Son xəbərlər

 
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 3-cü iclası Prezident İlham Əliyevin enerji siyasəti və beynəlxalq əməkdaşlıqla bağlı bir sıra mühüm mesajlar verməsi ilə yadda qaldı. Bu tədbirlərdə ölkə başçısı həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki lider rolunu, yaşıl enerjiyə olan marağını və Avropa ilə enerji sahəsindəki strateji əməkdaşlığı gücləndirmək üçün atılan addımları geniş şəkildə müzakirə etdi. Ölkə rəhbərinin çıxışları həm regional, həm də qlobal enerji təhlükəsizliyi məsələlərində Azərbaycanının mühüm rolunu bir daha vurğuladı.

Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki ən böyük uğurlu layihəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, bu layihə artıq 11-ci dəfədir ki, Bakıda müzakirə olunur. Cənub Qaz Dəhlizi, Avropa ilə enerji əlaqələrini möhkəmləndirən və Azərbaycanı Avropanın təbii qaz təchizatında vacib tərəfdaşa çevirən mühüm bir layihədir. Hazırda bu layihə ilə bağlı müzakirələrə qatılan ölkə və şirkətlərin sayının artması əməkdaşlığın genişlənməsini göstərir. Həmçinin, Prezident bu toplantılarda qeyd etdi ki, hər dəfə yeni tərəfdaşlar, investorlar və iştirakçılar bu layihəyə qoşulurlar, bu isə əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, enerji təhlükəsizliyi yalnız əməkdaşlıq yolu ilə təmin oluna bilər. Bu baxımdan, Azərbaycanın enerji layihələri beynəlxalq əməkdaşlıq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanır. "Enerji təhlükəsizliyi əməkdaşlıq olmadan mümkün olmazdı" - deyən Prezident, istehsalçı ölkələr, tranzit ölkələr və istehlakçılar arasında həssas balansın təmin olunmasının vacibliyini qeyd etdi. Azərbaycan, bu məsələdə bütün tərəflərlə qarşılıqlı hörmət və etimad əsasında əlaqələr qurmuşdur. Bu əməkdaşlıq həm regional, həm də qlobal səviyyədə enerji təchizatının təhlükəsizliyini təmin edir.

Azərbaycan uzun illər ərzində etibarlı bir enerji tərəfdaşı olub və bundan sonra da belə qalmağı hədəfləyir. Prezident İlham Əliyev Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin də dediyi kimi, Azərbaycanın qaz təchizatında etibarlı və strateji tərəfdaş olduğunu vurğuladı. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə ixrac olunur və bunların 10-u Avropa ölkəsidir. Avropa ölkələrinin qazpaylama şəbəkələrinin yaradılmasında iştirak edən Azərbaycan, təbii qaz şəbəkələrinin genişlənməsinə də töhfə verir. Bu istiqamətdə davam edən işlər Azərbaycanın Avropadakı qaz təchizatını genişləndirməyə və daha çox ölkəyə təbii qaz ixrac etməyə imkan verir.

Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı.

Bu memorandum Avropa Komissiyasının Prezidenti və tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq.

Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası, onun boru kəməri sistemlərinin genişləndirilməsini zəruri edir. Ölkə başçısı qeyd etdi ki, bu layihə artıq tam gücü ilə işləyir və daha da inkişaf etdirilməlidir. Cənub Qaz Dəhlizinin üç əsas hissəsi - Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP artıq tam şəkildə fəaliyyət göstərir. Lakin gələcəkdə bu infrastrukturun genişləndirilməsi üçün əlavə sərmayələrə ehtiyac var. Bu mövzuda beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlıq vacibdir. Prezident, eyni zamanda, beynəlxalq maliyyə qurumlarının neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə bağlı mövqelərini yenidən gözdən keçirmələrinin vacibliyini bildirdi.

Azərbaycan daha çox neft və qaz yataqlarını istismar etməyi hədəfləyir. "Şahdəniz", "Abşeron" və "Azəri-Çıraq-Günəşli" kimi nəhəng yataqlar artıq dünya enerji bazarında mühüm rol oynayır. Bu yataqlar, həmçinin bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu yataqların istismarını davam etdirəcək və yeni yataqlar üzərində də işlər aparacaq. Prezident bu layihələrin maliyyələşdirilməsinin, həmçinin boru kəmərlərinin tikilməsinin beynəlxalq əməkdaşlıq vasitəsilə həyata keçirildiyini qeyd etdi.

