Vilayət Eyvazov əmr verdi

Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək. 

Belə ki, Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədilə mart ayının 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər. 

Prezident bu agentliyə vəsait ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 850,0 (səkkiz yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Milli Məclisin vitse-spikeri: “Koronavirus bizim üçün sınaqdır”
“Koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır. Təxminən hər yüz ildən bir bəşəriyyət oxşar virusla üzləşir. 3 ay əvvəl Çində başlayan epidemiya başqa qitələrdə və dövlətlərdə yaşayanları o qədər də narahat etmirdi, bir çoxları təhlükənin sovuşacağını düşünürdü. Bu gün isə mənzərə tamamilə fərqlidir, koronavirus az qala dövlətlərin tamamını öz cənginə alıb, hətta uzaq və qarlı Qrenlandiyada virusa yoluxan var”.

Report-un xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev özünün “Facebook” səhifəsində yazıb.

Vitse-spiker qeyd edib ki, Azərbaycanda da virus aşkarlanıb: “Panikaya əsas yoxdur. Sadəcə, laqeyd də qalmamalı, özümüzü və cəmiyyətimizi mövcud təhlükədən qorumağa çalışmalıyıq. Dövlətimizin gördüyü tədbirlərə tam dəstək verirəm. Özünü demokratiyanın beşiyi sayan Qərb dövlətləri belə insan azadlıqlarını müvəqqəti məhdudlaşdırmağa qərar veriblər. Önəmli olan insanların həyatını xilas etməkdir.

Allaha şükür, Qərb dövlətlərindəki ağır vəziyyət Azərbaycanda müşahidə olunmur. Ancaq bu o demək deyil ki, narahat olmamalıyıq, əksinə yalnız preventiv tədbirləri gücləndirməklə koronavirus adlı təhlükədən qurtula bilərik. Buna görə də həm Milli Məclisin, həm də Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dəstəklənməlidir.

Lazım olmadıqca evdən bayıra çıxmayaq, restoran, çayxana və böyük dükanlara getməyək. Təəssüf ki, bəzi hallarda bunun tərsini müşahidə edirik. Məsələn, Təhsil Nazirliyi məktəb və ali təhsil ocaqlarında tədrisə ona görə ara verib ki, övladlarımız evdən kənara çıxmasın. Ancaq hələ də “mall”arda, çayxanalarda və “playstation”-lərdə gənclərimizə rast gəlmək olur. Bir daha buradan gənclərə müraciət edirəm: lütfən, bir müddət bayıra çıxmağa, dostlarla müxtəlif məkanlara getmək vərdişinə ara verin! Çünki bununla ətrafınızdakıları da təhlükə altına atmış olursunuz!”

A.Əliyev bildirib ki, koronavirusla bağlı toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub: “Doğru qərardır. Hesab edirəm ki, hətta virus təhlükəsi tamamən sovuşduqdan sonra da bəzi alışqanlıqlarımıza son qoymalıyıq! Dəbdəbəli və israfçı toy və yas mərasimlərindən imtina etməyi zəruri sayıram. Bundan başqa, kişilərin bir-birləri ilə qucaqlaşması (öpüşməsi) vərdişindən də qurtulaq! Qarşımızdakı əziz insandırsa, onunla çiyinlərimizi bir-birinə yaxınlaşdırmaqla görüşək və s.!

