Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Turkustan.info xəbər verir ki, nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb
VI çağırış Milli Məclisin deputatı seçilmiş şəxslər aşağıdakılardır.
1 saylı Şərur-Sədərək seçki dairəsi – Talıbov Vasif Yusif oğlu
2 saylı Şərur seçki dairəsi – Həbibbəyli İsa Əkbər oğlu
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi – Möhbalıyev Səttar Suliddin oğlu
4 saylı Naxçıvan şəhər seçki dairəsi – İbrahimov Eldar Rza oğlu
5 saylı Şahbuz-Babək seçki dairəsi – Novruzov Siyavuş Dünyamalı oğlu
6 saylı Culfa-Babək seçki dairəsi – Həmzəyeva Ülviyyə Tapdıq qızı
7 saylı Ordubad-Culfa seçki dairəsi – Quliyev Cəbi Hüseyn oğlu
8 saylı Binəqədi birinci seçki dairəsi – Quliyev Azay Əjdər oğlu
9 saylı Binəqədi ikinci seçki dairəsi – Qafarov Kamaləddin Nəsrəddin oğlu
10 saylı Binəqədi üçüncü seçki dairəsi – Musayev Madər Əliəsgər oğlu
11 saylı Qaradağ seçki dairəsi – Hüseynov Aydın Nəsir oğlu
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Xasayeva Səbinə Səməd qızı
13 saylı Xəzər-Pirallahı seçki dairəsi – Əliyev Rauf Asif oğlu
14 saylı Xəzər seçki dairəsi – Məmmədov Soltan Teymur oğlu
15 saylı Yasamal birinci seçki dairəsi – Quliyev Ülvi Zahid oğlu
16 saylı Yasamal ikinci seçki dairəsi – Qədirli Erkin Toğrul oğlu
17 saylı Yasamal üçüncü seçki dairəsi – Allahverdiyev Elnur Marat oğlu
18 saylı Nərimanov-Nizami seçki dairəsi – Musabəyov Rasim Nəsrəddin oğlu
19 saylı Nərimanov birinci seçki dairəsi – Məmmədov Hikmət Baba oğlu
20 saylı Nərimanov ikinci seçki dairəsi – Əliyev Adil Abış oğlu
21 saylı Nəsimi birinci seçki dairəsi – İbrahimqızı Məlahət İbrahim
22 saylı Nəsimi ikinci seçki dairəsi – Mollazadə Asim Nazim oğlu
23 saylı Nəsimi-Səbail seçki dairəsi – Səmədzadə Ziyad Əliabbas oğlu
24 saylı Nizami birinci seçki dairəsi – Nurullayeva Könül Oruc qızı
25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət Suleyman qızı
26 saylı Sabunçu birinci seçki dairəsi – Mustafa Fazil Qəzənfər oğlu
27 saylı Sabunçu ikinci seçki dairəsi – Salahzadə Əliabbas Qalib oğlu
28 saylı Sabunçu üçüncü seçki dairəsi – Quliyev Eldar Allahyar oğlu
29 saylı Səbail seçki dairəsi -Arpadarai Nigar Cavid qızı
30 saylı Suraxanı birinci seçki dairəsi – Fətəliyeva Sevinc Həbib qızı
31 saylı Suraxanı ikinci seçki dairəsi – Əliyev Etibar Qasım oğlu
32 saylı Suraxanı üçüncü seçki dairəsi – Həsənova Afət Əbil qızı
34 saylı Xətai ikinci seçki dairəsi – Zabelin Mixail Yuryeviç
36 saylı Xətai dördüncü seçki dairəsi – Həsənquliyev Qüdrət Müzəffər oğlu
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi – Kərimzadə Pərvin Orxan qızı
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi – Həmzəyev Naqif Ələşrəf oğlu
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi – Cəfərov Müşfiq Cəfər oğlu
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi – Quliyev Musa İsa oğlu
41 saylı Sumqayıt birinci seçki dairəsi – Hüseynova Hicran Kamran qızı
42 saylı Sumqayıt ikinci seçki dairəsi – Mikişili Tahir Famil oğlu
43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Hacıyev Emin Məcid oğlu
