“Məhkəmənin qətnaməsinə görə Nazilə Səfərli və İsa Şükürlü teleaparıcıdan üzr istəməli, həm də dediklərinə təkzib verməlidirlər”.
Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev deyib. Vəkil qeyd edib ki, bundan başqa, onlar teleaparıcıya 1000 manat məbləğində təzminat ödəməlidirlər.
“Xoşqədəm xanım Bəxşəliyeva Nizami rayon məhkəməsinə cavabdeh Nazilə Cəfərova (Səfərli) və Şükürov İsaya qarşı şərəf və ləyaqətini müdafiəsi tələbi ilə iddia ilə müraciət edib. Nizami rayon məhkəməsində verilən iddia tələbi üzrə linqvistik ekspertiza keçirildi. Ekspertin verdiyi rəydən məlum olub ki, iddia olunan ifadələr, yəni Cəfərova Nazilə və Şükürov İsa (Show News saytının rəhbəri) tərəfindən deyilən böhtan xarakterli məlumatlar X. Bəxşəliyevanın şərəf və ləyaqətini alçaldan və xələl gətirən məlumatlardır. Cavabdeh (Nazilə Səfərli) tərəfin iddiaya qarşı göstərdiyi etirazlar əsaslı olmadığından , əksinə iddiaçı Xoşqədəm xanım tərəfindən göstərilən sübutlar cavabdehin tam təqsirli olduğunu sübut etdiyindən onun iddiası təmin edilib. Bununla bağlı 2019-cu il fevralın 21-də iddianın təmin edilməsilə bağlı qətnamə çıxıb. Qətnaməyə görə, Nazilə Səfərli və İsa Şükürlü Xoşqədəm xanıma mənəvi zərər vurduqları üçün müştərək şəkildə 1000 manat məbləğində təzminat ödəməlidirlər. Bundan başqa qərara görə, onlar açıq şəkildə Bəxşəliyevadan üzr istəməlidirlər. Əlavə olaraq, onlar Xoşqədəm xanım haqqında dedikləri və yaydıqları yalan məlumatları təkzib etməli, dedikləri böhtan xarakterli məlumatları bəzi saytlarda təkzib etməli idilər ”.
Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.
“ Bundan sonra çıxarılan qərardan narazı qalan Nazilə Səfərli qətnamədən Bakı Appelyasiya Məhkəməsinə müraciət edib. Lakin Appelyasiya məhkəməsi işi yenidən araşdıraraq öncəki instansiyanın verdiyi qərarı qüvvədə saxlayaraq, 12 iyul 2019-cu ildə qərar verib.
Qeyd edim ki, həmin qərardan jurnalist İsa Şükürov appelyasiya şikayəti verməyib. O, məhkəmənin qərarı ilə razılaşıb. Bununla da razılaşmayan Səfərli, bu dəfə də Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə baxan Ali Məhkəmənin mülki kollegiyası özünün 17 dekabr 2019-cu il tarixli qərarıyla Nazilə Səfərlinin kassasiya şikayətini rədd edib, Appelyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb. Bununla da Nazilə Səfərli qanunda nəzərdə tutulan qaydada bütün instansiyalara şikayət vermə hüququndan istifadə edib. Son nəticə olaraq iş 1 aydan sonra Nizami rayon icra şöbəsinə gedəcək ki, Nizami rayon məhkəməsi tərəfindən qəbul olunan qətnamə icra olunsun”.
Vəkil əməkdaşımızla söhbətində qeyd edib ki, Nazilə Səfərli cinayət məsuliyyətinə də cəlb oluna bilər.
