Məşhur “Aşk-ı Memnu” serialının “Hilmi”si, aktyor-müğənni Recep Aktuğ vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ailəsi məlumat yayıb.
Sənətçinin rəsmi instaqram səhifəsində də tanınmış serial və kino ulduzunun dünyasını dəyişdiyi qeyd olunub.
Xatırladaq ki, R. Aktuğ keçən il xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun ağciyərinə su yığıldığını, belində iki sümüyün sındığını açıqlamışdı.
"Ölkə.Az" xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.
Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!".
"Ölkə.Az" xəbər verir ki, Kulis.az-a açıqlama verən Əməkdar artist Fərqanə Qasımova isə Okan Bayülgenə və çəkiliş qrupuna həmin ifadə ilə bağlı etirazını bildirdiklərini deyib:
“Biz verilişin çəkilişi bitən kimi aparıcıya da, verilişin rəhbərinə də həmin ifadə ilə bağlı etirazımızı bildirdik. Onlara izah etdik ki, ordakı ifadə Azərbaycanda birmənalı qarşılanmayacaq. Çünki türk dilində istifadə olunan sözügedən ifadənin Azərbaycan dilində tərcüməsi və səslənməsi ədəbli deyil. Bizə də söz verdilər ki, qətiyyən narahat olmayın, verilişdə olan həmin hissə kəsiləcək, efirə getməyəcək. Veriliş yayımlanandan sonra yenidən əlaqə saxladım, onlardan da belə bir cavab gəldi ki, qəti şəkildə həmin hissəni kəsə bilməzlər, çünki o zaman veriliş maraqsız olacaq”.
Əməkdar artist sosial şəbəkələrdə Okan Bayülgenin sənətçilərimizi ələ saldığı ilə bağlı dolaşan söz-söhbətə də aydınlıq gətirib. O qeyd edib ki, ələ salmadan söhbət gedə bilməz:
“Mən aparıcının bunu bilərəkdən edib-etmədiyini deyə bilmərəm. Günaha girmək istəmərəm. Amma verilişi tam şəkildə izləyənlər özləri də görər ki, Okan bəy bizə kifayət qədər hörmətlə yanaşıb”.
Xatırladaq ki, məlum ifadə türk dilində “havadarlıq etmək” anlamına gəlir.
Müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yolların bərbad hala düşməsindən şikayətçidir.
“Qafqazinfo” xəbər verir ki, yolların dağılması səbəbindən evinə gedə bilmədiyini deyən ifaçı 7 aydır bu problemlə üz-üzə qaldıqlarını bildirib. O, sakinlərin adından Binəqədi rayon İcra Hakimiyyəti başçısına müraciət edib:
“Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik, Binəqədi rayon İcra Hakimiyyəti başçısı bu işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Bunu qazdıran insan yenidən bağlamalı idi. Vəziyyət çox pisdir. Hər gün maşınlar sürüşüb bir-birinə dəyir. İnsanlar ziyan çəkir”.
Qeyd edək ki, Xatirə öz avtomobili ilə də elə çəkiliş zamanı yoldan keçmək istəyərkən digər maşınları əzib. Müğənni dəyən ziyanı ödəyəcəyinə söz verib.
“Ölkə.Az” xəbər verir ki, onun “Youtube” kanalında 1.000.000 izləyicisi olduğuna görə, Azərbaycanda ilk dəfə olaraq, “Qızıl buton” mükafatını qazanıb.
Bu barədə o, “İnstagram” səhifəsində video yerləşdirib.
“Hər kəsə salam. Uğurlarımıza sevinən hər kəsi təbrik edirəm və təşəkkür edirəm.Azərbaycana ilk dəfə “Youtube”dan qızıl buton gəldi.Uğurlarımızın davamı gəlsin.Həqiqət bizimlə olsun.İnşallah”,- deyə ifaçı paylaşımını şərh edib.
İzləyicilər bu münasibətlə müğənnini təbrik ediblər. Bundan başqa ifaçı Aqşin Fateh, aktyor Nicat Rəhimli də təbriklərə qoşulan məşhurlardan olublar.
“Ölkə.Az” xəbər verir ki, “O ses Türkiye” proqramaının Yeni il gecəsi çəkilişlərində “Biz böyleyiz” filminin aktrisaları iştirak edib.
Müğənni Özge Özpirinçci, Şebnem Bozoklu, Meriç Aral ve Berrak Tüzünataçı onu seçmələri üçün onlara Paris tətili söz verib.
Aktrisalar Sedanın təklifini dəyərləndirərək ona “Hə” deyiblər.
Sayan isə verdiyi sözü tutaraq, mart ayı üçün bir yerdə istirahət etmək üçün tətilə düz 100.000 min türk lirəsi (30.000 manat) ödəyib.
Ermənipərəst rusiyalı şair Viktor Aleksandrov Azərbaycanın işğal altındakı Ağdam rayonuna səfərindən fotolar paylaşıb.
O, Dağlıq Qarabağda müxtəlif görüşlər keçirdikdən sonra, ermənilərin viran qoyduğu Ağdama gəlib. Ağdam məscidinə qalxan Aleksandrov fotolar çəkib, Qarabağla bağlı təhrif olunmuş məlumatlar verib.
Xatırladaq ki, 1976-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) şəhərində anadan olan Viktor Aleksandrov erməni qadınla evlidir. O 1994-cü ildə könüllü olaraq Qarabağa işğalçı Ermənistan ordusunun tərkibində döyüşməyə gəlsə də, həmin vaxt hərbi əməliyyatların dayandırıldığını yazıb.
Ağdam məscidindən çəkilən ən son fotoları təqdim edirik:
/Modern.az/
“Ölkə.Az xəbər ” verir ki, ifaçı İtaliyanın Roma şəhərinə səyahət etmək üçün gəldiyi hava limanında növbəyə görə, sərnişinlərin biri ilə mübahisə edib. İddialara görə daha sonra o, mühafizə xidmətinin əməkdaşını təhqir edib.
Zərərçəkmişlərin şikayəti əsasında müğənni, polisə açıqlama vermək məcburiyyətində qalıb.
Tilki ifadə verdikdən sonra, İtaliyaya səfər etməkdən imtina edərək, hava limanını tərk edib.
“Ölkə.Az” xəbər verir ki, hazırda Nyu- York şəhərində yaşayan və bloqerliklə məşğul olan xanım Hümbətova, hər zaman maraqlı paylaşımları ilə diqqət mərkəzində qalmağı bacarır.
Hazırda Azərbaycanda istirahətdə olan bloqer vanna otağında çəkilən fotosunu “İnstagram” səhifəsində yayımlayıb.
Aparıcı fotosunun şərh bölümünü bağlayıb.
Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.