44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Məmmədli Müşfiq Fazil oğlu
45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay Sabir oğlu
46 saylı Şirvan seçki dairəsi – Yusifov İltizam Balayusif oğlu
47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın Böyükkişi oğlu
48 saylı Yevlax seçki dairəsi – Məmmədov İlham Kazım oğlu
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi -Hüseynli Əli Məhəmməd oğlu
50 saylı Abşeron-Qobustan seçki dairəsi – Seyidzadə Şahin Kamil oğlu
51 saylı Qusar seçki dairəsi – Badamov Azər Camal oğlu
52 saylı Quba seçki dairəsi – Əhmədov Vahid Qazməmməd oğlu
53 saylı Quba-Qusar seçki dairəsi – Rafailov Anatoliy Xaimoviç
54 saylı Şabran-Siyəzən seçki dairəsi – Qurbanov Sadiq Haqverdi oğlu
55 saylı Xaçmaz şəhər seçki dairəsi – Səlimov Eldəniz Adil oğlu
56 saylı Xaçmaz kənd seçki dairəsi – Mikayılova Sevil Əlirazı qızı
57 saylı Kürdəmir seçki dairəsi – Ağazadə Əminə Həmid qızı
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi – Hüseynov Rafael Baba oğlu
59 saylı Salyan seçki dairəsi – Əhmədova Jalə Fərhad qızı
60 saylı Salyan-Neftçala seçki dairəsi – Ağamalı Fəzail Rəhim oğlu
61 saylı Neftçala seçki dairəsi – Rüstəmxanlı Sabir Xudu oğlu
62 saylı Saatlı seçki dairəsi – Ələkbərov Əziz Yusif oğlu
63 saylı Sabirabad birinci seçki dairəsi – Cəfərov Kamal Xaqani oğlu
64 saylı Sabirabad ikinci seçki dairəsi – Məmmədov Ramin Ələmşah oğlu
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman Tapdıq oğlu
66 saylı Biləsuvar seçki dairəsi – Məhərrəmov Bəhruz Abdurrəhman oğlu
67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik Əvəz oğlu
68 saylı Cəlilabad kənd seçki dairəsi – Nəsirov Elman Xudam oğlu
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – İbrahimli Fəzail Feyruz oğlu
70 saylı Masallı şəhər seçki dairəsi – Məmmədov Məşhur Şahbaz oğlu
71 saylı Masallı kənd seçki dairəsi – İsgəndərov Anar Camal oğlu
72 saylı Yardımlı-Masallı seçki dairəsi – Qasımlı Musa Cəfər oğlu
73 saylı Lənkəran şəhər seçki dairəsi – Quliyev Rüfət Atakişi oğlu
75 saylı Lənkəran-Masallı seçki dairəsi – Paşazadə Cavanşir Hümmət oğlu
76 saylı Lənkəran-Astara seçki dairəsi – Əsgərov Ziyafət Abbas oğlu
77 saylı Astara seçki dairəsi – Mahmudov Rəşad Məmmədqulu oğlu
78 saylı Lerik seçki dairəsi – Məmmədov İqbal Nəriman oğlu
79 saylı İmişli seçki dairəsi – Nurullayev Razi Qulaməli oğlu
81 saylı Beyləqan seçki dairəsi – İsmayılov Şahin Əmir oğlu
82 saylı Ağcabədi seçki dairəsi – Rzayev Tahir Musa oğlu
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi – Abbasov Aqil Məhəmməd oğlu
84 saylı Füzuli seçki dairəsi – Bayramov Vüqar İbad oğlu
85 saylı Şamaxı seçki dairəsi – Cəfərova Tamam Şaməmməd qızı
86 saylı İsmayıllı seçki dairəsi – Aslanov Novruzəli Davud oğlu
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi – Kərimli Tahir Zayıdağa oğlu
88 saylı Göyçay seçki dairəsi – Hacıyev Sabir Kamal oğlu
89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Əfəndiyev Məzahir Cavid oğlu
90 saylı Ağdaş seçki dairəsi – Osmanov Cavid Həmid oğlu
91 saylı Ucar seçki dairəsi – Həsən Ramil Sahib oğlu
92 saylı Zərdab-Ucar seçki dairəsi – Əliyeva Jalə Fazil qızı