“ Əslində, bu gün Xoşqədəm Bəxşəliyeva istəsə, (artıq əlində məhkəmə qərarı və qətnaməsi var. Bilirsiniz, Ali Məhkəmənin verdiyi qərar anında qüvvəyə minir.) mən məhkəmələrin qətnamə və qərarlarını götürüb yenidən, xüsusi ittiham qaydasında Nizami Rayon məhkəməsinə Nazilə Səfərliyə qarşı müraciət edərəm. Onun cinayət məcəlləsinin 147-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edə bilərəm. Buna, Xoşqədəm xanımın tam hüququ və əsası var. Ancaq xanım Bəxşəliyeva bu barədə düşünmür. O, hesab edir ki, məhkəmə tərəfindən verilən məhkəmə qətnamələri sayəsində Nazilə Səfərli qanun və eyni zamanda bu qanunlar qarşısında məsuliyyətini dərk edib, bundan sonra bu cür hərəkətlərdən çəkinər. Yox, görsək ki, bu xanım məsuliyyətini dərk etmir, yenə də bu cür hərəkətlərini davam etdirir, onda mən müvəkkilim Xoşqədəm Bəxşəliyeva ilə məsləhətləşib, yenidən hüquqi yollarla bunu həll etməyə çalışacağam.
Hər bir şəxs qanunla qorunan hüquqlarını məhkəmədə müdafiə etmək hüququna malikdir. Bu konstitusiya ilə də təsdiq olunub. Heç kimə ixtiyar verilmir ki, azad söz, azad mətbuat, kütləvi informasiya vasitələrindən istifadə edib, kiminsə haqqında yalan və böhtan xarakterli məlumatlar yaysın. Bu cür hərəkətlərdən Nazilə Səfərli çəkinməlidir.
Əməkdaşımızın “Nazilə Səfərlinin məhkəmə qərarını yerinə yetirmədiyi təqdirdə vəziyyəti necə olacaq? O, buna görə hansı məsuliyyətə cəlb olunacaq?” sualına da Tahir Əlirzayev münasibət bildirib.
“Bilirsiniz ki, məhkəmənin qərarı Azərbaycan Respublikasının adından qəbul olunur. Bunun icra mexanizmini müəyyən edən icra haqqında qanun var. Bu qanuna görə, məhkəmənin qətnaməsini, icra şöbəsi qəbul olunduğu gündən, 2 ay zaman ərzində icra etməlidir. Qanunda nəzərdə tutulub ki, icra tələbini borclu tərəf mütləq şəkildə yerinə yetirməlidir. Bununla bağlı Nazilə Səfərliyə bildiriş göndəriləcək. Bundan sonra borclu tərəfə icra tələbi borcunu yerinə yetirmək üçün qanunla nəzərdə tutulan zaman 10 gün vaxt verilir. Əgər o, 10 gün ərzində bunu könüllü şəkildə yerinə yetirməsə, məcburi icra üsuluna keçiriləcək. Kəsilən pul cəzası onun bank hesabından, maaş kartından kəsilə bilər. Bundan başqa bu cəza Nazilə Səfərlinin əmlakına da yönələ bilər. Üstəlik, ölkədən çıxışına da qadağa qoyula bilər. İcra şöbəsinə gəlmədikdə barəsində axtarış da verilə bilər. Qanunla nəzərdə tutulan bütün qaydalar həyata keçiriləndən sonra, borclu olan bu şəxs yenə də tələbin icrasından yayınsa, barəsində İnzibati xətalar məcəlləsinin 528-ci maddəsinə görə, 1000 manata qədər cərimə və 1 ay inzibatı həbs nəzərdə tutulacaq. Bundan sonra əgər barəsində görülən inzibati tənbeh tədbiri nəticə verməsə, artıq cinayət məcəlləsinin 306-cı maddəsinə görə, (Məhkəmə tərəfindən qəbul olunmuş qətnamələri, məhkəmə haqqlarının qəsdən icra olunmaması cinayət məsuliyyəti yaradır. Cəzası isə 3 ilə qədər həbs cəzasıdır) cavabdehə cinayət işi başladılacaq”.
