Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində AQTA və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.
AQTA-dan Milli.Az-a bildirilib ki, aparılan danışıqlar çərçivəsində bu günədək Agentlik tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub. Təqdim olunan məlumatlar əsasında, bu günədək 51 pomidor və 37 alma istehsalı müəssisəsinə məhsulların ixracı üçün icazələr verilib.
Qeyd edək ki, Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 88232 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 131,8 %-i həcmindədir. Eyni zamanda pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 164558 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 91,4 %-ni təşkil edir.
Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən istixanalarda onlayn rejimdə videomonitorinqlər davam etdirilir. Həyata keçirilən birgə tədbirlərin nəticəsilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Rusiya fevralın 8-dən etibarən Azərbaycanın 28 müəssisəsindən alma idxalına icazə verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin bəyanatında bildirilib.
Qeyd olunur ki, idxal məhdudiyyətinin aradan qaldırılması barədə qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etiyi analiz məlumatları əsasında verilib. Almaların idxalı prosesi Agentliyin təminatı ilə həyata keçiriləcək.
Əvvəlki icazələr də nəzərə alınmaqla ümumilikdə Azərbaycanın 38 müəssisəsindən Rusiyaya alma idxalı mümkün olacaq.
Tele-radio aparıcı Tural Yusifov "AccessBank"ın yeni simasıdır.
2020-ci ilin yanvar-dekabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu illə müqayisədə 0,5 faiz artaraq 23 milyard 062,2 milyon manat olub.
Bakının bir sıra ərazilərində təndir çörəyinin qiyməti bahalaşıb.
Karantin müddətində insanların evdən, rahat alış-veriş etməsi üçün Kontakt Home yanvarın 22-dək hər növ məhsula nağd alışda 50%-dək endirim kampaniyasını elan edir. Endirimlərdən yararlanmaq üçün Kontakt Home-un 7/24 fəaliyyət göstərən onlayn mağazası - kontakt.az-a keçid edə bilərsiniz.
4 gün davam edəcək “4-4-lük kampaniya” çərçivəsində kontakt.az saytında:
6 kq-lıq Hoffmann Paltaryuyanını 600 deyil, 399 manata;
Açılıb-bağlanan 3 yerlik Simge Divanını 1450 deyil, 999 manata;
Redmi Note 9 Pro Smartfonunu 650 deyil, 549 manata;
127 sm-lik 4K Smart Televizorunu 1400 deyil, 999 manata;
1600 vt güclü Gorenje Tozsoranını 140 deyil, 89 manata ala bilərsiniz.
Endirimlər bununla bitmir. Odur ki, elə indi telefon və ya kompyuterlə kontakt.az saytına daxil olub istədiyiniz məhsulu xüsusi endirimlə sifariş edin. Sifarişiniz qısa zamanda, pulsuz və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq. Məhsulunu 3 saat ərzində əldə etmək istəyən müştərilər əlavə 19,99 manat ödənişlə ekspress çatdırılma xidmətlərindən faydalana bilər.
Bundan başqa, məhsulları canlı görmək istəyənlər saytın “Canlı video məsləhətçi” funksiyasından istifadə edə bilər. Ödənişi həm onlayn, həm də qapıda nağd və ya bank kartıyla etmək mümkündür. Endirimli nağd qiymətləri BirKart, Tamkart, Albalı kart və digər taksit kartları ilə aylara bölmək mümkündür. Taksit kartı olmayanlar endirimli qiyməti 3 hissəyə bölərək də əldə edə bilər.
Onlayn sifariş prosesi ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib.
Energetika Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, videokonfrans formatında baş tutmuş tədbirdə dünyanın 180-dən çox dövlətini təmsil edən yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, IRENA-nın Baş direktoru Francesco La Camera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetika naziri Pərviz Şahbazov da çıxış edib. Çıxışda qlobal pandemiyanın dünya iqtisadiyyatına və enerji sektoruna təsirləri, bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobal meyillər, bu sahəyə yönəldilən investisiyalar, iqlim problemləri və davamlı enerji keçidlərinə siyasətin təsiri kimi mövzulara toxunulub.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr, həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixana qazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasının digər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı olduğu qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30 %-ə çatdırılması vəzifəsinin irəli sürüldüyü, habelə, imzalanmış sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi və irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dair müqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrə yekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib.
Tədbirdə, həmçinin Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. Bildirilib ki, ölkə başçısının göstərişinə əsasən, işğal altında olmuş ərazilər “yaşıl enerji zonalarına” çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcəkdir.
Qeyd edək ki, 19-20 yanvar tarixlərində yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Nazirlərin enerji keçidinin təşviqi üçün milli enerji planlaşdırması və tətbiqi, bərpa olunan enerji mənbələri üçün maliyyə həcminin artırılması, karbon neytrallığına aparan yol - innovasiya, yaşıl hidrogen və sosial-iqtisadi siyasət və səhiyyə sisteminin enerji ilə təminatında enerji keçidinin rolu mövzularında plenar iclasları keçiriləcək.
Son zamanlarda Azərbaycanda narın pərakəndə satış qiymətində nəzərəçarpacaq artım müşahidə edilməkdədir. Koronavirus pandemiyası dövründə həkimlərin nardan çox istifadənin virusa qarşı effektli olması ilə bağlı tövsiyələri nara olan tələbatı da xeyli artırıb.
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov narın qiymətindəki artımı üç amillə əlaqələndirib.
Onun sözlərinə görə, səbəblərdən biri də ötən il Azərbaycanda narın ümumi istehsalının aşağı olmasıdır və bunun da əsas səbəbi su qıtlığının yaşanmasıdır: "Ötən il bir çox bölgələrdə su qıtlığı oldu. Hətta elə nar təsərrüfatları oldu ki, əvvəlki illə müq
Dünya birjalarında neft qiymətlərində cüzi ucuzlaşma qeydə alınıb.
Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 30 sent azalaraq 54,80 dollara, yüngül neft isə 23 sent ucuzlaşaraq 52,13 dollara satılır.
Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərdən biri də Mərkəzi Bankın yeni inzibati binası tikildikdən sonra könə binanın sökülüb-sökülməyəcəyidir. Bəzi iddialara görə, yeni inzibati binadan sonra Rəşid Behbudov küçəsində yerləşən hazırkı bina söküləcək.
Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Mərkəzi Bankın hazırkı binasının söküntüsü planlaşdırılmır:
“Mərkəzi Bankın yeni inzibati binasının tikintisi planlaşdırılır. Hazırki binanın söküntüsü ilə bağlı Komitəyə müraciət edilməyib”.