93 saylı Bərdə şəhər seçki dairəsi – Yıldırım Fatma Vidadi qızı
94 saylı Bərdə kənd seçki dairəsi – Oruc Zahid Məhərrəm oğlu
95 saylı Tərtər seçki dairəsi – Alıyev Sahib Eyvaz oğlu
96 saylı Goranboy-Naftalan seçki dairəsi – Məmmədov Anar İlyaz oğlu
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi – Vəliyev Ağalar İsrəfil oğlu
98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə Əli qızı
99 saylı Şəmkir kənd seçki dairəsi – Həsənov Nurlan Urfan oğlu
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi – Bayramov Kamran Fərhad oğlu
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Elşad Mirbəşir oğlu
102 saylı Samux-Şəmkir seçki dairəsi – Səfərov Nizami Abdulla oğlu
103 saylı Gədəbəy seçki dairəsi – Hüseynova Sevinc Əmirəhməd qızı
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi – Nağıyev Arzu Nəsib oğlu
105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – Ağayeva Ülviyyə Cavanşir qızı
107 saylı Qazax seçki dairəsi – Seyidov Səməd İsmayıl oğlu
108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami Qulu oğlu
109 saylı Balakən seçki dairəsi – Məhəməliyev Nəsib Məhəmməd oğlu
110 saylı Zaqatala seçki dairəsi – Musayev Elşən Məmmədhənifə oğlu
111 saylı Zaqatala-Balakən seçki dairəsi – Əliyeva Kamilə Əli Ağa qızı
112 saylı Qax seçki dairəsi – Kərimli Azər Şəmşid oğlu
113 saylı Şəki şəhər seçki dairəsi – İskəndərov Vüqar Yapon oğlu
114 saylı Şəki kənd birinci seçki dairəsi – Məsimli Əli Əhməd oğlu
115 saylı Şəki kənd ikinci seçki dairəsi – Feyziyev Cavanşir Əyyub oğlu
116 saylı Qəbələ seçki dairəsi – Heydərov Fəttah Səməd oğlu
117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Naxçıvanlı Aqiyə Həbib qızı
118 saylı Ağdam şəhər seçki dairəsi – Əliyev Bəxtiyar Həmzə oğlu
119 saylı Ağdam kənd seçki dairəsi – Sadıqov Bəxtiyar Yusif oğlu
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Məmmədov Ceyhun Valeh oğlu
121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu
122 saylı Xankəndi seçki dairəsi – Gəncəliyev Tural Babaşah oğlu
123 saylı Kəlbəcər seçki dairəsi – Məmmədov Aqil Sadıq oğlu
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Məmmədov Elman Camal oğlu
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İsmayılov İmamverdi İbiş oğlu.
(oxu24.com)
Yenisabah.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhman Kərimov vəzifəsindən azad olunaraq Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində yeni yaradılan Təhqiqat Şöbəsinə rəis edilib.
Qeyd edək ki, Rəhman Kərimov əvvəllər Sabunçu və Xətai RPİ-də müstəntiq vəzifəsində çalışıb.
Türkiyə və Suriya orduları arasında toqquşma Türkiyə-Rusiya münasibətlərində ciddi gərginlik yaradır. Bu, Qarabağa təsir edə bilər.
Bunu erməni politoloq Yervand Bozoyan deyib. O, Aprel müharibəsinin də Rusiya-Türkiyə münasibətlərindəki eskalasiyanın nəticəsi olduğunu bildirib:
“Böyük dövlətlər arasında güclü gərginlik olanda onlar Liviya və Suriyada olduğu kimi bu gərginliyi daha kiçik tərəfdaşları vasitəsilə meydanlara ötürürlər. Əgər Rusiya-Türkiyə gərginliyi güclənsə, prosesin Qarabağa ötürüləcəyi ilə bağlı böyük təhlükə mövcuddur”.
