“Ölkə.Az” xəbər verir ki, ifaçı səhnədən, efirdən kənar qalmasının səbəblərini açıqlayıb.
“Artıq tamaşaçılar da bilir ki, mən sənətdə nələr yaşamışam. Bizim nəsil bu sənətdə çox əziyyət çəkib. Kolxozçuların, əsgərlərin qarşısında soyuqda konsert vermişik. Bizim yaradıcılığımıza, əziyyətimizə qiymət vermədilər. Bilirsiz necədir, hər dəfə eşidəndə 25 yaşlı müğənniyə ad verilib, insana təsir edir. Belə hadisələr məni çox həvəsdən saldı, küsdürüb, səhnələrdən uzaqlaşdırdı. Heç bir konsertimdən, qastrol səfərlərimdən qonarar almamışam”,- deyə o, bildirib.
Daha sonra hərbi xidmətdə olan oğlunun görüntüsü müğənnini kövrəldib, o, verilişdə göz yaşlarını saxlaya bilməyib.
"Ölkə.Az" bildirir ki, sənətçi hamiləlik vaxtı dəfələrlə uşaq saldığını etiraf edib.
“Həyat mənə lazım olan dərsləri özüm də bilmədən öyrətməyə başladı. İndi ağrı və zərərin bir hədiyyə olduğunu öyrəndim. Boşanma mənə öyrətdi ki, əvvəlcə özünə necə qulluq etməyi öyrənməlisən və yalnız bundan sonra ana ola bilərsən”.
2012-ci ildə böyük qızı Mavi İvi anadan olandan sonra Beyons həyat və tale kitabında yeni səhifə açıb.
“Ölüb yenidən doğulurdum, özümü daha da canfəşanlıqla axtarırdım. Ən yaxşı olmaq üçün bir hədəfim yoxdur. Sadəcə sənət və məni yaşadan bir irs yaradıram,”- deyə pop ulduz vurğulayıb.
38 yaşlı pop-diva, özünü sevməyin nə demək olduğunu bu cür izah edib:
“Əgər 15 il əvvəl bədənimin bu cür dəyişikliklərə məruz qalacağını və üstəlik, qadınlıq hiss edib formalarımı qəbul edəcəyimi söyləsəydilər, inanmazdım. Analıq mənə yalnız öz görünüşümə dəyər verməyi öyrətdi, digər insanların fikirlərindən qurtulmaq isə mənə azadlıq verir”.
"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, azadlığa çıxdıqdan sonra demək olar ki, hər gün efirlərə dəvət alan sənətçi bu dəfə ARB-nin "Söhbət var" proqramının qonağı olub.
Sənətçi verilişə adəti üzrə verilişə qəzəlxan oğlu Əlhəm Dəşti ilə təşrif buyurub. Verilişin digər qonağı Manaf Ağayev olub. Üçlük proqramda canlı ifa nümayiş etdirib. Manaf Aöayevlə Fədayə Laçının muğam ifasına Əlhəm Dilqəş qəzəllə cavab verib.
Üçlüyün canlı ifasını təqdim edirik:
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, dünən vəfat edən Xalq artisti İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Yalçın Əfəndiyev rejissor kimi adını Azərbaycan kinosu tarixinə “Odla təmasda”, “Naxışların yaddaşı”, “Xatirələr sahili”, “Dostluğun təntənəsi”, “Ovçu, vurma məni”, “Sənin həyat mövqeyin”, “Azərbaycan İncəsənəti”, “Hikmətli miniatürlər”, “Ağrılı yaddaş”, “İrsimizin sorağında” sənədli və bədii filmləri ilə yazıb.
"Bugünkü görüş böyük bir tapşırığın həyata keçirilməsinin başlanğıcıdır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev "Kreativ Azərbaycan" portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda keçirilmiş paneldə deyib.
Bildirib ki, kreativ sənayeyə təkan vermək bu tədbirin əsas məqsədidir:
"Bakı dizayn şəhəri adlandırılıb ki, bu ada layiq olduğumuz sübut olunmalıdır. Bu işdə hər kəs fəal iştirak etməlidir. Bu gündən etibarən işlərə start veriləcək.
