![]() |
![]() |
Rusiya və Azərbaycan Bakıdakı Rus Evi məsələsində kompromis axtarır, hamı konstruktiv və nikbindir.
Axar.az xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib.
“Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər nikbinik ki, kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq”, - o bildirib.
Qeyd edək ki, fevralın 3-də Azərbaycan Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib.