Azərbaycanda qaz təchizatında sosial siyasətin bir mühüm məqamı əhali abonent qrupunda qazdan istifadəyə dair aşağı tarifli illik limit həddinin ayırd olunmasıdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hər il əhali abunəçilərinə hər kubmetri 10 qəpikdən hesablanan 2 200 kubmetr limit verilir. Bu ilin yanvar-aprel ayları ərzində limit həddini keçən əhali abonentlərinin sayı 122 500 (5,2 %), limit daxilində qaz istehlak etmiş abonent sayı isə 2 236 410 (94,8 %) təşkil edib.

2020-ci ildə əhali abunəçilərinin 20,9 %-i güzəştli limit həddini keçib. Yerdə qalan 79,1 % əhali abonenti isə qazdan güzəştli limit daxilində istifadə edib.

Bu il mayın 1-nə olan məlumata görə “Azəriqaz”da qeydiyyata alınmış təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 358 910 olub.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların veriləcəyi tarixi açıqlayıb.

Fonddan Axar.az-a verilən məlumata görə, iyunun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı məqsədilə ardıcıl layihələr reallaşdıran Azərbaycan Beynəlxalq Bankı 2-ci Regional Hakatonunda iştirak üçün müraciət qəbulunun başlandığını elan edib. Hakaton 02-04 iyul tarixlərində keçiriləcək. Bank tədbiri özünün ABB İnnovasiya Mərkəzi ilə birgə təşkil edir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Hakatonun strateji tərəfdaşıdır.

Axar.az xəbər verir ki, bu Hakaton Bankın ötən ilin əvvəlində keçirdiyi analoji tədbirin davamıdır. 2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq.

Pandemiya şəraitini nəzərə alaraq tədbir onlayn formatda keçiriləcək. Proqramçılar, data analitiklər, dizaynerlər, sahibkarlar, menecerlər, ümumən maliyyə sahəsində innovativ həllərə maraq göstərən hər kəs 2-ci Regional Hakatonuna qoşula bilər.

İştirakçılar təşkilatçı tərəfin formalaşdırdığı komandalarda çalışacaqlar. Digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq layihələrini münsiflərə təqdim edəcəklər. Komandalara bir neçə mövzu təklifi olacaq. Bununla belə iştirakçılar özləri də əsas istiqamətləri nəzərə almaqla müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər.

Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Mentorlar da, Regional Hakatona metodoloji dəstək verən təşkilati komanda da startap quruculuğu sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir.

Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 48 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub.

İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar.

Obyektivlik prinsipinin tam qorunması üçün Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan “Azericard” prosessinq mərkəzinin, “ABB-Moskva”nın, “ABB İnvest” şirkətinin əməkdaşları Regional Hakatonda iştirak etmir. Ətraflı məlumat və qeydiyyat üçün: https://abbhackathon.com

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 10,0 faiz azalıb.

Axar.az xəbər verir ki, ümumilikdə qeyd olunan müddət ərzində ölkədə neft məhsullarının istehsalı ümumi dəyəri 1 milyard 198,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə1,4 faiz azalıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesindəistifadə üçün benzinin istehsalı 35,0 faiz, neft koksunun istehsalı 13.8 faiz, dizel yanacağının istehsalı 6,0 faiz artıb, neft bitumunun istehsalı 14,8 faiz, ağ neftin istehsalı 20,3 faiz, yanacaq mazutunun istehsalı 27,1 faiz azalıb.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə uğurla çıxış edib.

Axar.az xəbər verir ki, təmsilçimiz 11-ci turda almaniyalı Elizabet Paets ilə heç-heçə edib. Beləliklə, xalların sayını 6,5-ə çatdıran şahmatçımız Qran-Prini 3-cü yerdə başa vurub. Turnirin qalibi 8,5 xalla qazaxıstanlı şahmatçı Jansaya Abdumalik olub. İkinci yeri 7 xalla Ukrayna təmsilçisi Mariya Muzıçuk tutub.

Qeyd edək ki, yarışda dünyanın 12 güclü zəka sahibi mübarizə aparıb.

Neft qiymətlərinin tezliklə 100 dollara çatması inandırıcı deyil.

Axar.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib. O, neft qiymətlərinin yaxın 2-3 ildə 50-60 dollar təşkil edəcəyini bildirib.

Şulqinov uzaq perspektiv üçün qiymətlərin 70 dollara qədər bahalaşa biləcəyini, amma enerji keçidi ilə (alternativ enerjiyə keçid) bağlı hələ də qeyri-müəyyənliyin olduğunu söyləyib.

Unibank mayın 26-dan 31-dək 0% komissiyalı nağd kredit kampaniyası keçirir. İşindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs komissiyasız kredit kampaniyasından faydalana bilər. Hər zamankı kimi zamin və sığorta tələbi yoxdur. 20.000 AZN-dək krediti komissiyasız götürün və yayla bağlı planlarınızı reallaşdırın. Krediti filiala gəlmədən də, evinizdə və iş yerinizdə oturaraq onlayn sifariş edə bilərsiniz. 

Kampaniya dövründə "Unibank"dan nağd kredit götürənlər bu üstünlükləri əldə edəcək:

- komissiya 0%;

- sığorta xərci yoxdur;

- zamin tələb olunmur;

- 60 ayadək ödəniş müddəti;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Krediti banka gəlmədən:

-          050 778 8117 whatsapp nömrəsinə yazaraq;

-          "Kredit" sözünü sms ilə 8117-yə göndərməklə;

-          Unibankın yenilənmiş mobil tətbiqi olan uBank istifadə edərək;

-          www.unibank.az saytından (https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-Sənin Bankın!

Dünya birjalarında neft qiymətləri uculaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 66,86, yüngül neft isə 63,61 dollara satılır.