Nadir Cem Yılmazı
Müğənni Nadir Qafarzadə yenə paylaşımı ilə diqqət çəkib.

Axsam.az xəbər verir ki, sənətçi bu dəfə türkiyəli şoumen Cem Yılmaza söz atıb.

Qafarzadə onu tanımadığını yazıb. Daha sonra isə Nadir Cemin ünvanına "Bunları hardan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə qıjılar azdır, biri də gəldi" sözlərini yazıb.

Mətanətin bu fotosu tənqid edildi
Müğənni Mətanət Əsədovanın yeni paylaşımı gülüş obyektinə çevrilib.

''Ölkə.Az'' xəbər verir ki, ifaçı yeni fotosunu  "İstagram'' səhifəsində yayımlayıb.  Maraqlısı isə sənətçinin foto üçün nəzərdə tutulmuş montaj proqramını "əndazədən çıxarması" olub.

 Şəkli həddən artıq "bəzəməsi" nəticəsində üzü əyilən ifaçı izləyicilər tərəfindən gülüşlə qarşılanıb. Onlar Əsədovanı ələ salıblar.
Sonda ifaçı tənqidi ismarıclardan bezərək fotonun şərh bölümünü bağlayıb.

Sözügedən fotonu təqdim edirik:

Mətanətin fotoşopdan üzü əyildi - Foto

“Ermənilərə “super” yazırsınız”
“Fəxri ad vermək dövlətimizin sənətçiyə olan diqqətidir. Xalqın yadında kim qalacaqsa, kimin səsi mədəniyyətimizə öz töhfəsini verəcəksə, bunu zaman göstərəcək. Məşhurlaşmaq olar, pul və “day-day” gücünə gözəl kliplər, mahnıya ərsəyə gətirmək olar. Fitri istedad isə başqa şeydir”.

"Ölkə.Az" xəbər verir ki, bu sözləri “3D” proqramında Xalq artisti Brilliant Dadaşova deyib.

Sənətçi Azərbaycandakı “şou-biznes” anlayışını belə xarakterizə edib:

“Bizimkilər “şou-biznes” sözünü eşidib, elə bir şey etmək istəyirlər. Bizimki kimisə ifşa etmək, biabır etmək, şər atmaq, özünü gündəmə gətirmək üçün böyük akulaya söz atmaqdır. Əslində, şou sənə gəlir gətirməlidir. Prodüser konsertlər təşkil etməlidir. Bizdə hər şey icra başçılarından asılıdır. Onlar da pul xərcləməyi xoşlamırlar. Müğənni hər rayonda konsertlər etməli, pul qazanmalıdır. Onda bu qismən şou-biznesə yaxın bir şey sayılır”.

B.Dadaşova müğənnilər üçün davamlı olaraq vergi verməyin düzgün olmadığını bildirib:

“Toylardan gələn gəlir olmasa, gərək məndən mahnı, klip gözləməsinlər. Özüm bir studiya belə aça bilməmişəm. Toya gedəndə vergi ödəyirik. Əslində, vergi ödəməməliyik. Çünki bizi hər zaman toya çağırmırlar. Türkiyədə bu “ekstra” adlanır. Olanda vergi ödəməlisən. Amma bizdə olsa da, olmasa da, ödəməliyik. Elə vaxt olur ki, üç ay toya getmirəm, amma vergi ödəyirəm. Bir vaxt mənə dedilər ki, 22 min manat vergiyə pul ödəməlisən. Bu, 2015-ci ildə idi. Dedim ki, axı, o qədər qazanmamışam. Söylədilər ki, filan şadlıq sarayında 30 dəfə olmusunuz. Halbuki oranı tanımırdım. Sonra auditlə danışdıq, onlar hər şeyi yerinə qoydu”.

Müğənni oğlu Cahadın iş tapa bilməməsindən şikayətlənib:

“Rüşvət istəsələr işim düzələrdi. Nə elə olur, nə də belə. Qohum-əqrəbamda çox insan işsizdir. Oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı da oxudu, gələndən sonra onun üçün iş axtarmağa başladım. Bir neçə yerə müraciət etdim. Lakin heç kim məni qəbul etmədi”.

Erməni musiqiçinin ifasına xoş sözlər yazmağı barədə də danışan B.Dadaşova bundan sonra da ənənəsinə sadiq qalacağını söyləyib:

“Əgər mahnılarımızı kimsə ifa edirsə, mütləq ona nəsə yazmalıyam ki, o musiqi bizimdir. Yazıram ki, “super tərəkəmə”, “super mahnı”. Mahnının bizim olmasını sübut etmək mənasızdır. Daha vacib işlərimiz var. Bundan sonra istənilən musiqiçi mahnımızı yaxşı ifa etsə, mən ora “super” yazacam. Onun milləti mənim üçün maraqlı deyil. Musiqi ruhun qidasıdır. Ruhun milləti olmur. Yaxşı insan və pis insan var”.

