Kaspi.az-a istinadən yazını təqdim edir.
Deyir ki, incəsənət xüsusi istedad tələb edir və bu da hər adama qismət olmur. İncəsənət sahəsində nəticə əldə etmək üçün isə, istedadını zəhmətinlə birləşdirməlisən. Əks halda, bu istedad bir işə yaramaz.
Müsahibim xalq artisti Yasin Qarayevdir. Bu dəfə xalq artistinin uşaqlıq və gənclik illərinə nəzər saldıq.
Y.Qarayev deyir ki, hər dəfə uşaqlıq illərindən söhbət düşəndə nədənsə, Nüsrət Kəsəmənlinin "Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox" misraları yadına düşür: "Rəhmətlik anam Zinhar xanım həmişə deyirdi ki, atam Mikayıl Qarayev əslən şəmkirli olub. Anamın babaları isə Şəmkirə Ağcabədidən köçüb, orada yurd salıblar. Anam gənc yaşlarında ailə həyatı qurub. Atam direktor işləyirdi. İkinci Dünya Müharibəsi başlayanda, onu əsgərliyə aparıblar. Müharibədə yaralanan atam geri qayıtsa da, aldığı yaradan qısa müddətdə - 1946-cı ilin may ayında, hələ 28 yaşı olarkən dünyasını dəyişib. Atamın ölümündən iki ay sonra mən dünyaya gəlmişəm. Amma anam sənədlərimi düzəldərkən atamın ölüm gününü mənim doğum günüm kimi qeyd etdirib. Deyirlər ki, qadınlar ana olduqdan sonra kamilləşirlər. Mənim anam da kamil və müdrik qadın idi. 50 il o mənə həm ana, həm də ata əvəzi olub".
Həmsöhbətim deyir ki, uşaqlıq illəri keçən əsrin 50-ci illərinə təsadüf edib: "Mənim 4 yaşım olanda, anam ikinci dəfə ailə qurdu. Kasıb ailə idik. Ögey atam Yunis həkim çox gözəl insan idi və Qapanlı kəndində həkim işləyirdi. Müharibə dövründə o həkim işləyib. Almanlara əsir düşdükdən sonra İtaliya partizanlarına qoşularaq əsirlikdən qurtulmağı bacarıb. Elə bir dövr idi ki, əsir düşən adamlara iş vermir, onları incidirdilər. Bir çoxları həbs olunurdu. Mən uşaqlığımın o dövrlərini çox çətinliklə xatırlayıram. 14 yaşıma qədər Qapanlı kəndində böyüdüm".
Məndə sənətə qarşı sevgi yarandı
Yasin Qarayev 1953-cü ildə birinci sinfə gedir. Ancaq məktəb 7 illik olduğu üçün, 14 yaşına qədər orada oxuyub: "Məktəbdə dərslərimi yaxşı oxuyurdum. Ədəbiyyata xüsusi marağım var idi. Xüsusilə humanitar fənlərə həmişə hazırlıqlı olurdum. Məktəbdə yaxşı dostlar qazanmışdım. Həmin vaxt bir partada oturduğum dostlarımla indi də əlaqə saxlayıram, mehriban münasibətimiz hələ də davam edir. Hamı kimi mənim də məktəbdə dəcəllik etdiyim vaxtlar olub. Mən də dərsdən qaçmışam. Elə günlər olub ki, uşaqlarla dava-dalaş etmişik. İndi o illəri xoş bir xatirə kimi yadımda saxlayıram. Hərdən o illərə geri qayıtmaq da istəyirəm. O dövrün qanunlarına görə pambıqçılıqla, üzümçülüklə məşğul olan kəndin məktəblərində oxuyan uşaqlar sahəyə gedib işçilərə kömək etməli idi. 60-cı illərdə Daşkəsən Texniki Peşə Məktəbinin müəllim heyəti gəlmişdi. Mən onlarla ünsiyyətdə oldum. Birdən məndə onlarla getmək və texniki peşə məktəbində oxumaq arzusu yarandı. 