Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Sənətçinin Əməkdar artist Manana Caparidze ilə yaydığı fotoya yazdığı şərh müzakirələr səbəb olub.
Nadir “kübarlıq başqa şeydir. Müsəlman adını daşıyan bəzi müğənnilərimiz, xristian qadından qadınlığı öyrənin” yazaraq xanım həmkarlarına söz atıb.
İfaçının bu fikri instaqram istifadəçiləri tərəfində birmənalı qarşılanmayıb. Nadir fikirlərinə görə tənqid olunub.
O, son zamanlar yaşadığı qalmaqallara fikir bildirdikdə bu sözləri deyib:
“Məni kimsə əsəbiləşdirməsin. Mənimlə heç kimin işi olmasın, mənim də kiminləsə işim yoxdur. İnsanlar var ki, onlar ruhi xəstədir. O insanlara Allahdan şəfa diləyirəm. Bu sənətdə dost yoxdur. Nevrozam, başınıza dönüm, əsəbiyəm, çılğınam”.
Qeyd edək ki, Aşıq Əli son olaraq xanəndə Elnarə Abdullayeva ilə bir neçə dəfə qalmaqal yaşayıb. O, hətta Xəzər televiziyasında yayımlanan “Ay Zaur” verilişində aparıcının xanəndəni efirə qoşduğunu etiraz edərək, studiyanı tərk edib.
Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, dostlarına etdiyi köməkliklərdən də danışıb:
“Dəfələrlə olur ki, bir də bu insana köməklik etmərəm deyirəm, amma yenə də edirəm. Kişi doğulanda kişi olur, sonradan kişi olmur. İnsanın genində olmalıdır. Bir dəfə uşaq vaxtı ətrafıma dostlarım yığılmışdı. Atam da görüb dedi ki, yenə bunları yığmısan başına?
Dedim ki, ay ata, sənin dostların yaxşıdır, mənimkilər pis?! Atam da dedi ki, oğul, onlardan sənə dost olmaz. Mən onların kimin oğlu olduğunu, necə insan olduqlarını bilirəm. Sonradan böyüdüm gördüm ki, atam düz deyir.
Kişilik məşq etməklə olmur. Mən insan tanıyıram ki, çox kasıbdır, amma qüruru var. Bir dəfə də olsun deməyib ki, problemim var! Özüm hiss etmişəm və ona “Vaz 2107” avtomobilini bağışlayıb dedim ki, al, sən buna layiqsən. Mən dostlarıma belə dost olmuşam”.
Ailənin yaxını Çingiz Əliyev evin üç ay müddətində hazır vəziyyətə gətirildiyini deyib.
Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb.
Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.
Oxu.az-a istinadən xəbər verir ki, Rəqsanənin əri Fazil ilk dəfə kameralar önünə keçərək, indiki arvadı İsmayılova ilə necə tanış olması barədə danışıb. O, “Rəqsanə toydan toy yox, məni tutdu” söyləyərək maraqlı açıqlamalar verib:
“Bizim tanışlığımız ailəmizin toy məclisində oldu. Ağstafa rayonunda qardaşımın xeyir işi idi. El məclisində təkcə Moskvadan 200-ə yaxın qonaq dəvət etmişdik. Böyük toy idi. Toyda oxuması üçün Rəqsanə 13 min dollar pul istəmişdi. Yazıq qardaşım da gəldi dedi ki, bunlar göylə gedir. Mən əlimdə mikrofon toyda danışırdım, bir də gördüm ki, məclisin yiyələrindən biri Xanlar müəllim mikrofonla söylədi ki “Səhnəyə Rəqsanə gəlir”. Mən də dedim ki, “Ay kişi görmürsən mən danışıram?” Oğlum da rus dilində dedi ki, “Папа что за Леди Гага” (Bu Ledi Qaqadır ki: red). Pul söhbəti etmədi. Toydan öncə yenidən görüşdük, söylədi ki, mən sizin toyunuzu gəlib apararam. Səhər isə zəng vurub dedi ki, Lenskiy prospektdə bir mağaza var, orada çox gözəl bir əlbisə var, onu mənə alın. Allaha and olsun, qiyməti 12 min dollar idi. Həmin mağazanın administrasiyasından tutmuş bütün işçilərinə kimi çağırıb, endirim etmələrini istədim. Rəqsanə həyatıma daxil olandan sonra sanki yenidən dünyaya gəldim”.
