![]() |
![]() |
Rusiya uşaqları, mülki insanları öldürməkdə davam edərkən ABŞ və Ukraynanın sülh təklifləri ilə “oynayır”.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron aprelin 4-də Rusiyanın Krivoy Roqa hücumunu və aprelin 6-na keçən gecə Ukraynanı atəşə tutmasını şərh edərkən deyib.
"Ukraynanın bu milli matəm günündə (6 aprel Ukraynada Krivoy Roqdakı qətliama görə matəm elan edilib - red.) qəlbim Rusiyanın ölümcül zərbələrinin qurbanı olan uşaqlar və bütün mülki şəxslərlədir. Yenə ötən gecə Kiyevin yaşayış məntəqələrinə və Ukraynanın bir sıra digər şəhərlərinə Rusiya tərəfindən çoxsaylı zərbələr endirilib", - o bildirib.
Makron xatırladıb ki, Ukrayna təxminən bir ay əvvəl ABŞ Prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib.