2021-ci ilin altı ayı ərzində "Hökumət Ödəniş Portalı"nda (HÖP) 1.9 mlrd. manat (ondan 55%-i nağdsız) həcmində 30.5 mln. ədəd ödəniş tranzaksiyası emal olunub.
OPEK+ razılaşmasının 2022-ci ildə də davam etməsi ilə bağlı ümumi razılığa gəlinməsi müsbət addımdır. Bu, qiymətlərin daha kəskin ucuzlaşmasının qarşısını ala biləcək bir addımdır. Amma hazırda bütün dünya anlayır ki, OPEK+ razılaşması hesabına neft qiymətlərinin süni tənzimlənməsinin mənası yoxdur. Çünki gec-tez bu vasitə iflasa uğrayacaq.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli OPEK OPEK+ sazişi üzrə razılıq əldə edilməsini şərh edərkən deyib.
O bildirib ki, hələ iyul ayının əvvəlindən OPEK+ razılaşması ilə bağlı problemlər mövcud idi:
“Əvvəlki razılaşmaya görə, hər ay 400 min barrel olmaqla, avqust ayından dekabra qədər hasilatın addım-addım artırılması qərarlaşdırılmışdı. Neft hasilatının indiki səviyyədən avqust ayı üçün 400 min, sentyabrda 800 min, oktyabrda bir milyon 200 min olmaqla, hər ay 400 min barrel artmalı idi.
Ancaq BƏƏ hasilatın artırılması ilə bağlı formulda onların ilkin hasilat nöqtəsinin hesablama nöqtəsindən aşağı olduğunu irəli sürdü. Yəni onların əvvəlki hasilat dərəcəsinə uyğun olaraq hasilatın artırılmalı olduğunu təklif elədi. Bu da təxminən 600 min barrellik bir əlavə kvota ayrılması demək idi. Bu zaman isə hasilat hər ay 400 min barrel deyil, 1 milyon barrel artma demək idi. Bunun əleyhinə Rusiya, Səudiyyə Ərəbistanı və OPEK+ ölkələri çıxdı. Buna görə də danışıqlar uzandı.
Son məlumatlardan da görünür ki, tərəflərlə razılığa gəlinib. Yəni OPEK+ gələn aydan etibarən hasilatı artırmağa başlayacaq. Gələn aydan BƏƏ hasilatı 400 min barrel deyil, 600 min barrel artıracaq.
Təbii ki, bu da dünya neft bazarında qiymətlərə təsirsiz ötüşmədi. Keçən həftə qiymətlər 78 dollardan 73 dollara düşdü. Gələn həftə də ola bilsin ki, bu trend davam etsin. Çünki neft bazarında başqa mənfi təhlükələr də var. Xüsusilə delta ştammının sürətlə yayılması, Liviyada hasilatın artması, İranın bazara çıxması neft bazarına təsir edəcək amillərdən hesab edilir”.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
Azəriqaz İstehsalat Birliyi tərəfindən həyata keçirilən “Müştəri Məmnuniyyətinin Yüksəldilməsi Layihəsi” çərçivəsində Birliyin strukturuna daxil olan qurumların Müştəri xidməti şöbəsində çalışan əməkdaşların ixtisasartırma kurslarına cəlb edilməsi həyata keçirilir.
Axar.az xəbər verir ki, birlik tərəfindən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə birlikdə təlim-ehtiyac analizləri aparılıb və müvafiq ixtisasartırma proqramları hazırlanıb. Əsas məqsəd regionlarda fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində vətəndaşlara xidmət göstərən Birlik əməkdaşlarının göstərdikləri xidmətlər üzrə bilik, bacarıq və vərdişlərinin artırılmasıdır. Birliyin təlim keçmiş əməkdaşları təlimdən sonra SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi onlayn imtahanlarda iştirak edəcəklər. İmtahandan uğurla keçmiş şəxslərə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən sertifikatlar təqdim ediləcək. Təlim ilkin olaraq Azəriqaz İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin xidmət göstərdiyi Şamaxı və Kürdəmir ASAN xidmət mərkəzlərində keçirilib. Hazırda Masallı ASAN xidmət mərkəzində davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən Şəhərə" layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
12 iyun saat 06:00-dan etibarən bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.
Axar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.
Qeyd edək ki, şənbə və bazar günləri Bakı Metropoliteni də fəaliyyət göstərmir.
Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib.
Mərkəzdən Axar.az-a bildirilbi ki, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.
Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci il tarixində nəzərdə tutulmuş imtahanlar 17 iyul tarixinə keçirilib.
Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul tarixi üçün Rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və Heykəltəraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul tarixində imtahana gəlməlidirlər.
Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər.
İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu qərar güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılara şamil olunmayacaq.
Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib.
OPEK+ ölkələri nazirlərinin növbəti iclası baş tutub.
Axar.az xəbər verir ki, nazirlər 2022-ci ilin aprelində sona çatacaq neft hasilatının azalmasına dair müqavilənin gələn ilin sonuna qədər uzadılmasını müzakirə ediblər.
"Meksika müqavilənin uzadılmasına dəstək vermədi. BƏƏ-nin mövqeyi eynidir. İstehsalda artım - bəli, amma müqavilənin uzadılması barədə danışmaq hələ tezdir", - BƏƏ-ni təmsil edən nazir qeyd edib.