Aygün bu dəfə ABŞ-da onunla “sevgili” oldu...

Xalq artisti Aygün Kazımova yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi sözləri İsmayıl Əsədov- Saleh Səbata, musiqisi İsmayıl Əsədova məxsus “Ehtiyacım var” mahnısını ekranlaşdırıb.

Klip sənətçinin Amerika səfəri zamanı lentə alınıb, rejissoru Elmar Bayramovdur. Layihədə ifaçının tərəf müqabili uzun illərdir əməkdaşlıq etdiyi məşhur dizayner Rüfət İsmayıldır. Ekran işi Aygün Kazımovanın rəsmi “Youtube” kanalında təqdim edilib.

Qeyd edək ki, Rüfət Xalq artistinin “Haradasan” adlı layihəsində də yer alıb.

“Məni kim tanımır ki?!”
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Manaf Ağayev olub.

Sənətçi qalmaqalla gündəmə gələn həmkarlarını tənqid edib:

"Mənim qalmaqal vaxtım deyil. Tanınmayan müğənnilərə olar. Məni kim tanımır ki?! Yersiz qalmaqallar edirlər. Tutaq ki, bir-birimizi söydük bunun oxumağa nə aidiyyatı var? Tanınmaq istəyirsən sanbalı tanın".

80 yaşlı kişi ilə ailə quran aktrisanın evliliyi çox çəkmədi
80 yaşındakı amerikalı Patriklə evlənən aktrisa Meltem Miraloğlu boşanır.

''Ölkə.Az'' xəbər verir ki, Meltemden müsahibə alan jurnalist  açıqlamasında onun qoca ərinə aşiq olmadığını bildirib.
''Meltem evləndikdən sonra özünü Patrikə aşiq kimi göstərib. Ancaq yaxın dostlarına ''çarəsizəm, bu vəziyyətdən xilas olmaq istəyirəm deyib”. 

Bildirilir ki, Meltem boşanmaq üçün məhkəməyə müraciət edib və ABŞ vətəndaşı olmaq istəyindən vaz keçib.

Oyuncu Meltem Miraloğlu, 80 yaşındaki Patrick'ten boşanma kararı aldı

Zaurdan qəribə açıqlama:Məşhur teleaparıcı Zaur Baxışəliyeva atası ilə bağlı bəzi məqamları açıb.

"Ölkə.Az" azxeber.com-a istinadən xəbər verir ki, Zaur aparıcılıq etdiyi "Bizimləsən" verilişində indiyə kimi atasının məzarın ziyarət etmədiyini bildirib.
 
O səbəbini belə izah edib:
 
"Mən qəbiristanlığa getmirəm. Atam dəfn olunduğu qəbiristanlığa getmirəm. Çünki mənə o daş lazım deyil. O şəkildən, buz kimi daşdan baxan şəkil mənə lazım deyil. Mənə o canlı lazım idi və o bu həyatda yoxdur. İstəyirsiniz məni qınayın, nə istəyirsiniz deyin. Bir insan həyatda nə qədər varsa, onun başına pərvanə kimi dolanmaq lazımdır. Bir insan ölüb gedəndən sonra ha get o daşı qucaqla, gözünün yaşını tök o daşın dibinə. Nə mənası var?".

"Röyanın etdiyi biabırçılığı Azərbaycan sənət dünyasında və səhnəsində İlhamə başlayıb".

Bunu aznews.az açıqlamasında xalq artisti Flora Kərimova müğənni Röyanın qalmaqallı video məsələsindən danışarkən deyib:

"Bizim dövrümüzdə heç bir müğənni bu hərəkəti etməzdi. Röya özünü açıq-saçıq göstərəndə biləydi ki, nəticəsi bu olacaq, kimsə onu söyəcək də, təhqir də edəcək. Gərək bu məsələlərə dözümlü yanaşaydı, daha durub, "vor zakon"luq etməzdi. Röya çox pis hərəkət etdi. O, oğlanın üstünə "bazburt"lu kişilərlə getdi. "Bazburt"lu kişi bilmir ki, polis var və o, Röyanın xuliqanlığına reaksiya verə bilər. Polis isə gəlib oturub Röyanın yanında. Əgər o, polisdirsə, özü ondan soruşmalıdır ki, bu nədir? Sən polis, yaxud da o adamlar hansı başla gəlib onun yanında oturubsunuz? Bilmirdilər ki, Röya bunu axırda çəkəcək və onları pis vəziyyətdə qoyacaq? Gərək Röyanı çağırıb soruşsunlar ki, yanındakılar kimdir? Əgər onları pulla tutub gətiriblərsə, yaxud polissənsə, sənin nə ixtiyarın var, "zopa" rolunda olursan? Aidiyyəti qurumlar mütləq maraqlanmalıdır ki, Röya haradan alıb bu cəsarəti?"