Bu arada, virusla mübarizədə yaşlı insanlarımız ən həssas qrup sayılır. Yaşlı insanlarımızı qorumalıyıq! Bu məqsədlə seçildiyim dairədə həmişə olduğu kimi Novruz bayramında evlərə çatdırmaqla yaşlı nəsilə ərzaq dəstəyimizi əsirgəməyəcəyik. Bununla bərabər, onun üzərində də düşünmək lazımdır ki, indiki həssas məqamda yaşlı insanlara daha hansı yardımı və dəstəyi edə bilərik? Koronavirusla bağlı bir çox ölkələrdə marketlərdən ərzağın evə çatdırılması xidməti işə düşüb. Azərbaycanda da bu haqda müzakirələr başlayıb. Aydındır ki, hər şəhərdə, hər rayonda, hər küçədə və hər binada yaşlı insanlara marketlərdən ərzağın çatdırılması həmin marketdə çalışanların imkanı xaricindədir. Hələ ki, bu işlə peşəkar səviyyədə məşğul olan şirkətlərimiz də çox deyil. Belə isə biz bu işə gəncləri səfərbər edə bilərik. Onsuz da dərslərə ara verilib. Dövlət başçısının 2020-ci ili “Könüllülər ili” elan etdiyini nəzərə alaraq, hazırki həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı. Həmin könüllülər marketlərdən, o cümlədən aptektlərdən ərzaq mallarının və dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər.

Əvvəldə yazdığım kimi, koronavirus hamı kimi bizim üçün də sınaqdır və bu sınaqdan dövlətimizin və millətimizin üzüağ çıxacağına əminəm”.

Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. 

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Zaur Əliəkbərov Şəki Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, indiyədək bu vəzifəni polis mayoru Rasim Namazov yerinə yetirib.

O, bir müddət əvvəl Şəki ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

“Kişilərin öpüşməməsi üçün təbliğat aparmalıyıq”
"Bundan istifadə edib kişilərin öpüşməsinin qarşısını ala bilərik".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin müavini Adil Əliyev koronavirusal bağlı məsələlərin müzakirəsi zamanı çıxış edərkən deyib. O, həmçinin vətəndaşları məsuliyyətli olmağa dəvət edib.

O deyib ki, vətəndaşlarımız məsuliyyətli  olmalıyıq: “Bizim hər birimizin toxunulmazlığı vardır. Amma bizim koronavirusa yoluxmaqla bağlı toxunulmazlığımız yoxdur”.

Vitse-spiker kişilərin öpüşmək məsələsində də böyük təbliğata ehtiyac olduğunu bildirib. “Biz bundan istifadə edib kişilərin öpüşməsinin qarşısını ala bilərik”.

İlham Əliyev Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzaladı
Prezident İlham Əliyev Xalq artisti Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Nekroloqun mətni AZƏRTAC-da dərc olunub.

“Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 75-ci ilində vəfat etmişdir.Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olmuşdur. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil almışdır. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışmış, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olmuş, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində direktor işləmişdir.

1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.

Rafael Dadaşovun aktyorluq yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirmişdir.

Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olmuşdur. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli yaddaqalan obrazlar qalereyası yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunmuşdur.

Rafael Dadaşov yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirmişdir. İstedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnmişdir. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub saxlanmaqdadır.

Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış sənətkar, qayğıkeş və səmimi insan Rafael Məlik oğlu Dadaşovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Azər Paşa Nemətov

Şəfiqə Məmmədova

Mərahim Fərzəlibəyov

Rafiq Əzimov

Nurəddin Quliyev

Bəsti Cəfərova

Firəngiz Mütəllimova”.

Mənsimov FETÖ-yə görə həbs ediləcəyini bilirdi...
İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu tərəfindən başladılmış istintaq çərçivəsində “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbs edildi.

O, Fətullahçı Terror Təşkilatına (FETÖ) üzvlükdə və casusluqda ittiham edilir.

Mübariz Mənsimovun saxlanılma xəbərindən sonra bəziləri sosial şəbəkə hesablarından bu həbsin Azərbaycan dövlətinin sifarişi olduğunu yazdılar. Ötən gecə isə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs-qətimkan tədbiri seçildi.

Əvvəlcə qeyd edək ki, Mübariz Mənsimov 13 ildir Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşı olduqdan sonra Qurbanoğlu soyadını götürüb. Bütün əsas biznes işlərini Türkiyədə görüb, Türkiyədə vergi ödəyib.

