Mayın 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Azərbaycanda unun qiyməti bahalaşıb.

Axar.az Hit.az-a istinadən xəbər verir ki, əla növ unun 50 kq-lıq kisəsi əvvəllər 26 manata satıldığı halda, indi 26,50 manatadır.

Bank sektorunda davamlı inkişafı, yeniliklərə açıq olması ilə fərqlənən Unibank, 2021-2023-cü il strategiyasına uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Yeni mərhələnin əsas məqsədi, bankın bütün fəaliyyətini müştərinin ehtiyac və istəklərinə uyğunlaşdırmaqdır. Qarşıdakı illərdə bankın prioriteti müştərilərin istək və ehtiyaclarına fokuslanaraq, rəqəmsal və texnoloji transformasiyanı həyata keçirmək olacaq.

Unibank yeni bazar mövqeləndirməsi çərçivəsində logo və sloqanını dəyişib. Bankın logosu yeni hədəflərinə daha uyğunlaşdırılıb. Bankın yeni sloqanı isə  "Unibank- Sənin Bankın" seçilib. Bankın yeni sloqanı da müştəriyə daha yaxın olmağı hədəfləyib.

Yeni inkişaf mərhələsi "Unibank"ın fəaliyyətində nəyi dəyişəcək?

"Unibank"ın yeni bazar mövqeləndirməsi, yeni inkişaf mərhələsi müştəri məmnunluğunu əsas prioritet olaraq götürür:

-Sənin vaxtın dəyərlidir

-Sənin istəklərin əhəmiyyətlidir

-Sənin ehtiyacların vacibdir

 

-Sənin rahatlığın əsasdır

Hər şey müştərilərin rahatlığına uyğun dəyişir. "Hər kəsin bankı"ndan "Sənin bankın"a keçid müştəriyə doğru atılmış daha bir addımdır ( https://youtu.be/OhNyqv6mrCo).

Müştərinin məmnunluğu, müştərinin ehtiyacları və istəkləri istiqamətində yenilənən Unibank, məhsul və xidmətlərini də müştərinin rahatlığına və tələbatına uyğunlaşdırmağa başlayır. Bankın filialları və digər xidmət məntəqələrinin də yeni konseptə uyğunlaşdırılmasına artıq başlanılıb.

Unibank-Sənin Bankın!

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,0 milyard manatlıq, o cümlədən 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 2,3 faiz azalıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-aprel aylarında istehlak mallarının dəyər ifadəsində 27,5 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz artıb, bazar və yarmarkalarda isə 15,4 faiz azalıb.

Ümumilikdə 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Milli.Az-a bildirilib ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq "Rosselxoznadzor" tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 11,587 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-əTürkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyə Azərbaycana 3,574 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 33,7 faiz çoxdur.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2020-cü ilin eyndi dövrü ilə müqayisədə 23,5 faiz artaraq 1,414 milyard dollara bərabər olub.

Son 12 ay ərzində (aprel 2020-ci il - aprel 2021-ci il) Türkiyə 4,026 milyard dollar məbləğində sement ixrac edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

AMB-dən Axar.az-a verilən məlumata görə, uçot dərəcəsi 6,25%, dəhlizin aşağı həddi 5,75%, yuxarı həddi isə 6,75% səviyyəsində saxlanılıb.