Qeyd edək ki, Nazilə Səfərli bir sıra kütləvi informasiya vasitələrində ”Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün”, eyni zamanda özünün istifadə etdiyi “İnstagram” səhifəsində Xoşqədəm Hidayətqızı haqqında “Xoşqədəm dövlətin əleyhinə gedir”, “Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır”, “Xoşqədəm verilişin adını dəyişib "axırıncı yol" qoysun” başlıqlı açıqlamaları verib.
Xatırladaq ki, tərəflər arasında qalmaqal Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram ”verilişinə Nazilə Səfərlinin keçmiş qardaşı arvadını dəvət etməsilə başlayıb.
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Aprel döyüşlərinin iştirakçısı olan Rəcəb İbrahimov Tamella adlı xanımla ailə həyatı qurub.
Düşmən təxribatının qarşısını alarkən doqquz dəfə yaralanan R.İbrahimovun toyu vətənpərvər şəkildə qeyd edilib.
R.İbrahimova Yevlax Rayon İcra Hakimiyyətinin və döyüş yoldaşlarının hədiyyələri təqdim edilib. Eləcə də, Aprel döyüşlərində göstərdiyi şücaətə görə hərbi hissənin Fəxri Fərmanı verilib.
<div class="element" style="box-sizing: border-box; outline: none; margin-bottom: 15px; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"="">
''Ölkə.Az'' xəbər verir ki, açıqlamaları və dediyi sözlərlə yanlış anlaşılan Can Yaman meneceri tərəfindən Kiprə göndərilib. Keçən həftə daha da uzaqlaşan aktyor əsgərliyə getmək üçün vətəninə qayıdacağı deyilir.
Belə ki, qısa müddətli əsgərlikdən sonra İtaliyada televiziya proqramlarından birində Survivor verilişinin aparıcısı olacaq. Dediyi sözlərlə gündəmdən düşməyən Can buna görə məyus olduğunu və bir müddət hər şeydən uzaqlaşmaq istədiyini deyib.
Gələn il sentyabr ayında çəkiləcəyi seriala görə xarici ölkələrin birində aktyorluq kursuna gedəcəyini də açıqlayıb
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın Amerikada xeyriyyəçiliklə məşğul olduğu üzə çıxıb. İddialara görə müğənni hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation” fondunu təsis edib və orada xeyriyyəçiliklə məşğuldur.
İctimaiyyət arasında, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bu xəbər əksəriyyət tərəfindən etirazla qarşılanıb. Z.Xanlarova Azərbaycanda qazandığı pullarla imkansız vətəndaşlarımıza deyil, Amerika xalqına yardım etdiyi üçün sərt tənqid edilib. Dünən saytımıza açıqlama verən Xalq artisti Flora Kərimova da onun bu hətəkətini tənqid edib və bunu “ayıb iş” kimi dəyərləndirib.
Son zamanlar qalmaqalları ilə gündəmə gələn ifaçı Afət Fərmanqızı da məsələyə münasibətini bildirib. Maraqlısı budur ki, əksəriyyət bu məsələyə görə Z.Xanlarovanı tənqid etsə də, ifaçı onun ünvanına təriflər yağdırıb. O, Zeynəb Xanlarovanı tənqid edənlərlə bağlı sərt fikrlər səsləndirib:
“Dünyanın Zeynəbi, mənim üçün dünyada əvəzolunmaz yek sənətkar! Bu gün sizə söz atan təlxəklər sizin qapınızda hambal işləməyə belə yaramırlar. Bütün yüzminlərlə izləyicilərim, dostlarım adından deyirəm. Siz bizim üçün tək və əvəzi olmayan sənətkarsınız! Sevirik sizi”. /Yenisabah.az/
Belə ki, Alim bəyin 14 yaşlı qızı Asiman qəfil dünyasını dəyişib.
Efirə telefon bağlantısı ilə qoşulan Alim bəyin qonşusu, Gülnarə Nəbiyeva onun haqqında şok iddialar irəli sürüb:
“Alim illər idi ki, Asimanı döyürdü. Yoldaşını da döyürdü. Uşaq qış vaxtı çöldə, yerdə yatırdı. Atası evə dostlarını gətirirdi, içirdi. Qızını söyürdü, döyürdü.