Tarix boyu Azərbaycan xalqı çox yaradıcı olub. Elə Qobustan da bunun əsas sübutudur. Qısa müddət ərzində YUNESKO-nun mədəni irs siyahısına 13 ad daxil olub. Dövlət şərait yaratmalıdır ki, insanlar yaradıcı sahəyə doğru getsin. Gəlir isə artıq iqtisadi məsələdir".
Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, gələcəkdə trendə uyğun peşə ixtisası üzrə tədrisin aparılması nəzərdə tutulub:
"Biz yaradıcı sənayedən danışırıqsa, bunun arxasında kreativ düşüncə durmalıdır. Ayrı-ayrı fənlər yox, bütün təlim tərbiyə prosesinin əsasında yaradıcı baza durur. Aşağı yaş qrupunda olan uşaqlar barədə danışırıqsa bu zaman kreativ tənqidi yanaşma vacibdir. 42 məktəbimizdə bu gün yeni layihə tətbiq olunur. Müəllimlərimiz hazırda İsraildə təlimdədirlər və gələn ildən biz məktəblərin sayını artırmaq istəyirik. Layihənin tərkib hissəsi olaraq məktəblərə 3D printerlər paylanılıb. Müasir dünyada peşə və ixtisaslar çox tez dəyişir. Növbəti tədris ilində universitetlərə qəbul yeni təsnifatla aparılacaq".
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir: "Burada imkanlar çox genişdir və birmənalı olaraq dəstəklənməsi gərəklidir. Statistikaya əsasən ölkədə işsizlik 4,9 faizdir. Bu gün əmək bazarında ciddi artım müşahidə olunur. Bu gün ölkədə yaradıcı sahənin böyük əksəriyyəti fərdi qaydada fəaliyyət göstərir. Yaradıcı sənaye əlilliyi olan şəxslər üçün çox geniş potensial daşıyır. Biz də məşğulluq zamanı bu sahəyə köklənmişik və 1500-dən çox inkluziv fərdi sahibkar yaratmağı düşünürük".
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova hazırda ölkə iqtisadiyyatının qarşısında duran əsas iki çağırış var: "Onlardan biri iqtisadi artımdır. İqtisadi artım göstəriciləri bizi qane etmir. İkimcisi isə ölkədə məşğulluğun təmin olunması məsələsidir. Əsas çağırış layiqli əməklə vətəndaşların təmin olunması durmalıdır, nəinki insanları işlə təmin etmək. Hazırda dünya üzərində də işsizlik baxımından gənclər xüsusi diqqət çəkir. Kiçik və orta sahibkarların iqtisadiyyatdakı yerinin növbəti onillikdə 70% artması nəzərdə tutulub".
Günel Hacı
Fotolar: Nuran Məmmədov
Sənətkar "Ölkə.Az"-a açıqlamasında bunları deyib:
“Heç vaxt vəzifədə, kresloda gözüm olmayıb. Amma son günlər sosial şəbəkələrdə deputatlığa namizəd olmağımla bağlı gedən müzakirələri izləyirəm. Hiss edirəm ki, illərdir sənət naminə gördüyüm işlər, hər zaman xalqımın, dövlətimin yanında olmağım cavabsız qalmayıb. İnsanlar mənim namizəd olmağıma yetərincə müsbət yanaşırlar. Əgər belədirsə, mən də onların Milli Məclisdə səsi olmağa müsbət yanaşıram. İstərdim ki, onların problemlərinin həllində, daha yuxarı instansiyalara çatdırılmasında yaxından iştirak edim”.
Xalq artisti əməkdaşımızın "hansı dairədən namizəd olmaq fikrindəsiniz" sualını belə cavablandırıb:
“Hələlik hansı dairədən namizəd olacağımı dəqiqləşdirməmişəm. Amma dairə seçimi barədə tam qərarsız da deyiləm. Çox güman ki, yaxın günlərdə namizəd olacağım dairəni də açıqlayacağam”.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayının 9-da keçiriləcək.