran bunu anlamaq istəmir. İran ağıllı siyasət həyata keçirərsə, bu dəhlizdə rolu artar”.

General əlavə edib ki, dəhlizlə bağlı İranın bir sıra narahatlıqları mövcuddur:

“İran dəhliz açılarsa ölkəsinin gəlirlərinin azalacağını və strateji əhəmiyyətini itirəcəyini düşünür. Təbii ki, bu, heç də belə deyil. Məlumdur ki, İranda hakimiyyət din üzərində qurulub. Dini hakimiyyətin strateji prioritetləri arasında Türkiyə və Azərbaycanın güclənməməsi, bölgəyə sülhün gəlməməsi əsas məsələlərdən biridir. İran indi nə danışırsa, danışsın hamısı boşdur. Zəngəzur dəhlizi açılmadığı təqdirdə Ermənistan adlı bir dövlət olmayacaq. Zəngəzur dəhlizinin açılmasının geci-tezi var. Zəngəzur dəhlizi bölgəyə yalnız sülh gətirəcək”.

20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!
15 Avqust 2024 Ermənistandan Minsk Qrupu açıqlaması: Davam?
14 Avqust 2024 İstefa verən Zərifdən Pezeşkianla bağlı şok sözlər