Bozoyan Ərdoğan-Putin görüşünün müsbət nəticə verməyəcəyi halda Ankaranın Qarabağ məsələsini aktivləşdirəcəyini söyləyib:
“Regiondakı hazırkı gərgin situasiya sayəsində Ermənistan rəhbərliyi gərək bütün hərbi resurslarını konsolidasiya edib, müharibəni gözləsin”. /Axar.az/
Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.
İclas saat 10:00-da başlayıb.
İclasda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və bütün üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və MSK-nın bütün üzvləri, MSK katibliyinin əməkdaşları, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
Fərhad Abdullayev bildirib ki, plenum işə baxmağa tam səlahiyyətlidir:
“İş üzrə maraqlı tərəf qismində MSK sədri və üzvləri dəvət olunublar. Sizə çıxış üçün tam şərait yaradılacaq. Hakimlərin sizə suaları olduqda cavablandırmağınızı xahiş edirəm. İş üzrə ekspertlər dəvət olunub. İlk olaraq çıxış üçün söz məruzəçi hakim Rövşən İsmayilova verilir”.
Məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. O, Konstitusiya Məhkəməsinin qanunvericiliyə uyğun olaraq MSK-dan daxil olmuş sənədləri 10 gün ərzində yoxladığını deyib.
Daha sonra digər məruzəçi hakim Rafael Qvaladze çıxış edib. O bildirib ki, Konstitusiya Məhkəməsi bunun üçün Bakı, Şəki, Gəncə və Şirvan Apellyasiya məhkəmələrindən və Naxçıvan Ali Məhkəməsindən hakimləri işə cəlb edib:
“Konstitusiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsindən daxil olan məlumata görə, bu məhkəmə instansiyasına Mərkəzi Seçki Komissiyasının qərarından daxil olmuş 12 iş üzrə iddia təmin edilməyib, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 15 iş üzrə iddia təmin edilməyib. Şirvan Apellyasiya Məhkəməsinə 20 ərizə daxil olub. Şəki Apellyasiya Məhkəməsinin məlumatına görə, bu məhkəmə instansiyasına 3 iş üzrə ərizə daxil olub ki, onların baxılması mümkün sayılmayıb”.
Rafael Qvaladze qeyd edib ki, Ali Məhkəmə seçkinin nəticələri ilə bağlı ümumilikdə 78 işə baxıb:
“3 iş üzrə məhkəmə qərarları ləğv edilib. 9 iş üzrə kassasiya şikayətinin təmin edilməsi mümkün sayılmayıb. Ümumi qəbul edilmiş qərarlar protokolların nəticələrinə təsir göstərən hallar deyil”.
Daha sonra çıxış üçün söz MSK sədri Məzahir Pənahova verilib. (axar.az)
“Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlət başçısına burada həyata keçirilən işlər və yaradılan şərait barədə məlumat verib.
Dövlət başçısı müəssisəni işə salıb. İlham Əliyev müəssisədə istehsal olunan məhsullara baxıb. Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdə çıxış edib.
- Sizi salamlayıram, mən artıq üçüncü dəfədir ki, Ağstafa aqrar parkının işi ilə tanış oluram. Hər dəfə burada olanda yeniliklər görürəm, inkişaf görürəm. Şadam ki, aqroparkın bu illər ərzində inkişafı çox sürətlidir və o cümlədən mənim də tövsiyələrim nəzərə alınıbdır. Beləliklə, Ağstafa rayonunda çox müasir istehsal, kommersiya, ticarət kompleksi yaradılıb.
