İntiqam Valehoğlundan Damla ilə bağlı ŞOK AÇIQLAMA"Nuri Sərinləndiricini, Damlanı 25 min manata toya oxumağa aparırlar, xəstə uşağa pul yığa bilmirlər".

"Ölkə.Az" xəbər verir ki, bu sözləri tanınmış jurnalist İntiqam Valehoğlu bildirib.

ARB TV-də yayımlanan "Ona qalsa" verilişində qonaq olan jurnalist bir sıra qalmaqallı açıqlamalar da verib. (redaktor.az)

AzTV Xuraman Şuşalının iddialarına cavab verib“Bu gün bəzi saytlarda müğənni Xuraman Şuşalının AzTV barədə mənbəyi göstərilməyən ittiham dolu açıqlaması dərc olunub. Müğənni məntiqsiz, mənbəsiz və məsuliyyəti unudaraq iddia edir ki, guya hicablı olduğu üçün efirə buraxılmır. AZTV-nin verilişlərinə diqqətlə baxsanız görərsiniz ki, hicablı qonaqlar və ekspertlər, tamaşaçılar verilişlərdə iştirak, çıxış edir.

"Ölkə.Az" report-a istinadən bildirir ki, bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin müğənni Xuraman Şuşalının iddialarına cavabında bildirilib.

Qeyd edilir ki, Xuraman Şuşalının iddaları əsassızdır: “Ayrıca olaraq Mədəniyyət telekanalında İslam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atılması bizə də maraqlıdır.

O ki qaldı müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq hər bir müğənninin AzTV, Mədəniyyət və İdman telekanallarında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır.

Konkret olaraq Xuraman Şuşalıya gəlincə, müğənni yalnız indi deyil, illərdir AzTV-nin efirində çıxış etməyib. AzTV-nin bu adda solisti yoxdur. Hər halda bunun səbəbi biz deyilik. AzTV hər zaman efir səviyyəsini qoruyub, bu gün də qoruyur. Bu səbəbdən hər müğənninin AzTV-nin efirində görünməsi mümkün deyil”. 

İkinci Aydın Xırdalanlı doğulubMərhum meyxanaçı Aydın Xırdalanlının qardaşı övladı dünyaya gəlib.

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Hər şey daxil" verilişində meyxanaçı Mehman Əhmədli deyib. O bildirib ki, körpəyə Aydın adını qoyublar.

Qeyd edək ki, meyxanaçı qaraciyər sirrozundan əziyyət çəkirdi.

Qarnından 5 kilodan çox piy çıxarılan Tolik BU VƏZİYYƏTDƏ EFİRƏ ÇIXDI6 gün əvvəl artıq çəkilərindən azad olmaq üçün liposaksiya əməliyyatı etdirən Tarix Əliyev (Tolik) yenidən efirə qayıdıb.

"Ölkə.Az" milli.az-a istinadən xəbər verir ki, Tolik 2 saatdan çox davam edən əməliyyatının uğurlu olduğunu qeyd edib.

Aparıcı əməliyyatdan sonrakı şişkinliyin hələ qaldığını bildirib:
41 yaşa keçmişəm. Bu vaxtacan damarından analiz verməyən adamam. Düzdür, mən üzümə iynə vurdurdum, indi mənə baxanlar deyəcək buna bax. Mən botoks da elədim alnıma, qorxmadım. Amma yenə də mənim fobiyam var idi ki, damardan qan vermək, sonra əlin üstünə mozofiksdir nədir, iki dənə ondan qoymuşdular. Ayıldım gördüm, ay Allah..." 

Azərbaycan “Eurovision” hazırlığına başladı

Azərbaycan may ayında Niderlandda baş tutacaq 65-ci “Eurovision” mahnı müsabiqəsində 13-cü dəfə iştirak etməyə hazırlaşır.  “Qafqazinfo” xəbər verir ki, artıq İctimai Televiziya (İTV) müğənni seçiminə və mahnı qəbuluna start verib.

Yarışmada Azərbaycanı təmsil edəcək mahnının seçimləri fevralın 7-nə kimi davam edəcək. Avropa Yayım Birliyi (EBU) tərəfindən qoyulan qaydalara əsasən, müəlliflər mp3 formatında 3 dəqiqədən çox olmayan mahnıları İTV-yə təqdim edə bilərlər.

Bundan əlavə, bu il Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova yox, Leyla Əliyevadır (Quliyeva).

İTV bu dəfə də seçim turunu qapalı keçirir və namizədin fevral ayında təqdim ediləcəyi ehtimal olunur.

Əldə etdiyimiz məlumata görə, seçim 4 nəfər ifaçı arasında aparılır.

 

 
Vasif Məhərrəmli efirdə Xatirə İslamı söydüƏməkdar artist Vasif Məhərrəmli “Şou ATV” proqramında müzakirələrə səbəb olacaq addım atıb.

"Ölkə.Az" xəbər verir ki, həmkarı Xatirə İslamla qonaq olan ifaçı qeyri-etik ifadə səsləndirib.

Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb. 

Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib. 

Məsələ ilə bağlı "Qafqazinfo" Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb.  O, kadrlarla tanış olduqdan sonra açıqlama yayacağını qeyd edib: “İndi texniki uzlaşdırma aparırıq, görək efirə gedib, ya yox. Yoxlayırıq”.