Sənətçi həyat yoldaşı Fazilin önündə əyləşərək iki qız övladı ilə bağlı maraqlı açıqlamalar verib. O, Aysun ilə Yağmurun Fazilin soyadını daşıdığını etiraf edib:
“Bizim dörd övladımız var. Aysun, Yağmur ötən il doğulan əkizlər qızım Mehrimah, oğlum isə Muhammed. Onu da bildirim ki, Fazil bəyin daha iki övladı var (qız, oğlan). Heç kəs ağlına belə gətirmirdi ki, Rəqsanə hər şeydən uzaqlaşıb, beş il Moskvada qala bilər. Amma qaldım. Fazil bəy mənim qızlarıma öz soyadını verib. Hər iki qızım - Aysun və Yağmur Əmiraslanova Fazil qızı soyadını daşıyır. Fazil qızlarımın bütün sənədlərini sıfırdan dəyişib, öz soyadını verdi. Bu onun öz şəxsi istəyi ilə olub. Anama hər zaman deyirdim ki, varlı, pullu kişi axtarmıram. Elə bir həyat yoldaşı istəyirəm ki, qoy kasıb olsun, amma bizə sahib çıxa bilsin, arxamızda dura bilsin, dərdimizi başa düşsün. Fazil çox ağır xarakterə malikdir. Onu hər insan qəbul edə bilməz. Fazil bir dəqiqə içərisində hər şeyi silib, çıxıb gedə bilər”.
Bir il öncə əkiz uşaq dünyaya gətirən müğənni, doğulan körpələrin hazırkı sağlıq vəziyyətlərindən danışıb. “Oğlum Muhammed ölüm-dirim savaşı apardı. Çox çətinlik çəkdi. Dörd-beş ay məcburi şəkildə xəstəxanada qaldı. Bizimdə ümidimiz yox idi ki, uşaq salamat qala bilər. Xəstəxanaya gələnlər, çoxlu sayda zənglər oldu. Oradan bildirilmişdi ki, biz heç bir məlumat verə bilmərik. Yəni hər şeyi sirr saxlaya bilən bir xəstəxanada yatırdım. Düşünürəm ki, bir neçə ildən sonra bəlkə yenə dünyaya bir-iki övlad gətirəcəyəm (gülür)”.
Daha sonra R.İsmayılova xanım həmkarlarını efir vasitəsilə məsxərəyə qoyaraq, ələ salıb. O, bəzi sənət yoldaşlarının efirdə “həci” sevgililəri ilə öyünmələrini başlarına qaxınc edib:
“O xanım müğənnilər həyat yoldaşlarını deyil, sevgililəri haqqında çıxıb efirlərdə danışırlar. Ərə getmisən, canın sağ olsun. Tutalım ki, heç ərə də getməmisən, o kişi sənin yanındadır, ailəsi də var, sənə də baxır. Məcburdurmu, hansısa verilişə çıxan kimi həmin dəqiqə “Həci belədir, Həci bunu dedi, Həci mənə bunu alıb, hədiyyə etdi” söyləyəsən? Ayıbdır axı. Bu “həci”ləri niyə axı hörmətdən salırsınız? “Həci” adını layiqincə qazanan insanlar var. Onlar Allahın evinə gedirlər, səhərə kimi Allaha dua edirlər. Bu insanları hörmətdən salmaq sizin başınız üçün deyil. Bunu belə etməyin. Həyatında kimdə varsa, var da... Niyə axı sənə efirə gələn kimi “Həci”dən sual verirlər? Demək sən özün bu şəraiti yaradırsan. Yaratma da... Ərim var. Ər başqa şeydir. Ərdə olanda nikah kağızı olur. Qanuni həyat yoldaşı olanda kişi bir xanımın yanında olur və onun da nikahı olur. Hamı da bilir ki, filankəsin həyat yoldaşı budur. Amma əgər evdə arvadı varsa, gəlib mənim yanımda oturursa, bu artıq ər sayılmır. Mən aydan arı, sudan duru demirəm özümə. Çünki mənim də həyatımda səhvlərim çox olub. Həyatımda, efirdə, televiziyada çox sərt açıqlamalar vermişəm və çox səhv hərəkətlər etmişəm. Bunlara görə isə mən özümü heç bağışlamıram. Həyat yoldaşım da var, evliyəm. Bu günə kimi məni həyat yoldaşımla birlikdə heç kim heç yerdə birlikdə görməyib. İlk dəfə hamı sizin verilişdə görəcək”.
Əməkdar artist Vasif Məhərrəmli Xəzər televiziyasında dava salıb.
