“Ölkə.Az” xəbər verir ki, ARB-də yayımlanan proqramda teleaparıcı Rövşanə Bektaşi ilə söhbətində o, bildirib ki, bəzən iki davalı tərəf rəqibini tərki-silah etmək üçün hər yola əl atır.
“Görürsən ki, bir aparıcı digər həmkarı ilə yola getmir. O, qarşı tərəfin aparıcılıq etdiyi layihənin ya rejissorunu, ya redaktorunu şirnikləndirərək əla alır ki, həmin o insandan videomateriallar toplasın. Sonra da lazım olanda həmin materiallardan istifadə edir, ya sosial şəbəkələrdə, ya da mediada yayıb, qarşı tərəfi biabır edir”,- deyə qeyd edib.
Azərbaycanın əməkdar, Dağıstanın xalq artisti Ədalət Şükürov gələn ilin fevralında ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən danışıb.
Turkustan.info xəbər verir ki, müğənni Meydan TV-yə açıqlamasında bildirib ki, deputatlığa namizədliyini verməsini tövsiyə edənlər çoxdur:
“Məndən dəfələrlə soruşurlar ki, millət vəkili olmaq istəyirsiz? Mən əksər millət vəkillərindən daha çox bilirəm. Davranışlarımda, oturuşumda, duruşumda, ağlımda və ali savadımda onların heç birindən geri qalmıram. Hətta deyərdim ki, hər şeyi onlardan daha yaxşı bilirəm. Məndə idarəçilik bacarığı neçə illərdir tam formalaşıb.
Amma deputat olmaq mənlik deyil, çox vaxt alır, məsuliyyətli bir işdir. Hansısa bir qərarı qəbul etməzdən öncə müzakirəsi zamanı öz mövqeyini bildirəsən. Bu, zarafat deyil”.
Müğənni millət vəkilləri ilə dostluğundan da söz açıb. Keçmiş millət vəkilləri Adil Əliyev, Ülvi Quliyev, Eldəniz Səlimov, Elşad Həsənovla dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Deputatlara çox böyük hörmətim var. Amma mənim deputata nə işim düşə bilər? Onların bizə işi düşür. Milli Məclisdə oturanların yarısından çoxu ilə dostluq əlaqələrimiz var. Nə olsun ki, fərqli sahələrdə işləyirik”.
Bu il dekabrın əvvəlində ölkə başçısının sərəncamı ilə beşinci çağırış Milli Məclisi buraxılıb. Növbəti parlament seçkiləri 2020 ci il fevralın 9-na təyin edilib. /Yenisabah.az/
"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, hər dəfə geyimləri ilə gündəmə gələn sənətçi bu dəfə də ənənəsinə sadiq qalıb.
Belə ki, o şam ağacını xatırladan yaşıl rəngli libas geyinib. Maraqlı məqam isə odur ki, ifaçının geyimində yanıb-sönən oyuncaqlar da olub.
"Ölkə.Az" xəbər verir ki, "ATV maqazin onlarla" verilişinin "33 sual” rubrikasında bu mövzuya toxunan sənətçi Ağayevin onunla eyni səhnəni bölüşməkdən imtina etdiyini bildirib:
"Bakıda toyda idik, məclisi də Faiq bəy idarə edirdi. Toyun bitməyinə bir saat qalmağına baxmayaraq, məni səhnəyə buraxmırdı. İndi isə hər şey qaydasındadır.
Ola bilsin ki, mənim haqqımda ona doğru olmayan şeylər demişdilər. Telefonla danışıb məsələni həll etdik. İndi onu çox istəyirəm".
"Ölkə.Az" bildirir ki, paylaşımda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.
Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"
"Ölkə.Az" xəbər verir ki, həftənin ən yadda qalan hadisəsi məşhur aparıcının intim videolarının yayılması oldu. Bəs, həmin aparıcı kimdir, sözügedən görüntülər necə yayılıb.
Daha ətraflı videodan izləyin:
“Ölkə.Az” xəbər verir ki, bu barədə məlumatı yazıçı Zaur Ustac məlumat verib.
“Bu gün tanınmış şair İldırım Əkbəroğlu vəfat edib. İldırım müəllimin vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun doğmalarına, yaxınlarına və onu sevən, bu xəbərə üzülən hər kəsə başsağlığı veririk. Allah rəhmət etsin. Ruhu şad olsun”.
“Ölkə.Az” xəbər verir ki, Xalq artisti Murad Dadaşov metro stansiyalarının adlarını və anonsları səsləndirəcək. O, bu barədə olan videonu “İnstagram” səhifəsində paylaşıb.
Qeyd edək ki, Bakı metropoliteni daha əvvəldə belə maraqlı layihələrə imza atıb. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə stansiyaların adlarını və anonsları uşaqlar səsləndirib.
"Ölkə.Az" publika.az-a istinadla xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı Şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində də işləyib.