Oqtay Əsədova deputatlıq mandatı TƏQDİM EDİLMƏDİ
Sabiq spiker Oqtay Əsədov Milli Məclisin işində iştirak etmir

 Bu gün altıncı çağırış Milli Məclisin ikinci iclası keçirilir. MSK sədri Məzahir Pənahov deputatlara deputat vəsiqəsini təqdim edir.

 İclasda 116 deputat iştirak edir. Iclasda sabiq spiker Oqtay Əsədov , Vasif  Talıbov  və daha 3 nəfər iştirak etmir.

Milli Məclisin plenar iclası başladı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

MSK sədri Məzahir Pənahov yeni seçilən deputatlara deputat vəsiqələrini təqdim edir

İclasın gündəliyinə 18 məsələ daxil edilib.

 İlk olaraq Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yeni seçilən deputatlara deputat vəsiqəsini təqdim edir.

Daha sonra parlamentarilər "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanunu (ikinci səsvermə), 
"Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik müzakirə olunacaq.

Deputatlar həmçinin  Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələni müzakirə edəcəklər. Deputatlar həmçinin parlament komitələrinin tərkibini seçəcəklər.

Müslüm Maqomayevin qızı

“Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm”.

Bunu Trend-ə dünyaca məşhur azərbaycanlı opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin qızı, hazırda ailəsi ilə ABŞ-da yaşayan Marina Maqomayeva deyib.

O bildirib ki, bu sərəncamla Prezident İlham Əliyev bir çox həmvətənimizin arzusunu reallaşdırıb.

M.Maqomayeva qeyd edib ki, atası ömrünün son günlərinədək Azərbaycanın həqiqi oğlu olub və vətənini mahnılarında tərənnüm edib:

“Azərbaycan musiqisi, mədəniyyəti onun yaradıcılığının ayrılmaz hissəsi olub. Harada çıxış etməsindən asılı olmayaraq, onun çıxışlarında hər zaman Azərbaycan mövzusu səslənirdi. Onun qızı və bir azərbaycanlı olaraq, mən onun yaradıcılığının zirvəsi olan “Odlar yurdu” və “Vesenniy kray – Azerbaydjan” mahnılarını xüsusi qeyd etmək istərdim. Fikrimcə, bu əsərlər Vətənə məhəbbətin himnidir”.

O vurğulayıb ki, atasının xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan hökumətinə minnətdardır:

“Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Müslüm Maqomayevə doğma şəhərdə heykəl ucaldılması qərarı bu nəcib missiyanın məntiqi davamıdır”.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Turkustan.info sərəncamın mətnini təqdim edir:

1. Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq.  /Modern.az/

Ramiz Mehdiyev koronavirusla bağlı sərəncam imzaladı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə aşağıdakılar tapşırılıb:

- Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın,

- İşçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın,

- AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi təmin edilsin,

- Təqaüd yaşlı işçilərin işə davamiyyətindən güzəştli şərtlər tətbiq edilsin,

- Qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyəti məhdudlaşdırılsın və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılsın,

- İşçilərin yoluxma hallarını istisna etmək məqsədi ilə elmi müəssisə və təşkilatların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, əlavə güzəştli davamiyyət rejimi tətbiq edilsin,

- AMEA-nın müvafiq inzibati binalarınln girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamalar tətbiq edilsin və bunun üçün tələb olunan müvafiq tibbi ləvazimatlar alınsın,

- AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılsın ki, koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində müvafiq mütəxəssislər tərəfindən çıxışların edilməsi, maarifləndirici materialların dərc edilməsi təmin olunsun,

- AMEA-nın İşlər İdarəsinə tapşırılsın ki, AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi və bu sərəncamın icrasından irəli gələn digər məsələlərin həlli təmin edilsin.

Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyevə tapşırılıb.

2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük  canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir. 
Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
 
O, qeyd edib ki,  ölkədə konseptual və struktur xarakterli islahatlar sürətlə həyata keçirilməkdədir. Sevindirici haldır ki, bu islahatlar müxtəlif sahələrdə paralel aparılmaqla yanaşı, vahid baxışı ifadə edir. Heç şübhəsiz bu islahat baxışı  ölkə prezidentinin  Azərbaycanın inkişafı və gələcəyi ilə bağlı olan strateji konsepsiyasıdır.
 
Prezidentin  islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur.  Təşkilat rəhbəri bu istiqamətdə atılan addımlar sırasında cari ilin fevral ayından başlayaraq, Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri  keçirilən görüşləri də xüsusi olaraq vurğulayıb.
 
