Xətainin heykəlinin yeri dəyişdirilirSon günlər Bakının əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır.

Heykəl indiki yerindən bir qədər aralıya, həmin küçədə yerləşən, Yeni Azərbaycan Partiyasının inzibati binasının önündəki parkın ərazisinə köçürüləcək. Şah İsmayıl Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Bundan sonra abidə ziyarətçilər üçün əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.

Qeyd edilir ki, həmin küçədə hərəkətin intensiv olması ilə əlaqədar yolun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalıb, onu ziyarət etmək istəyənlər üçün çətinlik yaradırdı. Bununla bağlı yaranan narazılıqlar ara-sıra sosial şəbəkələrdə də dilə gətirilirdi.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə müraciət etsək də, bu barədə geniş məlumat verilməyib.

Xalq artisti millət vəkili olmaq istəyir?İTV-də yayımlanan “3D” verilişinin növbəti qonağı Xalq artisti Faiq Ağayev olub.

İfaçı verilişin aparıcısı Dadaş Dadaşlinskinin “Bir zaman dedilər ki, siz Milli Məclisə namizədliyinizi verəcəksiniz? Sonra fikriniz niyə dəyişdi?” - sualına maraqlı cavab verib.

“Mən nə demişəm ki, namizədliyimi verəcəm, nə də fikrimi dəyişmişəm. Sadəcə bir dəfə media nümayəndələrindən biri mənə dedi ki, “Mən sizi o kürsüdə görürəm” mən də “Niyə də yox” cavabını verdim. Bu qədər bəsit. Ancaq sonradan bunun ətrafında müzakirələr başladı”.

Daha sonra isə müğənni:

“O ki, qaldı seçkilərə, seçki gələn ildi. Gəlin, 1 il də gözləyək, o zaman daha dəqiq cavab ala biləcəksiniz”,- deyə bu mövzuya iddialı fikir bildirib.

Daha sonra F.Ağayev ərazilərindən olan millət vəkilindən də söz açıb. O, onu layiqli namizəd görmədiyini və ona etiraz olaraq seçkilərdə iştirak etmədiyini də bildirib.

Pərvin Abıyeva sevgilisindən DANIŞDIARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.

"Ölkə.Az" xəbər verir ki, bir müddət öncə gənc bəylə görüntülənən aktrisa sevgili olmadıqlarını deyib:

“O şəxs mənim sevgilim deyildi. Problemlər yarandı. Mənə çox yaxın insandı. O hamıdan tez gəldiyi üçün o biri dostlarım gələnə kimi onu yanımda saxladım. Sevgilim məni qısqanmır. Məni tanıyır, başa düşür. Ortada konkret bir şey olmadığı üçün hər şeyi elan etmək istəmirəm.

Oturduğum yerdə başımı niyə ağrıdım? Barmağımdakı üzüyü xətrimi çox istəyən bir şəxs hədiyyə edib.

Qiymətini dəqiq bilmirəm, yarım karat olmalıdır. Kim olduğunu demirəm. Bilərəkdən diqqət mərkəzində qalmağa çalışmıram. Sadəcə qadın kimi “şık” görünməyə çalışıram. Tez-tez gözə gəlirəm. Yıxılıram, bir yerimi partladıram. Ən son dodağımı partlatmışam”.

Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdimÖtən həftəsonu populyar müğənni Kərim Abbasovun qalmaqallı açıqlamaları ilə yadda qaldı. O, əvvəlcə teleaparıcı və jurnalist Elçin Əlibeyli haqda şok iddialar səsləndirdi. Tərəflər arasında gərginlik pik həddə çatdı.

Müğənninin iddiasına görə, aparıcı Elçin Əlibəyli onunla cinsi əlaqədə olmaq istəyib. İddiaya görə, Əlibəyli onunla cinsi əlaqəyə girmək üçün illər öncə Kərimlə müqavilə imzalayıb. Kərim isə müqaviləni cırdığına görə Elçin və müğənninin keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova əlbir olaraq ona qarşı oyun oynayıblar.

Bununla da ürəyi sakitləşməyən Kərim keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova haqqında şəxsi “Instagram” hesabında inanılmaz açıqlama verib. Abbasov qarşı tərəfin şərəf və ləyaqətini alçaldacaq sözlərlə Səmədovanı hədələyib.  

Abbasovun Səmədova haqqında yazdığı açıqlamalardan sonra Təranə şəxsi “Instagram” səhifəsində keçmiş həyat yoldaşı Kərimin keçmiş şəxsi həyatı ilə bağlı dəhşətli iddialar yazıb. 

Xoşagəlməz hadisələr burulğanına düşən prodüser Təranə Səmədova Oxu.Az-ın kamerası önünə keçərək, keçmiş həyat yoldaşı Kərim Abbasov haqqında şok iddialar və açıqlamalar səsləndirib.

Səmədova Abbasovun uzun illər məşhur modelyer oğlanla sevgili olduğunu və onların dəfələrlə görüşdükləri haqqında inanılmaz iddialar səsləndirib. Məşhur prodüser Təranə Səmədova Kərim Abbasovun gizlinlərini bir-bir üzə çıxarıb.

Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlıAzərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu ilə yeni qaydaların icrasına başlanılıb.

Bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

Dəyişikliklərə əsasən, müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmətin icra müddəti artıq 20 iş günü ərzində deyil, “Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş rüsumlara uyğun müddətdə icra ediləcək.

Qərara uyğun olaraq, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumlar fərqlidir.

İcazə vəsiqəsi on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 40 manat, 6 ayadək 80 manat, 1 ilədək 160 manat, 1 il 6 ayadək 240 manat, 2 ilədək 320 manat, 2 il 6 ayadək 400 manat, 3 ilədək 480 manat məbləğində rüsum ödəniləcək.

Vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, 1 il 6 ayadək 180 manat, 2 ilədək 240 manat, 2 il 6 ayadək 300 manat, 3 ilədək 360 manat məbləğində rüsumu müəyyən edilib.

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 25 manat, 6 ayadək 50 manat, 1 ilədək 100 manat, 1 il 6 ayadək 150 manat, 2 ilədək 200 manat, 2 il 6 ayadək 250 manat, 3 ilədək 300 manat məbləğində rüsum ödənilməlidir.

Bu kateqoriyadan olanlar üçün vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 15 manat, 6 ayadək 30 manat, 1 ilədək 60 manat, 1 il 6 ayadək 90 manat, 2 ilədək 120 manat, 2 il 6 ayadək 150 manat, 3 ilədək 180 manat məbləğində rüsum ödənilməlidir.

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 60 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat məbləğində rüsum müəyyən edilib.

Bu kateqoriyadan olan şəxslərə vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 40 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Bununla yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi tələb edilir.

Bu qərar artıq noyabrın 16-dan qüvvəyə minib.

Bakıda iş adamının toyu oldu, qara geyim tələb etdi

Dünən Bakıdakı məşhur otellərin birində iş adamı Hüseyn Əliyevin toyu olub.

“Qafqazinfo” xəbər verir ki, o, Səma Mirzə adlı xanımla ailə həyatı qurub. Toy maraqlı məqamlarla yadda qalıb. Belə ki, dəbdəbəli məclisdə “dress code” şərti qoyulub və hər kəsdən qara geyinməsi tələb olunub.

Qonaqların əksəriyyətinin bir rəngli geyimdə qatıldığı məclisi müğənni Zamiq Hüseynov aparıb. Lakin gecənin əsas konsepti “Eurovision” olub. Buna səbəb toyda Azərbaycanı sözügedən müsabiqədə təmsil edən sənətçilərin səhnədə ard-arda çıxış etməsidir.

Ötən gecə toyun səhnəsində Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova, Elnur Hüseynov, Samir Cavadzadə, Diana Hacıyeva (Dihaj), Aysel Məmmədova (Aisel) yer alıb.

Qeyd edək ki, H. Əliyev Bakıdakı məşhur aksessuar şirkətlərindən birinin rəhbəridir.

Tədbirdən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

 









 
Aparıcı Zaur Kamal "5/5" verilişində sənət adamları haqda qalmaqallı açıqlama verib.

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, o, xanım ifaçıların evli kişilərlə gəzdiyini deyib:

"Ailə lazımdır. Amma bizim müğənnilər gedib evli kişilərlə gəzir. Arvadı, uşağı olan kişini gətirib otuzdurur yanında. Görür başqa qadının həyat yoldaşıdır, amma əhəmiyyət vermirlər. Müğənnilərin əksəriyyəti kiminsə evini dağıdır. Çünki pulu var, onu saxlayacaq".