F.Kərimova əlavə edib ki, Röyanın etdiyi bu hərəkət təkcə onu söyən cavan oğlana qarşı deyil, bütün kişilərə qarşı edilmiş təhqiramiz hərəkətdir: "Röya az qala demək istədi ki, mən istənilən kişini belə əzərəm. Görünür ki, həmin oğlan onlardan qorxub. Axı sən onu niyə sındırırsan, ay müğənni? Ən pisi odur ki, Röya bu "vor zakon"luğu polisin əli ilə edib. Bu Azərbaycan polisinə olan inamı göydən yerə vurdu. Bu, bizim təhlükəsizliyimizi təmin edən bir qurumun necə bərbad vəziyyətini göstərir, az qala. Pozmayın bu ölkənin qanunlarını! İnsanlarda inam hissi itib. Getmisən, özü də ölkədə vəziyyətin bu qarışıq anında, bina yanıb, millətin həssas məqamında sən bir kişi sındırırsan. Axı sən bunu niyə edirsən? Desinlər ki, ölkədə dərəbəylikdir, naziri də qulaq asmır, müğənnisi də qudurub? Bu işləri idarə edənlərdən, bu məsələlərə cavabdeh şəxslərdən soruşuram: siz hara baxırsız? Niyə bu ölkəni bu günə salıb, milləti beləcə alçaldırsınız? Sizə nə lazımdır? Nəyiniz çatmır?"

Xalq artisti deyir ki, Röya çox böyük səhvlər etsə də, onun həbsini arzulamır: "Röya qadındır, anadır, balası var. Ancaq bir az başını işlətsin. Qoymayın bu milləti alçaltsınlar. Ümid mətbuata qalıb. "Zopa"lıq edənlər hər birimizi ayrı-ayrılıqda alçaldır. İxtiyarım var, deyəm ki, sən mənim millətimin ləyaqətini niyə tapdaladırsan? Gəlin kömək edək, bu ölkəni "vor zakon"ların əlindən xilas edək. Hamımızı tapdalayırlar. Kişilərimiz olur oğraş, biqeyrət, övladlarımız olur fahişə... Dubay qızı azdır? Məndən başqa danışan yoxdur. Ona görə bu sözümü yadınızda saxlayın: İlhamə Quliyevanı susdurmayana kimi Röya kimilər göbələk kimi çırtlayacaq".

Xatırladaq ki, müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Müğənninin "İnstagram" səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.

Üstəlik, qurduğu bu "məhkəməni" gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb. Bundan sonra vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov baş verən hadisədə qanun pozuntularının olduğunu və buna görə də günahkarların cəzalandırlacağını bildirib.

Hüquq müdafiəçisi Müzəffər Baxışov Röyanın əməlində cinayət tərkibinin olduğunu və əgər məsələ araşdırılarsa, onun hətta həbs edilmə ehtimalının olduğunu söyləyib.

Azərbaycanın məşhur messenantı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.

Milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq kimi istifadə edilib. Artıq ərazidə işlərə start verilib. Malikanə əvvəlki görkəminə qaytarılacaq.

Sərvətini Azərbaycan xalqı üçün xərcləməkdən çəkinməyən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsi əbədiləşdirilir. Bunun üçün onun yaşadığı evdə təmir işləri aparılır.

Təmir işləri çərçivəsində bağda sonralar tikililən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqlaırnın gətirilməsi nəzərdə tutulur.

2 mərtəbli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı görkəminin necə olacağı da bəllidir.

Xeyriyyəçinin vəfatından sonra 2-ci dünya müharibəsində bu evdə təxliyə hospitalı fəaliyyət göstərib və Qarabağ müharibəsindən sonra məcburi kökünlər bu evdə məskunlaşıb.

Mədəniyyət nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

Milyonçu Tağıyev öləndən sonra da xeyriyyəçilik edir – Bərbad hala düşmüş evində qaçqınlar yaşayırlar – FOTOLAR

Hacı Zeynalabdin Tağıyevin nəticəsi: “Dedi ki, babanı boş yerə axtarmağa dəyməz, onu dənizdə batırıblar” – Sensasion müsahibə – FOTOLAR


Ötən gün müğənni Azad Şabanovun toyuna qatılanlar sırasında Xalq artisti Murad Adıgözəlzadə və həyat yoldaşı, eks-ifaçı Aysel Teymurzadə də (Adıgözəlzadə) olub.

Axşam.az xəbər verir ki, onlar gecəboyu əylənib və səmimi görüntüləri ilə diqqət çəkib. Onların Xalq artisti Tünzalə Ağayeva mahnı ifa edərkən şən halları qonaqların kamerasına yansıyıb.