Yaşıl enerji sahəsində də böyük uğurlar əldə edən Azərbaycan, yaşıl enerji ilə ənənəvi enerjinin paralel inkişafını təmin etməyi hədəfləyir. Prezident İlham Əliyev COP29-da verdiyi mesajı xatırladaraq qeyd etdi ki, faydalı qazıntıları zəngin olan ölkələr yaşıl enerji layihələrinə sərmayə qoymalı və bu sahə də dəstəklənməlidir. Yaşıl enerji üzrə atılan addımlar ölkənin daxili enerji istehsalına olan tələbatı azaldacaq. Nəticədə qaz ixracı üçün daha çox sərbəst resurs ayırmağa imkan yaranacaq. Azərbaycanın bərpa olunan enerji sahəsindəki ambisiyaları 2030-cu ilədək 6.5 giqavatlıq enerji potensialı yaratmaqdır.

Prezident İlham Əliyevin beynəlxalq tribunalarda çıxışları Azərbaycanın enerji siyasətinin beynəlxalq səviyyədə necə mühüm əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirir. Cənub Qaz Dəhlizi, yeni neft və qaz yataqlarının istismarı və yaşıl enerji sahəsindəki addımlar Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri gücləndirir. Enerji təhlükəsizliyi məsələsi, beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad ilə təmin edilə bilər. Cənab Prezidentin dediyi kimi: "Yalnız əməkdaşlıqla enerji təhlükəsizliyini təmin etmək mümkündür."
07 Aprel 2025 "Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib" - ŞƏRH EDİLDİ
07 Aprel 2025 “Xarici qüvvələr onlardan alət kimi istifadə edir” - MÜNASİBƏT BİLDİRİLDİ
03 Aprel 2025 Şərurlu İsfəndiyar məhkəməyə verildi
03 Aprel 2025 Aprel döyüşləri Zəfər qələbəsinin təməlini qoydu
03 Aprel 2025 Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ
02 Aprel 2025 Bakıya Yaşıllıq Gətirən Rəhbər – Mirdamət Seyidovun Fəaliyyəti
18 Mart 2025 Peşə Təhsilinin Ziyalı Rəhbəri – Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Direktoru Şahin Məhərrəmov
17 Mart 2025 "Aİ bu uğursuzluğunu Ermənistan vasitəsi ilə kompensaziya edir" - POLİTOLOQ AÇIQLADI
17 Mart 2025 Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
17 Mart 2025 Azərbaycan Kitabxanaçılığının Fəxri – Professor Kərim Tahirov
17 Mart 2025 Yol İnfrastrukturunun İnkişafına Töhfə – Ramil Bayramov
17 Mart 2025 Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları
14 Mart 2025 Bildiyimiz dünya nizamı artıq mövcud deyil - İlham Əliyev
14 Mart 2025 Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident
14 Mart 2025 XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər
14 Mart 2025 Kamaləddin Qafarov: “Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir”
12 Mart 2025 Azərbaycan-Şimali Makedoniya: ikitərəfli münasibətlərdə yeni mərhələ
12 Mart 2025 Rübail Məmmədov: Xeyriyyəçi Sahibkar, Şadlıq Sarayı Rəhbəri və Vətəndaşlıq Borcunu Yerinə Yetirən Dəyərli Şəxs
11 Mart 2025 "Məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır" - ŞƏRH EDİLDİ
11 Mart 2025 Xan qızı Natavanın kötücəsi -Aqiyə Naxçıvanlının ömür yolu
10 Mart 2025 Azərbaycan mədəniyyətinin parlaq səhifəsi - Milli Teatr Günü
08 Mart 2025 Kamaləddin Qafarov: “Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır”
07 Mart 2025 Azərbaycan qadınları cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər
06 Mart 2025 Azərbaycanda Novruz adət-ənənələri necə icra olunur ? - ŞƏRH EDİLDİ
05 Mart 2025 Mübarək Ramazan ayının əsl mahiyyəti nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Mart 2025 “Verilişlər əsəb, ürək bulantısı gətirir” - MÜNASİBƏT BİLDİRİLDİ
03 Mart 2025 İynə ilə böyüdülmüş broyler yoxsa kənd çolpası? - Qida tədqiqatçısı DANIŞDI
03 Mart 2025 Peşəkar diplomatiya və geosiyasi reallıqlar
25 Fevral 2025 Bu gün Novruzun ilk çərşənbəsidir
24 Fevral 2025 "Azərbaycan bütün hadisələr içərisində uduşlu çıxan ölkədir" - ŞƏRH EDİLDİ