7 illik məktəbi bitirib sənədlərimi peşə məktəbinə verdim. Daşkəsən şəhərinin fəhlə gənclər məktəbinə getdim və iki il həmin məktəbdə oxudum. Dülgərlik sənətinin sirlərini öyrənirdim. Həmçinin, özfəaliyyət dərnəklərinə üzv olmuşdum. Daşkəsənin kəndlərinə gedərək konsertlər verir, səhnəciklər hazırlayırdıq. Mən "Şofer oğlan", "Qonşu qız", "Nazlana-nazlana" mahnılarını oxumuşdum. Hətta yaxşı oxuduğuma görə səsimi lentə yazıb kinoklubda səsləndirmişdilər. Yadıma gəlir ki, 1962-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında mahnı ifa etdim. Bu ifama görə mənə diplom verdilər. Bu mənim sənət yoluma böyük bir təkan verdi və sonrakı yaradıcılığım üçün mayak rolunu oynadı. Beləliklə, məndə sənətə qarşı sevgi yarandı. Amma aktyorluq ağlımdan da keçmirdi. Peşə məktəbini bitirdikdən sonra bizi Sumqayıtda işləməyə göndərdilər. Qısa bir müddət orada tikintidə işlədim. Amma işləmək istəmirdim. Sənədlərimi götürüb atamın direktor işlədiyi kəndimizə qayıtdım. 11-ci sinfi atamın direktor işlədiyi məktəbdən məzun olmaq istəyirdim. O vaxt 11 illik sistemə təzə keçilmişdi. İmtahan verərək 9-cu sinifdən birbaşa 11-ci sinfə keçdim. Attestatımı alıb 1963-cü ildə Bakıya gəldim".
Axşama kimi küçələri gəzirdim
Müsahibim deyir ki, ilk gəldiyində Bakıda qalmağa nə yeri var idi, nə də tanıdığı bir kimsəsi: "Yunis həkimin məktubunu bir ünvana çatdırdım. Bakıda onun uzaq qohumları yaşayırdı. Bir qədər onlarda qaldım. Bütün günü küçələrdə gəzir, elanları oxuyurdum. Ev yiyəsi polis olduğuna görə, səhərlər mənimlə birgə çıxdıqdan sonra qapısını açarla bağlayır, işə gedirdi. Axşam o, işdən qayıdana kimi mən küçələrdə qalırdım. Bir gün Bakı Keşlə Ət Kombinatı nəzdində texniki peşə məktəbinin elanını oxudum. Elanda peşə məktəbi tələbələrinə yemək, qalmağa yer və paltar verdiyi yazılırdı. Mənə də elə bu lazım idi. Sənədlərimi götürərək Keşləyə getdim. Raisa Rəsulbəyova adlı bir qadın məktəbin direktoru idi. Özümü təqdim etdikdən sonra məni bəyəndi. Məktəbin binası ət kombinatını həyətində yerləşirdi. Yataqxanada qalmağa yer verdilər. Yeməkxana da yaxınlıqda idi. Bu yeməkxana fəhlələr üçün olsa da, gündə 3 dəfə bizə də yemək verirdilər. Məktəbə avqust ayında qəbul olduğuma görə, dərs başlayana qədər gözləməli idim. Rus dilini öyrənmək üçün rus bölməsinə ərizə vermişdim. Bir il sonra 1964-cü ildə məktəbi bitirdim. Anamın ən böyük arzusu mənim müəllim olmağım idi. İstəyirdi ki, atamın peşəsini davam etdirim. Həmin il Xarici Dillər İnstitutunun axşam şöbəsinin ingilis dili fakültəsinə qəbul oldum. Anamın əmisi oğlu Oruc Musayev qəbul komissiyasının sədri idi. Düzü, məni fakültəyə tanışlıqla qəbul etdilər. Amma həqiqətən də yaxşı oxuyurdum. 3-cü kursa qədər orada təhsil aldım".
"Arşın mal alan"da Vəli rolunu ifa etdim
Tale elə gətirir ki, üçüncü kursda Yasin Qarayevin incəsənətlə yolları bir daha kəsişir: "Üçüncü kursda oxuyanda, qrammatika müəllimimiz gördü ki, mənim incəsənətə meylim var. Dedi ki, sabah İncəsənət Universitetinə gəlib, bizim məşqimizə baxarsan. Özü ingilis dilini yaxşı bildiyinə görə onu oraya qəbul ediblər. Universitetdə gördüm ki, müəllimimiz Otellonun monoloqunu ingilis dilində deyir. Səməndər Rzayev, Rza Təhmasib, Rafiq Hüseynov həmin kursda idi. Bu, mənim sənətə gəlməyim üçün ikinci təkan oldu. Qəti qərara gəldim ki, ingilis dilini atıb, İncəsənət Universitetinə daxil olacam. 1967-ci ildən İncəsənət İnstitutunun komediya aktyorluğu fakültəsinə daxil oldum. O vaxt bu fakültədə tələbə az olurdu. Fakültənin yalnız axşam şöbəsi var idi. Dövlət imtahanına "Arşın mal alan"ı hazırladıq. Kursumuzun rəhbəri Rza Təhmasib idi. Diplom tamaşasında "Arşın mal alan"da Vəli rolunu ifa edirdim. Nəsibə Zeynalova isə Cahan xala rolunda idi. Rza müəllim mənə "5" yazdı. Bu, mənim üçün çox böyük göstərici idi. Onu təəccübləndirə bilmişdimsə, deməli, böyük iş görmüşdüm".
Xalq artistinin hərbi xidmət illəri Baltikyanı ölkələrdə keçib: "1973-cü ildə institutu bitirib hərbi xidmətə yollandım. Hərbi xidmət illərim Baltikyanı ölkələrdə keçib. Mən Kalininqrad vilayətinin Baltisk şəhərinə düşmüşdüm. İnşaat batalyonunda xidmət edirdim. Həmin vaxt biz vətənə qulluq etdiyimizi düşünürdük. Sonradan başa düşdüm ki, bu, heç bizim vətən deyilmiş. Bir illik hərbi xidmətdə çox şey öyrəndim".
Hərbi xidmətdən qayıtdıqdan sonra müsahibim bir müddət qədər Tədris Teatrında işləyir: "Bu, institutun nəzdində fəaliyyət göstərən teatr idi. Amma tamaşalar peşəkar şəkildə hazırlanırdı. Bütün klassiklərin əsərləri səhnəyə qoyulurdu. Yaşar Nuri, Həsən Əbluc, Şahmar Ələkbərov, Əliqismət Lalayev orada işləyirdi. Həmin ərəfədə Gənc Tamaşaçılar Teatrının işçiləri öz ərizələri ilə işdən çıxmışdı. Teatrda böyük bir boşluq yaranmışdı. Mənə dedilər ki, teatra aktyor lazımdır. Rektor soruşdu ki, orada işləmək istəyirsənmi? Cavabım "bəli" oldu və teatra gəldim. Məni yoxladılar və səsimi bəyəndilər. Mən ifa edəndə qocaman aktyorlar gəlib səhnənin arxasından qulaq asırdılar. Teatrda ilk rolum "Hacı Qəmbər" tamaşasında Vəli rolu olmuşdu. 45 ildir ki, orada çalışıram. 1991-ci ildə əməkdar artist, 2006-cı ildə xalq artisti fəxri adına layiq görüldüm".
Həmsöhbətim sonda gənclərə öz tövsiyələrini də verdi: "Bu, elə bir sənətdir ki, insandan istedad tələb edir, istedad isə hələ ana bətnində yaranır. Öz zəhmətinlə istedadı birləşdirəndə, nəticə əldə edə bilirsən. Mən heç vaxt sənətə gəlir mənbəyi kimi baxmamışam. Düzdür, maddi gəlir də önəmlidir, amma pul dalınca qaçmaq olmaz. Gənclərə də məhz bunu tövsiyə edirəm".
Aparıcı-aktyor Sərxan Kərəmoğlu onu tənqid edən Əməkdar artist Teymur Əmraha cavab verib.
