Bu gün Azərbaycanda 650 min ağac əkiləcəkBu gün Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası gerçəkləşəcək.

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək.

“Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək.

Bu gün Beynəlxalq Könüllülər GünüdürHər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Azərbaycan da könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Bunun bariz nümunəsindən biri də dekabrın 1-də start verilən və ayın 9-dək davam edəcək “Azərbaycan könüllülük həftəsi”dir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Könüllülük həftəsi” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında könüllülərin iştirakı ilə ekoloji, sosial və mədəni tədbirlərin, Könüllülərin 2-ci Respublika Həmrəylik Forumunun, onlar üçün xüsusi konsert-əyləncə proqramının, 300-dən çox könüllünün iştirakı ilə Azərbaycan könüllülərinin həmrəylik düşərgəsinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Şəhid övladları prezidentə məruzə etdi — Mehriban Əliyeva kövrəldi - VİDEO

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

Unikal.org məlumatına görə, sərgidə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin “ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış olublar. 

Aprel döyüşlərində şəhid olan -  mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin, Polkovnik Vüqar Yusifovun qızı Pilot Ayan Yusifzadə, kapitan Mühid Orucovun oğlanları pilot Oruclu Anar və Vüqar, mayor Elnur Əliyevin oğlu pilot Əlizadə Elxan, polkovnik Vüqar Yusifovun qızı Pilot Yusifzadə Aytən, kapitan Mühid Orucovun oğlu, pilot Oruclu Vüqar və AREA əməkdaşı, aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan kiçik çavuş Süleymanov ölkə başçısına məruzə ediblər. 

Şəhid övladlarının çıxışından sonra birinci xanım Mehriban Əliyeva kövrəlib. 

Sözügedən pavilyoda Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları xüsusi texnikalar vasitəsilə Lələtəpə yüksəkliyi işğaldan azad edilməsini əks etdirən səhnəcik nümayiş etdiriblər. 

Bundan sonra şəhid, mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin ölkə başçısına “Cənab Ali baş komandan Lələtəpə azad olunmuşdur, Qarabağ üçün əmirinizi gözləyirik” deyə məruzə edib. 

Bu çıxışı ölkə başçısı və birinci xanım Mehriban Əliyeva alqışlarla qarşılayıblar.

Qeyd edək ki, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da iştirak edib. 

 
Şeymanın sevgilisi xəyanət ittihamlarına CAVAB VERDİ“İnstagram” fenomeni Şeyma Subaşının sevgilis xəyanət iddialarına cavab verib.

“Ölkə.Az” xəbər verir ki, bir müddət öncə onun gənc bir xanımla yayılan fotoları mediada aldatma xəbərlərinin yayılmasına səbəb olub.

İtalyan dicey Guido Senia bu barədə “İnstagram” səhifəsində paylaşım edib.

“O mənimlə şəkil çəkdirmək istəyən bir pərəstişkarım idi. Arada çox səfeh olursunuz",- deyə o, qeyd edib.

Şəbnəm Tovuzlu Nigar Camala Müğənni Nigar Camalla Şəbnəm Tovuzlu arasındakı qalmaqal bitmək bilmir.

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, bu dəfə mübahisəni Şəbnəmin Nigarın fotosuna yazdığı şərh alovlandırıb. Belə ki, Tovuzlu ifaçının qırmızı libasda çəkdirdiyi şəklinə "Bu şəkildə çox eybəcər düşmüsən" sözlərini yazıb.

Şəbnəmin bu addım atmasını isə "Hər şey daxil" verilişində prodüser-aparıcı Tarix Əliyev (Tolik) istəyib. Onun sözləri ilə, ifaçı telefonu götürüb və həmkarına bu ifadələri yazıb.

Tural televiziya aparıcılarını TƏNQİD ETDİ“3D” verilişinin növbəti qonağı “Avtostop” verilişinin aparıcısı dicey Tural olub.

“Ölkə.Az” xəbər verir ki, proqramda bəzi məqamlara toxunan aparıcı diqqət cəlb edən fikirlər səsləndirib.

Dadaşlinskinin müasir televiziyaların vəziyyəti ilə bağlı verdiyi sualına dicey maraqlı cavab verib.

“Layihə edərkən aparıcı mütləq birinci özünə sual verməlidir. “Mən özüm buna baxaram və ya ailəm buna baxar?” sonra yeni verilişə qərar verməlidir. Mən ailəmə layiq olan məhsulu göstərməliyəm ki, ailəm mənə görə utanmasın. Mən Zaur Kamal, Zaur Bəxşəliyev və ya Xoşqədəm xanımı istedadsız hesab etmirəm. Amma hesab edirəm ki, onlar daha yaxşı, maraqlı verilişlər edə bilərlər. Məsələn Xoşqədəm sənədli filmlər üzərində çalışa bilər”.

Dadaşlinsinin “Sənədli filmlərdən axı elə gəlir gəlməyəcək” sualına isə o, belə cavab verib.

