Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, dostlarına etdiyi köməkliklərdən də danışıb:
“Dəfələrlə olur ki, bir də bu insana köməklik etmərəm deyirəm, amma yenə də edirəm. Kişi doğulanda kişi olur, sonradan kişi olmur. İnsanın genində olmalıdır. Bir dəfə uşaq vaxtı ətrafıma dostlarım yığılmışdı. Atam da görüb dedi ki, yenə bunları yığmısan başına?
Dedim ki, ay ata, sənin dostların yaxşıdır, mənimkilər pis?! Atam da dedi ki, oğul, onlardan sənə dost olmaz. Mən onların kimin oğlu olduğunu, necə insan olduqlarını bilirəm. Sonradan böyüdüm gördüm ki, atam düz deyir.
Kişilik məşq etməklə olmur. Mən insan tanıyıram ki, çox kasıbdır, amma qüruru var. Bir dəfə də olsun deməyib ki, problemim var! Özüm hiss etmişəm və ona “Vaz 2107” avtomobilini bağışlayıb dedim ki, al, sən buna layiqsən. Mən dostlarıma belə dost olmuşam”.