![]() |
![]() |
Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək mümkündür.
Axar.az xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, ərazi bütövlüyünün bərpası realdır - əgər biz səbir göstərsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək. Bu məsələnin həlli, əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür", - Kobaxidze bildirib.