“Azərbaycan hakimiyyəti ölkənin bütün siyasi qüvvələri ilə dialoqun tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu görüşlər yaxşı ənənədir. Xüsusən hakimiyyət tərəfindən bu addımın atılması çox vacib idi. Demək olar ki, əsas müxalifət partiyaları bu görüşlərdə iştirak edir.  Təkcə Əli Kərimli  bu görüşdə iştirakdan boyun qaçırmaqla, növbəti dəfə ümummilli  maraqlardan deyil, şəxsi və qrup maraqlarından çıxış etdiyin sübut etdi. Bu tükənmiş “siyasi” partiyanın Azərbaycanın inkişafına hər hansı tövhə verəcəyini də güman etmək olmaz. Hər halda, hökumət tərəfindən siyasi iradə və etika nümayiş olunmuşdur. Bildiyimiz kimi, Bu görüşlər davam etməkdədir. Ən əsası isə müxalifət partiyalarının bu görüşləri müsbət qiymətləndirməsi və davamlı olması ilə bağlı fikirlər səsləndirlməsidir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bütün partiyalara bərabər imkanlar yaratmasını da xüsusi qeyd etmək lazımdır.”
 
Təşkilat sədri bildirib ki, VI çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması islahatlara prosesinə öz tövhəsini verəcəkdir.
“Məlum olduğu kimi,  Yeni Azərbaycan Partiyası Milli Məclisdə böyük üstünlük qazanıb. Hakim partiya 70, birtərəflər 41, digər partiyalar isə 10  millət vəkili ilə Milli Məclisdə təmsil olunur. Sözsüz ki, çoxluq olaraq, Yeni Azərbaycan Partiyası həm parlament rəhbərliyində, həm də komitələr üzrə  öz üzvlərinin seçilməsi üçün kifayət qədər səsə malik idi.
 
Lakin prezident İlham Əliyev tərəfindən siyasi sistemi möhkəmləndirmək üçün mühüm bir addım atıldı. Ölkə başçısı Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq,  parlament rəhbərliyinin demək olar ki, paritet əsasda formalaşması ideyasını irəli sürdü. Milli Məclisin rəhbərliyi YAP, bitərəflər və azlıqda qalan müxalifət partiyalarının nümayəndələrindən formalaşdırıldı.
 
Həm Milli Məclisin sədrinin, həm də müavinlərinin ictimaiyyət arasında nüfuzlu şəxslərdən seçilməsi və bu şəxslərin  keçmişləri ilə bağlı yalnız müsbət tarixçələrin olması çox mühüm amildir. Bu amil həm siyasi elitaya həm də cəmiyyətə mühüm ismarıcdır.
Başqa bir məqam isə hakim partiya tərəfindən spiker postuna xanım deputatın namizədliyinin irəli sürülməsi idi. Siyasi islahatlar kontekstində bu addım, məclisdə daha da tələbkar və işgüzar mühitin yaradılmasına imkan yaradacaq.”
 
Cəsarət Hüseynzadə Milli Məclisin komitə rəhbərliklərində də müxalifət partiyalarına və bitərəflərə böyük etimad göstərildiyin qeyd edib.
“Komitənin sədr müavinləri postuna müxalifət partiyalarından 6, bitərəflərdən 4 və  YAP-dan 5 millət vəkili seçilmişdir. Komitə sədrləri vəzifəsində YAP-dan 10, bitərəflərdən 4 və müxalifət partiyalarından 1 millət vəkili təmsil olunur. Ümumilikdə isə 30 rəhbər vəzifəyə 15 müxalifət partiyaları və bitərəflərin nümayəndələri irəli çəkilmişdir (7 müxalifət və 8 bitərəf).”
 
Prezident ilham Əliyev Parlamentin açılış iclasındakı çıxışında xüsusi olaraq, islahat kursunun davam etdiyini bildirmişdir. Prezident hazırki mərhələdə bu kursun iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar kimi qiymətləndirərək, onları ölkənin ictimai və siyasi həyatında daha aktiv olmaya səsləmişdir – deyə təşkilat sədri bildirib.
Elmira Axundova səfir təyin edildi

Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentdən Ukrayna ilə bağlı — VACİB FƏRMAN


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənəd AZƏRTAC-da dərc olunub.

Fərmana əsasən, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Memorandum təsdiq edilib.
Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna hökumətinə bildiriş göndərməlidir.
Prezident SOCAR-a 11,97 milyon manat ayırdı
Prezident İlham Əliyev martın 12-də “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

 Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.