Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək.
Belə ki, Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədilə mart ayının 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər.