Damladan sərt açıqlamalar

Yersiz və əsassız qadağalara tuş gəlirəm. Çoxları deyir ki, belələri niyə efirə çıxır? Bunlar niyə oxuyur? Bunlar niyə üzdədir? Bunlara kim qulaq asır? Hardadır o dedikləri milyon baxışlar? Bunlar hamısı saxtadır, yalandır. Amma repertuarıma nəzər salsaq, görərik ki, nə mahnılarımın sözlərində, nə melodiyalarında, nə də ki çəkdirdiyim kliplərdə bayağılıq və bəsitlik var.

Bu sözləri müğənni Damla “ATV Maqazin 10larla” proqramının “33 sual” rubrikasinda deyib.  

Sənətçinin “İkinci dəfə ərə getmək planınız var?” sualına reaksiyası belə olub:  

“Allah nə yazıbsa, o da olacaq. Bu dəqiqə deyim ki, namizəd var və mən ərə gedirəm, belə bir şey yoxdur. Hər qadın kimi həyatımda sevgi olmasını mən də istəyərəm. Amma qısa müddətli, əyləncəli, zamanı boşa xərclənən münasibətlərdən qaçıram. Çünki duyğularım və hisslərim mənim üçün çox qiymətli və dəyərlidir. Hər dəfə onu alıb, sata bilmərəm”.  

Daha sonra Damla illər öncə Nadir Qafarzadə və Xalq artisti Tünzalə Ağayevanın onun barəsində söylədikləri tənqid dolu fikirlərə münasibət bildirib:  

“İstər bizdən yaşca böyük sənətkar olsun, istər bu sahədə illərlə çalışanlar olsun, çox istərdim ki, yeni gələn ifaçılara müraciət formalarında bir az etika qaydalarına riayət etsinlər. Bu gün mən gəncəm, hər hansısa bir Xalq artisti əl sallayaraq, kəskin formada və sərt şəkildə məni tənqid yox, təhqir edirsə, mən də illər sonra səhnəyə gələn yeni ifaçılara eyni reaksiyanı verəcəm. Bunu mən zamanında Xalq artistlərindən belə görmüşəm. Zamanında məni təhqir ediblərsə, mən də yeni gələn ifaçılara bu cür münasibət göstərməliyəm. Bizi təhqir edib ələ salmaq, yaradıcılığımızı gülüş obyektinə çevirmək doğru deyil. Tünzalə Ağayeva pedaqoqdur. Həm də gözəl bəstəkardır. O xanım barəmdə daha gözəl çıxış edə bilərdi”.  

Damla sözügedən proqramda“Azərbaycanda “Meqastar” yoxdur” deyərək, iddialı fikirlər səsləndirib. O, bu mövzuda fikirlərini belə ifadə edib:  

“Azərbaycanda dünya ulduzu yoxdur. Yalandan yekə-yekə danışmayaq. Bizim bütün dünyada tanınan bir sənətçimiz yoxdur. Kişi sənətçilərin canında tənbəllik var. “Meqastar” deyə biləcəyim Azərbaycanda kişi müğənnisi yoxdur”.  

Afaq Bəşirqızının adından saxta səhifə açılıb çağırış edildi
"Mənim sosial şəbəkədə elə bir səhifəm yoxdur və heç vaxt o cür paylaşımlar etmirəm".

"Bu sözləri "Kult.az"a Xalq artisti Afaq Bəşirqızı Feysbukda adına açılan saxta profil və oradan edilən paylaşımlar barədə danışarkən deyib.

A.Bəşirqızı bildirib ki, saxta səhifənin açılmasından xəbərsizdir:

“Mənim xəbərim yoxdur, indi sizdən eşidirəm. Hansısa deputatlığa namizədlə bağlı paylaşım da etməmişəm və heç vaxt belə şeylərə qatılmıram, bu kimi şeylərdə iştirak etmirəm. Səhifəni kim açıb, daha sonra kim silib, məlumatsızam”.

Xalq artisti bildirib ki, iki ilə yaxındır açdığı şəxsi səhifəsindən başqa sosial şəbəkədə heç bir səhifəsi yoxdur:

“Mənim Feysbuk şəxsi və rəsmi səhifəm “Afaq Bəşirqızı”dır. İki ilə yaxındır ki, o səhifəni açmışam və ondan başqa səhifəm yoxdur. Şəxsi səhifəmdə heç vaxt hansısa deputatla bağlı paylaşım etməmişəm, məlumat paylaşmamışam. O səhifə mənə aid olduğu üçün paylaşımlar da mənə aiddir. Ümumiyyətlə, hansısa deputata vəkillik etmək, onu tərifləmək kimi şeylərdən uzağam”.

A.Bəşirqızı deputatlığa namizədlərdən ona dəstək olmaq üçün müraciət edənlərin olduğunu da bildirib:

“Mənə gələn bu kimi təklifləri hər dəfə rədd etmişəm. Mənə elə gəlir ki, millət vəkili özünü xalqın qarşısında doğrultmalıdır. Millət vəkilliyinə iddialı olan şəxsin kiminsə tərifinə ehtiyacı olmamalıdır. Əgər ehtiyac olsaydı, mən onlarla bağlı nə isə söz deyərdim. Ancaq o adamlar özləri buna ehtiyac duymayıblar, özlərinə və xalqın onlara olan etimadına inanırlar”.

Bəşirqızı əlavə edib ki, növbəti dəfə onun adından bu kimi səhifə açan şəxslərə qarşı daha sərt addım atacaq:

“Mənim adımdan bu kimi saxta səhifə yaradan şəxslərə səslənərək bildirirəm ki, özlərini yığışdırsınlar. Əgər belə bir hal təkrarlansa, mən o adamın tapılması ilə bağlı müvafiq addım atacaq və o şəxsə qarşı olduqca sərt addımlar atacağam”.

Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızının adından saxta profil açılıb. “Qusi.aliyev.545” nikindən açılan Feysbuk səhifəsində Afaq Bəşirqızının adından deputatlığa namizəd Əziz Ələkbərlinin təbliğat videosu paylaşılıb və onu dəstəkləmək üçün çağırış edilib.

“Koronavirusla bağlı hərə bir söz deyib, milləti dəli etməsin. Hələlik Azərbaycanda virus yoxdur”.

Bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusla bağlı son günlər mediada yayılan müxtəlif məlumatlara münasibət bildirərkən deyib.

R.Mahmudov deyib ki, istənilən halda insanlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar:

“Bu gün Azərbaycanda koronavirus yoxdur. İnsanları təlaşlandırmasınlar. Bu virus Çinin bir sıra əyalətlərində yayılıb. Koronavirus, əsasən, balıqda, ət məhsullarında olur. Çindən başqa ölkələrə, eləcə də, Azərbaycana heç kim buraxılmamalıdır. Onsuz da karantin elan edilib, ciddi nəzarət var.

Çindən ölkəyə gələn şəxsləri 3-4 gün saxlayıb, həkim müayinəsindən keçirirlər. Hər hansı iltihab prosesi, qızdırma, öksürək kimi simptomlar aşkarlanmırsa, onları insanlarla eyni mühitə buraxmaq olar”.

R.Mahmudov Çindən idxal edilən məhsulların risk faktoru kim virus daşıyıcısı ola biləcəyini də qeyd edib:

“Əlbəttə ki, bu ərəfələrdə Çindən heç nə almaq lazım deyil. Virus Çinin bütün əyalətlərinə yayılmasa da, risklidir. Hansı ərazidə virus aşkarlanıbsa, o ərazilərdən və ya yaxınlığından sifarişlərin ölkəyə girişinə icazə vermək olmaz. Bunu da aidiyyəti qurumlar nəzarətdə saxlayır. Bu virus insandan insana hava yolu ilə yoluxur”.

Koronavirus əleyhinə vaksin hazırlanmasının asan olmadığını deyən R.Mahmudov buna ən azı üç ay vaxt lazım olduğunu deyib:

“Vaksin hazırlamaq asan deyil. Bunun üçün virusun üzərində laboratoriyada müəyyən prosedurlar aparılmalıdır. Vaksinin hazırlanmasına ən azı üç ay vaxt lazımdır. Çində olan tələbələrimiz də, virusa yoluxmaq istəməyən insanlar da ünsiyyətdən maksimum çəkinməlidirlər. Mümkün qədər evdən çıxmasınlar”.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyev nümunəvi addım atıb.

Bu barədə sosila mediada məlumat yayılıb. Qeyd edilib ki, DİN əməkdaşı yanvarın 19-da 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edib. Polis leytenantı toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını – Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib. Balaca qonaqlara da öz oğlu ilə birlikdə toy qiyafəsi geyindirib və bəylik kürsüsünə əyləşdirib. Körpələr evinin sakinlərini öz övladlarından fərqləndirməyən leytenant və mərasimin digər qonaqları uşaqları rəqsə dəvət edib, diqqət, qayğı göstəriblər.

Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürüb. Onlar bu həftənin cümə axşamı günü “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.

Qeyd edək ki, Tural Sofuyevin bir qızı, bir oğlu var. (redaktor.az)

 

1

 

1

 

1
Damladan Rəqsanə ilə bağlı qəribə paylaşım

Müğənni Damlanın son paylaşımı təəccüb doğurub.

“Ölkə.Az” xəbər verir ki, o, hazırda Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın  fotosunu “İnstgaram” səhifəsində yayımlayıb.

“Bu yaxın günlərdə Rəqsanə xanım Bakıya qayıdır. Artıq səhnə fəaliyyətinə buradan davam edəcək. Toylarımız əldən getdi”,- deyə o, qeyd edib.

Bu paylaşıma Rəqsanə İsmayılova biganə qalmayıb.

“Sən yox əzizim, ama qoy bəzilər narahat olsunlar ki, gəlirəm”,- deyə müğənni Damlanın sözlərini təsdiqləyib.

Qeyd edək ki, Rəqsanə İsmayılova Fazil bəylə ailə qurduqdan sonra  Moskvada yaşayır.

İş adamı Mübariz Mənsimovun prezidenti olduğu “Palmali Holding” tərəfindən elan olunmuş II Təqaüd Proqramına Müraciət Prosesi başa çatıb.

Bununla əlaqədar “Palmali Holding” nəticələri açıqlayır. II Təqaüd Proqramına əsasən, daha 100 azərbaycanlı tələbəyə təqaüd veriləcək. Bununla da Türkiyədə təhsil alan və “Palmali Holding”in təqaüd proqramına cəlb edilən azərbaycanlı tələbələrin sırası daha da artdı.

“Palmali”dən verilən məlumata görə, II Təqaüd Proqramına cəlb olunacaq tələbələr arasında seçimdə aşağıda göstərilən 3 kateqoriyadan olan şəxslərə üstünlük verilib:

1. Şəhid ailələrindən olan tələbələrə;
2. Qarabağ müharibəsi veteranlarının ailələrindən olan tələbələrə;
3. Məcburi köçkün ailələrindən olan tələbələrə.

Qeyd edək ki, “Palmali”nin yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 31 may 2019-cu il tarixinə qədər həyata keçirilib.

Proqrama qatılmaq istəyən tələbələr zəruri sənədləri tam siyahı və bir faylda təqdim edib. Palmali Eğitim qrupu tərəfindən I Təqaüd Proqramından 10 tələbə seçilib. Palmali yetkilisi və konsey üzvləri bərabər sənədlərə baxış keçirərək kateqoriyalara uyğun tələbələr seçilib. Seçilən tələbələrin adları bu həftə ərzində www.palmaliegitim.com saytında açıqlanacaq. Seçilmiş tələbələr “Palmali Holding”ə dəvət olunacaq və hər birinə sertifikat təqdim ediləcək.

Xatırladaq ki, l Təqaüd proqramı bu ilin mart ayında başa catır. Vurğulamaq istəyirik ki, I Təqaüd Proqramından təhsilə münasibəti və ailə vəziyətinə görə seçilmiş 50 tələbəyə burs verilməsi davam edəcək.

Göstərilən kateqoriyalara uyğun tələbələrdən müraciətlərini palmaliegitim@gmail.com ünvanına göndərmələri xahiş edilmişdi.

Onu da qeyd edək ki, bundan əvvəl I Təqaüd Proqramına qoşulan 100 azərbaycanlı tələbə davamlı olaraq burslarını alırlar:

“Bir mühüm məqamı da nəzərinizə çatdırırıq ki, Təqaüd Proqramı yalnız tələbələrə bursvermə proqramı kimi qiymətləndirilməməlidir. Vurğulamalıyıq ki, burs alan tələbələrdən bir qrupu “Palmali” şirkətində əməkhaqqı almaq şərti ilə təcrübə keçiblər. Daha sonra isə həmin tələbələrdən bir neçəsi “Palmali” şirkətində işlə təmin olunublar. Beləliklə, “Palmali Holding” şirkəti Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin daha dərin biliklər qazanmaları üçün Təqaüd Proqramları vasitəsilə onlara əlavə motivasiya verir, eyni zamanda həmin tələbələrin həyatlarının növbəti mərhələlərində irəli getməsinə hərtərəfli kömək göstərir”. (cebhe.info)

Ermənilərin rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşanın Yuxarı Gövhər Ağa məscidinin son görüntüləri yayımlanıb.

Qarabağda yaşayan rusiyalı tarixçi Anton Yestratovun bir müddət öncə paylaşdığı videoda Şuşa məscidinin daxili və zahiri görkəminin ciddi dəyişikliyə uğradığı görünür. Bundan başqa, yaxınlıqdakı mədrəsədə də dəyişikliklərin olduğu videodan bəlli olur. Ermənipərəst mövqeyi ilə tanınan Yevstratov Şuşa məscidini qərəzli şəkildə İranın maddi irsi kimi təqdim edib.

Xatırladaq ki, layihəni Ermənistanın “İDeA” fondunun maliyyəsi hesabına İranın “Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Layihənin əsas maliyyəsini erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ayırıb.

Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsə də ciddi dəyişikliklər aparıblar.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

Turkustan.info modern.az-a istinadən Şuşa məscidinin son görüntülərini təqdim edir.

VIDEO

Xalq artisti: Ailə qurmayım deyə, kənddən çıxıb getdimXalq artisti Gülyanaq Məmmədova Xəzər TV-də yayımlanan “Ay Zaur” axşam şousunda şəxsi həyatı ilə bağlı səs-küyə səbəb olacaq açıqlamalar verib.

"Ölkə.Az" xəbər verir ki, proqramın aparıcısı Zaur Kamalın “Evdə kişinin üzünə dayanıb, stolun üstünə vurub, “Mən bu kənddən çıxacağam” demisiniz? Niyə kənddən çıxmaq istəyirdiniz?” sualına sənətçi bu cür münasibət bildirib:

“Mən kişinin qarşısında əlimi heç zaman stola vurmaram. Düzdür, onların arzusunu doğrultmadım. Oxumağım naminə kənddən çıxdım, getdim.  

Ailə qurmağımı, xoşbəxt olmağımı istəyirdilər. Məni qohumuma, əzizimə ərə vermək istəyirdilər. Mən isə oxumaq istəyirdim. Atam da, anam da bilirdilər ki, mən nə qədər çox oxumaq istəyirdim.

Ailəni də hər zaman üstün tutmuşam. Hər zaman düşünürdüm ki, bir məqsədimə çatım, sonra ailə qurum. Gülyaz bacım mənə oxumağımda, bu sənətə gəlməyimdə çox dəstək olub. O mənim ilk müəllimim olub”. (oxu.az)

8 yaşından atası ilə toylara gedən müğənnidən maraqlıMüğənni Ramal İsrafilov toyda qazandığı pullardan danışıb.

"Ölkə.Az" yenicag.az-a istinadən xəbər verir ki, sənətçi 8 yaşından atası ilə birgə toya getdiyini və ondan daha çox pul qazandığını deyib:

“Toya getməyəndə atam da getmirdi. Anam deyirdi ki, qoy yatsın, uşağa dəymə. Toya 50 “şirvana” gedirdim, evə gəlirdim 80 “şirvanla”. O qədər şabaş verirdilər ki, pul belimə də yapışırdı. Anam deyirdi ki, dayan, onluğu götürüm belindən”.

ARB-nin “Üçəlli” verilişindən olan görüntüləri təqdim edirik:

Rəqsanə qarlı havada ziyafət geyimində RƏQS ETDİ
Müğənni Rəqsanə İsmayılovanın son paylaşımı maraqla qarşılanıb.

O, yeni videogörüntüsünü “İnstaqram” səhifəsində izləyicilərinin ixtiyarına buraxıb. Qara ziyafət geyimində qarlı havada rəqs edən ifaçı, havanın çox soyuq olduğunu vurğulayıb.

“Çöl soyuq olsada, ürəklərimiz hər zaman isti olsun”,- deyə o, paylaşımını şərh edib.

Video İsmayılovanın pərəstişkarları tərəfindən çox bəyənilib.