Ölkənin ən məşhur mobil tətbiqi olan BirBank növbəti yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, mobil tətbiqdə olan ödəniş kartından Xəzri sürətli pul köçürməsi sistemi vasitəsilə vəsait göndərmək mümkün olub.
Axar.az xəbər evrir ki, bu zaman tətbiqdə “Köçürmələr” menyusunda “Pul köçürmə sistemləri” bölməsindən “Xəzri” sistemi seçilir, köçürməni alan və köçürməni göndərən barədə müvafiq məlumatlar daxil edilir və vəsait köçürülür. Bir dəfə üçün minimum 1, maksimum 1 000 manat olmaqla, manat valyutasında köçürmələr etmək mümkündür. Köçürülən məbləğ üçün 0,8% (minimum 1 AZN) komissiya tutulur. Xəzri ilə göndərilən vəsaiti Kapital Bank filiallarından və ya bankomatlarından almaq mümkündür.
Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
Qadın əminliyi və komfort!
Rusiyanın "Aqrokompleks-Eksport" şirkəti 2021-ci ilin sonunadək Azərbaycana düyü tədarükünü artırmağı planlaşdırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin direktor müavini Denis Brodski deyib.
Onun sözlərinə görə, Azərbaycana düyü tədarükünün 30 faiz artırılması nəzərdə tutulur:
"Bu ilin sonunadək biz Azərbaycana tədarükü artıra bilərik. Düyü tədarükü həcminin indiki 5 min tondan 6,5 min tonadək artırılması planlaşdırılır".
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xam neft daşınması üçün Yunanıstanın "Kyklades Maritime Corporation" şirkətindən 120 milyon dollar dəyərində "Aframax" tipli üç tanker satın alıb.
Azərbaycan 2021-ci ildə Avropa ölkələri və Yaxın Şərqə nar ixrac etməyi planlaşdırır.
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.
Axar.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının qiymətində baş verib.
Ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin yanvar-mart aylarında Azərenerji ASC 16,147 milyon ABŞ dolları dəyərində 406,249 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
Axar.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,5% az və 8,4% çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,4%, qeyri-neft sektoru üzrə ixracında isə 3,2% paya malik olub.
ABŞ-ın Moskvaya qarşı yeni sanksiyaları Rusiyanın suveren borcuna toxuna bilər.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” öz mənbələrinə istinadən yayıb. Sanksiyaların bu gün elan ediləcəyi gözlənilir.
Artıq bu fonda Rusiya rublu dollara qarşı 17 qəpik ucuzlaşaraq 76,04 rubl təşkil edib.
“Vol Strit Jurnal” qəzeti isə ABŞ prezidentinin bu gün sərəncam imzalayacağını bildirib. Qəzet sərəncamda ABŞ banklarının Rusiyanın dövlət borc öhdəlikləri ilə ticarət əməliyyatları aparmasına qadağanın genişləndirəcəyini yazıb.
Qeyd edək ki, “Blumberq” bundan öncə ABŞ-ın Rusiyanın 12 vətəndaşına və 20 təşkilatına sanksiya tətbiq edəcəyini, eləcə də 10 diplomatını ölkədən qovacağını bildirmişdi.
Ölkə başçısının da dediyi kimi, bu gün qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan regionda bir sıra beynəlxalq əhəmiyyət daşıyan layihələri reallaşdırıb.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışını şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın təşəbbüsü ilə regionda reallaşan layihələr yalnız enerji sektorunu əhatə etmir, eyni zamanda nəqliyyat və logistika sahələrini də əhatə edir. Bu mənada Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasına da töhfə verən ölkədir:
“Prezident xüsusilə ölkəmizin okeana birbaşa çıxışının olmamasına baxmayaraq, Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak etdiyini də vurğuladı.
Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizin reallaşması üçün Azərbaycan maliyyə dəstəyi nümayiş etdirən ölkələr sırasındadır. Bu da ondan xəbər verir ki, Azərbaycan həm kommunikasiya, həm logistik əlaqələrin inkişafına və regionda beynəlxaq xarakter daşıyan layihələrin realaşmasına dəstək verməklə yanaşı, kifayət qədər həssas hesab olunan Cənubi Qafqazda sülh və əməkdaşlıq imkaları yaradır. Kommunikasiya əlaqələrinin bərpa edilməsi regionda dayanıqlı sülhün formalaşması baxımından çox vacibdir. Zəngəzur dəhlizi açıldıqdan sonra region üzərindən daşınan beynəlxalq yüklərin həcmində artımın olacağı gözlənilir. Bu, həm də regionun əhəmiyyətini artırmış olacaq".
Respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.