Asiman atasının qorxusundan mənim evimdə qalırdı, evə getmirdi. Qız mənə yalvarırdı ki, heç kimə heç nə deməyim. O ata deyil”.
"Ölkə.Az" axsam.az-a istinadən xəbər verir ki, o, övladı Selinin 1 yaşının tamam olduğunu söyləyib.
Elşən şəkillərə “İlk yaşın mübarək, qızım Selin” şərhini yazıb.
Qeyd edək ki, Elşən İlahə adlı xanımla ailə qurub. Bir müddət əvvəl onların ayrılıq xəbəri yayılmışdı.
“Ölkə.Az” xəbər verir ki, bu barədə o, “İnstagram” səhifəsində məlumat verib.
“Nyu-York şəhərində də məni məclisə çağırıblar. İndi ora gedirəm. Amerikada yaşasam da millətimi çox sevirəm”,- deyə o, bildirib.
Azərbaycanlı rejissor Elmar Bayrmov ABŞ-d növbəti mükafata – “New York Cinematography Awards”a layiq görülüb. “Qafqazinfo” bildirir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib.
Belə ki, E. Bayramovun çəkdiyi “Let me run” macəra-döyüş filmi “Best USA Film” (“Ən yaxşı ABŞ filmi”) nominasiyasında qalib olub.
Daha əvvəl “Let me run” layihəsi “Los Angeles Cinematography Awards”da “Best Sound” və “Best Aerial Cinematography” nominasiyaları üzrə qalib olmuşdu. Bundan başqa, ekran işi noyabrda Torontoda keçirilən “Canadian & International Short Film Festival”da “Best Action/Adventure” nominasiyasında ən yaxşı olmuşdu.
“Let me run” filminin süjeti böyük auditoriya qarşısında motivasiya nitqi ilə çıxış etməyə hazılaşan Orxan adlı gənc oğlanın hekayəsi əsasında qurulub. O, zədə nəticəsində əlil olub, amma təslim olmayıb...
Ekran işinin rejissor və senari müəllifi Elmar Bayramov, prodüserləri Könül Kəngərli, Klara Brotons, Merkadal, Alan Qoldberq, Zeke Ramazan Qeysdir. Baş rolda Tural Manafov çəkilib.
Qeyd edək ki, E. Bayramov bir neçə il əvvəl Azərbaycandan ABŞ-da köçüb. O, orada rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi bir müddət əvvəl “Urban Action Showcase” festivalında “Döyüş” nominasiyasında ən yaxşı seçilmişdi. Onun son işlərindən biri Xalq artisti Aygün Kazımovanın “Ehtiyacım var” klipidir.
“Azərbaycan nəşriyyatı”nın baş redaktoru, Əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov beynəlxalq mükafata layiq görülüb.
Turkustan.info xəbər verir ki, Ə.Ağalarov Türkiyədə fəaliyyət göstərən İpəkyolu Strateji Araşdırmalar Mərkəzi və beynəlxalq “Türksoy” jurnalı tərəfindən “Türk dünyasına xidmət” medalı və xüsusi diplomu ilə təltif edilib.
Mükafat dekabrın 16-da Bakıda – Park İNN otelində keçirilən təntənəli mərasimdə təqdim edilib.
Mərasimdə çıxış edən İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy Ə.Ağalarovun Türk dünyasının dəyərli aydınlarından biri olduğunu bildirib. Qeyd edib ki, Ə.Ağalarov 2016-ci ildə 15 iyul dövlət çevrilişinə cəhd zamanı İstanbulda Türk xalqı ilə birlikdə meydanda olub, hətta xəsarət də alıb: “Bu dirəniş bir millət fəlsəfəsinin daha bir örnəyidir” – deyə S.Türksoy vurğulayıb.