“Bəli, bizdə televiziyalar ayrı bir formada qurulub. Özəl televiziyalar reklamdan asılı olduqlarına görə, hesab edirlər ki, ondansa biz bir nəfərə deyərik ki, hansısa verilişi et, bizə də bu qədər məbləğ ver, studiyaya da nə qədər adam bacarırsansa yığ prinsipi ilə çalışırlar”.

Aparıcı müasir televiziyalara dünya praktikasından istifadə etməyi də tövsiyyə edib.

“Dünya və ya Rusiya televiziyalarına nəzər salsaq görərik ki, onlar proqramı sponsorun istəyinə görə deyil, tamaşaçıya uygun istehsal edirlər. Sponsorla sərt danışa bilirlər”.

 


“Heç ondan pul istəyən də yoxdur. Rəqsanə həyatda heç var ki? Qaçıb, Moskvadadır. Neçə dənə cinayət işi var. Arxasında o qədər cinayəti olan insan Bakıda qala bilməzdi. Dələduzluq edə-edə, ona-buna ata-ata villa tikdirməyə nə var ki? Burada təəccüblənəsi nə var ki?”

Bu sözləri jurnalist və söz yazarı Ülviyyə Alovlu Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

O, “Rəqsanə Moskvada dünya şöhrətli pop ulduz Cennifer Lopezin villasının eynisini özü üçün tikdirir” şərhinə bu cür münasibət bildirib: 

“Rəqsanədən fərqli olaraq, şəxsən mən Cennifer Lopezin villasında olmamışam. Rəqsanə CeyLonun evi kimi necə ev tikdirə bilər? CeyLonun evinin qiymətini heç bilirsiniz? Sənətlə müqayisə etsinlər özlərini. Adama deyən lazımdır ki, CeyLonun villasından tikdirirsənsə, bütün Bakı arxanca niyə borca görə ağlayır? Niyə axtarırlar səni?

İradə İbrahimovanın bacısının salonunda işləyən qızın adına Rəqsanə bacısı üçün mağazadan telefon alıb. Hələ də onun pulunu ödəyib qutarmayıb. Bu xırda-xırda borcları niyə ödəmirsən? Əyninə geyindiyin paltara görə səni məhkəməyə vermişdilər. Əgər yaxşı adamsansa, niyə qaytarmırsan borclarını? Mənə onun vicdan borcu qalıb. Bir Allahı bilər, bir də özü. Adam gərək yalançı olmasın”.

Ü.Alovlu Rəqsanənin müğənni qızı Aysun İsmayılovanın səsinin olmamasını söyləyərək, onu ələ salıb:

“Qızı getsin oxumağı öyrənsin. Notlara düşmür. O qədər pafoslu çıxışlardansa, özünü öldürməkdənsə, musiqi müəllimin yanına getsəydi daha yaxşı olardı”.

Söz yazarı müğənnilərin fəaliyyətsizliyinə etiraz edərək, ifaçıları özünəməxsus şəkildə kateqoriyalara bölüb:

“Müğənnilərə yalnız mahnı yazıram. Digər fəaliyyət mənə maraqlı deyil. İnkişaf etmək istəyirəm. Prespektivi olan ifaçılar yoxdur. Hamı yatıb. Məlum məsələdir, bizdə prodüser mərkəzləri yoxdur. Bütün müğənnilər öz hesablarına dolanırlar. Son zamanlar toylar da səngidiyi üçün dəbdə də deyillər. Yalnız “A” və “C” kateqoriyada olan müğənnilərə təlabat var (gülür). Ona görə də “B”lər və “B”-dən aşağı olan orta prespektivli gənc ifaçılar gözlərini dikiblər toya. Birincilər yerini tutub bəkidiblər, aşağıdakılarda aşağıda qalıblar. Ortada da heç kim yoxdur. Boşluq var”.

“Nə qədər qışqırarlar?”Əməkdar artist Elza Seyidcahan bu dəfə xanəndələrlə qalmaqal yaşayıb.

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, buna isə onun muğam ifaçılarının ünvanına “ATV maqazin onlarla” proqramında səsləndirdiyi aşağıdakı fikirlər rəvac verib:

“Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zənguləsi də, qırtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artisləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahnı oxusunlar”.

Onun bu fikirlərinə Xalq artisti Mələkxanım Əyyubova “Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır” sözləri ilə cavab verib.

Əməkdar artist Ehtiram Hüseynov isə E.Seyidcahanın dediklərini öz üstünə şamil etməyib.

Xanəndə İlkin Əhmədov isə sənətçinin ünvanına “Dinləyə bilməyən çölə çıxsın” sözlərini işlədib.

Əməkdar artist Fərqanə Qasımova bunların günahını tamaşaçıda görüb:

“Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın”.

E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib. “Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm” deyə, sənətçi söyləyib.

 
Bu gün Beynəlxalq Əlillər Günüdür

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

"Qafqazinfo"nun məlumatına görə, dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.

2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.