Mənsimov özü də çox aktiv sosial şəbəkə istifadəçisidir. O, bir neçə ildir biznesdəki uğursuzluqlarının siqnalını verir, bunun üçün də sanki bu günü görürmüş kimi paylaşımlar edirdi. Həbsini siyasiləşdirmək üçün “Facebook” və “Instagram”ın imkanlarından istifadə edərək, bir müddətdir geniş auditoriyaya bunun mesajını ötürürdü. Bu həbsə siyasi don geyindirmək üçün var gücü ilə çalışırdı.

Mübariz Mənsimov hətta bunun üçün muzdlu jurnalistlər də tutmuşdu. O, birdən-birə jurnalistlərin dostu oldu və son iki-üç ildə onun həndəvərində bəzi jurnalistlər dolaşmağa başladı. Həmin jurnalistlər üçün, bəlkə də, nəhəng iş adamı statusu olan Mənsimovla görüş rəngli gəlmiş ola bilər. Yaxud biznes-sinif uçuşlar, beşulduzlu hotel nömrələri, bahalı restoranlarda yemək, üstəlik, yaxşı cib xərcliyi...

Bilmirik. Ancaq tək görünən budur ki, Mənsimov bu günün labüdlüyünü bilir və bunun üçün hazırlaşırdı.

Eldar Mahmudovun atasının adına gəmi üzdürən Mənsimov anidən Rəsulzadəçi, Elçibəyçi də oldu. Hətta köhnə bir gəmisini qaynaq etdirib, rənglədib, üstünə böyük hərflərlə “Məmmədəmin Rəsulzadə” də yazdırdı.

Mənsimov o qədər coşur ki, yanında işləyənlərin 70-80 faizinin Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Lakin unudur ki, Türkiyə qanunlarına görə, dörd Türkiyə vətəndaşı işlətməlisən ki, bir xarici vətəndaşı işə götürmə hüququn yaransın.

Mənsimov xeyirxah insan obrazındadır. Bəlkə də, elədir. Hətta o qədər xeyirxahdır ki, FETÖ kimi əliqanlı terror təşkilatına da yardım etməkdən çəkinməyib.

“Bu qorxulu virus olsa da, ajiotaja ehtiyac yoxdur”
Azərbaycanda epidemoloji vəziyyətlə bağlı qanunları pozan insanlara qarşı təsirli addımlar atmalıdır.

Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı Milli Məclisin 5 komitəsinin iştirakı ilə bağlı dinləmə keçirilib. “Vəziyyətlə bağlı TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlı koronovirusla bağlı görülən işlər və ümumi vəziyyət barədə geniş məlumat verib.  Bəlli oldu ki,  koronavirusla bağlı  Azərbaycanda  genişmiqyaslı, kompleks addımlar atılıb.  Bununla bağlı ən müasir tibbi avadanlıqlar, tibbi ləvazimatlar alınıb”- komitə sədri deyib.

O əlavə edib ki, bu sahədə kadr çatışmazlığı olsa da, bu istiqamətdə ciddi işlər görülməkdədir: “Hazırda bu sahədə xaricdə çalışan həkimlərin ölkəmizə gətirilməsi istiqamətində işlər gedir və bu öz bəhrəsini verməkdədir.

 Bundan əlavə olaraq koronavirusa yoluxmanı qısa zamanda aşkar etmək üçün müasir laboratoriyalar alınaraq gətirilib. Hazırda gün ərzində həmin laboratoriyalarda bir neçə min insanı ən qısa zamanda laborator müayindən keçirmək imkanı var”.

Komitə sədri onu da əlavə edib ki, hazırda Azərbaycan bu virusa 27 nəfər yoluxub və onlardan biri dünyasını dəyişib, 7 nəfəri isə sağalıb. “Bu qorxulu virus olsa da, ajiotaja ehtiyac yoxdur”.

Milli Məclis koronovirusla bağlı iclaslarını təxirə salacaq
Milli Məclis koronavirusla bağlı Nazirlər Kabineti yanındakı Operaiv Mərkəzin təlimatına uyöğiun şəkildə fəaliyyətini qurmalıdır.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenatr iclasında deyib.

Onun sözlərinə görə, o baxımdan  parlamentin komitə və komissiya iclasları təlimata uyğun olaraq dayandırılısın.