"Xaricdən günü 30 min avroya aktyor dəvət edirlər, öz aktyorumuza isə 200 avro ödəyirlər" — Xalq artisti "OD PÜSKÜRDÜ"

“Heç aktyoru da gündəlik 20-30 manata filmə çəkərlər?” – Xalq artisti od püskürdü Son zamanlar aktyor və aktrisaları aşağı qonorarla film və seriallara dəvət edən rejissorlar tənqid olunur. Bu mövzuyla bağlı Xalq artisti Əli Nurla əlaqə saxlayıb, bu mövzuda onun fikirlərini öyrənməyə çalışdıq.
“Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, aktyorların məvacibinin az olmasından gileyləndi:

“Dünyanın bir çox ölkəsində incəsənət nümayəndələri tam təmin olunur. Onların şəraiti, filmlərdən, tamaşalardan qazandıqları qazancları çox yüksəkdir. Deyirlər, “Pul əl çirkidir, ancaq həqiqətdə bu, belə deyil. Pul hər şeyi olmasa da, çox məsələləri həll edir. Aristotel öz dövründə“Pulsuz insan, şərəfsiz qoldur”,-deyib. Bununla da bütün o, bir kəlmə ilə hər şeyi açıq şəkildə izah edib”.

Xalq artisti rejissorluq peşəsi ilə məşğul olub, lakin sənəti tam qavramayanlardan da söz açıb:

“Azərbaycanda bütün çəkilən seriallar naşı adamların əlindədir. Naşı adamlar əyalətçi olur, orta əsrlər, daş dövrü düşüncələri ilə yaşayırlar. Məsələn, filmlərdə kastinqlərdən çıxmış, aktyor və aktrisalar çəkilməlidir. Həmçinin uşaqlar da min dəfə sınaq çəkilişlərdən sonra filmə çəkilməkləri təsdiqlənməlidir. Ancaq çox təəssüf ki, biz bunu görmürük. Bu çəkiliş meydançalarında sənətkarlara qiymət verilmir. Filmə çəkilmək üçün artistə elə bir qonarar verilir ki, vallah, adam deməyə xəcalət çəkir.

Heç aktyoru da gündəlik 20-30 manata filmə çəkərlər? Mənim fikrimcə, aktyor bir çəkiliş gününə 1000 manat almalıdır. Rol oynamaq bəyəm asandır? Rol oynamaq həm çətin, həm də böyük məsuliyyətdir.

Akademik çıxır səhnəyə əl - ayağı əsir, dili quruyur onu dinləyənlərin qarşısında, 10 dəqiqə çıxış edə bilmir. Siz indi düşünün, aktyorluq necə çətin sənətdir. Aktyor səhnədə tamaşaçı ilə canlı ünsiyyətdə olur. O, 3-4 saat sənət göstərir, tamaşaçıya oynadığı rolu yaşadır. Onda yeni fikirlər, təfəkkür yaradır. Ancaq əfsuslar olsun ki, akyorlara lazımı qiymət verilmir”.

Akyor filmlərə ayrılan pulların doğru yerə xərclənmədiyini də bildirib:
"O zamanlar rejissorlar maaşa işləyirdi, film üçün ayrılan pullara əllərini uzada bilməzdilər, buna ixtiyarları çatmazdı. Ancaq indi elə deyil, hamı öz kefindədir. Məsələn, bir filmə 500.000 manat pul ayrılırsa, onun 400.000 manatı mənimsənilir. Bir də görürsən ki, katibə və ya şou-biznesdə olan, amma istedadı olmayan xanımlar 300-500 minlik, yarım milyonluq avtomobil sürür. Kimi sevgilisinə ev alır, kimi avtomobil, kimi özünə bağ alır. Sözsüz ki, yerdə qalan pula isə ortaya ancaq keyfiyyətsiz işlər qoyulacaq. Burada hansı sənətdən danışmaq olar? Ancaq baxırsan illərin Xalq artistləri, sənətkarları avtobus, metro ilə işə gedir. Vallah, bəzən onların maaşı ayın sonuna qədər yol puluna da çatmır. O qədər problemlər var ki, danışdıqca, bitən deyil. Mən inanıram ki, bu problemlər zamanla öz həllini tapacaq. Buna vaxt lazımdır. Ancaq bu vaxt axımında bizim nəsil çox əzab çəkdi”,- deyə Xalq artisti əlavə edib.

