2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük  canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir. 
Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
 
O, qeyd edib ki,  ölkədə konseptual və struktur xarakterli islahatlar sürətlə həyata keçirilməkdədir. Sevindirici haldır ki, bu islahatlar müxtəlif sahələrdə paralel aparılmaqla yanaşı, vahid baxışı ifadə edir. Heç şübhəsiz bu islahat baxışı  ölkə prezidentinin  Azərbaycanın inkişafı və gələcəyi ilə bağlı olan strateji konsepsiyasıdır.
 
Prezidentin  islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur.  Təşkilat rəhbəri bu istiqamətdə atılan addımlar sırasında cari ilin fevral ayından başlayaraq, Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri  keçirilən görüşləri də xüsusi olaraq vurğulayıb.
 
“Azərbaycan hakimiyyəti ölkənin bütün siyasi qüvvələri ilə dialoqun tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu görüşlər yaxşı ənənədir. Xüsusən hakimiyyət tərəfindən bu addımın atılması çox vacib idi. Demək olar ki, əsas müxalifət partiyaları bu görüşlərdə iştirak edir.  Təkcə Əli Kərimli  bu görüşdə iştirakdan boyun qaçırmaqla, növbəti dəfə ümummilli  maraqlardan deyil, şəxsi və qrup maraqlarından çıxış etdiyin sübut etdi. Bu tükənmiş “siyasi” partiyanın Azərbaycanın inkişafına hər hansı tövhə verəcəyini də güman etmək olmaz. Hər halda, hökumət tərəfindən siyasi iradə və etika nümayiş olunmuşdur. Bildiyimiz kimi, Bu görüşlər davam etməkdədir. Ən əsası isə müxalifət partiyalarının bu görüşləri müsbət qiymətləndirməsi və davamlı olması ilə bağlı fikirlər səsləndirlməsidir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bütün partiyalara bərabər imkanlar yaratmasını da xüsusi qeyd etmək lazımdır.”
 
Təşkilat sədri bildirib ki, VI çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması islahatlara prosesinə öz tövhəsini verəcəkdir.
“Məlum olduğu kimi,  Yeni Azərbaycan Partiyası Milli Məclisdə böyük üstünlük qazanıb. Hakim partiya 70, birtərəflər 41, digər partiyalar isə 10  millət vəkili ilə Milli Məclisdə təmsil olunur. Sözsüz ki, çoxluq olaraq, Yeni Azərbaycan Partiyası həm parlament rəhbərliyində, həm də komitələr üzrə  öz üzvlərinin seçilməsi üçün kifayət qədər səsə malik idi.
 
Lakin prezident İlham Əliyev tərəfindən siyasi sistemi möhkəmləndirmək üçün mühüm bir addım atıldı. Ölkə başçısı Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq,  parlament rəhbərliyinin demək olar ki, paritet əsasda formalaşması ideyasını irəli sürdü. Milli Məclisin rəhbərliyi YAP, bitərəflər və azlıqda qalan müxalifət partiyalarının nümayəndələrindən formalaşdırıldı.
 
Həm Milli Məclisin sədrinin, həm də müavinlərinin ictimaiyyət arasında nüfuzlu şəxslərdən seçilməsi və bu şəxslərin  keçmişləri ilə bağlı yalnız müsbət tarixçələrin olması çox mühüm amildir. Bu amil həm siyasi elitaya həm də cəmiyyətə mühüm ismarıcdır.
Başqa bir məqam isə hakim partiya tərəfindən spiker postuna xanım deputatın namizədliyinin irəli sürülməsi idi. Siyasi islahatlar kontekstində bu addım, məclisdə daha da tələbkar və işgüzar mühitin yaradılmasına imkan yaradacaq.”
 
Cəsarət Hüseynzadə Milli Məclisin komitə rəhbərliklərində də müxalifət partiyalarına və bitərəflərə böyük etimad göstərildiyin qeyd edib.
“Komitənin sədr müavinləri postuna müxalifət partiyalarından 6, bitərəflərdən 4 və  YAP-dan 5 millət vəkili seçilmişdir. Komitə sədrləri vəzifəsində YAP-dan 10, bitərəflərdən 4 və müxalifət partiyalarından 1 millət vəkili təmsil olunur. Ümumilikdə isə 30 rəhbər vəzifəyə 15 müxalifət partiyaları və bitərəflərin nümayəndələri irəli çəkilmişdir (7 müxalifət və 8 bitərəf).”
 
Prezident ilham Əliyev Parlamentin açılış iclasındakı çıxışında xüsusi olaraq, islahat kursunun davam etdiyini bildirmişdir. Prezident hazırki mərhələdə bu kursun iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar kimi qiymətləndirərək, onları ölkənin ictimai və siyasi həyatında daha aktiv olmaya səsləmişdir – deyə təşkilat sədri bildirib.
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!