Sərxan “Show nesws” verilişində müğənninin ünvanına bu sözləri deyib:
“Teymur Əmrahın çox gözəl yaddaşı var. Birdə görürsən ki, mənə deyir ki, filankəs neçənci ildə doğulub? Cavabında deyirəm ki, cəhənnəm ol, əcəb edirəm bilmirəm. Sənin həyatda nə problemin var ? Arvad, uşaq, ailə problemin yoxdur. Başın boşdur, məlumatları ora yükləyirsən. Mənimsə başım doludur. İçərisində yer yoxdu. Mənə deyir ki, sən ali məktəbə daxil oldun, oxumadın. Teymur, sənin işin-gücün yox idi deyə gedib oxudun. Mən elə bir vaxtda ali məktəbə daxil oldum ki, ailə bir tərəfdə, atamı da itirdim. Mən o zaman oxumaqla, yoxsa problemlərimlə məşğul olmalı idim? Sənətkar olmaq üçün sənətkar doğulmaq lazımdır. Sınıqçının yanına gedəndə ondan ali diplom tələb edirik?”
/// Lent.az
Bu barədə Qafqazinfo-ya şairin özü məlumat verib.
O qeyd edib ki, mənzil Bakı şəhərindədir və ÜÇ otaqlıdır.
Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:
“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.
O, bu barədə özü açıqlama verib.
“Baxın bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub. Həbs xəbərimi eşidən kimi bizə ilk gələn Manaf olub. Həmin gündən mən azadlığa çıxana qədər, hər zaman ailəmin yanında olub, onlara dəstək olub. Bu insan dar günün dostudur ”.
F.Laçın neçə illər sənətdə olduqlarına baxmayaraq, heç vaxt Manafla yaxın dost olmadıqlarını da bildirib.
“Heç vaxt Manafdan bu qədər isti münasibəti gözləmirdim. Biz heç vaxt yaxın dost olmamışıq. Toydan-toya görüşürdük”,- deyə xanım müğənni bildirib.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci il oktyabrın 30-da həbs edilib. O, 2019-cu il 29 oktyabrda azadlığa çıxıb.
Film izləmək həm mədəni istirahət, həm də əyləncə hesab edilir. Buraya maariflənməni də qatmaq olar. Təbii ki, filmin janrı, ssenarisi izləyiciyə fərqli təsir edə bilər. Elə buna görə də, bütün filmlərdə tövsiyyə edilən və mədudiyyət qoyulan yaş həddi var.
Filmlərə qoyulan yaş məhdudiyyətinin səbəbi var. Filmdəki səhnələr 20 yaşlı gəncin psixologiyasına normal, 10 yaşlı uşağa isə anormal təsir edə bilər. ABŞ, Avropa ölkələri, o cümlədən qonşu Türkiyə və Rusiyada istehsal etdikləri və ölkəyə idxal olunan filmləri yaş kateqoriyası üzrə müəyyənləşdirən sistem fəaliyyət göstərir.
Sistemə görə “Yaş məhdudiyyəti yoxdur”, “Yeniyetmələr üçün məhdudiyyət. 11 yaşdan 13 yaşa qədər”, “16 yaşa qədər”, “17 yaşlı yeniyetmələr üçün”, “18 yaşdan yuxarı insanlar üçün” və s. kateqoriyalar müəyyənləşib.
Belə ki, hər bir kinofilm üçün xüsusi komissiya yaradılır və çəkiliş qrupunun məhsuluna baxış keçirilir. Baxışdan sonra səsvermə nəticəsində filmin hansı kateqoriyaya aid olması müəyyənləşdirilir. Ekran əsərinin prodüserləri komissiya ilə razılaşmayanda apelyasiya verə bilərlər. Bu zaman təkrar komissiya yaradılır və 14 və ya 18 nəfərin iştirakı ilə keçirilən iclasda film yenidən müzakirəyə çıxarılır. Qərardan sonra film prodüserlərin qərargahına göndərilir. Daha sonra yaradıcı heyət özü qərar çıxarır: ya həmin səhnələri kəsib atmalı olurlar, ya da komissiyanın rəyi ilə razılaşmaq məcburiyyətində qalırlar.
Minval.info xəbər verir ki, bizim ölkəmizdə də həmin təlimatla razılaşdıqda o kateqoriyanı təsdiq edirlər. Kinoteatrlar isə filmə aid olan kateqoriyaya ciddi nəzarət etməlidir. Belə ki, həmin seansa kateqoriyaya uyğun olmayan uşaq gəldikdə o, salona buraxılmamalı, ona bilet satılmamalıdır. Bu, kinoteatrın vəzifəsidir. Amma buna nəzarət edilmir, pul qazanmaq, daha çox bilet satmaq üçün kinoteatrlar qaydaları pozur.