Sənətkar gənc rejissorları debata çağırmaq istəyini də dilə gətirib:

“Mən istəyərdim ki, o serialları çəkən rejissorları debata çağırım. Onlara serial, film necə çəkilir başa salım, master- klass keçim. Bu çəkilişləri naşı, pinti adama tapşırmaq olmaz. Hərə öz sevgilisini, qohumun, məşuqəsini dəvət edib filmə çəkir. Ayıbdıraxı, biabırçılıqdı vallah. Sənəti bu dərəcədə ucuzlaşdırmaq olmaz. Sonra rejissorlar şikayət edirlər ki, niyə seriallara baxmırsınız? Ay qardaş, sən rolu düz bölmürsən, tamaşaçının burada nə günahı var? Rolun bölgüsü rejissorun estetik zövqüdür. Siz “O, olmasın, bu olsun”filminə baxırsınız, görürsünüz orada rollar necə düzgün formada bölünüb. Digər köhnə filmlərimizdə də rejissorların necə zövqlə işlədiyinin şahidi oluruq. O rejissorlar güclü məktəb keçmişdilər, daima öyrənirdilər”.
Xalq artisti filmlərin mütləq peşəkarlar tərəfindən lentə alınmasının vacibliyini də vurğulayıb.

“Baxın, o zamanlar Sovetlər birliyində Rusiyada film çəkəndə 200 aktrisa seçimlərə iştirak edirdi. Birdə görürdün ki, rejissor heç birini bəyənmirdi. Başqa ölkədən xüsusi ilə aktrisa dəvət edirdilər. Çünki, o işdə bir sənət vardı. Sən Tolstoyun, Dostoyevskinin əsərinə necə zəif aktrisanı çəkə bilərsən?
Ancaq əfsuslar olsun ki, bizdə belə deyil. Kim nəyi necə bacarırsa, kimi istəyirsə çəkir. Təsəvvür edin film gedir, ancaq danışıqdan ibarətdir, hadisə yoxdur. Çünki, hadisəni çəkə bilmirlər”.

Sonda peşəkar aktyor öz qonararını da açıqlayıb:

“Mənim bir çəkiliş günümün qonararı 500 manatdır. Reissorlara açıq – aşkar demişəm ki, bu məbləğdən 1 qəpik aşağı versəniz, gələn deyiləm. Mən ac, rolsuz qalaram, ancaq aşağı məbləğə çəkilmərəm. İnsan gərək birinci özünə dəyər versin ki, ətrafdakılar da onun qiymətin bilsin. Necə olur film çəkirlər, Gürcüstandan aktyor dəvət edirlər. Əcnəbi aktyorun hər çəkiliş gününə 30.000 avro, azərbaycanlı aktyora isə 200 avro ödəyirlər. Məgər bizim aktyorlar onlardan istedadsızdırlar? Ayıb deyil? Biz özümüzə nə zaman qiymət verməyi bacaracağıq?”
Sumqayıtda 60 il sonra yeni kinoteatr...

Sumqayıtda 60 il sonra yeni kinoteatr fəaliyyətə başlayacaq.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev yayıb. O, bildirib ki, artıq binada görülən işlər yekunlaşmaq üzrədir.

E. Qocayev bundan öncə də verdiyi açıqlamada üç zaldan ibarət olacaq kinoteatrın şəhərin 70 illiyi ərəfəsində kinosevərlərin ixtiyarına veriləcəyini qeyd etmişdi: 

“Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilib. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək”.

Qeyd edək ki, ötən ay Sumqayıt bazarı ətrafında yerləşən, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli də oradan sökülərək sözügedən yeni kinoteatrın qarşısında ucaldılıb. 

Günel Hacı

 

 
Xuraman 4-cü uşağı üçün Afrikada qurban kəsdirdi

Bir neçə gün bundan əvvəl ana olan müğənni Xuraman Şuşalı Afrikada qurban kəsdirib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.

O, yeni doğulan qızı Məryəm üçün Afrikada qurban kəsdirib. Xuraman sosial şəbəkədə qurbanın kəsilmə anının görüntülərini paylaşaraq aparıcı Turan İbrahimova təşəkkür edib. İfaçı aparıcının vasitəsi ilə belə addım atdığını qeyd edib.

Qeyd edək ki, X. Şuşalı Elçin adlı şəxslə ailəlidir, onun bu nikahdan 4 övladı var.