Dilarədən cazibədar PAYLAŞIM“Avroviziya” təmsilçimiz, müğənni Dilarə Kazımovanın yeni paylaşımı maraqla qarşılanıb.

“Ölkə.Az” xəbər verir ki, ifaçı qara, transparan libaslı fotosunu “İnstagram” səhifəsində yayımlayıb.

“Qadın böyük bir gücdür, amma bəzi qadınlar bunu bilmir”,- deyə o, paylaşımını şərh edib.

Foto qısa müddət ərzində minlərlə izləyici tərəfindən bəyənilib.

Sözügedən görüntünü təqdim edirik:

Azərbaycan gözəlindən YENİ PAYLAŞIM"Azərbaycan gözəli 2019" gözəllik müsabiqəsinin qalibi Melisa Nuriyeva yeni paylaşım edib.

“Ölkə.Az” xəbər verir ki, fotonu model “İnstagram” səhifəsində izləyicilərin ixtiyarına buraxıb.

Qara transparan, qısa libaslı fotsunu yayımlayan Nuriyevaya əks cinsin nümayəndələri xüsusi diqqət yetirib. Hətta onunla tanış olmaq üçün canfəşanlıq edənlər də olub. Onlar “Azərbaycan gözəli”ni tərif yağışına tutublar.

“Gözəlliyin göz qamaşdırır”, “Bu nə gözəllikdir?”,- deyə Melisanın pərəstişkarları qeyd edib.

Xatırladaq ki, Melisa Nuriyevanın iki övladı - bir qızı və bir oğlu var. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Sözügedən fotonu təqdim edirik:

Sənubər İsgəndərli ilə 3 ay sevgili olduqAkademik Milli Dram Teatrının məşhur aktyoru, Xalq artisti Əjdər Həmidov "Hər şey daxil"də gözlənilməz etirafı ilə təccübləndirib.

"Ölkə.Az" Milli.Az-a istinadən xəbər verir ki, hər şey aparıcı Tarix Əliyevin (Tolik) xalq artistinə ünvanladığı ""Kişi sözü" filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf müqabilinə sevgi hissi ola bilər?" sualından sonra ortaya çıxıb.

Əjdər Həmidov filmdə aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini, həqiqətən, sevdiyini etiraf edib:

"Bilirsiniz necə oldu? Filmin rejissoru Cahangir Mehdiyev çəkdi məni kənara. Deməli, filmdə Qasım (Əjdər) Solmazı (Sənubər İsgəndərli) sevir. Dedi ki, "Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim "Cahangir müəllim, sevmək bəyəm "zakaz"ladır?" Amma boynuma alıram ki, qısa müddətdə mən Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa müddətli oldu - 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi". 

“Telekanalların əksəriyyətində Bədii Şuralar var. Uzun illərdən bəri telekanallara ayaq döyən adam kimi bu qurumların formal fəaliyyət göstərdiyini deyə bilərəm”.  
Turkustan.info bildirir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 
 
JAM sədri bildirib ki, islahat dalğası teleməkana da çatmalıdır: 
 
“Əgər telekanallarda normal Bədii Şura olsaydı, heç bir müğənni cürət edib efirə çılpaq çıxmazdı. Şuralar öz funksiyalarını qüsursuz yerinə yetirsəydi, ləhcə ilə danışan aparıcılar efirdə at oynatmazdılar. BŞ üzvləri bəzi aparıcıların vətəndaşlarla müstəntiq kimi davrandıqlarını görmürlər? Onlar qadını pencək kimi dəyişən məişət pozğunlarının efirdə əxlaq dərsi keçməyinə niyə göz yumurlar? Əgər Bədii Şuralar varsa, üç-beş manatlıq aktyorların iştirakı ilə çəkilən düşük seriallar efirlərə necə yol tapır? Bu sualların cavabı açıq qaldığı üçün mən Bədii Şuraların telekanalların yayın siyasətinə ciddə təsir etdiyini düşünmürəm”. 
 
S.Verdizadə vurğulayıb ki, telekanallarda müəyyən keyfiyyət dəyişikliyini inkar etmək olmaz: 
 
“Amma bu dəyişikliklər Bədii Şura üzvlərinin üstün zəkasının nəticəsi deyil, zamanın tələbidir. İnformasiya təhlükəsizliyimiz təhdid altındadır. Tamaşaçıların böyük əksəriyyəti Azərbaycan teleməkanından üz döndərib. Yerli telekanallar rəqabətdə Rusiya və Türkiyə televiziyalarına uduzur. Buna görə də telekanal rəhbərləri daha maraqlı, nisbətən səviyyəli verilişlərin hazırlanmasının qeydinə qalırlar. Müsbət dəyişikliklər İTV-də özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. AzTV isə çətin dövrü arxada qoyub. İndi bu telekanalların hər ikisində bir neçə maraqlı, səviyyəli veriliş izləmək mümkündür. Belə demək mümkündürsə, bu telekanallarda həyata keçirilən kadr dəyişikliyi təsirsiz ötüşməyib”.
 
Jurnalist vurğulayıb ki, tamaşaçının zövqünü oxşayan verilişlər hazırlamağın vaxtı çatıb: 
 
“Bunun üçün azad yaradıcı mühit olmalıdır. Tamaşaçıların Azərbaycan televiziyalarına olan inamını geri qaytarmaq lazımdır. Bunu üçün tamaşaçının inandığı adamları efirə çıxarmaq lazımdır”.