Mən birinci dəfə burada 2012-ci ildə olmuşam. O vaxt biz aqroparkın yaradılmasının birinci mərhələsini qeyd edirdik. Ondan sonra 2016-cı ildə bu gün burada tanış olduğum müəssisənin təməl daşı qoyulmuşdur və bu gün - 2020-ci ildə yenə də buradayam. Şadam ki, bu aqropark bu gün Azərbaycanın kənd təsərrüfatı və emal sahəsində çox önəmli rol oynayan böyük bir müəssisədir. Bu da təbiidir. Çünki Azərbaycanda sahibkarlar, investorlar üçün çox gözəl şərait yaradılıb. Onlar bilirlər ki, dövlət onların arxasındadır. Bilirlər ki, Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır. Hər bir investor - istər xarici olsun, istər daxili olsun, öz investisiyalarını planlaşdıranda mütləq bu amilləri nəzərə alır. Bir çox xarici investorlarla görüşlər əsnasında onların mənə bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin uğurlu inkişafı heç kimdə şübhə doğurmur.
Bundan əlavə, mövcud olan infrastruktur. Əgər indiyədək dövlət tərəfindən bölgələrdə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. Ağstafa rayonunda bu sahədə çox böyük işlər görülüb. Bu gün yeni yarımstansiyanın açılışında mənə məlumat verildi ki, indi Ağstafa rayonunun enerji təchizatı 20 meqavat ətrafındadır, ancaq potensial iki dəfə bundan böyükdür. Yəni, iki dəfə bundan artıq sənaye müəssisələrinin, digər obyektlərin yaradılması artıq mövcud enerji gücləri ilə təmin ediləcək. Əlbəttə ki, enerji təminatının yaxşı səviyyədə olması biznes üçün vacib şərtlərdən biridir. Bildirməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Qazlaşdırma səviyyəsi Ağstafa rayonunda 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizə yaxındır. İçməli su layihəsi 2013-cü ildə başa çatmışdır, istismara verilmişdir. Yəni, investorlar üçün bütün şərait yaradılıb. Şadam ki, Ağstafa aqroparkının investorları bütün bu imkanlardan istifadə edib, böyük vəsait qoyublar. Mənə verilən məlumata görə 80 milyon manat ətrafında vəsait qoyulub və qoyulan vəsait göz qabağındadır. Çünki bir daha demək istəyirəm, üçüncü dəfədir ki, buradayam və bu aqroparkın inkişafının tarixçəsi də mənim gözümün önündə olub.
Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq. Mən maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir.
Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir. Bu aqroparkın yaradılmasına da dövlət öz maliyyə dəstəyini göstəribdir, ancaq investorların qoyduğu vəsait ondan qat-qat artıqdır. Amma dövlət öz dəstəyini göstərməklə, eyni zamanda, öz siyasi dəstəyini də göstərir. Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun. Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər.
Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq.
Bir sözlə, belə gözəl müəssisələrin yaradılması və inkişafı məni çox sevindirir. Xüsusilə mən bu aqroparkın timsalında ardıcıl siyasəti görürəm. Çünki bəzi hallarda müəssisə yaradılır, hətta elə hallar olub ki, mən o müəssisələrin açılışında iştirak etmişəm, ondan bir müddət sonra o bağlanır. Deməli, iş prosesi düzgün qurulmayıb. Amma sizdə nəinki bağlanmayıb, hətta mənim bura gəldiyim bu 8 il ərzində hər dəfə inkişaf, yenilik görürəm. Görürəm ki, burada insanlara yüksək qayğı göstərilir. Bu şərait böyük zövqlə yaradılıb, eyni zamanda, market, kafe. Hər şey insanlar üçündür ki, Azərbaycan vətəndaşları daha yaxşı, rahat yaşasınlar. Bunları təmin etmək üçün Azərbaycan dövlətinin kifayət qədər iradəsi, imkanları var və Ağstafa rayonunda görülən işlər buna əyani sübutdur.
Sizi bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Mən maraqlandım və məlumat verildi ki, bu üçüncü mərhələ sonuncu mərhələdir. Amma sizin başqa planlarınız da var və ümid edirəm ki, növbəti dəfə sizinlə burada görüşəndə yeni layihələr haqqında mənə məruzə edəcəksiniz. Sağ olun.