Məsələn, sosial şəbəkə istifadəçisi Nigar Nazim adlı xanım bir müddət öncə oxşar hadisədən gileylənib. N.Nazim bildirib ki, “Metro Park” TM-də yerləşən “Park Cinema” kinoteatrında ağır psixoloji yükü olan “Joker” filminə baxıb:
“Film uşaqlıq travmalarından bəhs edir. Amma filmə “18 yaşdan yuxarı insanlar üçün” məhdudiyyəti olmağına baxmayaraq zalda balaca uşaqlar var idi. Çıxanda bilet yoxlayanlardan soruşdum ki, niyə uşaqları zala buraxırsınız? Çaşbaş qalıb dedi ki, “Tək buraxmırıq ki, yanında böyük olur”. Ayıbdır, 20-30 manata görə belə hərəkət etmək olmaz”.
Paylaşımın şərh bölməsində bir çox istifadəçi kinoteatr haqqında bənzər sözlər yazıb, yaş məhdudiyyəti olan filmlərə uşaqların buraxıldığının şahidi olduqlarını yazıblar.
“Park Cinema” şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev “Minval.info”ya deyib ki, burada qadağadan söhbət getmir: “Yaş məhdudiyyətini biz təyin etmirik. Nazirlik və studiyalar təyin edir. Bu da ölkədən-ölkəyə dəyişir. Hər bir ölkədə bu tövsiyyə xarakterlidir. ABŞ-da belə bu belədir, Avropada da.. Biz heç kimə filmə baxmağa qadağa qoya bilmərik. Yaş məhdudiyyəti qadağa demək deyil, tövsiyyə xarakterlidir”.
Fədayə ilə bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib.
Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə həbsxanadan çıxan Fədayə Laçının onunla duet oxumaq istəməsinə münasibət bildirib.
Musavat.com-a açıqlama verən sənətçi bildirib ki, hələ də Fədayə ilə görüşməyib: “Fədayə ilə görüşməmişəm, nömrəsini tapa bilmirəm. O, həbsxanada olanda dəfələrlə yanına getməyə cəhd göstərdim. Dedilər ki, icazə yoxdur, ancaq anası və bacısı gələ bilər. Qorxusundan Fədayənin adını çəkməyənlər və ümumiyyətlə Laçınla ünsiyyəti olmayanlar indi onun yanına gedib, video çəkir, qucaqlayır. Fədayəni mən çox istəyirəm. Biz bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib. O düşünür ki, Fədayə mənə görə həbs olunub, günahı məndə görür. Fədayə həbsdə olanda anası ilə dəfələrlə danışmışıq. Həmişə getdiyim evdir. Niyə getməyim? Fədayə ilə görüşəcəyəm, yeni mahnılar haqda danışacağıq. Hələ başım qarışıqdır”.
Qeyd edək ki, F.Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 6 il müddətində azadlıqdan məhrum edilmişdi. Ötən ay isə müğənni Fədayə Laçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və F.Laçının cəzası 2 ilə endirilib. Müğənni oktyabrın 29-da azadlığa buraxılıb.
Xalq artisti Tünzalə Ağayeva yenə də geyimi ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, müğənni sinə dekolteli, gümüşü libasla obyektiv qarşısına keçib.
Ağayevanın dekoltesi qarın hissəsinə qədər uzanıb. İzləyiciləri Tünzalənin son günlər çox açıq-saçıq geyindiyini vurğulayıblar.
Bakı şəhərindəki restoranlardan birində baş tutacaq mərasimdə F.Laçının yalnız bir neçə sənət dostunun iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.
Məhkəmənin sentyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə endirilib və cəzasının qalanını məntəqə tipli cəzaçəıkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.
Onlar Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olublar.
“Buna bax, təzə gəlin kimi necədə utanır”,- deyə aparıcı Tolik Samirəyə söz atıb.
Mənzurə Musayeva isə “Əsas toy, gəlinik deyil, qadın gərək seçdiyi həyat yoldaşı ilə xoşbəxt olsun”,- deyə bildirib.