Mühafizəçi Zaur Kamalın “5-də 5” proqramına gələn müğənnidən telefonu təhvil verdikdən sonra canlı yayıma qatılmasını tələb edib.
Məhərrəmli telefonu vermək istəməyib və səs-küy salıb. “Get gözətçiliyini et” deyə ucadan qışqıraraq etiraz edib. Nəticədə mühafizəçi ilə sənətçi arasında narazılıq yaranıb.
Aparıcı onun bu hərəkətinə haqq qazandırmayıb və çəkilişə gələn hər kəsin telefonu mühafizəçiyə təhvil vermədən studiyaya daxil olmasının mümkünsüzlüyünü bildirib. Verilişdə Vasiflə birgə qonaq olan Xatirə İslam da Zauru dəstəkləyib. Sonda Vasif də səhvini etiraf edib, problem olmadığını bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
“Mənim üçün xoşdur ki, xarici ölkədə həmkarlarım adımı çəkir, tərifləyir. Məni tanıyırlar, sənətimdən xəbərdardılar. Daha xoşdur ki, xaricdə mahnılarıma müraciət edilir”.
Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Sevda Ələkbərzadə deyib. Müğənni “O səs Türkiyə”də müğənni Murat Bozun onun haqda danışmasından və Ayşenur Gül adlı qızın ifasından bəhs edib:
“Oxuyan qız azərbaycanlı deyildi. Oxu tərzini məndən öyrənib mənə də oxşamalı idi. İnstaqramda mənə bir çox dövlətdən musiqiçilər yazır. Ötən il İngiltərəyə “Elə demə” mahnımın “playback”ını göndərmişdim. Həmin xanım mahnımla Londonda universitetə daxil olmuşdu. Bu mahnını 10 il əvvəl oxumuşam, hələ də aktualdır. İllər əvvəl bunu oxuyanda, bəziləri başa düşmürdü. Deyirdim ki, bu, qalacaq”.
Ələkbərzadə Türkiyədə tanınsa da, oranın şou-biznesinə can atmadığını bildirib:
“Heç vaxt özümü pulla piar etməmişəm, bazar üçün çalışmamışam. Nə Türkiyədə, nə Azərbaycanda pullu piar etdirmirəm. Bundan sonra bilmirəm necə olacaq. Yetər ki, sənətin yaxşı olsun. Hamı gəlib səni tapacaq”.
Noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.
Oxu.Az-a istinadən xəbər verir ki, noyabrın 23-də VDNX-nin Kosmonavtika və Aviasiya Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər.
Tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən “Roskonqres” Fondunun yardımı ilə təşkil ediləcək.
Rusiya-Azərbaycan Regionlararası Forumu dialoq üçün unikal bir platformadır. Noyabrın 22-də forumun işgüzar proqramını Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar.
Proqrama Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının iclasları, habelə nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirməsinə dair dəyirmi masalar daxildir.
Rusiya Prezidentinin müşaviri Anton Kobyakov deyib ki, forum Rusiya ilə qonşu respublikaların, o cümlədən, Qazaxıstan, Tacikistan, Azərbaycan, Qırğızıstan arasında əlaqələrinin inkişafına yönəlmiş addımların davamıdır.
“Buna görə də əsas məqsəd hökumət və iki dövlətin biznes nümayəndələri arasında sərbəst ünsiyyət üçün şəraitin yaratmaqdır”, – A.Kobyakov əlavə edib.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksin Oreşkin isə qeyd edib ki, ölkələr arasındakı yüksək səviyyəli qarşılıqlı əlaqə təkcə müvafiq qurumların birgə işi deyil:
“Bu, həm də mövcud problemlərin həllində və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməkdə fəal iştirak edən birliyin qətiyyəti ilə bağlıdır. Rusiya və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini və kənd təsərrüfatı sektorunda vahid əməkdaşlıq sisteminin formalaşmasını davam etdirəcək.
Ölkələrimizin qarşısında nəqliyyat, texnoloji modernləşdirmə sahəsində böyük vəzifələr durur. Turist axınının və qarşılıqlı səfərlərin çoxalması istiqamətində işlər görülür. Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi davam edir”.
Qeyd edək ki, 2018-ci ildə keçirilən forum Rusiya və Azərbaycan dövlət orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, təhsil və elm müəssisələrinin, medianın mindən çox nümayəndəsini bir araya gətirmişdi.
Forum zamanı 17 müqavilə imzalanmışdı.